Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5301/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X15, X45, X31, X38, X8, X39, X46, X9, X16, X68, X47, X48, X10, X23, X13, X40, X51, X41, X24, X42, X52, X43) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olan, lakin həmin mənzildə faktiki yaşamayan üçüncü şəxslər xx.xx.1973-cü il təvəllüdlü X5, xx.xx.1999-cu il təvəllüdlü X25, xx.xx.1979-cü il təvəllüdlü X14, xx.xx.1977-ci il təvəllüdlü X17 ,xx.xx.1981ci il təvəllüdlü X32, xx.xx.1943-cü il təvəllüdlü X18, xx.xx.1980-cı il təvəllüdlü X11, xx.xx.1997-ci il təvəllüdlü X19, xx.xx.2003 cü il təvəllüdlü X33, xx.xx.2002-ci il təvəllüdlü X20, xx.xx.1974-cü il təvəllüdlü X21, xx.xx.2003-cü il təvəllüdlü X1 və yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-cı il təvəllüdlü X39, xx.xx.2010-cu il təvəllüdlü X26, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X34, xx.xx.2012-ci il təvəllüdlü X27, xx.xx.2014-cü il təvəllüdlü X28, xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X12 qeyd olunan ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Xəzər rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən daşınmaz əmlak İddiaçı mülkiyyətindədir. Həmin mənzil dövlət reyestr xidmətində qeydə alınaraq RX seriyalı,1009456 nömrəli çıxarış ilə təmin olunmuşdur. İddiaçı həmin mənzildə ailəsi ilə birgə yaşayır. İddiaçı məxsus qeyd olunan ünvanda xx.xx.1973-cü il təvəllüdlü X15, xx.xx.1999-cu il təvəllüdlü X45, xx.xx.1979-cü il təvəllüdlü X31, xx.xx.1977-ci il təvəllüdlü X38, xx.xx.1981-ci il təvəllüdlü X52, xx.xx.1943-cü il təvəllüdlü X42, xx.xx.1980-cı il təvəllüdlü X24, xx.xx.1997-ci il təvəllüdlü X41, xx.xx.2003-cü il təvəllüdlü X51, xx.xx.2002ci il təvəllüdlü X43, xx.xx.1974-cü il təvəllüdlü X40, xx.xx.2003-cü il təvəllüdlü X7 və yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə pasport qeydiyyatındadırlar. İddiaçı bildirir ki, adları qeyd olunan üçüncü şəxslərlə qohumluq münasibətləri var və həmin şəxsləri müvəqqəti olaraq həmin ünvana qeydiyyata almışdır. Üçüncü şəxslər faktiki olaraq Qala qəsəbəsində tikilən fərdi yaşayış evində yaşayırlar. İddiaçı üçüncü şəxslərin özlərinə məxsus evdə qeydiyyata düşmədiklərini bildirmişdir. İddiaçı üçüncü şəxslərin ünvan 1 ünvanında olan qeydiyyatlarına xitam verilməsi ilə əlaqədar olaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə müraciət etmişdir. Müraciət təmin olunmamışdır.
3. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxslərin həmin evə qeydiyyatları onun ərizəsi əsasında həyata keçirilmiş, qohumluq əlaqələri mövcuddur, lakin həmin evdə hazırda yaşamırlar, hazırda evdəki qeydiyyatları formal xarakter daşıyır.
4. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etmir.
5. Cavabdeh Xəzər Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda məhkəmə iclasında cavabdeh qurumun nümayəndəsinin iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.
İİ. İddianın növü və mümkünlüyü
6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
7. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
8. Cavabdeh Xəzər Rayon Polis İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli imtinada bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq sözügüdən məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək məqsədə müvafiq hesab edilmişdir.
9. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
10. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X15, X45, X31, X38, X8, X39, X46, X9, X16, X68, X47, X48, X10, X23, X13, X40, X51, X41, X24, X42, X52, X43 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdurlar.
11. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixində verilmiş, ******* №-li arayışına və CMS-AZEMİS məlumat axtarış sistemindən olan məlumata əsasən X15, X45, X31, X38, X8, X39, X46, X9, X16, X68, X47, X48, X10, X23, Abdullayeva (Hüseynova) Zəminə Hökümdar qızı, X40, X51, X41, X24, X42, X52, X43 ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşənmaz əmlakın dövlət reyestrindən təqdim olunmuş ******* nömrəli Çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən mənzil sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
13. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, xx.xx.1992-ci ildə anadan olmuş İddiaçı ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
14. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən hazırkı iş üzrə zəruri cəlbetmə qaydasında cəlb olunmuş üçüncü şəxslər ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********16 nömrəli məktubdan aydın olmuşdur ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində sorğuda qeyd olunan şəxslərin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
16. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının X67 Ərazi Dairəsi üzrə Nümayəndəliyini tərəfindən verilmiş tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktuba əsasən zəruri cəlb etmə qaydasında cəlb olunmuş üçüncü şəxslər İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanında yaşamırlar. IV. Məhkəmənin mövqeyi
17. Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamırlar, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
18. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
21. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....
22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
24. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli X15, X45, X31, X38, X8, X39, X46, X9, X16, X68, X47, X48, X10, X23, Abdullayeva (Hüseynova) Zəminə Hökümdar qızı, X40, X51, X41, X24, X42, X52, X43 ünvan 6 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. X5, X25, X14, X17, X2, X22, X26, X3, X6, X34, X29, X28, X4, X12, Abdullayeva (Hüseynova) Zəminə Hökümdar qızının, X21, X33, X19, X11, X18, X32, X20 ünvan 6 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva