Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5287/2023 07.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, həqiqi hərbi xidmət dövründə hərbi qulluqçular üçün qanunvericiliklə nəzərdə tutulmuş təminat xərcliyinə daxil olan bir sıra maddi təminatlardan (1-ci məharət dərəcəsinə görə əlavələrin, 2014-cü il üçün 15 gün, 2015-ci il üçün 15 gün, 2016-cı il üçün 45 gün növbəti məzuniyyətə buraxılmadığına görə ödənilməli olan pul kompensasiyası, xx.xx.2015-xx.xx.2017-ci il tarixləri əhatə edən mənzilin müvəqqəti kirayəsi üçün və geyim təminatı əvəzinə ödənilməli olan pul kompensasiyası, 2015 və 2016-cı illərə görə birdəfəlik pul mükafatı, 2015 və 2016-cı illərə görə maddi yardım, 2015-ci ildə qanunsuz tərxis edildikdən sonra Naxçıvan şəhərindən Bakı şəhərinə geri qayıdarkən qanunvedriciliklə nəzərdə tutulmuş yol xərc.) qanuni əsas olmadan məhrum edildiyi üçün həmin təminatların hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, İddiaçı 1998-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və həmin məktəbi 2002-ci ildə motoatıcı ixtisası üzrə bitirərək leytenant hərbi rütbəsini almışdır. Azərbaycan Respublikasının müxtəlif bölgələrəində, o cümlədən Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrdə xidmət etmişdir. Xidmət etdiy zaman xidmətdə fərqləndiyinə görə ayrı-ayrı vaxtlarda müxtəlif medallarla, fəxri fərmanlarla və təşəkkürlərlə təltif edilmiş və nümunəvi xidmət etdiyinə görə yuxarı komandanlıq tərəfindən ona 1-ci məharət dərəcəsi, növbəti hərbi rütbələr verilmiş, həmçinin hərbi xidmət vəzifələrində irəli çəkilmişdir. Hərbi xidmət dövründə nizam-intizam pozuntusuna yol vermədiyi üçün rəis və komandanlıq tərəfindən intizam qaydasında cəzalandırılmamışdır. Naxçıvan Muxtar Respublikasında xidmət edərkən qanunvericiliklə nəzərdə tutulmuş bir sıra maddi təminatlardan (1-ci məharət dərəcəsinə görə əlavələrim, 2014-cü il üçün 15 gün, 2015-ci il üçün 15 gün, 2016-cı il üçün 45 gün növbəti məzuniyyətə buraxılmadığına görə ödənilməli olan pul kompensasiyası, xx.xx.2015-xx.xx.2017 tarixləri əhatə edən mənzilin müvəqqəti kirayəsi əvəzinə və geyim təminatı əvəzinə ödənilməli olan pul kompensasiyası, 2015 və 2016-cı illərə görə birdəfəlik pul mükafatı, 2015 və 2016-cı illərə görə maddi yardım, 2015-ci ildə qanunsuz tərxis edildikdən sonra Naxçıvan şəhərindən Bakı şəhərinə geri qayıdarkən qanunvedriciliklə nəzərdə tutulmuş yol xərcindən qanunsuz olaraq məhrum edilmişdir. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinin tələbinə görə təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyyata və ya istefaya buraxılarkən, sərəncam götürüldüyü günə) aldıqları miqdarda (sonrsakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, digər əlavələrdən ibarət olan məbləğdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək, iddia ərizəsində dəqiqləşmə apararaq, “həqiqi hərbi xidmətdən qanunsuz tərxis edilməsi ilə əlaqədar olaraq xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi 1-ci məharət dərəcəsinə əlavəyə görə ödənilməyən pul kompensasiyasının, istifadə etmədiyi məzuniyyətə görə ödənilməyən məzuniyyət pulunun əvəzinin, ilin yekununa görə ödənilməyən birdəfəlik pul mükafatının əvəzinin, mənzilin müvəqqəti kirayəsinə görə ödənilməyən kirayə pulunun əvəzinin, əşyageyim əvəzinə ödənilməyən pul kompensasiyasının, 2015-ci ilin iyul ayında Naxçıvan MRdan Bakı şəhərinə ailəsi ilə birlikdə gəlməsi ilə bağlı yol xərcinin (avia bilet xərci), əşyaların köçürülməsi xərcinin əvəzinin və 2016-cı ildə ödənilməyən maddi yardım pulunun əvəzinin cavabdehdən (Müdafiə Nazirliyi) tutularaq ona ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5287/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - X6 ilə (kirayəyə verən) İddiaçı (kirayəçi) arasında bağlanmış 23 mart 2022-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin (kirayə müqaviləsi) surətindən görünür ki, kirayəyə verən kirayəçiyə DƏDRX-nin Bakı şəhər Əraqzi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X4 verilmiş **********58-05101-093097 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.46 kv.m olan mənzili kirayəyə vermişdir; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 1/V-6004 nömrəli məktubunda qeyd edilmişdir ki, onun Azərbaycan Respublikasının Müdafiə nazirinə ünvanladığı "Qüsursuz xidmətə görə 2-ci dərəcəli medalı ilə təltif olunması barədə müraciətinə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının "Qüsursuz xidmətə görə medalı haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq həmin medalla Azərbaycan Ordusunda qüsursuz həqiqi hərbi xidmət keçən, 10, 15 və 20 təqvim ili hər il iyun ayının 26-na qədər tamam olmuş, həmçinin Azərbaycan Ordusundan ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçular təxrislə eyni vaxtda xidmət etdikləri hərbi hissə komandirlərinin təqdimatı əsasında təltif edilirlər. Xidmət etdiyi müddət ərzində “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif olunması barədə Şəxsi Heyət Baş idarəsinin Kadrlar İdarəsini təqdimat daxil olmamışdır. Azərbaycan Ordusundan ehtiyata buraxıldığz üçün hazırda onun “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif olunması həmin medalın Əsasnaməsinin tələblərinə ziddir; - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81 )-351/16 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərarına əsasən, İddia qismən təmin edilməsi; İddiaçı hərbi xidmətdən tərxis olunması haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli, 0384 saylı əmri ləğv edilməsi; iddiaçının hərbi xidmətə bərpa olunması; iddiaçının qanunsuz olaraq hərbi xidmətdən tərxis olunduğu bütün vaxt üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hərbi xidmətə bərpa olunduğu günə kimi olan orta aylıq əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. - xx.xx.2014-cü il tarixli Q-008012 nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir; - xx.xx.2023-cü il tarixli 279 nömrəli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı müvəqqəti ünvan 2 ünvanında qeydiyyatdadır; - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, sərnişin İddiaçı 2015ci il tarixinə Naxçıvan-Bakı istiqamətində uçuş və satış məlumatları yoxlanılmış, "xxxx" QSC-nin uçuşlarında və aviaşirkətin məlumat bazasında qeydə alınmışdır. Sərnişinin uçuş məlumatları aşağıdakı qeyd olunan cədvəldə öz əksini tapır
№ Sərnişinin adı, Aviabiletin İstiqamət reysin uçuş tarixi Pasport soyadı nömrəsi nömrəsi nömrəsi 1 X7 **********550 NAJ-GYD 252 xx.xx.2015 SX0045830 2 X7 **********197 NAJ-GYD 2252 xx.xx.2015 SX0045830
- Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 2729 nömrəli məktubunda qeyd edilmişdir ki, ehtiyatda olan mayor İddiaçı 2014-2016-cı illərdə pul təminatı aşağıda qeyd olunan qaydada ödənilmişdir: - 2014-cü ilin dekabr ayınadək 1-ci məharət dərəcəsinə görə əlavə; - xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək və xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixədək istifadə etmədiyi məzuniyyət günlərinə görə 518 manat məbləğində pul kompensasiyası; - xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ona kirayə əvəzi pul kompensasiyası ödənilməyib; - əşya əmlak əvəzinə pul kompensasiyasının ödənilməsi X5 səlahiyyətləri xaricində olduğundan Müdafiə Nazirliyinə müraciət edilməsi tövsiyyə olunub; - 2015-ci ildə 548 manat məbləğində maddi yardım; - 2015-ci ildə ehtiyata buraxılarkən birdəfəlik pul mükafatını tam həcmdə almağa layiq görülüb; - xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ehtiyatda olduğundan ona hər hansı bir əlavə ödənilmə haqqında məlumat yoxdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İşin faktiki hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 16 iyul 2015-ci il tarixli 0384 nömrəli əmri ilə N saylı hərbi hissənin əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81)-351/16 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərarına əsasən, iddia qismən təmin edilməsi; İddiaçı hərbi xidmətdən tərxis olunması haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli, 0384 saylı əmri ləğv edilməsi; iddiaçının hərbi xidmətə bərpa olunması; iddiaçının qanunsuz olaraq hərbi xidmətdən tərxis olunduğu bütün vaxt üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hərbi xidmətə bərpa olunduğu günə kimi olan orta aylıq əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı icra olunaraq İddiaçı xx.xx.2015-ci il tarixdən bərpa edilmişdir. Hazırda iddiaçı xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi 1-ci məharət dərəcəsinə əlavəyə görə pul kompensasiyasının, istifadə etmədiyi məzuniyyətə görə ödənilməyən məzuniyyət pulunun əvəzinin, mənzilin müvəqqəti kirayəsinə görə ödənilməyən kirayə pulunun əvəzinin, əşya geyim (əmlak) əvəzinə, 2015-ci ilin iyul ayında Naxçıvan MR-dan Bakı şəhərinə gəlməsi ilə bağlı yol xərcinin (avia bilet xərci), əşyaların aparılması xərcinin əvəzinin və 2016-cı il üçün maddi yardım pulunun əvəzinin cavabdehdən (Müdafiə Nazirliyi) tutularaq ona ödənilməsini tələb edir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1.1ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 19 oktyabr 1992-ci il tarixli, 562 nömrəli Nazirlər Kabinetinin Qərarına əsasən:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin, o cümlədən: · ....... · hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım; · hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri; · xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri; · gündəlik və mənzildə yaşamaq xərcləri; · ev kirayəetmə pulu.
1. Məhkəmə iddia tələbində göstərilən xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi 1-ci məharət dərəcəsinə əlavəyə görə ödənilməyən pul kompensasiyasının ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 17 fevral 1994-cü il tarixli 67 nömrəli qərarına əsasən 1-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 25 faiz miqdarında aylıq vəzifə maaşına əlavələr müəyyən edilmişdir. İddiaçıya müvafiq dövrlərdə 1-ci məharət dərəcəsinə görə pul əlavəsinin ödənilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 2729 nömrəli məktubu ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin məktubda iddiaçıya 1-ci məharət dərəcəsinə görə əlavənin 2014-cü ilin 1 dekabrınadək ödənildiyi qeyd edilmişdir. Beləliklə, iddiaçıya tələb etdiyi xx.xx.2015-ci ildən xx.xx.2017-ci il tarixinədək 1-ci məharət dərəcəsinə görə əlavənin cavabdeh tərəfindən ödənilmədiyi sübuta yetirilmişdir. Odur ki, xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi iddiaçıya 1-ci məharət dərəcəsinə əlavəyə görə ödənilməyən pul kompensasiyası ödənilməlidir.
2. Məhkəmə iddia tələbində göstərilən xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi istifadə etmədiyi məzuniyyətə görə ödənilməyən məzuniyyət pulunun əvəzinin ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin:
120. Növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə 10 gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün; q) zabitlərə — hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir.
121. Növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir
124. Ştatlı vəzifə tutmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət verilərkən növbəti məzuniyyətin müddəti hərbi qulluqçuların müvafiq komandirlərin (rəislərin) sərəncamında olduğu ümumi müddətdən çıxılır. Buraxılma zamanı növbəti məzuniyyət verilən hərbi qulluqçuların (həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata, yaxud istefaya göndərilməklə əlaqədar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması növbəti məzuniyyət bitdikdən sonra işlərin və vəzifənin təhvil-təsliminə zəruri olan müddət hesaba alınmaqla həyata keçirilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinin axırıncı abzasına əsasən ildə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti mə!zuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvin ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyildir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il 217 nömrəli Qərarına əsasən:
1. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur.
2. Müəyyən edilsin ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və X1 Xidmətinin, Azərbaycan Respublikası Strateji X2 Agentliyinin, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göründüyü kimi qanunvericiliyin sadalanan normalarına əsasən, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. İddia tələbində qeyd edilən xx.xx.2015-ci ildən xx.xx.2017-ci il tarixinədək istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 2729 nömrəli məktubu ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin məktubda iddiaçıya xx.xx.2014-cü ildən xx.xx.2015ci ilədək və xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixinədək istifadə etmədiyi məzuniyyət günlərinə görə 518 manat məbləğində pul kompensasiyasının ödənildiyi qeyd edilmişdir. Beləliklə, iddiaçıya tələb etdiyi xx.xx.2015-ci ildən xx.xx.2017-ci il tarixinədək istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının cavabdeh tərəfindən ödənilmədiyi sübuta yetirilmişdir. Odur ki, xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi iddiaçıya istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyası ödənilməlidir. 3.Məhkəmə iddia tələbində göstərilən xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi hərbi geyim və əşya əmlakı əvəzinə ödənilməyən pul kompensasiyasının ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 10.5-ci maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200 nömrəli xx.xx.2016-cı il tarixli Qərarı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin və təşkilatlarının şəxsi heyətinin hərbi geyim forması ilə və ləvazimatlarla təmin edilməsi normaları” təsdiq edilmişdir. Qanunvericiliyin sadalanan müddəaları göstərir ki, iddiaçı xidmət illərində istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyası almaq hüququna malikdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 2729 nömrəli məktubunda iddiaçıya əşya əmlak əvəzinə pul kompensasiyasının ödənilməsinin onun səlahiyyətləri daxilində olmadığı bildirmişdir. Halbuki, burada sübutetmə yükü cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd olunan qanunvericilik normaları baxımından mübahisəyə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçıya əşya əmlakının əvəzinə pul kompensasiyasının ödənilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdeh tərəfindən iddiaçıya əşya əmlakı əvəzinə pul kompensasiyasının verilməməsi əsassızdır və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.
4. Məhkəmə iddia tələbində göstərilən mənzilin müvəqqəti kirayəsinə görə ödənilməyən kirayə pulunun əvəzinin ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir: «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci bəndinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilmiş, o cümlədən: ... ev kirayəetmə pulu... İddia tələbində qeyd edilən xx.xx.2015-ci ildən xx.xx.2017-ci il tarixinədək mənzilin müvəqqəti kirayəsinə ödənilməyən kirayə əvəzi pul kompensasiyasının ödənilməməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 2729 nömrəli məktubu ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin məktubda iddiaçıya qeyd edilən tarixlərdə kirayə əvəzi pul kompensasiyasının ödənilmədiyi qeyd edilmişdir. Beləliklə, iddiaçıya tələb etdiyi xx.xx.2015-ci ildən xx.xx.2017-ci il tarixinədək istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının cavabdeh tərəfindən ödənilmədiyi sübuta yetirilmişdir. Odur ki, xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi iddiaçıya kirayə əvəzi pul kompensasiyası ödənilməlidir.
5. Məhkəmə iddia tələbində göstərilən 2016-cı ildə ödənilməyən maddi yardım pulunun əvəzinin ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilmiş, o cümlədən: ... hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım... Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 2729 nömrəli məktubu ilə ona yalnız 2015-ci il üçün 548 manat maddi yardım ödənildiyi qeyd edilmişdir. Beləliklə, iddiaçıya tələb etdiyi 2016-cı il üçün maddi yardımın cavabdeh tərəfindən ödənilmədiyi sübuta yetirilmişdir. Odur ki, iddiaçıya 2016-cı il üçün maddi yardım ödənilməlidir.
6. Məhkəmə iddia tələbində göstərilən 2015-ci ilin iyul ayında Naxçıvan MR-dan Bakı şəhərinə gəlməsi ilə bağlı yol xərcinin (avia bilet xərci), əşyaların köçürülməsi xərcinin əvəzinin ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir: “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 29-cu maddəsinə əsasən həqiqi hərbi xidmət keçmək üçün hərbi hissəyə göndərilmiş hərbi vəzifəlilər və qadınlar hərbi hissəyə çatanadək müəyyən edilmiş normalar üzrə ərzaq yol pulu ilə təmin edilirlər. Yaşayış yerindən hərbi hissənin yerləşdiyi yerə ailənin və ev əşyalarının aparılmasının xərcini hərbi hissə ödəyir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 13-2/2-12/2002/2023 nömrəli məktubdan göründüyü kimi, iddiaçı qanunsuz işdən azad olunduğu üçün iddiaçı 2015-ci ilin iyul ayında Naxçıvan MR-dan Bakı şəhərinə gəlməsi ilə bağlı yol xərcinin (avia bilet xərci) və əşyalarının aparılması xərci çəkmiş və həmin xərclərin ona ödənilmədiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 2729 nömrəli məktubu ilə də sübuta yetirilir. Belə ki, həmin məktubda qeyd edilən xərclərin ona ödənildiyinə dair məlumat və s. sübutlar mövcud deyil. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi 1-ci məharət dərəcəsinə əlavəyə görə pul kompensasiyasının, istifadə etmədiyi məzuniyyətə görə ödənilməyən məzuniyyət pulunun əvəzinin, mənzilin müvəqqəti kirayəsinə görə ödənilməyən kirayə pulunun əvəzinin, əşya geyim (əmlak) əvəzinə, 2015-ci ilin iyul ayında Naxçıvan MR-dan Bakı şəhərinə gəlməsi ilə bağlı yol xərcinin (avia bilet xərci), əşyaların aparılması xərcinin əvəzinin və 2016-cı il üçün maddi yardım pulunun əvəzinin iddiaçıya ödənilməməsi, həmçinin iddiaçının qeyd edilən kompensasiyaları almaq hüququnun olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi 1-ci məharət dərəcəsinə əlavəyə görə pul kompensasiyası, istifadə etmədiyi məzuniyyətə görə ödənilməyən məzuniyyət pulunun əvəzi, mənzilin müvəqqəti kirayəsinə görə ödənilməyən kirayə pulunun əvəzi, əşya geyim (əmlak) əvəzi, 2015-ci ilin iyul ayında Naxçıvan MR-dan Bakı şəhərinə gəlməsi ilə bağlı yol xərcinin (avia bilet xərci), əşyaların aparılması xərcinin əvəzi və 2016-cı il üçün maddi yardım pulunun əvəzi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçı ödənilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi 1-ci məharət dərəcəsinə əlavəyə görə pul kompensasiyası, istifadə etmədiyi məzuniyyətə görə ödənilməyən məzuniyyət pulunun əvəzi, mənzilin müvəqqəti kirayəsinə görə ödənilməyən kirayə pulunun əvəzi, əşya geyim (əmlak) əvəzi, 2015-ci ilin iyul ayında Naxçıvan MR-dan Bakı şəhərinə gəlməsi ilə bağlı yol xərcinin (avia bilet xərci), əşyaların aparılması xərcinin əvəzi və 2016-cı il üçün maddi yardım pulunun əvəzi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçı ödənilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev