Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5308/2020 15.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı «doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən 2-1(112)-5308/20 nömrəli inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi əsl cavabdeh Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsiilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1959-cu il təvəllüdlü olması Xətai rayon Qeydiyyat şöbəsində bu faktın qeydə alınması təqdim etdiyi xx.xx.2020-ci il sənəddən aydın görünür. Lakin o, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etməmişdir. Bu səbəbdən nə doğum haqqında şəhadətnamə, nə də şəxsiyyət vəsiqəsini əldə edə bilmir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçə və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx/xx- 1097 saylı, xx.xx.2020-ci il tarixli məktubdan aydın olur ki, Xətai rayon qeydiyyat şöbəsində doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı ərizəyə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatllar nəzərdən keçirilərkən doğumun Xətai rayon Qeydiyyat Şöbəsində xx.xx.1959-cu il 1661 saylı akt qeydi ilə alındığı aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci maddəsinə əsasən 16 yaşına çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Həmçinin qeyd edilmişdir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, doğum haqqında şəhadətnaməsi və sair sənədlər əsasında verilir. Belə ki, şəxsiyyət vəsiqəsinin əldə olunması üçün doğum haqqında şəhadətnaməni təqdim edə bilmədiyindən, eləcə də şəxsiyyəti təsdiq edən sənəd olmadığından müvafiq şəhadətnamənin əldə edilməsinin mümkün olmadığı qeyd edilmiş və hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi bildirilmişdir; - Azərbaycan Respublikası Bakı şəhəri İcra hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfat Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 113 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı Balaxan qızına verilmiş 264 №-li, 22 iyun 2020-ci il tarixli arayışdan görünür ki, Tofidi X1 qəsəbəsi R. İsmayılov küçəsi, ev 11, mənzil 3 ünvanında qeydiyyatdadır; - İV-ЖГ1 № 440448 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Tofidi Siruz Əvəz oğlu X2 ilə 27 aprel 1987-ci il tarixdə nikaha daxil olmuşlar. - ИТ-İ əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə əmək fəaliyyətinə başlamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən daxil olmuş 018-8667-1220 saylı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı məhkumlugu barədə məlumat yoxdur; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən daxil olmuş 018-8707-8667-1220 saylı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.1959-cu (xx.xx.1959) il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir. xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1989-cu il tarixdə Nəsimi RPİ tərəfindən XXİİ JQ 618386 nömrəli keçmiş SSRİ nümunəli pasportu verilmişdir; - Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsindən 05/Q-1889/13 saylı 04 sentyabr 2020-ci il tarixli məktubla daxil olmuş 1661 №li doğum akt qeydindən aydın olur ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, anası X3, atası X4 müəyyən olunaraq ona akt qeydi əsasında seriya İ-ИE № 831689 doğum haqqında şəhadətnamə verilmişdir; - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2020-ci il tarixli 33/3195 saylı məktubundan görünür ki, İddiaçı dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Beləlikə, işdə olan sənədlərdən məlum olur ki, İddiaçı xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuş və həmin tarixdə bu barədə Bakı şəhəri Xətai rayon VVAQ şöbəsində 1661 №li doğum akt qeydi aparılmışdır. Təkrar doğum haqqında şəhadətnamə almaq üçün Xətai rayon qeydiyyat şöbəsinə müraciət etsə də, iddiaçının şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə xahişi təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Həmin qərarın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuş İddiaçı doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuş İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5308/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5308/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver