Məhkəmə qərarları › İş №2-1(112)-5287/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5287/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5287/2021 06.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı X35, X9, X10, X40, X36, X14, X17, X45, X41, X11, X7, X18 və X15, X19 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işin materiallarına məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı X35, X9, X10, X40, X36, X14, X46, X47, X17, X42, X45, X41, X11, X7, X18, X15 və X37 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanından X35, X9, X10, X40, X36, X14, X46, X47, X17, X42, X45, X41, X11, X7, X18, X16 və X20 istifadə hüququ olmayan şəxslər kimi pasport qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhər Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən X35, X9, X10, X40, X36, X14, X17, X45, X41, X11, X7, X18 və X5 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə X21, X2, X3, X24, X22, X6, X8, X25, X4, X1, X12, X5, X31, xx.xx.2007-ci il təvəllüdlü X38, xx.xx.2011-ci il təvəllüdlü X26, xx.xx.2006-cı il təvəllüdlü X27 və xx.xx.2012-ci il təvəllüdlü X20 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin Bakı şəhəri Cavabdehnə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5189/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, üçüncü şəxslər X21, X2, X3, X24, X22, X6, X8, X25, X4, X1, X12, X5, X31, xx.xx.2007-ci il təvəllüdlü X38, xx.xx.2011-ci il təvəllüdlü X26, xx.xx.2006-cı il təvəllüdlü X27 və xx.xx.2012-ci il təvəllüdlü X20 İddiaçı məxsus ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmaları cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5189/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək iş üzrə icraatın təzələnməsi və X13 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı X35, X9, X10, X40, X36, X14, X17, X45, X41, X11, X7, X18 və X15, X19 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbi barədə iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar