Məhkəmə qərarları › İş №2-1(112)-529/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-529/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-529/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X24 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin hərəkətsizliyi nəticəsində ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətsizliyi nəticəsində ona vurulmuş ziyana görə 448500,0 (dörd yüz qırx səkkiz min beş yüz) manat məbləğində kompensasiyanın cavabdeh inzibati orqandan tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı "ASAN Xidmət" mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı X11 ünvan 1 ünvanında yerləşən 0.225 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən bir mərtəbəli ümumi sahəsi 142.00 kv.m olan qeyri-yaşayış binasını 448500 manat qiymətinə alıcı, iddiaçının həyat yoldaşı - X2. Alğı-satqı müqaviləsi bağlanan zaman ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx/xx/2014 tarixli, **********80-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış sənədinə əsasən əmlak tam mülkiyyət hüququ ilə satıcı - X6 məxsus olmuşdur. Həmçinin müqavilə bağlanan zaman daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2014-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. X14 da, DƏDRX-nin müvafiq sənədlərinə və arayışa əsasən vicdanlı alıcı kimi əmlakın dəyərini xx.xx.2014-cü il tarixdə tam şəkildə satıcı - X6 ödəyərək ünvan 1 ünvanında yerləşən 0.225 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən bir mərtəbəli ümumi sahəsi 142.00 kv.m olan qeyri-yaşayış binasını ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, **********80-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış sənədinə öz xüsusi mülkiyyətinə keçirmişdir. X14 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bundan sonra xx.xx.2017-ci il tarixdə həyat yoldaşı X9 qanun üzrə vərəsələri kimi o və qızları vərəsəliyin açılması və şəhadətnamənin alınması üçün Bakı şəhəri 38 saylı notariat kontoruna müraciət etmişlər. Notariat kontorunda "daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair” dövlət reyestrindən arayış çap olunduqda müəyyən olunmuşdur ki, vərəsəlik işinin açılması mümkün deyildir. Belə ki, arayışın yüklülük haqqında məlumat hissəsində aşağıdakı məlumatlar əks olunmuşdur: həbs: 1 saylı Yerli iqtisad Məhkəməsi, 1 saylı Yerli İqtisad Məhkəməsinin 1133/4-233 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsi; müvəqqəti nəzarət, heç bir əməliyyat aparılmasın. Qeyri-yaşayış binası "Azərkompozit" firmasından alınıb, "Azərkompozit" firmasına verilmiş şəhadətnamələr ləğv edilmişdir. Göstərilən məsələnin araşdırılması ilə bağlı əvvəlcə torpaq sahəsini satan X11 ilə əlaqə saxlasalar da, onun da, bu məsələdən xəbərdar olmadığı müəyyən olunmuş və o, həmin ərazini "Azərkompozit" firmasından deyil, İsmayılova Hicran İlyas qızı adlı bir şəxsdən aldığını bildirmişdir və daha sonra onlara köhnə çıxarışların surətlərini təqdim etmişdir. Daha sonra xx.xx.2017-ci il tarixli məktubla tərəfindən həm Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, həm də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə 2007-ci ildə qəbul olunmuş məhkəmə qətnaməsinin qüvvədə olub-olmadığı, əgər qüvvədədirsə həmin qətnaməyə baxmayaraq, X12 adıçəkilən əmlak üzərində alğı-satqı əməliyyatı aparılmasına hansı əsasla icazə verildiyi və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən həmin əmlaka dair Çıxarışın necə verildiyi barədə məlumat verilməsi barədə müraciət olunmuşdur. Ərizəyə cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ünvanladığı xx.xx.2017-ci il tarixli **********48 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 13-cü Badamdar küçəsində yerləşən ümumi sahəsi 831,9 kv.m. olan birmərtəbəli tikililər "Azərkompozit" firması tərəfindən özəlləşdirilmiş və bununla bağlı firmanın adına DƏİEDK tərəfindən xx.xx.2006-cı il tarixli, 000369 saylı şəhadətnamə verilmişdir. Bundan sonra həmin tikililərin yerləşdiyi torpaq sahəsi "Azərkompozit" firması tərəfindən özəlləşdirilmiş və DƏİEDK tərəfindən firmaya xx.xx.2006-cı il tarixli 000133 saylı şəhadətnamə verilmişdir. Qeyd edilən şəhadətnamələr əsasında "Azərkompozit" firması əmlak kompleksi və yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cavabdehlər Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə və "Azərkompozit" firmasına qarşı "Bakı şəhəri, Səbail rayonu, 13-cü Badamdar küçəsində yerləşən qeyri-yaşayış sahəsi və torpaq sahəsinin alğı-satqısına dair DƏİEDK ilə "Azərkompozit" firması arasında bağlanmış 01,03.2006-cı il tarixli, 115 saylı və xx.xx.2006-cı il tarixli 284 saylı müqavilələr bağlandığı andan və həmin əmlaklara mülkiyyət hüququna dair şəhadətnamələrin etibarsız hesab edilməsi barədə" iddia tələbi 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1133/4-233 saylı qətnaməsi ilə təmin edilmiş, DƏİEDK tərəfindən qeyri-yaşayış sahəsinə dair verilmiş xx.xx.2006-cı il tarixli, 000369 saylı və torpaq sahəsinə dair verilmiş xx.xx.2006-cı il tarixli 000133 saylı şəhadətnamələrin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli 4İK-98-3-15/07 saylı qətnaməsi ilə "Azərkompozit" firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1133/4-233 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli **********84 nömrəli məktubu ilə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair yüklülüyün olduğu halda çıxarışın verilməsi məsələsinin araşdırılması barədə müraciətlərinə baxıldığı, qeyd edilən məsələ ilə bağlı müvafiq araşdırma aparıldığı və nəticəsi barədə onlara məlumat veriləcəyi bildirilsə də, bugünədək heç bir cavab almamışlar. xx.xx.2018-ci il tarixdə isə tərəflərindən təkrarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunmuş və üzərində yüklülük olan əmlak barəsində alğı-satqı əməliyyatına hansı əsasla icazə verildiyinə dair məlumat verilməsi tələb edilmişdir. Bundan başqa, tərəflərindən aparılan araşdırmalar nəticəsində əldə etdikləri qətnamələrdən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 1133/4-233 saylı iş üzrə 14 iyun 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin iddiası iddia tələbindən kənara çıxılmaqla qismən və qarşılıqlı iddiaçı "Azərkompozit" firmasının iddiası qismən təmin olunmuş, ünvan 4 ünvanında yerləşən 831,9 kv.m torpaq sahəsinin alğı-satqısına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə "Azərkompozit" firması arasında bağlanmış 01,03.2006-cı il tarixli, 115 saylı və xx.xx.2006-cı il tarixli, 284 saylı müqavilələrin bağlandığı andan və həmin əmlaklara mülkiyyət hüququna dair "Azərkompozit" firmasının adına verilmiş şəhadətnamələrin, eləcə də, Badamdar qəsəbəsi 1 yaşayış massivində olan 2600,0 kv.m torpaq sahəsinin alğı-satqı yolu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə satılması barədə Səbail rayon, Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 168 saylı qərarının etibarsız hesab edilməsi, qeyd edilən torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, hər iki iddianın qalan hissələrdə rədd olunması qət edilmişdir. Həmin qətnamədən "Azərkompozit" firması tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin X8 İşlər üzrə Kollegiyasının 4İK- 98-3-15/07 saylı iş üzrə 18 sentyabr 2007-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və 1 saylı Yerli İqtisad Məhkəməsinin 14 iyun 2007-ci il tarixli, 1133/4-233 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilən Bakı Apellyasiya Məhkəməsinin X8 İşlər üzrə Kollegiyasının 4İK-98-3-15/07 saylı iş üzrə 18 sentyabr 2007-ci il tarixli qətnaməsi onun maraqlarına toxunduğuna görə və həmin işdə iştirak etməsinə cəlb edilmədiyinə görə sözügedən qətnamədən təqdimat verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3i-(102)-333/2018 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə onun ərizəsi təmin edilməmişdir. Bundan sonra o, Konstitusiya Məhkəməsinə müraciət etmiş və Konstitusiya Məhkəməsi Plenumunun 10 iyul 2020-ci il tarixli qərardadı qəbul olunmuşdur. Konstitusiya işinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə torpaq sahəsinin alğı-satqısına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə “Azərkompozit” firması arasında bağlanmış müqavilələrin və əmlaklara mülkiyyət hüququna dair “Azərkompozit” firmasının adına verilmiş şəhadətnamələrin, eləcə də, torpaq sahəsinin alğı-satqı yolu ilə Səhiyyə Nazirliyinə satılması barədə Badamdar Bələdiyyəsinin 19 sentyabr 2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi, qeyd edilən torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmaması ərizəçilərin qanunla müəyyən edilmiş qaydada əldə edilmiş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, 2014-cü ildə həmin torpaq sahəsi və üzərindəki qeyri-yaşayış binası barəsində bir neçə dəfə alğı-satqı müqavilələrinin bağlanmasına imkan vermişdir. Alğısatqı müqaviləsi bağlanan zaman ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 12 may 2014-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən əmlaka mülkiyyət hüququ E.Hüseynova məxsus olmuş və mübahisəli torpaq sahəsinə dair alğısatqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş bu çıxarışa etimad və güvən əsasında bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əks olunmuşdur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirilənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 -ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərinə hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). İddiaçı şikayəti üzrə konstitusiya işinin tam və hərtərəfli araşdırılması məqsədilə səlahiyyətli dövlət orqanına müvafiq sorğu göndərilmişdir. Konstitusiya Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 5 noyabr 2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 14 iyun 2007-ci il tarixli qətnaməsi əsasında müvafiq şəhadətnamələrin etibarsız hesab edilməsi barədə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin məktubu 13 iyun 2008-ci il tarixdə İdarəyə daxil olmuş, lakin məlum olmayan səbəblərdən şəhadətnamələrin etibarsız hesab edilməsi barədə dövlət reyestrində qeydiyyat aparılmamış, yalnız əmlak kompleksinin qeydiyyata alındığı reyestr kitabında karandaşla müvafiq qeyd edilmişdir. Göründüyü kimi, məhz səlahiyyətli dövlət orqanının qanunvericiliklə müəyyən edilmiş vəzifələri lazımınca yerinə yetirməməsi nəticəsində mübahisəli torpaq sahəsinə mülkiyyətçinin sağlığında yaranmış mülkiyyət hüququnun onun vərəsələrinə keçməsi qeyri-mümkün olmuşdur. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Burada həmçinin İddiaçı miras əmlakın vərəsəsi kimi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə edilməsində kifayət qədər mülki marağa malik olması və nəticədə bu hüquqların əmələ gəlməsinə hüquqi gözləntisi də nəzərə alınmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə ‘ İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə Qərarı, № 18768/05, 2010-cu il). Göstərilənlərə uyğun olaraq, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, ərizəçinin səlahiyyətli dövlət orqanının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində miras əmlaka mülkiyyət hüququnun əldə edilməsindən məhrum olmasına görə vurulmuş zərərin tam həcmdə həmin orqan tərəfindən ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Belə ki, Konstitusiyanın 68-ci maddəsinin İİİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Nəzərə alınmalıdır ki, bu hüquq nəinki şəxsin öz hüquq və azadlıqlarını qanunauyğun həyata keçirməsinə əlavə təminat yaradır, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. İddia ərizəsinə əlavə olunan sənədlərdən və məhkəmə qərarlarından, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun 10 iyul 2020-ci il tarixli qərardadından göründüyü kimi, hazırki iş üzrə cavabdeh inzibati orqan olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi icra üçün ona göndərilmiş məhkəmə qətnaməsini icra etmədiyinə görə (hərəkətsizlik) onun vəfat etmiş həyat yoldaşı X14 notariat qaydasında alqı-satqı müqaviləsi bağlayaraq, üzərində məhkəmə qərarı ilə həbs olan əmlakı əldə etmişdir. Hazırda isə vərəsəlik işinin açılması zamanı müəyyən olunmuşdur ki, əmlak üzərində həbs mövcuddur və bu səbəbdən vərəsəlik şəhadətnaməsi verilə bilməz. Nəticədə isə, 448500 manat qarşılığında satın alınmış əmlaka mülkiyyət hüquqları məhdudlaşdırılmış, bu isə öz növbəsində vərəsəlik hüquqlarının həyata keçirilməsinə mane olmuşdur. Hesab edirlər ki, bu halın baş verməsinin yeganə səbəbkarı cavabdeh inzibati orqanın hərəkətsizliyidir və onun hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə alqı-satqı müqaviləsi əsasında ödənilmiş 448500 manat məbləğində vəsait kompensasiya qismində ona ödənilməlidir. Göstərilən məsələ ilə bağlı, tərəfindən 16 oktyabr 2020-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət olunsa da, müraciəti bugünədək cavablandırılmamışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, 13-cü Badamdar küçəsində yerləşən ümumi sahəsi 831.9 kv.m olan birmərtəbəli tikililər “Azərkompozit” firması tərəfindən özəlləşdirilmiş və bununla bağlı firmanın adına DƏİEÜDK tərəfindən xx.xx.2006-cı il tarixli, 000369 saylı şəhadətnamə verilmişdir. Bundan sonra həmin tikililərin yerləşdiyi 5021.5 kv.m torpaq sahəsi “Azərkompozit” firması tərəfindən özəlləşdirilmiş və DƏİEÜDK tərəfindən firmaya xx.xx.2006-cı il tarixli 000133 saylı şəhadətnamə verilmişdir. xx.xx.2007-ci il tarixində qeyd edilən şəhadətnamələr əsasında “Azərkompozit" firması əmlak kompleksi və yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. “Azərkompozit” firması xx.xx.2007-ci il tarixli. 4Ə-01-81 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak kompleksinin 142 kv.m.-ni İsmayılova Hicran İlyas qızına satmış və həmin 142 kv.m. hissə əmlak kompleksindən ayrılaraq ayrıca qeyri-yaşayış binası kimi qeydiyyata alınmış və yeni reyestr kitabına keçirilmiş, reyestr kitabında yeni reyestr kitabına keçirilmə barədə müvafiq qeyd aparılmışdır. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cavabdehlər Dövlət Əmlakının idarə Edilməsi üzrə Dövlət Komitəsinə, “Azərkompozit” firmasına, 3-cü şəxslər Bakı şəhəri icra Hakimiyyətinə, Səbail rayon İcra Hakimiyyətinə və Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət edərək, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən “Azərkompozit” firmasına verilmiş xx.xx.2006-cı il tarixli, 000133 saylı şəhadətnamənin və alğı-satqı əqdlərinin, eləcə də, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 24 saylı sərəncamının etibarsız hesab edilib Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 8-ci Badamdar küçəsində yerləşən 0,26 ha torpaq sahəsinin Səhiyyə Nazirliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, eyni zamanda iddiaçı “Azərkompozit” firmasının cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsinə və 3-cü şəxslər Səbail rayon İcra Hakimiyyətinə və Bakı şəhəri icra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 168 saylı qərarının etibarsız hesab edilməsi, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2006-cı il tarixli 8302 saylı ödəniş tapşırığı ilə Badamdar Bələdiyyəsinin hesabına səhvən ödənilmiş 12480 manat vəsaitin Səhiyyə Nazirliyinə qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1133/4-233 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin iddiası iddia tələbindən kənara çıxmaqla qismən, iddiaçı “Azərkompozit” firmasının iddiası qismən təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi ünvanında yerləşən 831,9 kv.m qeyri-yaşayış sahəsinin və həmin ünvanda yerləşən 5021.5 kv.m torpaq sahəsinin alqı-satqısına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə “Azərkompozit” firması arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 115 saylı və xx.xx.2006-cı il tarixli 284 saylı müqavilələr bağlandığı andan və həmin əmlaklara mülkiyyət hüququna dair “Azərkompozit” firmasının adına verilmiş şəhadətnamələr, eləcə də, Badamdar qəsəbəsi 1-ci yaşayış massivində olan 2666 kv.m torpaq sahəsinin alğısatqı yolu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə satılması barədə Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 168 saylı qərarının etibarsız hesab edilərək, qeyd edilən torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, hər iki iddia tələbinin qalan hissələrdə rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli 4İK-98-3-15/07 saylı qətnaməsi ilə “Azərkompozit” firması tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1133/4-233 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmçinin, İsmayılova Hicran İlyas qızı xx.xx.2014-cü il tarixli, 4Ə-857 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 142 kv.m. qeyri-yaşayış binasını X6, X11 isə öz növbəsində xx.xx.2014-cü il tarixli, 4Ə-1062 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2. “Azərkompozit” firması yerdə qalan hissəyə məhdudiyyət və yüklülüklər haqqında (Forma 1) dövlət reyestrindən arayışın alınması ilə əlaqədar müraciəti zamanı məsələ diqqətlə araşdırılmış xx.xx.2016-cı il tarixdə 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1133/4-233 saylı qətnaməsinin icrası təmin edilmiş və dövlət reyestrində müvafiq qeydiyyat aparılmış, lakin bir hissə X1 həmin hissədə MQS-də bununla bağlı müvafiq məhdudlaşdırma aparılmışdır. X3 vərəsələri olan X7, X10, X13 və X18 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli 4İK-98-3-15/07 saylı qətnaməsinin onların maraqlarına toxunduğuna görə və onların həmin işdə iştirak etməyə cəlb olunmadıqlarına görə sözügedən qətnamədən təqdimat verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3i-(102)-333/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizəçilərin təqdimat verilməsi üçün ərizələrinin təmin edilməməsi qərara alınmışdır. İdarə tərəfindən hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilməmiş, iddiaçıya maddi zərər vurulmamışdır. Belə ki, işin hallarına əsasən İsmayılova Hicran ilyas qızı xx.xx.2007-ci il tarixli, 4Ə-01-81 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak kompleksinin 142 kv.m.-ni əldə etmiş və mülkiyyət hüququna dair xx.xx.2007-ci il tarixli, ********* nömrəli çıxarış almışdır. “Azərkompozit” firmasının adına verilmiş şəhadətnamələrin ləğvini nəzərdə tutan 1 saylı Yerli iqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1133/4-233 saylı qətnaməsi isə AR Dövlət Əmlakının İdarə edilməsi Üzrə Dövlət Komitəsinin sədr müavini cənab Rafiq Cəlilovun məkubu ilə xx.xx.2008-ci il tarixdə İdarəyə daxil olmuşdur. Göründüyü kimi, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İsmayılova Hicran İlyas qızının adına çıxarış verilərkən hər hansı qanunsuz hərəkət və va hərəkətsizliyə yol verilməmişdir. 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1133/4-233 saylı qətnaməsi də tarixdən göründüyü kimi, İsmayılova Hicran İlyas qızının mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra qəbul olunmuşdur və 1 saylı Yerli İqtisad Məhkəməsindən, eləcə də Bakı Apellyasiva Məhkəməsindən sözügedən əmlakın üzərində hüququn məhdudlaşdırılmasına (əmlakın üzərinə həbs qovulması və sairə) əsas olan hər hansı sənəd 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. Yuxarıda qeyd olunan hallara əsasən müəyyən olunur ki, 1 saylı Yerli İqtisad Məhkəməsi xx.xx.2007-ci il tarixli, 1133/4-233 saylı qətnaməni qəbul edərək müvafiq şəhadətnamələri ləğv edərkən və Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamə dəyişdirilmədən saxlanılarkən İsmayılova Hicran İlyas qızı xx.xx.2007-ci il tarixli, 4Ə-01- 81 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak kompleksinin 142 kv.m.-ni əldə etmiş və mülkiyyət hüququna dair xx.xx.2007-ci il tarixli,110710893 nömrəli çıxarış almışdır. Beləliklə, idarənin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi ziyan vurulmamışdır. Maddi ziyanla bağlı tələbə dair qeyd etmək istəyirlər ki, ərizəyə iddiaçıya dəymiş maddi zərəri təsdiq edən hər hansı bir sübut (nəqliyyat və tibbi xidmətlərlə bağlı xərclərə dair ödəniş qəbzləri, tibbi arayış və s.) əlavə edilməmişdir. Müvafiq daşınmaz əmlak üzərində 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli. 1133/4-233 saylı qətnaməsi əsasında aparılmış qeydlər İdarənin qanunsuz hərəkəti kimi qiymətləndirilib iddiaçıya maddi ziyan vurulmasına əsas olan hal kimi qiymətləndirilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Yuxarıda qeyd olunanları rəhbər tutaraq bildirirlər ki, ərizədə maddi ziyan olaraq göstərilən məbləğin ödənilməsinə dair tələb tamamilə əsassızdır və hər hansı qanunvericilik norması ilə əsaslandırılmamışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, - 1 saylı Bakı “Asan xidmət” Mərkəzinin notariat kontorunda bağlanmış 9 iyun 2014-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Elşən Hüseynov ünvan 5 ünvanında yerləşən 0.225 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləən bir mərtəbəli ümumi sahəsi 142 kv.m olan qeyri-yaşayış binasını 448500 manata Mahur Nuriyevə satmışdır. Alğı-satqı müqaviləsi bağlanan zaman Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – ƏMDK yanında DƏDRX) Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 12 may 2014-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən həmin əmlaka mülkiyyət hüququ E.Hüseyova məxsus olmuşdur. Müqavilə bağlanan zaman daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 9 iyun 2014-cü il tarixli arayışa əsasən, daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 13 iyun 2014-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən həmin əmlak M.Nuriyevin xüsusi mülkiyyətinə keçmişdir. M.Nuriyev 3 iyul 2015-ci il tarixində vəfat etmişdir. Ölümündən sonra onun qanun üzrə vərəsələri arvadı İddiaçı, qızları Subra Qubadova, Könül Nuriyeva və Nərmin Nuri vərəsəliyin açılması və şəhadətnamənin alınması üçün Bakı şəhəri 38 saylı notariat kontoruna müraciət etdikdə məlum olmuşdur ki, “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair” dövlət reeystrindən arayışa əsasən vərəslik işinin açılması mümkün deyil. Belə ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 14 iyun 2007ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra – Səhiyyə Nazirliyi) Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə (bundan sonra – Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi), “Azərkompozit” firmasına və 3-cü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və qeyrilərinə qarşı iddiası təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi ünvanında yerləşən 5021.5 kv.m torpaq sahəsinin və 831.9 kv.m qeyri-yaşayış sahəsinin alğı-satqısına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə “Azərkompozit” firması arasında bağlanmış 1 mart 2006-cı il tarixli və 10 noyabr 2006-cı il tarixli müqavilələrin bağlandığı andan və əmlaklara mülkiyyət hüququna dair “Azərkompozit” firması arasında bağlanmış 1 mart 2006-cı il tarixli və 10 noyabr 2006-cı il tarixli müqavilələrin bağlandığı andan və əmlaklara mülkiyyət hüququna dair “Azərkompozit” firmasının adına verilmiş şəhadətnamələrin, eləcə də, Badamdar qəsəbəsi, 1 yaşayış massivində olan 2600.0 kv.m torpaq sahəsinin alğı-satqı yolu ilə Səhiyyə Nazirliyinə satılması barədə Səbail rayon, Badamdar bələdiyyəsinin 19 sentyabr 2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi, qeyd edilən torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin X8 İşlər üzrə Kollegiyasının 18 sentyabr 2007-ci il tarixli qətnaməsi ilə “Azərkompozit” Ffirmasının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin iş üzrə qəbul edilmiş qətnamənin onların maraqlarına toxunduğunu, lakin, işdə iştirak etməyə cəlb edilmədiklərini əsas gətirərək kassasiya qaydasında şikayət verilməsi üçün təqdimat verilməsini Ali Məhkəmədən xahiş etmişdir. Ali Məhkəmənin 27 fevral 2019-cu il tarixli qərardadı ilə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Mübahisələrə dair İşlər üzrə Kollegiyasının 18 sentyabr 2007-ci il tarixli qətnaməsindən təqdimat verilməsinə dair müraciəti əsassız hesab edilərək təmin edilməmişdir. İddiaçı və digərləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 27 fevral 2019cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı şikayətinə dair” 10 iyul 2020-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə İddiaçı şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmiş, İddiaçı səlahiyyətli dövlət orqanının hərəkətləri (hərəkətsizliyi) nəticəsində əmlaka mülkiyyət hüququnun əldə edilməsindən məhrum olmasına görə vurulmuş zərərin həmin orqan tərəfindən ödənilməsini məhkmə qaydasında tələb etmək hüququ izah edilmişdir. Konstitusiya Məhkəməsinin sözügedən qərardadda şikayətlə bağlı hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur: Konstitusiyanın 29-cu mədəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun ‘ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair" 2012-ci il 28 fevral tarixli Qərarı). Hazırkı konstitusiya işinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə torpaq sahəsinin alqı-satqısına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə “Azerkompozit” firması arasında bağlanmış müqavilələrin və əmlaklara mülkiyyət hüququna dair “Azərkompozit” firmasının adına verilmiş şəhadətnamələrin, eləcə də, torpaq sahəsinin alğı-satqı yolu ilə Səhiyyə Nazirliyinə satılması barədə Badamdar Bələdiyyəsinin 19 sentyabr 2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi, qeyd edilən torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparıİmaması ərizəçilərin qanunla müəyyən edilmiş qaydada əldə edilmiş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, 2014-cü ildə həmin torpaq sahəsi və üzərindəki qeyri-yaşayış binası barəsində bir neçə dəfə alğı-satqı müqavilələrinin bağlanmasına imkan vermişdir. Alğısatqı müqaviləsi bağlanan zaman ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 12 may 2014 il tarixli dövlət reyestrindən çıxarışa əsasən əmlaka mülkiyyət hüququ E.Hüseynova məxsus olmuş və mübahisəli torpaq sahəsinə dair alqısatqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş bu çıxarışa etimad və güvən əsasında bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 140-cı maddəsi, eləcə də, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əks olunmuşdur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgeninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq ediiməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reeystrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ei il 18 iyul tarixli Qərarı). İddiaçı şikayəti üzrə konstitusiya işinin tam və hərtərəfli araşdırılması məqsədilə səlahiyyətli dövlət orqanına müvafiq sorğu göndərilmişdir. Konstitusiya Məkəməsinin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 5 noyabr 2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, 1 saylı Yerli iqtisad Məhkəməsinin 14 iyun 2007-ci il tarixli qətnaməsi əsasında müvafiq şəhadətnamələrin etibarsız hesab edilməsi barədə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin məktubu 13 iyun 2008-ci il tarixdə idarəyə daxil olmuş, lakin məlum olmayan səbəblərdən şəhadətnamələrin etibarsız hesab edilməsi barədə dövlət reyestrində qeydiyyat aparılmamış, yalnız əmlak kompleksinin qeydiyyata alındığı reyestr kitabında karandaşla müvafiq qeyd edilmişdir. Göründüyü kimi, məhz səlahiyyətli dövlət orqanının qanunvericiliklə müəyyən edilmiş vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində mübahisəli torpaq sahəsinə mülkiyyətçinin sağlığında yaranmış mülkiyyət hüququnun onun vərəsələrinə keçməsi qeyri-mümkün olmuşdur. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Burada həmçinin İddiaçımn miras əmlakın vərəsəsi kimi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə edilməsində kifayət qədər mülki marağa malik olması və nəticədə bu hüquqların əmələ gəlməsinə hüquqi gözləntisi də nəzərə alınmalıdır. “Mülkiyyət" anlayışı “mövcud mülkiyyətlə" məhdudlaşmır və tələblər də, daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. “Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə Qərarı, № 18768/05, § 103, 2010-CU il). Göstərilənlərə uyğun olaraq, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, ərizəçinin səlahiyyətli dövlət orqanının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində miras əmlaka mülkiyyət hüququnun əldə edilməsindən məhrum olmasına görə vurulmuş zərərin tam həcmdə həmin orqan tərəfindən ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Belə ki, Konstitusiyanın 68-ci madəsinin lil hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Nəzərə alınmalıdır ki, bu hüquq nəinki şəxsin öz hüquq və azadlıqlarını qanunauyğun həyata keçirməsinə əlavə təminat yaradır, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Göründüyü kimi, İddiaçı öz hüquqlarının məhkəmə qaydasında müdafiəsi imkanı tükənməmişdir. - Bundan sonra İddiaçı tərəfindən cavabdeh inzibati orqana ona kompensasiya məbləğinin ödənilməsi barədə ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən xx.xx.2021-ci il tarixli, **********34 nömrəli məktubla imtina edilmişdir. İmtinada göstərilmişdir ki, qeyd olunanlar ilə bağlı İdarə tərəfindən hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilməmiş və ərizəçiyə maddi ziyan vurulmamışdır. Həmçinin, ərizəyə dəymiş maddi zərəri təsdiq edən hər-hansı bir sübut əlavə edilməmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq hesab etmişlər ki, ərizədə maddi ziyan olaraq göstərilən məbləğin ödənilməsinə dair tələbi tamamilə əsassızdır və hər hansı qanunvericilik norması ilə əsaslandırılmamışdır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə əsaslıdır. Belə ki, məhkəmə hazırki mübahisə üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə torpaq sahəsinin alğı-satqısına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə “Azerkompozit” firması arasında bağlanmış müqavilələrin və əmlaklara mülkiyyət hüququna dair “Azərkompozit” firmasının adına verilmiş şəhadətnamələrin, eləcə də torpaq sahəsinin alğı-satqı yolu ilə Səhiyyə Nazirliyinə satılması barədə Badamdar Bələdiyyəsinin 19 sentyabr 2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi, qeyd edilən torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparıİmaması iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə edilmiş mülkiyyət hüququnun pozulmasına səbəb olduğundan, 2014-cü ildə həmin torpaq sahəsi və üzərindəki qeyri-yaşayış binası barəsində bir neçə dəfə alğı-satqı müqavilələrinin bağlanmasına imkan verilməsi nəticəsində, alğı-satqı müqaviləsi bağlanan zaman ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 12 may 2014 il tarixli dövlət reyestrindən çıxarışa əsasən əmlaka mülkiyyət hüququ E.Hüseynova məxsus olduğundan və mübahisəli torpaq sahəsinə dair alğı-satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş bu çıxarışa etimad və güvən əsasında bağlandığından, məhz səlahiyyətli dövlət orqanının qanunvericiliklə müəyyən edilmiş vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində mübahisəli torpaq sahəsinə mülkiyyətçinin sağlığında yaranmış mülkiyyət hüququnun onun vərəsələrinə keçməsi qeyri-mümkün olduğundan, hazırki iddia üzrə iddiaçı, səlahiyyətli dövlət orqanının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində miras əmlaka mülkiyyət hüququnun əldə edilməsindən məhrum olmasına görə vurulmuş miras əmlakın tam həcmdə dəyəri olan 448500 manat zərərin həmin orqan tərəfindən ödənilməsini məhkəmə qaydasında tələb etməkdə haqlı olmuşdur. Məhkəmə eləcə də, cavabdehin imtinasında və etirazında istinad etdiyi iddiaçıya maddi zərərin dəyməsini təsdiq edən hər-hansı bir sübutun əlavə edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan məhkəmənin sorğusuna əsasən 1 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş “xx.xx.2014cü il tarixdə 1 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisidə X6 məxsus ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasına dair X14 arasında rəsmiləşdirilmiş, reyestrdə 4Ə-1062 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə notariat işinin təsdiq edilmiş kserosurətlərindən müəyyən edilmişdir ki, sözügedən alğı-satqı müqaviləsinə əsasən X11 mübahisəli qeyri-yaşayış sahəsini və onun yerləşdiyi torpaq sahəsini 448500 (dörd yüz qırx səkkiz min beş yüz) manata iddiaçının mərhum əri X4, sonuncu tərəfindən sözügədən məbləğ Azərbaycan Beynəlxalq Bankının Nərimanov Filialında müvafiq bank hesabına köçürülmüşdür. Göründüyü kimi, iddiaçının cavabdehdən tələb etdiyi məbləğ notarial qaydada təsdiq edilmiş müqavilə əsasında tərəflər arasında müəyyən edilmiş əmlakın real satış qiyməti olmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Konstitusiyanın 29-cu mədəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun ‘ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair" 2012-ci il 28 fevral tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı vurulmuş ziyana görə 448.500,00 (dörd yüz qırx səkkiz min beş yüz) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar