Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5280/2023 30.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı “şəhadətnamənin özünə məxsus olması, həmin şəhadətnamənin və qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 fevral 2001-ci il tarixdə 269 nömrə ilə qeyd olunmuş AZ-İ seriyalı, xx.xx.2001-ci il tarixli, 064229 nömrəli doğum haqqında şəhadətnamənin İddiaçı məxsus olması və həmin şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur. Rusiya Federasiyasının vətəndaşı olmuş, orada doğum haqqında şəhadətnamə və Russiya Federasiyasının pasportunu almışdır. Məlum olmuşdur ki, valideynləri arasında olan mübahisə nəticəsində, anası X6 qısa müddətə Bakıya şəhərinə gəlmiş və burada nənəsi Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə müraciət edərək onun adına doğum haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamədə soyadı İsayev, adı Seymur, ata adı Rafael kimi göstərilmiş, ata qrafasında X3, ana qrafasında isə X7 göstərilmişdir. Belə olan halda onun adına həm Rusiya Federasiyasının Moskva şəhərində, həm də anlaşılmazlıq nəticəsində Azərbaycan Respublikasının Bakı şəhərində doğum haqqında şəhadətnamə verilmişdir. Bununla bağlı cavabdehə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə müraciət edərək doğum haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 269 nömrə ilə qeyd edilmiş doğum haqqında məlumatların və AZ-İ 064229 seriyalı xx.xx.2001-ci il tarixli şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 05a/1173/76 tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində xx.xx.2001-ci il tarixli, 269 saylı doğum akt qeydi vətəndaş X1 adına qeydiyyata alınıb, lakin xx.xx.2011-ci il tarixdə isə Moskva şəhəri Levoberejniy VVAQ şöbəsində tərtib edilmiş 1995 saylı doğum akt qeydi İddiaçı adına qeyd edilmişdir. Qeyd olunanlar ilə bağlı İsayev Seymur və İddiaçı eyni şəxs olmasına görə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05/2/Q/17/15 saylı məktubda qeyd edilmişdir ki, müəyyən edilmişdir ki, xx.xx.2001-ci il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində anası Leyla İsayeva olan xx.xx.2000-ci il tarixdə Bak şəhərində doğulmuş Seymur adlı şəxsin doğumu qeydə alınmışdır. Həmin akt qeydində şəxsin anası Leyla İsayevanın nikahda olmadığı qeyd edilərək ananın göstərişinə əsasən ata “X3”, uşaq isə “X5” kimi qeyd edilmişdir. Təqdim edilmiş xx.xx.2011-ci il tarixdə Rusiya Federasiyasının VVAQ şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında şəhadətnamənin surətinə baxış keçirilərkən isə “İddiaçı”in xx.xx.2000-ci ildə Moskva şəhərində doğulduğu, anasının Leyla İsayeva, atasının Rapail Vəliyev olduğu müəyyən edilmişdir. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində tərtib edilmiş akt qeydinin İddiaçıa məxsus olduğunu iddia etsə də, həmin akt qeydi ilə Rusiya Federasiyasından verilmiş doğum haqqında şəhadətnamədəki məlumatlar (uşağın adı, ata adı, soyadı, doğulduğu yer, atanın adı və soyadı) arasında fərqlilik mövcuddur və ilkin doğum haqqında akt qeydi yalnız məhkəmə qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hazırkı vəziyyətdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğum haqqında akt qeydinin İddiaçı məxsus olması faktının müəyyən edilməsi və həmin akt qeydinin ləğv edilməsi barədə iddia qaldırmalıdır. Məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarının 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsinin ərizəsinə əsasən iş üzrə iddia tələbi “Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 fevral 2001-ci il tarixdə 269 nömrə ilə qeyd olunmuş AZ-İ seriyalı, xx.xx.2001-ci il tarixli, 064229 nömrəli doğum haqqında şəhadətnamənin İddiaçı məxsus olması, həmin şəhadətnamənin və Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 fevral 2001-ci il tarixli 269 nömrəli qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçına ünvanlanmış 05Q/1173/76 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi qaydasının 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Sənədləri nəzərdən keçirərkən müəyyən olmuşdur ki, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində xx.xx.2001-ci il tarixli 269 saylı doğum akt qeydi X1 adına qeydiyyata alınıb, lakin xx.xx.2011-ci il tarixdə isə Moskva şəhəri Levoberejnıy VVAQ şöbəsində tərtib edilmiş 1995 saylı doğum akt qeydi İddiaçı adına qeyd edilmişdir. Qeyd olunanlar ilə bağlı İsayev Seymur və İddiaçı eyni şəxs olmağına görə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə ünvanlanmış 05/2-Q-17/15 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, nümayəndəsi olduğu və doğumu Rusiya Federasiyasında qeydə alınmış İddiaçı adına eyni zamanda Bakı şəhərində də tərtib edilmiş doğum haqqında akt qeydinin ləğv edilməsi barədə müraciəti Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində araşdırılmışdır. Müəyyən edilmişdir ki, xx.xx.2001-ci ildə Nizami rayon qeydiyyat şöbəsində anası Leyla İsayeva olan xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş Seymur adlı şəxsin doğumu qeydə alınmışdır. Həmin akt qeydində şəxsin anası Leyla İsayevanın nikahda olmadığı qeyd edilərək ananın göstərişinə əsasən ata “X3”, uşaq isə “X5” kimi qeyd edilmişdir. Təqdim edilən xx.xx.2011-ci il tarixdə Rusiya Federasiyasının VVAQ şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında şəhadətnamənin surətinə baxış keçirilərkən isə “İddiaçı”in xx.xx.2000-ci ildə Moskva şəhərində doğulduğu, anasının Leyla İsayeva, atasının Rapail Vəliyev olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində tərtib edilmiş akt qeydinin İddiaçı məxsus olduğunu iddia etsə də, həmin akt qeydi ilə Rusiya Federasiyasından verilmiş doğum haqqında şəhadətnamədəki məlumatlar (uşağın adı, ata adı, soyadı, doğulduğu yer, atanın adı və soyadı) arasında fərqlilik mövcuddur və ilkin doğum haqqında akt qeydi yalnız məhkəmə qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda, hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hazırkı vəziyyətdə Nizami rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğum haqqında akt qeydinin İddiaçı məxsus olması faktının müəyyən edilməsi və həmin akt qeydinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmalıdır. Məsələ ilə əlaqədar qeyd olunanlar barədə məlumat verilməklə məhkəməyə müraciət edilməsində hüquqi yardım göstərilməsi təklif edilmiş, lakin bu işlərlə özünün məşğul olacağı bildirilmişdir. Müraciət edəcəyi təqdirdə məhkəməyə müraciət edilməsi ilə bağlı hüquqi yardım göstərilməsinə dair Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə tapşırıq verilmişdir. 770-007 saylı xx.xx.2020-ci il tarixli Rusiya Federasiyası pasportundan görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Moskva şəhərində doğulmuşdur. AZ-İ seriyalı 064229 saylı xx.xx.2001-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (anası – X7; atası – X3). Bu barədə doğum haqqında akt qeydləri kitabında 2001-ci ilin fevral ayının 22-ci günündə 269 nömrə ilə qeyd edilmişdir. V-МЮ seriyalı 657016 saylı xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur (anası – Azərbaycan Respublikası vətəndaşı X6; atası – Rusiya Federasiyası vətəndaşı X4). Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-37/2-205xx-xx/2023 saylı xx.xx.2023cü il tarixli məktub ilə bildirilmişdir ki, xx.xx.2000-ci il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. Cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-16-5/7-1725-13/23 saylı xx.xx.2023-cü il tarixli məktub ilə xx.xx.2000-ci il təvəllüdlü vətəndaş X1 doğumu haqqında akt qeydinin surəti təqdim edilmişdir. 269 saylı xx.xx.2001-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, X5 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (anası – X7 (azərbaycanlı); atası – X3 (azərbaycanlı)). Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək bildirilmişdir ki, çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi ilkin olaraq xx.xx.2001-ci il tarixli 269 saylı akt qeydinin İddiaçı məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə səlahiyyətli ümumi məhkəməyə müraciət edilməsidir. Akt qeydinin mübahisələndirilməsi ilə bağlı hüququ olduğu halda yenidən müvafiq tələb ilə məhkəməyə müraciət etmək hüququ var. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə elektron məhkəmə sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi və Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 fevral 2001-ci ildə 269 nömrə ilə qeyd olunmuş AZ-İ seriyalı, xx.xx.2001-ci il tarixli, 064229 nömrəli doğum haqqında şəhadətnamənin İddiaçı məxsus olması, həmin şəhadətnamənin və Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 fevral 2001-ci il tarixli 269 nömrəli qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən Ədliyyə nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən “Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 fevral 2001-ci il tarixdə 269 nömrə ilə qeyd olunmuş AZ-İ seriyalı, xx.xx.2001-ci il tarixli, 064229 nömrəli doğum haqqında şəhadətnamənin İddiaçı məxsus olması, həmin şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi “Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 fevral 2001-ci il tarixli 269 nömrəli qeydin ləğv edilməsi” hissəsində mümkündür. İddia mübahisələndirmə haqqında iddiadır. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-16-5/7-1725-13/23 saylı xx.xx.2023-cü il tarixli məktub ilə təqdim edilmiş 269 saylı xx.xx.2001-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, X5 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (anası – X7 (azərbaycanlı); atası – X3 (azərbaycanlı)). Ata haqqında məlumat ananın sözləri ilə yazılmışdır. V-МЮ seriyalı 657016 saylı xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur (anası – Azərbaycan Respublikası vətəndaşı X6; atası – Rusiya Federasiyası vətəndaşı X4). İşin məhkəmə araşdırılması ilə məhkəmə belə qənaətə gəlir ki, X2 məxsus 269 saylı doğum haqqında akt qeydi xx.xx.2001-ci il tarixdə aparılmaqla, iddiaçıya məxsus V-МЮ seriyalı 657016 saylı xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamədən 10 ildən artıq müddətdə əvvələ aid olduğundan və iddiaçının doğum tarixinə daha yaxın tarix (xx.xx.2000-ci il) olduğundan həmin akt qeydinin ləğvinə dair iddiaçının tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və zərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-5280/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5280/2023
30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver