Məhkəmə qərarları › İş №2-1(112)-5305/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5305/2020

26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5305/2020 26.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi, ev 7, mənzil 27 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (Beyləqan şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan),iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işlədiyi vəzifəyə bərpa edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respulikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ********** nömrəli 02 iyun 2020-ci il tarixli işdən azad edilməsi və “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyün həyata keçirilməsi qaydasının 4-cü hissəsinə istinad edilmiş və 02 iyun 2020-ci il tarixdən 2 il müddətində Azərbaycan Respulikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə ehtiyat kadr siyahısında saxlanılması haqda əmrinin ona aid olan hissədə ləğv edilməsi və onun işə bərpa olunmağının cavabdeh inzibati orqanın üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-ci il tarixdən Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Əmək və Sosial məsələlər üzrə idarənin 26 Bakı Komissarı rayonu əmək üzrə müvəkkili, cavabdeh Azərbaycan Respulikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin-inzibatı orqanın tabeliyində 1993-cü ildən müxtəlif vəzifələrdə rəis əvəzi, rəis müavini, sektor müdiri, onun strukturu olan Azərbaycan Respulikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri Xətai rayon Məşğulluq Mərkəzində 2018-ci il tarixdən İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda aparıcı məsləhətçi vəzifəsində, yəni sırf məşğulluq xidməti sahəsində 34 il əmək stajı ilə işləmişir. Azərbaycan Respulikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ********** nömrəli 02 iyun 2020-ci il tarixli əmri ilə o şəkərli diabet xəstəsi ola-ola vəzifədən azad edilib 2 il müddətində Azərbaycan Respulikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə ehtiyat kadr siyahısında saxlanılmış, lakin onun bundan xəbəri olmamışdır. O cavabdeh inzibati orqanın bu əmriniinzibati aktını özü üçün əlverişsiz inzibatı akt və qanunsuz hesab edir. Ən əvvəl ona görə ki, Əmək məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilərkən işçilərin aşağıdakı təminatları təsbit edilmişdir: İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu məcəllənin 70-cı maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmı xəbərdar edilməlidir: Bir ilədək əmək stajı olduqda-azı iki təqvim həftəsi. Bir ildən beş ilədək əmək stajı olduqda-azı dörd təqvim həftəsi. Beş ildən on ilədək əmək stajı olduqda-azı altı təqvim həftəsi. On ildən çox əmək stajı olduqda-azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəlləsinin 70-ci maddəsinin “a" və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxma müavinəti ödənilir. Bir ilədək əmək stajı olduqda-orta aylıq əməkhaqqı miqdarında. Bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 mıslı miqdarında. Beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 mıslı miqdarında. On ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı, iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0.5 mıslı, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0.9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1.4 misli miqdarında, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli, və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verilə bilər. Eyni zamanda Əmək Məcəlləsinin 79-cu maddəsi cavabdeh inzibati orqan tərəfindən pozulmuşdur. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndində göstərilir işəgötürən tərəfindən Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar-işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə. Qeyd edir ki, o şəkər xəstəsi olaraq 2009-cu il tarixdən qeydiyyatdadır. Amma göründüyü kimi cavabdeh inzibati orqan bunların heç birinə məhəl qoymadan onu işdən xaric etmişdir. Mübahisələndirdiyi əmrdə onun işdən azad edilməsini əsaslandırmaq üçün cavabdeh inzibati orqan Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyün həyata keçirilməsi qaydasının 4-cü hissəsinə istinad edilmiş və 02 iyun 2020-ci il tarixdən 2 il müddətində Azərbaycan Respulikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə ehtiyat kadr siyahısında saxlanılıb, bu barədə Azərbaycan Respulikasının dövlət İmtahan mərkəzinə məlumat verilməsi göstərilir. İddiaçı 2 müxtəlif ali təhsil ocağının diplomuna, 4 əlavə təhsil müəssisəsinin ixtisasartırma, təkmilləşdirmə diplomuna sahib olmuş, 01 sentyabr 2003-cü il tarixdən 3-cü dərəcəli, sonradan 2-ci dərəcəli dövlət qulluqçusu və pensiya yaşına 2 il qalmış mütəxəssis olaraq necə ehtiyat kadr syahısında qalmalı, Azərbaycan Respulikasının dövlət İmtahan mərkəzində imtahan verməlidirmi. Qeyd edir ki, o nümunəvi dövlət qulluqçusu olaraq xidmət göstərmiş, dəfələrlə mükafata layiq görülümş və intizam tənbehi almamışdır. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respulikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ********** nömrəli 02 iyun 2020-ci il tarixli işdən azad edilməsi və “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyün həyata keçirilməsi qaydasının 4-cü hissəsinə istinad edilmiş və 02 iyun 2020-ci il tarixdən 2 il müddətində Azərbaycan Respulikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə ehtiyat kadr siyahısında saxlanılması haqda əmrinin ona aid olan hissədə ləğv edilməsi və onun işə bərpa olunmağının cavabdeh inzibati orqanın üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı iddia ərizəsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02 iyun 2020-ci il tarixli **********5 nömrəli əmrinin ona aid olan hissədə ləğv edilməsini və əvvəl tutduğu vəzifəyə uyğun olaraq işə bərpa edilməsi barədə müvafiq qərar verilməsini Məhkəmədən xahiş etmişdir. Cavabdeh hesab edir ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və Məhkəmə tərəfindən iddia təmin edilməməlidir. Belə ki, İddiaçı əmək müqaviləsinə 02 iyun 2020-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsinin 5.5.5-ci yarımbəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisati daxilində onların xərclər smetasını təsdiq edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02 iyun 2020-ci il tarixli **********5 nömrəli əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ştat cədvəllərinə dəyişiklik edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tututlmuş üstünlüyünün həyata keçirilməsi Qaydasfnm 3-cü hissəsinə əsasən ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.6-cı maddəsinə əsasən əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları - müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri 5-ci kateqoriya dövlət orqanlarıdır. Cavabdeh qeyd edir ki, Dövlət Məşğulluq Xidmətinin ləğv edilmiş Xətai, Nizami və Zəngilan rayonu Məşğulluq Mərkəzlərinin bir sıra əməkdaşları yeni yaradılmış 5 saylı Ərazi Məşğulluq Mərkəzində işlə təmin edilmişdirlər. Ləğv edilmiş Mərkəzlər birlikdə 43 ştatdan (Xətai 22, Nizami 17, Zəngilan 4) ibarət olmuş, yeni yaranmış 5 saylı Ərazi Ərazi Məşğulluq Mərkəzi isə 30 ştat təşkil etmişdir. Həmin səbəbdən İddiaçı və digər əməkdaşlar yuxarıda qeyd edilən qaydaların 4-cü hissəsinə əsasən 02 iyun 2020-ci il tarixindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyində ehtiyat kadr siyahısına daxil edilmiş və Dövlət Məşğulluq Xidmətinin Xətai, Nizami və Zəngilan rayon Məşğulluq Mərkəzləri ləğv edilmiş və bu barədə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə məlumat verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Həmçinin qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılması tapşırılmış və Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanına əsasən qeyd edilmiş qurumlar fəaliyyətə başlamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan - Azərbaycan Respublikası Səbail RPİ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZE №-05628642 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957ci ildə ünvan 2 ünvanda pasport qeydiyyatındadır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin **********5 saylı 02 iyun 2020-ci il tarixli əmrdən çıxarışdan görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri Xətai rayonu Məşğulluq Mərkəzində işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi iddiaçı Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli, **********5 nömrəli “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ştat cədvəllərinə dəyişiklik edilməsi haqqında” Nazirliyin 2020-ci il 02 iyun tarixli əmrinin icrası” barədə əmrinin iddiaçıya münasibətdə ləğv edilməsini tələb etməkdədir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi hallar mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, həmçinin məhkəmə araşdırması zamanı cavabdehin məhkəmə iclasında vermiş olduğu izahatdan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02 iyun 2020-ci il tarixli **********5 nömrəli əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ştat cədvəllərinə dəyişiklik edilərək, “Dövlət qulluğu haqqında” azərbaycan respublikası qanunun 33.1.2-ci maddəsinə əsasən uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin adları qeyd edilən dövlət qulluqçuları tutduqları vəzifədən azad edilmələri, onlara müvafiq olaraq bağlanmış Əmək müqav ilələrinə 2020-ci il 02 iyun tarixdə xitam verilməsi, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tututlmuş üstünlüyünün həyata keçirilməsi Qaydasının 4-cü hissəsinə əsasən adları qeyd edilən dövlət qulluqçuları 02 iyun 2020-ci il tarixindən 2 il müddətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi üzrə ehtiyat kadr siyahısında saxlanılması qərara alınaraq, bu barədə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə məlumat verilmişdir. Göründüyü kimi İddiaçı əmək müqaviləsinə 02 iyun 2020-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar xitam verilmişdir. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, Dövlət Məşğulluq Xidmətinin ləğv edilməsi nəticəsində Xətai, Nizami və Zəngilan rayonu Məşğulluq Mərkəzlərinin bir sıra əməkdaşları yeni yaradılmış Ərazi Məşğulluq Mərkəzində işlə təmin edilmiş, digərləri isə ehtiyat kadr siyahısında saxlanılmışdırlar. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikasi Prezidentinin 01 iyul 2011-ci il tarixli 464 №li Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 3-cü hissəsinə əsasən ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ləğv edilmiş idarələr birlikdə 43 ştatdan (Xətai 22, Nizami 17, Zəngilan 4) ibarət olmuş, yeni yaranmış 5 saylı Ərazi Məşğulluq Mərkəzi 30 ştat təşkil etmişdir. Şöbələrin əməkdaşlarının bir qismi peşəkarlığı və idarəçilik təcrübəsinə uyğun olaraq yeni yaradılmış idarələrdə işlə təmin edilmişdirlər. Bu əsasdan İddiaçı ilə yanaşı digər əməkdaş yuxarıda istinad edilən Qaydaların 4-cü hissəsinə əsasən 02 iyun 2020-ci il tarixindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyində ehtiyat kadr siyahısına daxil edilmiş və bu barədə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə məlumat verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən 1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Beləliklə İddiaçı müəssisənin ləğvi ilə əlaqədar işdən azad olunduğundan onun əmək müqaviləsinə xitam verilməsi onun hüquqlarını məhdudlaşdırmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə hazırkı iş üzrə mübahisələndirilən iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş əmrin qanunauyğunluğu məhkəmə araşdırması ilə sübut edildiyindən, əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi ilə bağlı əsaslar olmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar