Məhkəmə qərarları › İş №2-1(112)-5288/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5288/2025

14.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5288/2025 14.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “müvafiq araşdırmaların aparılması” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə X2 hərbi xidmətdən saxta sənədlər əsasında yayınması ilə bağlı Azərbaycan Respublikası hərbi prokurorluğu qarşısında təqdimatla çıxış etmək öhdəliyinin qoyulması, AR SHGUDX-nin üzərinə və onun nəzdindəki həkim komissiyasının üzərinə X2 xidmətə yararsız hesab edilməsi ilə bağlı sənədlərin əsaslandırılmış formalarına görə saxta tərtib edilən sənədlərlə bağlı araşdırma aparılması öhdəliyinin qoyulması, AR İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin üzərinə X3 məxsus “Klassik” 339 mağazalar şəbəkəsində, Şabran şəhəri, X6 və Şabran şəhəri, Nizami küçəsindəki mağazalarında müvafiq vergi yoxlamaları aparılmaqla tədbilər görülməsi öhdəliyi qoyulması, Quliyev Telmana məxsus hər üç mağazada xronometraj vergi yoxlamaları həyata keçirilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında cinayət təqibindən kənar icraatlar idarəsi AR SHÇÜDX-nin və DVX-nin müvafiq yoxlamaları ilə bağlı izləri nəzarətə götürməklə müvafiq tədbirlər görülməsi, cavabdehlər X2 barəsində müvafiq yoxlamaları həyata keçirməklə cərimə sanksiyaları həyata keçirilməsi, dövlət mənafeyinə zidd hərəkətlər üzrə dövlətinə xeyli və külli miqdarda maddi zərər vuran, habelə həqiqi hərbi xidmətdən yayınması ilə bağlı Quliyev Telmandan 250 000 manat pul vəsaitinin tutularaq, Yaşat Fondunun hesabına 100 000 manat, X8 hesabına 100 000 manat, eləcə də şəhid ailələri və müharibə veteranları ictimai birliyinin hesabına 50 000 manat pul cərimə etməklə köçürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iddiaya yazılı münasibət məhkəməyə təqdim edilməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 343-94/2-S- 899/19/24 nömrəli məktubda bildirilmişdir ki, eyni məzmunlu müraciətinizə baxılmasnın nəticəsi haqda sizə dəfələrlə cavab verilmişdir. Bir daha bildiririk ki, adıçəkilən şəxslə bağlı xüsusi kateqoriyalı fərdi məlumatlar “Fərdi Məlumatlar haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən onun razılığı olmadan 3-cü şəxslərə təqdim edilə bilməz. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 3-21-2-1/2-G-1xx-xx/2024 nömrəli məktubda göstərilmişdir ki, Şabran rayon sakini X2 vergi hüquqpozma hallarına yol verməsi və vergi orqanının vəzifəli şəxslərinin ona himayədarlıq etməsi barədə Azərbaycan Respublikasının Prezidentinə, o cumlədən Azərbaycan Respublikasının iqtisadiyyat nazirinə unvanladığınız xx.xx.2024-cü il (AVİS qeydiyyatı xx.xx.2024-cu il tarıxlı **********854800 nömrəlı), xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: 26. 09. 2024-cu il tarixli **********874200 nömrəli) və xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı xx.xx.2024cü il tarixli **********708100 və **********706700 nömrəli) təkrar müraciətlərinizə İqtisadiyyat Nazırliyi yanında Dövlət Vergi Xidmətində aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildiririk ki, Dövlət Vergi Xidmətinə bundan əvvəl daxil olmuş 24 iyul, 1, 8 13 və 29 avqust 2024-cü il tarixli eyniməzmunlu müraciətlərinizə baxılmasının nəticəsi barədə Sizə xx.xx.2024-cü il tarixlı 3-21-2-1/2-G-xx-xx/2024, xx.xx.2024-cü il tarixli 3-21-2-1/2-G-xxxx/2024 və xx.xx.2024-cu il tarixli 3-21-2-1/2-G-xx-xx/2024 nömrəli məktublar göndərilmişdir. Vergi orqanının uçot-baza məlumatlarına əsasən X2 (VÖEN **********) vergi ödəyicisi kimi qeydiyyatda olduğu, Şabran şəhəri, X6, ev 537C unvanında yerləşən "Mağaza" adlı təsərrufat subyektinin (obyektinin) uçota alındığı, eləcə də hamin obyektdə yeni nəsil nazarat-kassa aparatının və POS-terminalın quraşdırıldığı müəyyən olunmuşdur Müraciətinizdə göstərilən hallarla əlaqədar vergi orqanının "Operativ vergi nazarətinin həyata keçiniması haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən X3 (VÕEN **********) maxsus olan və X6 537 C unvanında yerləşən təsərrufat subyektində Vergi Məcəlləsinin 50.1.3, 50.1.7, 50. 1.13 və 50.1.14-cü maddələrində göstərilən masalalar uzre operativ vergi nəzarəti tədbirləri həyata keçirilmiş, həmçinin 24.09 2024cú il tarixli qərara əsasən sözugedən təsərrufat subyektində (obyektində) xronometraj metodu ilə müşahidə aparılmış və nəticələri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmişdır. Nəzarət tədbin zamanı vergi ödəyicisi tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilərək barəsində xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və vergi orqanının Vergi odayıcısının vergi qanunvericiliyinin pozulmasına gora məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cu il tarixli qərarı ilə vergi ödəyicisina 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eynı zamanda Vergi Məcəlləsının 50,113-cü maddəsinə əsasən aparılan nəzarət tədbin zamanı təsərrüfat subyektində olan bazı malların Vergi Məcəlləsinin 58.8ci maddəsində göstərilən sənədlər əsasında alınmadığı müəyyən edilmiş, nəticəsi uzrə xx.xx.2024-cu il tarixli akt tartib edilmiş və vergi orqanının "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cu il tarixli qərarı ilə vergi odayıcısına 906,2 manat məbləğində maliyyə sanksiyası tətbiq edılmışdır. Bundan başqa, Şabran şəhəri, X6ndə və Nizami küçəsində yerləşən Mağaza adlı digər obyektlərin müvafiq olaraq Telman Quliyevin qardaşı X4 (VOEN **********) və anası X1 (VOEN **********) məxsus olduğu, onların sahibkarlıq fəaliyyətinin isə Vergi Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq dayandırıldığı muəyyən edilmişdir. Əlavə olaraq bir daha bildiririk ki, müraciətinizdə vergi orqanının rəhbər vəzifəli şəxslərinin kimliyinə dair məlumat və qanunsuz hərəkətlərə yol vermələri ilə bağlı konkret faktlar göstərilməmiş, həmçinin iddialarınızı təsdiq edən sübutlar təqdim edilməmişdır. Müraciətinizdə göstərilən vergidən yayınma hallarını və vergi orqanının vəzifəli şəxslərinin buna himayədarlıq etməsini təsdiq edən konkret faktlar təqdim ediləcəyi təqdirdə həmin hallar qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırıla bilər. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına, Çağrı Mərkəzinə, və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “Vətəndaşların müraciətləri haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. -7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. -7.6. Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir. -7.7. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun aşağıdakı maddələrinə əsasən: - 20.1 Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. -31.1. İnzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı X2 hərbi xidmətdən yayınması hallarının araşdırılması, eləcə də sonuncu barəsində müvafiq vergi yoxlamalarının aparılması kimi tədbirlərin görülməsini inzibati məhkəmə icrattında iddia qaldırmaqla tələb edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Məhkəmə qeyd edir ki, inzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Şəxsin məhkəmə müdafiəsi hüququna malik ola bilməsi üçün onun hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş olmalıdır. “Pozulma” anlayışına isə formal yanaşılmamalı, hər hansı zahirən hüquqların pozulması kimi görünən hallar, o cümlədən heç bir sübuta istinad edilmədən, deklarativ xarakterli mülahizələr məhkəmə müdafiəsi hüququnun realizəsini şərtləndirməməlidir. Hazırkı iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının eyni məzmunlu müraciətləri cavabdeh orqanlar tərəfindən qeydiyyata alınmış və ona müvafiq məzmunda cavablar göndərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının etdiyi müraciətlər hərbi xidmətə cəlb edilmə və vergi qanunvericiliyinə riayət edilməsi sahəsində yoxlama müvafiq aidiyyatı cavabdeh orqanlar tərəfindən dövlət nəzarəti ilə realizə olunmuşdur. İddiaçının bu nəzarət çərçivəsindəki hüququ ictimai nəzarətin bir forması kimi yalnız səlahiyyətli inzibati orqanlara müraciət etmək və həmin müraciətlərə cavab almaqla məhdudlaşır. İddiaçının müraciətlə əlaqədar hansı yoxlamaların aparıldığı, aparılmış yoxlama nəticəsində inzibati orqanların tətbiq edəcəyi tədbirlərdən hansının görülməsini və ya görülməməsini inzibati orqandan tələb etmək hüququ qanunla nəzərdə tutulmamışdır. İddiaçının müraciət etməsi və müraciət üzə araşdrıma aparılmasına dair cavab alması hüququ iddiaçının hüquqi vəziyyətində dəyişiklik edilməsinə xidmət edən maddi hüquq hesab olunmur. Başqa sözlə, iddiaçının “maddi hüquq” anlamında hüquq və azadlıqlarının pozulmadığı sürəcə inzibati orqandan müvafiq hərəkətlərin edilməsini tələb etməyə subyektiv hüququ da yaranmır. Vergi Məcəlləsinin 24.1.5-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur. Normanın tələbindən görünür ki, vergi orqanının vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda müraciəti qeydə almaq, növbəti yoxlama zamanı həmin müraciətdəki faktları araşdırmaq və araşdırmanın nəticəsi barədə müraciət müəllifinə məlumat vermək vəzifəsi vardır. Qeyd edilən normadakı “məlumat vermək” vəzifəsi cavabdeh orqanın müraciət edən şəxsə yoxlamanın yalnız nəticəsi barədə məlumatlandırmaqla məhdudlaşır. Qeyd edilənlər baxımından dəyərləndirmə apardıqda müəyyən olunur ki, iddiaçının etdiyi müraciətlər yuxarıda sadalanan “Vətəndaşların müraciətləri haqqında” Qanun, “İnzibati icraat” haqqında Qanun, eləcə də Vergi Məcəlləsinin tələblərinə əsasən qeydə alınmış, müraciətlərə əsasən müvafiq məlumatlar iddiaçıya bildirilmiş və həmin müraciətlərə cavab verilməsi ilə bağlı cavabdehlərin qanunla müəyyən edilmiş hərəkətsizlik nümayiş etdirmələri müəyyən olunmamışdır. Beləliklə, hazırkı halda cavabdehlərin qərar, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının subyektiv hüquqlarının pozulduğu əsaslandırılmadığından iddia mümkünsüz sayılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar