Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-53/2021 25.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X7 və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilməklə sərəncamın ləğv edilməsi və s. tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, 8 nömrəli binanın 24 nömrəli mənzilinin dam hissəsində aparılan tikinti işlərinə icazə ilə əlaqəli verilmiş Bakı şəhəri Cavabdeh 21 may 2018-ci il tarixli 103 nömrəli sərəncamının ləğv edilməsi, mənzilinin dam hissəsinin əvvəlki vəziyyətinə qaytarılması və mənzilinə dəyən zərərin hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, adında və mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, 8 nömrəli arxitektur bina sayılan yaşayış binasının 24 nömrəli mənzili və İlham Rzayevə məxsus 23 nömrəli mənzili həmin binanın 21 nömrəli mənzilinin sahibi Əliyev Kamil adlı şəxs tərəfindən ağır yüklənməyə məruz qaldığından ona məxsus mənzilin divarlarında hər gün genişlənən çatlar əmələ gəlmişdir. Mənzilin tavanı deformasiyaya uğramışdır. O ailə üzvləri ilə həyatı təhlükə qarşısında qalmışdır. Qeyd olunan mənzilin dam hissəsində özü üçün iri həcmli tikinti işləri aparan adının Kamil olduğu bildirilən şəxs açıq-aşkar onun mənzilinə böyük mənada zərərlər vurmuş və vurmaqda davam edir. Aparılan tikinti işlərinin dayandırılması üçün tərəfindən, eləcə də binanın nəzarəti həvalə edilmiş Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bütün müraciətlər cavabsız qalmışdır. Səbəb isə həmin tikintinin aparılmasına Bakı şəhər Cavabdeh başçısının 21 may 2018-ci il tarixli, 103 nömrəli Sərəncamının olması göstərilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qərardadı ilə X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2-1(81)- 3501/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-661/2019 saylı 19 fevral 2019-cu il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2- 1(81)-3501/2018 saylı qərardadının ləğv edilməsi və İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs şəxs: X7) qarşı “sərəncamın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə işin mahiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə yenidən baxan birinci instansiya məhkəməsinin 04.06.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxslər müvafiq olaraq nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən və məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı vəkili Vəkil1 mübahisələndirilən sərəncamın qanunsuz olduğunun və iddiaçının hüquqlarının pozduğunun nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının vəkilinin izahatını dinləyərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materiallarında olan; Səbail rayon polis idarəsi tərəfindən verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. AZE seriyalı 15495326 №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 20.04.1980-ci ildə Mingəçevir şəhərində doğulmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 8, mənzil 22/23/24 mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi 26.11.2013-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2008 nömrəli reyestr kitabının 185598 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********37 №li 18.03.2019-cu il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş, İddiaçı adına 23.11.2013-cü il tarixli 11/135634 inventar nömrəli mənzilə dair tərtib olunmuş texniki pasportun surətindən müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən , 22/23/24 saylı mənzil 3-cü mərtəbədə yerləşir, otaqların ümumi sayı 4, ümumi sahəsi 118,7 kv. metr, yaşayış sahəsi 95.8 kv. metrdir. (Xüsusi qeyd: arxiv sənədlərinə əsasən mənzilin yaşayış sahəsi 82,5 kv. metr olmasına baxmayaraq, texniki inventarlaşdırma zamanı yaşayış sahəsi 95,8 kv. metr aşkar edilmişdir). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 8, mənzil 21 (yeni qaydalarla: AZ1000, ünvan 4 X3 adına xüsusi mülkiyyət kimi 12.10.2017-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1578 nömrəli reyestr kitabının 144262 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən X3 adına Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 8, mənzil 21 (yeni qaydalarla: AZ1000, ünvan 4 ünvanında yerləşən mənzilə dair 11.10.2017-ci il tarixli 11/16242 inventar nömrəli (reyestr nömrəsi **********30-05101-093004) texniki pasport tərtib olunmuşdur. Cavabdeh 03 avqust 2018-ci il tarixli məktubundan görünür ki, 24-cü mənzilin sakinləri tərəfindən qış aylarında divar sobasını yüksək təzyiqlə yandırdıqlarına görə bacadan sızma nəticəsində 21-ci mənzildə yanğın baş vermiş və dam örtüyü sıradan çıxmış, 21-ci mənzilin yeni sakini vətəndaş Kamil Əliyev dam örtüyünü bərpa edərək qonşunun dam örtüyündə artırma işlərinə başlamış və damın səviyyəsini qaldırmışdır. 28 fevral 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Azərbaycan Respublikası FHN-nin Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı, kapitan Rufan Musatafayevin qərarının surətindən göründüyü kimi ekspert Mövlüd Şükürov izahatında bildirmişdir ki, hadisə yerinə baxış keçirən zaman ünvan 5 ünvanda yerləşən 21 saylı mənzildə baş vermiş yanğının mənbəyi mənzilin yaşayış otağının tavanında olmuş, lakin inkişaf etməmişdir. Yanğının mənbə zonasındakı yalnız 24 saylı mənzilin tüstü bacasının ifrat dərəcədə qızması yaxınlıqda yerləşən yanar materialları alışdırması nəticəsində yanğın baş verməsi üçün xarakterikdir. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2 bəndinə əsasən, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 7.1, 7.3, 7.6 bəndlərinin tələbləri 24 saylı mənzilin sakini X9 tərəfindən pozulmuşdur. Belə ki, 24 saylı mənzilin sakini Əliyev Vüqar tərəfindən yanğın baş verməmişdən əvvəl soba yandırılmış, lakin onun sobaya düzgün nəzarət etməməsi, tüstü bacasının ifrat dərəcədə qızmasına səbəb olmuş və nəticədə yaxınlıqda yerləşən yanar materialların alışması yanğın hadisəsinin baş verməsinə səbəb olmuşdur. Bakı şəhəri Cavabdeh başçısının 21 iyun 2018-ci il tarixli 103 №-li sərəncamının surətindən müəyyən olunur ki, X1 rayon İcra hakimiyyətinə ərizə ilə müraciət edərək, ona məxsus Səbail rayonu, Rəsul Rza küçəsi 8 ünvanda yerləşən 21 saylı möcvcud mənzilinin faktiki ölçülərinin dəqiqləşddirilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 70.5 kv. metr təşkil edən 21 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş 12.10.2017-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışına əsasən vətəndaş X4 mülkiyyətindədir. Yerində aparılmış yenidən ölçmə zamanı məlum olmuşdur ki, Səbail rayonu, Rəsul Rza küçəsi 8 ünvanda yerləşən 21 saylı mövcud mənzilin faktiki ümumi sahəsi 201,2 kv. metr olmaqla vətəndaş X4 istifadəsindədir. Cavabdeh nəzdində Daimi fəaliyyət göstərən İdarələrarası Komissiyanın Ə-97-091 saylı, 24.05.2018-ci il tarixli aktı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23 və 24-cü maddələri və Yerli icra Hakimiyyətləri haqqında Əsasnamənin 6.8-ci maddəsi rəhbər tutularaq aşağıdakılar qərara alınmışdır: 1. Cavabdeh Nəzdində Daimi Fəaliyyət göstərən İdarələrarası Komissiyanın Ə-97-091 saylı, 24.05.2018-ci il tarixli aktı təsdiq edilsin; 2. Səbail rayonu, Rəsul Rza küçəsi, ev 8 ünvanda yerləşən evin 21 saylı mənzilin faktiki ümumi sahəsi 201,2 kv. metr hesab edilsin; 3. Sərəncamın surətləri vətəndaş X5, Səbail rayon polis idarəsinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilsin. Səbail rayon MKTB-nin 07 avqust 2018-ci il tarixli, R-3 nömrəli məktubunda isə qeyd edilmişdir ki, 21-ci mənzildə yaşayan X10 mənzildə təmir işlərini Cavabdeh 21 iyun 2018-ci il tarixli, 103 saylı sərəncamı ilə təsdiq edilmiş layihə əsasında aparmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, bina 8, mənzil 21 (yeni qaydalarla: AZ 1000, ünvan 7 ünvanına dair X3 adına 06.12.2018-ci il tarixdə tərtib olunmuş **********30-05101-093004 reyestr nömrəli texniki pasportun göstəricilərinə əsasən, zal-yaşayış otaqlarının sahəsi 35,8 kv. metr, 19.4 kv. metr, 73,8 kv. metr, 21,3 kv. metr, 14,8 kv. metr, mətbəxin sahəsi 10,2 kv. metr, dəhlizin sahəsi 2,8 kv. metr, sanitar qovşaqlarının sahəsi 2,8 kv. metr, 7.4 kv. metr, balkonun sahəsi 1,1 kv. metr, lociyanın sahəsi 5,8 kv. metr, ümumilikdə 195,2 kv. metr təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi idarəsi tərəfindən 07.12.2018-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* saylı çıxarışa əsasən 195,2 kv. metrdən ibarət sahəsi olan Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 8, mənzil 21 (yeni qaydalarla: AZ 1000, ünvan 7 xüsusi mülkiyyət hüququ ilə X3 adına Daşınmaz əmlakın dövlət reyestrində 1578 nömrəli reyestr kitabının 144262 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 15.11.2018-ci il tarixli, 160-01/TN nömrəli məktubuna əsasən qeyd edilmişdir ki, qeyd olunan bina “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (inventar nömrəsi 3304, tikilmə tarixi 1893-cü il) dövlət qeydiyyatına götürülmüşdür. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 24 iyun 2019-cu il tarixli 35-05 №-li arayışda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüş ünvan 8 ünvanında yerləşən üç mətəbəli yaşayış binasının (inventar № 3304) üzərində dördüncü mərtəbənin inşa edilməsi faktı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli 195 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar tarix və mədəniyyət abidələrinə baxış keçirilən zaman aşkar edilmişdir və qanunamüvafiq tədbirlərin görülməsi üçün Bakı şəhəri, Səbail rayonu polis idarəsinə, Bakı şəhər prokuroruna, Cavabdeh başçısına müraciət məktubları ünvanlanmışdır. Bəhs edilən ünvanda tikinti fəaliyyəti qanunvericiliyin tələblərinə zidd-müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan aparılmışdır. Məlumdur ki, “Tarix və mədəniyyət abidələrinin qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin №-li hissəsinin göstərişinə əsasən abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti) tərəfindən təsdiq edildikdən sonra aparılır. Həmçinin abidələrdə görülən inşaat-möhkəmləndirmə və abadlıq işləri layihə müəllifinin (müəlliflərinin) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (X11, inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin) nəzarəti altında aparılır (sözügedən Qanunun 26-cı maddəsi). Lakin yuxarıda qeyd olunan işlərin görülməsi nəticəsində dövlət tərəfindən mühafizə olunan abidəyə qanunazidd müdaxilə olunmuşdur və Dövlət Xidməti tərəfindən rayon icra hakimiyyətinə, hüquq mühafizə orqanlarına edilmiş müraciətin nəticəsi olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/2979 nömrəli 09.04.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 8 ünvanında yerləşən X5 məxsus 21 saylı mənzilin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı, ölçüləri və digər texniki parametrləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07.12.2018-ci il tarixli RX-1434959 saylı çıxarışa əlavə olunmuş texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. Lakin Cavabdeh Başçısının “X4 mənzilinin ölçülərinin dəqiqləşdirilməsi haqqında" 103 nömrəli, 21 yun 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilən X5 məxsus Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 8 ünvanında yerləşən 21 saylı mənzilində aparılan dəyişikliklər nəticəsində həmin ünvanda İddiaçı məxsus 22, 23, 24 saylı mənzillərə zərər vurulub-vurumamasını və vurulubsa zərərin dəyəri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X2 Agentliyinin mütəxəssis rəyi təqdim olunduqdan sonra müəyyən oluna bilər. Hazırda iddiaçı hüquqlarının pozulduğunu qeyd etməklə, üçüncü şəxsə məxsus mənzilin ölçülərinin dəqiqləşdirilməsi haqqında cavabdeh inzibati orqanın inzibati akt sayılan 21 may 2018-ci il tarixli 103 nömrəli sərəncamının ləğv olunmasını tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 67.1-67.3-cü maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, Bakı şəhəri Cavabdeh başçısının mübahisələndirilən 21 may 2018-ci il tarixli 103 nömrəli sərəncamının qanuni olub-olmadığının yoxlanılmasını məhkəmə iki istiqamət üzrə aparmalıdır: 1) sərəncamın inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət edilməklə qəbul edilib-edilmədiyi; 2) sərəncamın maddi hüquq normalarının tələblərinə əməl olunmaqla qəbul edilibedilmədiyi. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.12.-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək yerli icra hakimiyəti başçısının səlahiyyətidir. Əsasnamənin 6.8-cı bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Mübahisələndirilən sərəncamın maddi hüquq normalarının tələblərinə uyğun olubolmamasına gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitartexniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əssən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə (24.2.1.); yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri) (24.2.2.); yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi (24.2.3.); yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu (24.2.4.). Qeyd olunanlara əsasən məhkəmə hesab edir mübahisələndirilən sərəncam Bakı şəhəri Səbail rayon İHB tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə ona verilmiş səlahiyyətlər çərçivəsində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən sərəncamla üçüncü şəxs X4 mülkiyyətindən olan mənzilin faktiki ümumi sahəsi müəyyən edilməklə, İddiaçı şəxsi hüquqdan məhrum edilməsi və ya onun hüququnun məhdudlaşdırılması, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyulması kimi hallara yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (X7 və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə) sərəncamın ləğv edilməsi, mənzilinin dam hissəsinin əvvəlki vəziyyətinə qaytarılması və mənzilinə dəyən zərərin hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər 1 saylı Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-53/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-53/2021
25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver