Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5276/2023 14.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X5 iştirakı ilə, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müvafiq reyestr qeydiyyatının ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "KAT LTD” MMC tərəfindən inşa edilən və ünvan 1 ünvanında yerləşən (indiki ünvan 2taqlı, ümumi sahəsi 154 kv m. olan mənzilin X3 adına daşınmaz əmlakın dövlət reyestrində 2553 nömrəli reyestr kitabının 237754 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınması üzrə müvafiq reyestr qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC -nin hüquqi varisi olduğu İddiaçı MTK tərəfindən inşa edilən və sakinlərin istifadəsinə verilmiş ünvan 3 ünvanında yerləşən (indiki ünvan 4d otaqlı ümumi sahəsi 154 kv. metr olan yaşayış sahəsi X7 adlı şəxsə müqavilə əsasında satılmış, xx.xx.2015-ci il tarixdə, həmin mənzil X10 adına notariatda pay haqqından imtina etməklə rəsmiləşdirilmişdir. Payçı R.Tanırverdiyev bu məqsədlə xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 38 saylı Notariat Kontorunun 7E-3694 və 7E-3698 saylı reyestr qeydli əqdlərlə mənzilə dair hüquqlarından və orderdən imtina etmişdir. Həmin vaxt onun həyat yoldaşı X2 da imtina ərizəsi yazmışdır. Mənzilə dair "xxxx" MMC ilə X10 adına müqavilə bağlanmış və maliyyə arayışı verilmişdir. Lakin bütün bunlara baxmayaraq R.H.Tanırverdiyev Bizə və yeni mülkiyyətçiyə heç bir məlumat vermədən qanundakı boşluğun verdiyi imkanlardan sui-istifadə edərək, guya mənzilin Orderini itirdiyi barədə qəzetdə elan dərc etdirib Orderin dublikatmı Bakı şəhəri İcra Hakimiyyətindən alaraq, mənzili öz adma qanunsuz özəlləşdirmişdir. Halbuki, bu yaşayış binalarının heç biri həmin vaxt istismara qəbul üçün Dövlət Qəbul Komissiyasına təqdim edilməmişdir. Bu səbəbdən mənzillərin Dövlət reyestrindən çıxarışı o vaxt mövcud deyildi. Mənzillərin alqı-satqısı müqavilə, notarial qaydada təsdiq edilmiş ərizələr və borcun olmamasına dair maliyyə arayışı əsasında həyata keçirilirdi. Bütün bunlar aşkar göstərir ki, X7 adlı şəxsin adına ilkin özəlləşdirmə etibarsızdır və qeydiyyat ləğv edilməlidir. Ona görə də, qeydiyyat orqanına müraciət etmiş və "xxxx" MMC tərəfindən inşa edilən və ünvan 5 ünvanında yerləşən (indiki ünvan 6qlı, ümumi sahəsi 154 kv.m olan yaşayış mənzilin X4 adına daşınmaz əmlakın dövlət reyestrində 2553 nömrəli reyestr kitabının 237754 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə ilkin qeydiyyata alınmasının etibarsız hesab olunmaqla müvafiq reyestrdən çıxarış ləğv edilməsi barədə xahiş etmişdir. Lakin bu günədək heç bir hüquqi adım atılmamış, cavab verilməmiş, qeydiyatın ləğvi istiqamətində heç bir addım atılmamışdır. Bu səbəbdən də məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Özəlləşmənin qanunsuzluğu və əqdlərin formal bağlanması əsasları ondan ibarətdir ki, X8 ona məxsus olan və "xxxx" MMC-dən müqavilə əsasında aldığı ünvan 7 ünvanında yerləşən (indiki ünvan 6qlı, ümumi sahəsi 154 kv.m olan yaşayış mənzilini 305560 ABŞ dolları müqabilində H.Məmmədova satdığından "KAT LTD” MMC-nin sədri Elçin Ələkbərova ünvanladığı 06 may 2015-ci il tarixli ərizə ilə əmlaka dair pay hüququndan imtina etdiyi halda mənzilə dair adına "xxxx" MMC tərəfindən inşa edilən həmin mənzilin alqı-satqısına dair xx.xx.2015-ci il tarixli müqavilə rəsmiləşdirilərək alıcıya maliyyə arayışı verildiyini bildiyi halda qanunsuz olaraq qeydiyyat orqanına sənədlər təqdim etməklə həmin mənzili özəlləşdirmiş və xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarış əldə etmişdir. Halbuki, R.Tanırverdiyev xx.xx.2015-ci il tarixdə Bakı şəhər 38 saylı Notariat Kontorunun 7E-3694 və TE-3698 saylı reyestr qeydli əqdlərlə mənzilə dair hüquqlarından və orderdən imtina etmişdir. Mənzilin açarları H.Məmmədova təqdim olunaraq illərdir ki, sərəncamına verilmişdir. Aylıq kommunal ödənişlər onun tərəfindən ödənilir. Mənzili gizlincə öz adına özəlləşdirən R.Tanırverdiyev onu xx.xx.2016-cı il tarixində 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunun xüsusi notariusu C.Məmmədovun təsdiqlədiyi 4Ə-2319 saylı Bəxşiş müqaviləsi ilə öz oğlu X6 adına keçirmişdir. X9 isə Bakı şəhər 50 saylı notariat kontorunun xüsusi notariusu K.Rəhmanovun təsdiq etdiyi 16 mart 2016-cı il tarixli, AN-1 ******* saylı. 4Ə-163 reyestr qeydli alqı-satqı müqaviləsi ilə X14 adına keçirmişdir. Sonuncunun adına DƏDRX Bakı Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli Seriya RX ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış da verilmişdir. Özəlləşmə proseduru qaydalara uyğun aparılmamışdır. Evə mühəndis gəlməmiş, proyektlə yerində tanış olmamış və sənədlərin əsilləri məndə olmasına baxmayaraq surət və dublikatlar alınmaqla qeydiyyat orqanı tərəfindən özəlləşmə həyata keçirilmişdir. Bu barədə rəsmən Qeydiyyat orqanına ərizə ilə müraciət etmişdir. Lakin heç bir tədbir görülməmişdir. İddiaçı Qeydiyyat orqanının bu mövqeyi ilə razılaşmır və iddia verərək mübahisələndirir. Belə ki, "xxxx" MTK üzvlərinin (müvəkkillərinin) iclasının xx.xx.2015-ci il tarixli, 56 saylı protokolundan çıxarışın surətinə əsasən vətəndaş Rövşən Tanrıverdiyevin ərizəsinə əsasən MTK üzvlüyündən azad edilməsi, ünvan 8 ünvanda, 1-ci girişdə 3-cü mərtəbədə yaşayış sahəsi 158 kv.m olan, 4 otaqlı, 10 saylı mənzil və pay haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1989-cu il tarixli qərarının 14-cü bəndinə uyğun olaraq vətəndaş X3 adından vətəndaş X10 adına keçirilməsi və onun 1 nəfər ailə tərkibi ilə kooperativə üzv qəbul edilməsi qərara alınmışdır. "KAT LTD” MMM-in maliyyə arayışının surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 11H saylı evin, 10 nömrəli mənzilin ümumi dəyəri X18 tərəfindən tam ödənilmiş və firmaya borcu yoxdur.
3. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədə icraatın dayandırılmalı olduğu bildilir. Belə ki, həmin tələblə bağlı iddia ərizəsi X18 tərəfindən fərdi qaydada təqdim ediləcəkdir.
4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının hüquqi marağı olmadığından iddianın mümkün sayılmamasını xahiş etmişdir.
5. İddiaçı tərəf məhkəmə iclasında iştirak etmir.
II. İddianın mümkünlüyü
6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
8. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X19rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X20rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
9. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
17. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
18. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
10. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağını təsdiq edən sübutlar təqdim edilməyib, eləcə də iddia lazımi qaydada qaldırılmayıb. Odur ki, iddianı qaldırmağa subyektiv hüququ, yəni konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
11. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, qeyd edilən mənzil iddiaçı tərəfindən X1. Odur ki, iddiaçı həmin mənzilə dair mübahisə açmağa səlahiyyətli deyil.
12. Məhkəmə qeyd edir ki, mübahisə ilə bağlı iş üzrə icraatın dayandırılmasının əsasları İPMin 7-ci maddəsində konkret müəyyənləşdirilib. Bir tərəfdən iddiaçının hazırkı tələblə bağlı iddia irəli sürməyə subyektiv hüququ olmadığından, digər tərəfdən isə hazırkı iş üzrə məhkəmə həmin əsasları müəyyən etmədiyindən iş üzrə icraatın dayandırılmasına dair vəsatət təmin edilməməlidir.
13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
14. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraatın dayandırılmasına dair vəsatət təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva