Məhkəmə qərarları › İş №2-1(112)-5292/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5292/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5292/2020 04.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır,ixtisası texnologiya-dizayn, "xxxx" ASC-də mühasib işləyir), cavabdehin nümayəndəsi X1 (Bakı şəhəri qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “sərəncamda olduğu dövr üçün əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiа tələbi üzrə inzibati işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “sərəncamda olduğu dövr üçün əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, iddiaçı xx.xx.2008-ci il tarixdən etibarən vergi orqanlarında xidmət etmişdir. xx.xx.2019-cu il tarixli **********084600 AVİS nömrəli əmrə əsasən “X5 xidmət haqqında “Əsasnamənin 38-ci maddəsinə və 75 -ci maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2019-cu il tarixdən tutduğu vəzifədən azad edilərək Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Həmin müddət xx.xx.2019-cu il tarixədək uzadılmışdır. xx.xx.2019-cu il tarixli 191 **********700 AVİS nömrəli əmrə əsasən Sərəncamdan çıxarılmışdır. "X5 xidmət haqqında Əsasnamənin" 38-ci maddəsində təşkilat-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlana bilər. Lakin Əsasnamənin 38-ci maddəsində “əmək haqqı saxlanılmaqla həmin orqanın sərəncamında saxlanıla bilər” qeyd olunmasına baxmayaraq sərəncamda olduğu müddət ərzində iddiaçıya əmək haqqı ödənilməmişdir. İddiaçının maddi vəziyyəti çox aşağıdır. 2 azyaşlı uşağı və şəkər xəstəsi olan anası iddiaçının himayəsindədir. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən cavabdeh Аzərbаycаn Rеspublikаsının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətii iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki, qanunvericiliyin tələbi və işin faktiki halları nəzərə alınmaqla, hazırkı iş üzrə iddia müddəti tətbiq olunmalıdır. Belə ki, Bakı şəhər Lokal Gəlirlər Departamentinin Vergi ödəyicilərinə Xidmət və X4 idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləmiş Əliyev X2 Nazirliyinin xx.xx.2019-cu il tarixli **********084600 nömrəli əmri ilə işdən azad edilmiş və 3 ay müddətinə sərəncama götürülmüşdür. İddiaçı ilə xx.xx.2019-cu il tarixdə təhvil-təslim işləri, xx.xx.2019-cu il tarixdə isə son haqq-hesab aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hazırki halda isə, iddiaçının vergi orqanına ünvanladığı müraciət xx.xx.2019-cu il tarixdə **********208000 saylı sənəd (imtina) ilə cavablandırılmışdır. Lakin iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edildiyindən 30 günlük müddət ötürülmüşdür və bu səbəbdən də iddia mümkünsüz sayılmalıdır. Eyni zamanda işçinin işəgötürənə qarşı pul tələbi ilə bağlı iddia müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, iddiaçı xx.xx.2019-cu il tarixdə işdən azad edilmiş, 3 ay müddətinə, yəni xx.xx.2019-ci il tarixədək sərəncama göndərilmişdir. Yəni iddiaçı hüquqlarının pozulduğunu iddia etdiyi vaxt müvafiq əmrdə göstərilmiş 3 aylıq sərəncamda olmanın bitmə vaxtı xx.xx.2019-cu il tarixidir, iddia ərizəsinin verildiyi vaxt kimi isə xx.xx.2020-ci il tarixi göstərilmişdir ki, bu isə qanunvericilikdə nəzərdə tutulmuş 1 il (xx.xx.2020-ci il) tələb etmə müddətinin ötürüldüyünü göstərir. İddiaçının tələb hüququnun axımı müvafiq əmrlə işdən azad olunaraq sərəncamın bitmə günündən başlandığından o qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Başqa sözlə, iddiaçı qanunvericiliklə ona verilmiş prosessual hüququn həyata keçirilməsinə müəyyən olunmuş müddətlər bitdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçıya məxsus ******* saylı əmək kitabçasında olan 13 –cü qeydə əsasən, Əliyev X2 Nazirliyinin xx.xx.2019-cu il tarixli **********084600 nömrəli əmrinə əsasən “X5 xidmət haqqında Əsasnamənin" 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2019-cu il tarixdən tutduğu vəzifədən azad edilərək 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüş; 14-cü qeydə əsasən, Vergilər Nazirliyinin sərəncamında saxlanma müddəti xx.xx.2019-cu il tarixə qədər, 15-ci qeydə əsasən sərəncamda saxlanılma müddəti xx.xx.2019-cu il tarixdək uzadılması, 16-ci qeydə əsasən 13 sentyabr 2019-cu il tarixdən Vergilər Nazirliyinin sərəncamından çıxarılmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********208000 saylı məktubuna əsasən, iddiaçıya bildirilmişdir ki, vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməklə onunla son haqq hesab edildiyi təqdirdə xidmətə xitam verildiyi vaxtdan sonrakı dövr üçün ona hər hansı əmək haqqı ödənilmir. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2019-cu il tarixli **********084600 nömrəli əmrinin 9-cu bəndinə əsasən, Bakı şəhər Lokal Gəlirlər Departamentinin Vergi ödəyicilərinə Xidmət və X4 idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsinin dövlət vergi müfəttişi İddiaçı “X5 xidmət haqqında Əsasnamənin" 38-ci maddəsinə və 75 -ci maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2019-cu il tarixdən tutduğu vəzifədən azad edilərək Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Azərbaycan Respublikasının Vergilər nazirinin sərəncamda saxlanılma müddətinin uzadılması barədə əmrdən və ona əlavədən görünür ki, İddiaçı sərəncamda saxlanılma müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktında və ona əlavədən görünür ki, iddiaçı ilə cavabdeh arasında həmin tarixdə təhvil-təslim aparılmışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki Əliyev X2 nazirliyinin xx.xx.2019-cu il tarixli **********084600 AVİS nömrəli əmrinə əsasən “X5 xidmət haqqında Əsasnamənin" 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2019-cu il tarixdən tutduğu vəzifədən azad edilərək Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Göstərilən müddət sonradan xx.xx.2019-cu il tarixə qədər uzadılmış, iddiaçı xx.xx.2019-cu il tarixdən isə sərəncamdan çıxarılmışdır. İddiaçı sərəncamda olduğu dövr üçün əmək haqqının hesablanıb ödənilməsi barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu həmin Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 19.0 və 19.0.3-ci maddələrinə əsasən dövlət qulluqçusu dövlət məvacibi almaq hüququna malikdir. Həmin Qanunu 21.1 və 21.1.1-ci maddələrinə əsasən dövlət qulluqçuları üçün dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər təminatı verilir. 22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən həmin Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinin a) bəndinə əsasən sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; d) əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüquqları vardır. Həmin Məcəllənin 12-ci maddəsinin a) bəndinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 169-cu maddəsinin 1-ci bəndinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinin d) bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “X5 Xidmət Haqqında” əsasnamənin 38 bəndinə əsasən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir. İşin faktiki hallarına əsasən Əliyev X2 xx.xx.2019-cu il tarixli **********084600 AVİS nömrəli əmrə əsasən “X5 xidmət haqqında əsasnamənin" 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2019-cu il tarixdən tutduğu vəzifədən azad edilərək Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Vergilər Nazirliyinin sərəncamında saxlanma müddəti xx.xx.2019-cu il tarixində xx.xx.2019-cu il tarixə qədər və xx.xx.2019-cu il tarixdə isə xx.xx.2019-cu il tarixə qədər uzadılmışdır. xx.xx.2019-cu il tarixdən isə sərəncamdan çıxarılmışdır. Həmin müddət üçün isə ona əmək haqqı ödənilməmişdir. Bunu cavabdeh məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi haqqında” ərizəsində həmin əmək haqqının iddiaçıya ödənilməsini bildirməmiş, yalnız iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının sərəncamda olduğu 7 ay müddətində ona əmək haqqının ödənilməsi barədə sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin dövr üçün əmək haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1. –ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə heab edir ki, İddiaçı sərəncamda olduğu dövr üçün əmək haqqının hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 68- 69-cü, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı sərəncamda olduğu dövr üçün əmək haqqının hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar