Məhkəmə qərarları › İş №2-1(112)-53/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-53/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-53/2020 29.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, iddiaçı “Bakı şəhər X6 Rayonlararası Bölməsi” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X7 və nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X8, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X23 X21 və X22 nümayəndəsi X12 iştirakları ilə, iddiaçı “Bakı şəhər X6 rayonlararası Bölməsi” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamentinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X18 Bakı şəhər İdarəsi (hazırda Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X23 X21 və X26) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla borcun silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Bakı şəhər X6 rayonlararası Bölməsi” məhdud məsuliyyətli cəmiyyəti (bundan sonra mətndə “Bakı şəhər X6 Rayonlararası Bölməsi” MMC) cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X23 X19 üzrə Departamentə (bundan sonra mətndə DSMF X19 üzrə Departament) qarşı borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhər X6 rayonlararası Bölməsi” MMC-nin üzərindən 283.622,48 manat borc məbləği daxil olmaqla 764.471,53 manat borcun tam məbləğdə silinməsi öhdəliyinin cavabdeh DSMF X19 üzrə Departamentin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “Bakı şəhər X6 rayonlararası Bölməsi” MMC-nin üzərindən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında 581.102,10 manat borc məbləğinin silinməsi öhdəliyinin cavabdeh DSMF X19 İdarəsinin üzərinə qoyulması və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanununun tələbi əsasında “Bakı şəhər X6 rayonlararası Bölməsi” MMC-nin üzərindən 283.622,48 manat borc məbləği daxil olmaqla 764.471,53 manat borcun tam məbləğdə silinməsi öhdəliyinin cavabdeh DSMF X19 İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı X9 qəbul edilərək, “Bakı şəhər X6 rayonlararası Bölməsi” MMC-nin üzərindən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında 581.102,10 manat borc məbləğinin və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanununun tələbi əsasında 283.622,48 manat borc məbləğinin daxil olduğu 764.471,53 manat borcun tam məbləğdə silinməsi öhdəliyinin cavabdeh Vergilər Nazirliyinin Bakı X9 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “Bakı şəhər X6 rayonlararası Bölməsi” MMC-nin üzərindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1042 VQ saylı Qanununun tələbi əsasında 283.622,48 manat borc məbləğinin tam məbləğdə silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Bakı şəhər X6 rayonlararası Bölməsi” MMC Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 52 saylı əmrinə əsasən yaradılmışdır. Adıçəkilən MMC 5 idarənin (Qaradağ rayon Profilaktik Dezinfeksiya şöbəsi, Yasamal rayon Profilaktik Dezinfeksiya şöbəsi, X2 Profilaktik Dezinfeksiya şöbəsi, Səbail rayon Profilaktik Dezinfeksiya şöbəsi və X15 mübarizə şöbəsi) yenidən təşkili yolu ilə ləğv edilmiş və onların bazasında “Bakı şəhər X6 rayonlararası Bölməsi” MMC yaradılmışdır. “Bakı şəhər X6 rayonlararası Bölməsi” MMC yeni yaradılan zaman keçmiş 5 idarənin biorcunu 737.191,12 manat həcmində qəbul edilmişdir. Yəni xx.xx.2010-cu il tarixinə MMC 737.191,12 manat borc olduğunu qəbul etmişdir. Həmin məbləğin 724.328,33 manat hissəsi sığorta edənlərin hesabatlarında əks olunmuşdur. Yerdə qalan 12.862,79 manat hissə penya məbləği olmuşdur. xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci il tarixinə olan borc hissəsi isə 35.709,64 manat təşkil edir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi” haqqında Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanuna əsasən DSMF-nin X19 idarəsi tərəfindən “Bakı şəhər X6 rayonlararası bölməsi” MMC-yə məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş borcun silinməsi barədə üzləşmə aktı təqdim edilmişdir. Borcun silinməsini nəzərdə tutan məbləğ xx.xx.2006-cı il tarixinədək sığortaedənin təqdim etdiyi ən son hesabata görə (hesabatla əlavə olunan dövr xx.xx.2005) sığortaedənin borcu1-ci qrafaya görə 504.846,96 manat, 2ci qrafaya görə yəni xx.xx.2010-cu il tarixinə hesabatla əhatə olunan dövrə 480.849,05 manat, 3-cü qrafada isə xx.xx.2018-ci il tarixində hesabatla əhatə olunan dövr kimi 764.471,53 manat göstərilmişdir. Bundan başqa DSMF tərəfindən penyaya da üzləşmə aktı təqdim edilmişdir. Penyaya dair üzləşmə aktında əks olunmuş silinməyə gedən məbləğlərlə razıdırlar və həmin məbləğ “Bakı şəhər X6 rayonlararası bölməsi” MMC-nin xx.xx.2010-cu il tarixli hesabat əsasında tərtib edilmişdir. Adıçəkilən həmin üzləşmə aktında “Bakı şəhər X6 rayonlararası bölməsi” MMC-nin borcu 764.471,53 manat göstərilmişdir. Cəmiyyət xx.xx.2005-ci il tarixinə həmin məbləğdən əsas borcun 504.846,96 manat olması ilə razı deyil. Çünki üzləşmə aktına görə Cəmiyyətin xx.xx.2005ci il tarixinə olan borcu 708.846,44 manat olmalıdır. DSMF isə onu üzləşmə aktının 1-ci qrafasına görə 504.846,96 manat kimi qeyd edib. Həmin aktın 2-ci qrafasına görə isə xx.xx.2010-cu il tarixinə borc 480.849,05 manat deyil, 724.329,33 manat təşkil etmişdir. Bu məbləğ isə müəssisənin hesabatında göstərilib. Halbuki 581.102,10 manat məbləği məhkəmə qərarı ilə 2002-ci ilə müəssisənin üzəindən silinmişdir. Yəni 764.471,53 manatdan silinib 581.102,10 manat (764.471,53-581.102,10=183.369,43). Deməli xx.xx.2018-ci il tarixinə müəssisənin əsas borcu 183.369,43 manat təşkil edib. Ona görə də DSMF silinməyə təqdim edilən borc məbləği olaraq üzləşmə aktında 283.622,48 manat deyil, 183.369,43 manat göstərilməli idi. Vergilər Nazirliyi tərəfindən ən son təqdim edilən iddiaçıya məxsus şəxsi vərəqədə göstərilən borcun 271.038.23 manat olması göstərilir. Lakin, bu borc (764471,53 mnat- 408.479,65 manat=283.062.48 manat) onun azalmasına səbəb MMC tərəfindən cari 2018, 2019, 2020-ci illərdə aparılan ödənişlər məqsədilə dövlət büdcəsinə həyata keçirilən öhdəliklər köhnə borcların ödənilməsinə silinir. Halbuki, bu hərəkəti düzgün hesab etmirlər, ona görə ki, 2018, 2019, 2020-ci illərdə ödənilən vəsaitdən işçilərinin sığorta bazasına olan ödənişlər oturmamışdır, əvəzində bu məbləğlər tam həcmdə köhnə borcların silinməsinə xidmət edir. 283.062, 48 manat həcmində vəsait isə DSMF tərəfindən silinməyə təqdim edilən əsas borc, penya və maliyyə sanksiyalarından ibarətdir. Silinmə güzəştlərini nəzərdə tutan Sərəncama əsasən iddiaçıdan 408.849,05 manat borc silinmişdir. Penya və maliyyə sanksiyaları 1994-cü ildən xx.xx.2018-ci ilədək,şəxsi vərəqədə 283.622,48 manat vəsait haqqında məlumat öz əksini tapır. Vergilər İdarəsi tərəfindən verilmiş bu məlumat, iddiaçının bu günki günə olan ümumi borcudur. İddiaçı tərəfindən məhkəməyə edilən müraciətdə məhkəmə qərarları ilə yanaşı müvafiq Sərəncamın verildiyi vaxtda həmin qərardan əmələ gələn məbləğin silinməsi yəni tərkibində keçmiş borcun da əks olunduğu cəmi 764.471,53 manat məbləğin silinməsi öhdəliyinin cavabehin üzərinə qoyulması xahiş edilmişdir. Sərəncama uyğun silinmənin aparıldığı dövrdə ümumi borc məbləği olan 764.471.53 manat məbləğdən silinməsi aparılan məbləğ 480.849,05 manat təşkil etmişdir. Belə olanda yerdə qalır: 283.622,48 manat. Məhkəmədə sözügedən üzləşmə aktında “Bakı şəhər X6 rayonlararası bölməsi” MMC-nin borcu 764.471,53 manat göstərilmişdir. İddiaçı isə xx.xx.2005-ci il tarixinə həmin məbləğdən əsas borcun 504.846,96 manat olması ilə razı deyil. Çünki, üzləşmə aktına görə “Bakı şəhər X6 rayonlararası bölməsi” MMC-nin xx.xx.2005-ci il tarixinə olan borcu 708.846,44 manat olmalıdır. DSMF isə onu üzləşmə aktının 1-ci qrafasına görə 504.846,96 manat kimi qeyd edib. Həmin aktın 2-ci qrafasına görə isə xx.xx.2010-cu il tarixinə borc 480.849,05 manat deyil 724.329,33 manat təşkil etmişdir. Bu məbləğ isə müəssisənin hesabatında göstərilib. Halbuki, 581.102.10 manat məbləği məhkəmə qərarı ilə 2002-ci ilə müəssisənin üzərindən silinmişdir. Yəni 764.471,53 manat məbləğdən silinib 581.102,10 manat (764 471,53-581 102,10=183.369,43). Deməli, xx.xx.2018-ci il tarixinə müəssisənin borcu 183,369.43 manat təşkil edib. Silinməmiş borc 1994-xx.xx.2018 ci ilə 283.622,48 manat olan borc hissəsidir qalan borcun və məhkəmə qatnamələri ilə rədd olunmuş məbləğlər bu günə qədər borc kimi idarənin şəxsi vərəqəsindədir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, İdarə aşağıda göstərilən əsaslara görə iddia ilə razılaşmır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 52 saylı əmrinə əsasən, Qaradağ rayon Profilaktik Dezinfeksiya şöbəsi, Yasamal rayon Profilaktik Dezinfeksiya şöbəsi, X3 Profilaktik Dezinfeksiya şöbəsi və X15 mübarizə şöbəsi yenidən təşkil yolu ilə ləğv edilərək, onların bazasında “Bakı şəhəri X6 Rayonlararası Bölməsi” MMC yaradılmışdır. Qaradağ rayon Profilaktik Dezinfeksiya şöbəsi, Yasamal rayon Profilaktik Dezinfeksiya şöbəsi, Səbail rayon Profilaktik Dezinfeksiya şöbəsi, X3 Profilaktik Dezinfeksiya şöbəsi və X15 mübarizə şöbələrinin məcburi dövlət sığorta haqları üzrə borcu yarandığı üçün Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X18 Sığortaedənlərlə İş üzrə Departamenti məhkəməyə müraciət etmişdir (2004-2008-ci illər). Məhkəmə qətnamələri ilə iddia tələbi qismən təmin edilmiş, qeyd olunan məhkəmə qərarları öz qanuni qüvvəsini almışdır. Hazrıda isə iddiaçı məhkəmə qətnamələrini əsas tutaraq, qətnamə əsasında rədd edilmiş məbləğin şəxsi uçot vərəqəsindən silinmədiyini bildirir. Məhkəmənin nəzərinə çatdırırıq ki, məhkəmə qərarlarında rədd olunmuş borc məbləğinin silinməsi qeyd olunmadığından hazırkı iş üzrə iddiaçının şəxsi hesab vərəqəsində hər hansı düzəlişin aparılması tələbinə dair iddiası əsassızdır. İddiaçı iddia ərizəsinə dəqiqləşmədə məhkəmə qərarları ilə 581.102,10 manat məbləğin müəssisənin üzərindən silindiyini və xx.xx.2018-ci il tarixə müəssisənin 183.369,43 manat borcunun qaldığını bildirir. Hansı ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatına əsasən “X1 Sistemi”nin Sığorta AS (Hesabat)” alt sistemində “X20”da sığortaedən “Bakı şəhəri X6 Rayonlararası Bölməsi” MMC-nin şəxsi vərəqəsində xx.xx.2018-ci il tarixində 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş 480.849,05 manat məcburi dövlət sosial sığorta haqqı, 2015-ci ilin 01 yanvar tarixinədək yaranmış əv 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş 13.150,34 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya), 2018-ci ilin 01 aprel tarixinədək yaranmış və ödənilməmiş 10.249,00 manat (qismən 90%) məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) tərtib edilmiş üzləşmə aktlarına əsasən tərəflərin məsul şəxslərinin imzasi və möhürü ilə təsdiq edilərək Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X23 tərəfindən silinmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X23 tərəfindən həyata keçirilmiş silinmələr məhkəmə qətnamələri əsasında deyil, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatına əsasən həyata keçirilmişdir. Hazırki mübahisə üzrə iddiaçının silinməsini tələb etdiyi borc məbləği məhkəmə tərəfindən iddia müddəti tətbiq edildiyi üçün sosial sığorta orqanının xeyrinə tutulmamışdır. Sosial sığorta qanunvericiliyində isə həmin borcun silinməsi ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Göründüyü kimi, məhkəmə qətnamələri ilə iddia müddətinin tətbiq edildiyi məbləğin silinməsi üçün qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsində birbaşa olaraq qeyd edilmişdir ki, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, mülki hüquqla tənzimlənən münasibətlər subordinasiya deyil, koordinasiya münasibətləridir. Vergi münasibətləri əmlak xarakterli olsa da, dövlətlə fiziki və ya hüquqi şəxs arasındakı şaquli, hakimiyyət-tabeçilik münasibətləri kimi çıxış edir. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətləri məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, ümumi (publik) hüquq münasibətlərində hüququn məcburetmə funksiyaları qanundan irəli gəlir və bu hüquq münasibətlərinin subyektləri həmin qanunun tələblərindən kənara çıxa bilməzlər. Eyni tələb Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsində də müəyyən edilmişdir. Həmin maddənin X hissəsində göstərilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə görə də məcburi dövlət sosial sığorta haqları sığortalanmaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir ki, bu da dövlət sosial sığorta münasibətlərinin və ondan irəli gələn ödənişlərin mülki münasibətdə olduğu kimi dispozitivliyə deyil, məcburiliyə, bir tərəfin digərinə təsir imkanına əsaslandığına dəlalət edir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi, sosial sığorta sahəsində münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan, sığortaçı ilə digər subyektlər - sığortaedənlər və sığortaolunanlar arasında yaranan münasibətlər inzibati hüquq xarakterlidir və həmin münasibətlərə mülki hüquq normalarının tətbiqi düzgün deyildir. Məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların mülki (müqavilə) hüquq münasibətlərinin nəticəsi və bu səbəbdən ödənilməyən sosial sığorta borclarının müqavilə üzrə yaranmış borc (mülki öhdəlik) kimi qiymətləndirilməsi hüququn ümumi və xüsusi hissələrə bölgüsünə ziddir. Bundan əlavə artıq yuxarıda qeyd edildiyi kimi, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən Vergi Məcəlləsinin məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunması nəzərdə tutulmuşdur (maddə 1.4). Vergi Məcəlləsinin 85.4-cü və 85.5-ci maddələri ilə vergi orqanı tərəfindən vergilərin, maliyyə sanksiyalarının və faizlərin hesablanmasının və büdcəyə ödənilməsinin təmin edilməsi müəyyən vaxtla məhdudlaşdırılmışdır. Lakin Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinə əsasən, həmin Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Beləliklə göründüyü kimi, nə əvvəlki qanunvericilikdə, nə də son dəyişikliklərlə məcburi dövlət sosial sığorta haqqının tutularaq dövlət büdcəsinə ödənilməsi üçün məhdudiyyətlər müəyyən edilməmiş, həmçinin nə zamana görə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən DSMF-yə, nə də hazırkı qanunvericiliyin tələblərinə müvafıq olaraq vergi orqanlarına müəssisənin məcburi dövlət sosial sığorta haqlarının “vaxtın keçməsi səbəbi ilə silinməsi" səlahiyyəti və ya vəzifəsi verilməmişdir. Təbii ki, qanunvericiliklə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borc məbləğinin tutularaq dövlət büdcəsinə ödənilməsi üçün vaxt məhdudiyyətinin müəyyən edilməməsi əsassız deyildir. Belə ki, "Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən, sosial sığorta-bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır (Maddə 8.1). Sosial sığorta haqqının ödənilməsi müəssisənin yalnız dövlət qarşısında öhdəliyini əhatə etmir. Sosial sığorta ödənişi sosial sığortanın digər iştirakçısı olan sığortaolunanın itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiyasına yönəlmiş təminatdır və bu öhdəliyin icra edilməməsi sığortaolunanı gələcəkdə həmin təminatdan məhrum edə bilər. Belə ki, dövlət sosial sığorta haqlarının sığortaedən tərəfindən sığortaçıya ödənilməməsi, sığorta haqqını ödəyən işçilərin əmək pensiyası hüquqlarının birbaşa pozulması ilə nəticələnir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2 və 21.1-ci maddələrinin tələbləri baxımından işçinin mövcud iş stajı o halda onun sığorta stajı kimi qəbul edilir ki, sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları sığortaçı təşkilata ödənilmiş olsun. Cavabdeh qeyd olunanların nəzərə alınaraq, iddiaçı “Bakı şəhər X6 Rayonlararası Bölməsi” MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X23 X21 və X26 məhkəməyə iddia ərizəsinə dair etiraz təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Bakı şəhər X6 Rayonlararası Bölməsi” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X10 və nümayəndəsi və vəkili Vəkil ayrıayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X11 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X23 X21 və X22 nümayəndəsi X16 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, göstərdi ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatına əsasən “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “X20”da sığortaedən “Bakı şəhər X6 rayonlararası Bölməsi” MMC-nin şəxsi vərəqəsindən xx.xx.2018-ci il tarixində 2006-cı il 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş 480.849,05 manat məcburi dövlət sosial sığorta haqqı, 2015-ci ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş 13.150,34 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sansksiyaları (hesablanmış penya), 2018-ci ilin 01 aprel tarixinədək yaranmış və ödənilməmiş 10.249 manat (qismən 90%) məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) tərtib edilmiş üzləşmə aktlarına əsasən tərəflərin məsul şəxslərinin imzası və möhürü ilə təsdiq edilərək, silinmişdir. Üçüncü şəxsin nümayəndəsi qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin faktiki halları( adları çəkilən sənədlər iş materialına əlavə edilmişdir): “Bakı şəhər X6 rayonlararası Bölməsi” MMC-nin nizamnaməsindən (notarial qaydada təsdiq olunmuş surəti) görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər X4 Hüquqi şəxslərinin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** №li qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Nizamnamənin 1.2-ci bəndində göstərilmişdir ki, “Bakı şəhər X6 rayonlararası Bölməsi” MMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1994-cü il, xx.xx.1994-cü il və xx.xx.1994-cü il tarixlərində dövlət qeydiyyatına alınmış “Səbail rayon profilaktik dezinfeksiya şöbəsi” (VÖEN **********), “Yasamal rayon profilaktik dezinfeksiya şöbəsi” (VÖEN **********), “Qaradağ rayon profilaktik dezinfeksiya şöbəsi” (VÖEN **********) və “X15 Mübarizə şöbəsi” “VÖEN **********) yenidən təşkilin birləşmə yolu ilə ləğv edilərək, onların bazasında yaradılır və onların hüquqi varisidir. “Bakı şəhər X6 rayonlararası Bölməsi” MMC ilə AR ƏƏSMN yanında DSMF-nin X19 İdarəsi arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, “Bakı şəhər X6 rayonlararası Bölməsi” MMC-nin Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş borcu 764.471,53 manat, silinmiş borc məbləği isə 480.849,05 manatdır. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixindək ödənilməmiş borcun silinməsi barədə Üzləşmə aktı ilə xx.xx.2014-cü il tarixə 13.150,34 manat əsas borc, 2018-ci ilin birinci rübü üçün isə 24 538,12 manat maliyyə sanskiyası borcu qəbul edilmişdir. Eyni zamanda üzləşmə aktında 13.150,34 manat borcun məhkəmə qərarı ilə silindiyi qeyd olunmuşdur. Tərəflər arasında təsdiq edilmiş Qarşılıqlı üzləşmə aktı ilə “Bakı şəhər X6 rayonlararası Bölməsi” MMC-nin xx.xx.2012-ci il tarixə qalıq borcu 751.982,01 manat, məhkəmə qətnaməsinə əsasən rədd olunmuş məbləğ isə 581.102,10 manat olduğu qəbul edilmişdir. Dövlət X23 sədrinin 2005-ci il 06 iyun tarixli 254 nömrəli Əmrinin 8-ci bəndinin icrası ilə əlaqədar tərtib edilmiş qarşılıqlı üzləşmə aktları ilə Səbail rayon Proflaktik Dezinfeksiya şöbəsinin xx.xx.2005-ci il tarixə cəmi 935.229,9 manat (əsas məbləğ 554.165,1 manat, penya 381.064,8 manat); Qaradağ rayonu X5 xx.xx.2005-ci il tarixə əsas borc məbləği 933.576,9 manat; X2 Proflaktik Dezinfeksiya şöbəsinin xx.xx.20015-ci il tarixə cəmi borc məbləği 583.847,4 manat (əsas borc 304.678,0, penya 279.169,4 manat); Yasamal rayon Proflaktik Dezinfeksiya şöbəsinin xx.xx.2005-ci il tarixə cəmi borc məbləği 469 527, 1 manat, X15 Mübarizə şöbəsinin xx.xx.2005-ci il tarixə olan cəmi borc məbləği 643.204,0 manat (286.386,0 manat əsas borc, 356.818,0 manat pensya ) borc qəbul edilmişdir. “Bakı şəhər X6 rayonlararası Bölməsi” MMC xx xxxx 2018-ci il tarixli 63 №li məktubla DSMF X19 İdarəsinə müraciət edərək, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi” haqqında Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanununu rəhbər tutaraq Cəmiyyətin üzərindən 764.471,53 manat borcun tam məbləğdə silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23354 №li xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan sənədlərə (Azərbaycan Respublikası Dövlət X23 vəsaitləri üzrə haqqhesab cədvəli, məhkəmə qətnamələri, üzləşmə aktları və B1 hesabatları və s.) əsasən illər üzrə borc aşağıdakı kimi olmuşdur, o cümlədən: 1) 1994-xx.xx.2006-cı ilə olan ümumi borc məbləği-708.846,44 manat (451.260,76 manat əsas borc, 257.585,68 manat penya və maliyyə sanksiyası); 2) xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilə qədər ümumi borc- 737.190,92 manat (455.967,86 manat əsas borc, 281.223,06 manat penya və maliyyə sanksiyası); 3) xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci ilə qədər ümumi borc 789.009,45 manat (495.545,04 manat əsas borc, 293.464,41 manat penya və maliyyə sanksiyası); 4) 1994-cü il tarixindən xx.xx.2018-ci ilə qədər ümumi borc-768.117,73 manat. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və X13 Nazirliyinin tabeliyində Dövlət X18 Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********9 №li məktubda göstərilmişdir ki, tərəflərindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatına əsasən “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “X20”da sığortaedən “Bakı şəhər X6 rayonlararası Bölməsi” MMC-nin şəxsi vərəqəsindən xx.xx.2018-ci il tarixində 2006-cı il 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş 480.849,05 manat məcburi dövlət sosial sığorta haqqı, 2015-ci ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş 13.150,34 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sansksiyaları (hesablanmış penya), 2018-ci ilin 01 aprel tarixinədək yaranmış və ödənilməmiş 10.249 manat (qismən 90%) məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) tərtib edilmiş üzləşmə aktlarına əsasən tərəflərin məsul şəxslərinin imzası və möhürü ilə təsdiq edilərək, silinmişdir. 2018-ci il aprelin 1-dən qüvvəyə minmiş “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 2-ci maddəsinə əsasən Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə-maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanının 2-ci bəndində göstərilmişdir ki,müəyyən edilsin ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 2-ci və 3.0cü maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyi yanında Dövlət X23 qismində Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, (Azərbaycan Respublikası Dövlət X23 vəsaitləri üzrə haqq-hesab cədvəli, məhkəmə qətnamələri, üzləşmə aktları və B1 hesabatları və s. əsasən) “Bakı şəhər X6 rayonlararası Bölməsi” MMC-nin 1994-xx.xx.2006-cı ilə olan dövr üçün ümumi borc məbləği-708.846,44 manat (451.260,76 manat əsas borc, 257.585,68 manat penya və maliyyə sanksiyası); xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilə qədər olan dövr üçün ümumi borc-737.190,92 manat (455.967,86 manat əsas borc, 281.223,06 manat penya və maliyyə sanksiyası); xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci ilə qədər olan dövr üçün ümumi borcu 789.009,45 manat (495.545,04 manat əsas borc, 293.464,41 manat penya və maliyyə sanksiyası); 1994-cü il tarixindən xx.xx.2018-ci ilə qədər olan dövr üçün ümumi borc-768.117,73 manat təşkil etmişdir. Dövlət X23 tərəfindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatına əsasən “Bakı şəhər X6 rayonlararası Bölməsi” MMC-nin şəxsi vərəqəsindən xx.xx.2018-ci il tarixində 2006-cı il 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş 480.849,05 manat məcburi dövlət sosial sığorta haqqı, 2015-ci ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş 13.150,34 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sansksiyaları (hesablanmış penya), 2018-ci ilin 01 aprel tarixinədək yaranmış və ödənilməmiş 10.249 manat (qismən 90%) məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) silinmişdir ki, bununla da borcların silinməsi ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Bakı şəhər X6 rayonlararası Bölməsi” MMC-nin üzərindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1042 VQ saylı Qanununun tələbi əsasında 283.622,48 manat borc məbləğinin silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı “Bakı şəhər X6 rayonlararası Bölməsi” MMC-dən 145 (bir yüz qırx beş) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “Bakı şəhər X6 rayonlararası Bölməsi” məhdud məsuliyyətli cəmiyyətinin üzərindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1042 VQ saylı Qanununun tələbi əsasında 283.622 (iki yüz səksən üç min altı yüz iyirmi iki) manat 48 (qırx səkkiz) qəpik borc məbləğinin silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı “Bakı şəhər X6 rayonlararası Bölməsi” məhdud məsuliyyətli cəmiyyətindən 145 (bir yüz qırx beş) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar