Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5294/2024 12.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən yeni əlillik təyin edilən xx.xx.2020-ci il tarixədək bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak etmişdir və 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən 2017-ci ildə ona xəstəlik qərarı verildi və xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək 5 il müddətinə 2-ci dərəcəli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edildi. Qeyd etmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2018-ci ildən o, pensiya və təqaüdlə təmin edilmiş, sonradan xx.xx.2019-cu ildə pensiya və təqaüdü dayandırılmışdır. Bu zaman elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman ona məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsassız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilərək təqaüdü dayandırılmışdır. Bildirmişdir ki, onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə elektron sistemdə etibarsız edilməsi əsassız və qanunsuzdur. Daha sonra bir çox vaxtlarda müraciətinə əsasən ona xx.xx.2020-ci ildə 5 il müddətinə 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi əsassız olaraq əliliyini ləğv etdiyi üçün etibarlı hesab edilməli və Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin xx.xx.2018-ci il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsinə 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi bərpa edilməlidir. Belə ki, cavabdeh tərəfindən əsassız olaraq xx.xx.2018-ci il tarixdə təyin edilmiş əlillik xx.xx.2019-cu il tarixədə etibarsız edildiyi üçün ona ödənilmiş pensiya və təqaüdü geri qaytarılmaqla əlil və sosial hüquqları pozulmuşdur. Bu səbəbdən də xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən yeni əlillik təyin edilən xx.xx.2020-ci il tarixədək bərpa edilməsi qanuna müvafiqdir. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi onun əlil hüquqlarını əsasız olaraq pozmuşdur. Cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək baxılmış “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. Bakı şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2020-ci il tarixli göndəriş əsasında qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.4. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. (ESDAS **********8). Vətəndaş 3-17-4/2-H-33190/2023 nömrəli bildiriş əsasında əyani müayinəyə dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 594 nömrəli Qərar verilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan’’na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Cavabdeh etirazında iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinə dəqiqləşmə verərək “xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən yeni əlillik təyin edilən xx.xx.2020-ci il tarixədək bərpa edilməsi və xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində imtina edildiyi xx.xx.2024-cü tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində imtina edildiyi xx.xx.2024-cü tarixdən bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir və həmin tələblə bağlı məhkəmə icraatında xx.xx.2024-cü il tarixdə daxil olmuş 2-1(112)-7123/2024 nömrəli inzibati iş vardır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi tələblə bağlı mhəkəmənin icraatında ayrıca iş olduğundan, hazırkı iş üzrə iddia tələbinin dəqiqləşdirilməsinə ehtiyac yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 594 nömrəli Qərarında qeyd edilmişdir ki, Hacıqabul RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2016-cı il tarixli 19 HP-6429 nömrəli məktubuna əsasən hərbi qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə və 1 nömrəli Ağdam Hərbi Səhra Cərrahiyyə Hospitalında (223 nömrəli hərbi hissədə) müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: "Qlornerulonefrif və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Xroniki qastroduodenit kəskinləşmə mərhələsində. Kəskin bronxit” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 68 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 17 nömrəli arayışı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.2017-ci il tarixli 1114 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2016-cı il tarixli 19 HP-6429 nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadir, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Cavabdeh tərəfindən təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə xx.xx.2020-ci il tarixdə baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, Əmək zəmanəti: yüngül işlərdə işləyə bilər, X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma, Diaqnozun mətni: Qarışıq astma, Ağciyərlərin xroniki obstruktiv xəstəliyi-lll dərəcə,kəskinləşmə dövrü.Bronxial astma qarışıq forma nəzarət olunmayan kəskinləşmə mərhələsi, agır gedişli.Tənəffüs çatmamazlıgı-ll dərəcə.Digər emfizema. Ağciyərlərin emfizeması, Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2024-cü il tarixdən isə iddiaçıya münasibətdə tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə xx.xx.2018ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ilkin ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti müayinə tarixi olaraq isə xx.xx.2023-cü il tarixi müəyyən edilmişdir. Daha sonra iddiaçının əlilliyi xx.xx.2019-cu il tarixində etibarsız hesab edilməklə iddiaçıya göndəriş əsasında əliliyinin müəyyən edilməsi üçün müraciət etməsi təklif edilmiş, yeni göndəriş əsasında ona xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək yenidən əlillik təyinatı aparılmışdır. İddiaçı tərəfindən göstərilən dövrdə cavabdeh tərəfindən qəbul edilmiş qərar və hərəkətlər mübahisələndirilməmiş, dəyişən münasibətlər əsnasında yeni göndəriş əsasında əlilliyinin yenidən təyin edilməsi üçün müraciət etmiş və müraciəti təmin edilərək eyni müddətə ona əlilli təyinatı aparmışdır. xx.xx.2024-cü il tarixədək sözügedən qərar qüvvədə olmuş, əlilliyin ləğvi ilə bağlı cavabdehin hərəkətləri və qərarı iddiaçı tərəfindən mübahisələndirilmişdir. Hazırda məhkəmənin icraatında həmin tələb üzrə ayrıca inzibati iş vardır. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tələb üzrə iddiaçının hüquqi marağı onun əlilliyinin dayandırılması ilə bağlı qərarın ləğvinə nail olmaqdan ibarətdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının beş il əvvələ münasibətdə əlilliyin dayandırıldığı tarixdən yenidən təyinatın aparıldığı tarixədək bərpa edilməsindən ibarət iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının tələbi faktiki olaraq cavabdeh tərəfindən yeni göndəriş əsasında təmin edilmiş ona münasibətdə eyni müddətə əlillik təyin edilməklə əmək pensiyasının ödənilməsi təmin olunmuşdur. Şəxsə münasibətdə əlillik müvafiq səlahiyyətli tibb müəssisəsi tərəfindən verilən göndəriş əsasında aparılır ki, iddiaçı onun əlilliyinin dayandırıldığı tarixdən yeni göndəriş əsasında cavabdehə müraciət etmiş ona qanunvericiliyin tələblərinə müvafiq olaraq yeni qərarla təyinat aparılmışdır. İddiaçının həmin tarixə münasibətdə ona yenidən əlilliyin təyin edilməsindən ibarət tələbi əsassızdır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı onun əlilliyinin 2019-cu ilin avqust ayından dayandırıldığından məlumatlı olduğu halda qanunla müəyyən edilmiş müddət ərzində cavabdehin hərəkət və ya qərarını mübahisələndirməmiş və yeni qərarın qəbul edilməsi barədə müraciət etmiş və müraciəti təmin olunmuşdur. Hazırkı tələblə isə beş ildən sonra məhkəməyə müraciət etməsi onu deməyə əsas verir ki, iddiaçının hüquqi marağı əslində onun 2024-cü ilin yanvar ayından ləğv edilmiş əlilliyin bərpasına nail olmaqdan ibarətdir ki, məhkəmənin icraatında eyni tələb üzrə digər iş vardır. Odur ki, məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək hesab etmişdir ki, İPM-in 13-cü maddəsinin tələbləri baxımından iddiaçıya münasibətdə əlavə hüquqi yardım göstərilməsi və hazırkı icraat çərçivəsində əlavə dinlənilmə hüququnun təmin edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin xx.xx.2019-ci il tarixdən yeni əlillik təyin edildiyi xx.xx.2020-ci il tarixədək bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X3.
Məhkəmə qərarları › İş №2-1(112)-5294/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5294/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver