Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-531/2023 02.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsinə qarşı (üçüncü şəxslər Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” KB və X18) “qeydiyyat hərəkətlərinin aparılması” öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ““Lexus GS 300” minik markalı, Az**-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi” öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsinin Qeydiyyat İmtahan İdarəsindən daxil olmuş materialda qeyd olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X36 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində 10 fevral 2021-ci il tarixdə mülkiyyətində olan “Lexus GS 300” minik markalı, Az**-RM-*** d.q.n-lı avtomobili təkrar qeydiyyatı aparılması ilə bağlı olaraq baxış keçirilən zaman avtomobilin qeydiyyat şəhadətnaməsində şassi nömrəsi göstərilmədiyi halda üzərində “Lexus GS 300” markalı, Az**-UX-*** d.q.n-lı avtomobilin şassi nömrəsinin JTHBG96S855003822 və ban nömrəsi olan hissəsi yenidən qaynaq işlərinin aparılması aşkar edilmişdir. Göstərilən faktlara əsasən toplanan material aparılan araşdırmanın davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-Nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinə göndərilmişdir. Material üzrə xx.xx.2021-ci il tarixdə Kamran Əliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələbinə əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Ərizə əsasında toplanmış material rayon prokurorluğunda öyrənilən zaman xx.xx.2021-ci il tarixdə Binəqədi rayon prokurorunun müavini ədliyyə müşaviri Ramin Nağdəliyev tərəfindən xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək araşdırmanın davam etdirilməsi üçün Binəqədi RPİ-nin İŞ-nə göndərilmiş və xx.xx.2021-ci il tarixdə araşdırmanın davam etdirilməsi Kamran Əliyevə həvalə edilmişdir. X25 araşdırmaların gedişində verdiyi izahatında göstərmişdir ki, “Lexus GS 300” markalı avtomobili İddiaçı məxsusdur. Hazırda Rusiya Federasiyasında olan Dəyanət Azərbaycan Respublikasında ikən X19 etibarnamə vermişdir və X27 istəyi üzərinə maşını satmaq məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə müraciət etmişdir. Avtomobilin müayinəsi zamanı bann nömrəsi olan hissənin kəsilib yenidən qaynaq işlərinin aparılması və şassi birkasız olması müəyyən edildiyindən qeydiyyat hərəkətləri aparılmamışdır. Avtomobilin bann nömrəsinin kəsilib yenidən qaynaq edilməsi və şassinin birkasız olmasından, bu əməlin harada edilməsindən və hansı şəraitdə edilməsindən məlumatsız olduğunu bildirmişdir. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 19 fevral 2020-ci il tarixli 21/158a nömrəli arayışından görünür ki,“LEXUS-GS-300” markalı, Az99- RM-787 d.q.n-lı avtomobilin bann nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş “JTHBG96S975046424” hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin bann nömrəsi vurulan sahənin arxa tərəfinin yuxarı hissəsində bir-birindən aralı olan nöqtəvari qaynaq işlərinin izləri aşkar edilmişdir. Avtomobilin qabaq ön şüşəsinin alt hissəsində ban nömrəsi vurulması nəzərdə tutulan hissədə lövhə üzərində olan bann nömrəsi “JTHBG96S975046424" hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Qeyd olunanlara görə hər bir Azərbaycan vətəndaşı kimi mülkiyyətində olan nəqliyyat vasitəsinin təhlükəsizliyinin qorunmasını, onun cinayətkar hərəkətlərdən mühafizə olunmasını təmin etmək dövlətin əsas vəzifələrindəndir. Halhazırda bəhs etdiyi məsələdə olan proseslərin heç bir mərhələsindən xəbərdar olmamış və razılığı olmadan edilən hüquqazidd hərəkətlərin nəticəsi olaraq hal-hazırda avtomobillə bağlı sərəncam hüququnu həyata keçirə bilməkdən əlavə qeydiyyat hərəkətlərini yerinə yetirmək hüququndan da məhrum olmuşdur. Deməli, avtomobillə bağlı əks olunan hərəkətlər həyata keçirilərkən bütün bunlara müvafiq icra hakimiyyəti orqanı nəzarət etməli idi. Bu nəzarətdən kənarda qaldığına görə, hazırda mülkiyyətində olan “Lexus GS 300” minik markalı, Az**-RM-*** d.q.n-lı avtomobil ilə bağlı qeydiyyat hərəkətlərini apara və rəsmiləşdirilməsini həyata keçirə bilmir. Avtomobillə bağlı bütün bu əməliyyatların həyata keçirildiyindən tamamilə xəbərsiz olmuşdur. Bütün bunlar şəxsə avtomobillə bağlı sərəncam hüququnu həyata keçirməyinə və qeydiyyat hərəkətlərini aparmağa maneədir. Baxmayaraq ki, 20 iyul 2021-ci il tarixli qərarda barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru, X20 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar verilmişdir. Lakin burada gələcəkdə avtomobillə bağlı alqı-satqı və ya digər xarakterli münasibətlərdə qeydiyyat hərəkətlərinin necə aparılacağı ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26- cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunun 4-cü maddəsinin 18 və 19-cu bəndlərinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək; nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olmasına nəzarət etmək dövlətin vəzifəsidir. Habelə, həmin Qanunun 4-cü maddəsinin 21-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək dövlətin yol hərəkəti sahəsində həyata keçirməli olduğu əsas vəzifələrindən biridir. Həmçinin, həmin qanunun nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qaydası adlı 32-ci maddəsində göstərilir ki, bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs, müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, girov qoyulması yalnız nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qanunun 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumunu ödəməkdən azad edilirlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 115602M-3221 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, müvafiq qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək tövsiyə edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 016-149382-1221 saylı xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, «LEXUS GS300» markalı **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir (kompüter çıxarışı əlavə olunur). X21 və İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinə əsasən “Lexus GS 300” minik markalı, 99EN012 dövlət qeydiyyat nişanlı, JTHBG96S975046424 ban nömrəli avtomobil İddiaçı satılmışdır. AD seriyalı 168256 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Lexus GS 300” minik markalı, 99EN012 dövlət qeydiyyat nişanlı, JTHBG96S975046424 ban nömrəli avtomobil X12 adına qeydiyyata alınmışdır. AD seriyalı 153569 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Lexus GS 300” minik markalı, 99MS569 dövlət qeydiyyat nişanlı, JTHBG96S975046424 ban nömrəli avtomobil X5 adına qeydiyyata alınmışdır. X8 və X21 arasında bağlanmış xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən “Lexus GS 300” minik markalı, 99MS569 dövlət qeydiyyat nişanlı, JTHBG96S975046424 ban nömrəli avtomobil X3. AC seriyalı 465435 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Lexus GS 300” minik markalı, 90VE333 dövlət qeydiyyat nişanlı, JTHBG96S975046424 ban nömrəli avtomobil X16 adına qeydiyyata alınmışdır. X26 və X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən “Lexus GS 300” minik markalı, 90VE333 dövlət qeydiyyat nişanlı, JTHBG96S975046424 ban nömrəli avtomobil X1. Toyota-Bakı Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 14 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, buraxılış ili 2006-cı il olan “Lexus GS 300” markalı avtomobilinin ölkəyə zavoda məxsus hansı ban nömrəsi ilə gətirilməsi barədə məlumatı aşkar etmək mümkün olmamışdır. AD seriyalı 385020 saylı xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Lexus GS 300” minik markalı, 99RM787 dövlət qeydiyyat nişanlı, JTHBG96S975046424 ban nömrəli avtomobil qeydiyyata alınmışdır. 929385 saylı xx.xx.2021-ci il tarixli birdəfəlik dayanacaq haqqı qəbzindən görünür ki, “Lexus GS 300” minik markalı, 99RM787 dövlət qeydiyyat nişanlı, JTHBG96S975046424 ban nömrəli avtomobilə dair 217 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsi tərəfindən məhkəmənin məktubuna cavab olaraq 016-79712/2M-4222 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "LEXUS GS300" markalı, ban nömrəsi: JTHBG96S855003822 olan **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə X9 adına qeydiyyata alınaraq AC 086903 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Göstərilən "LEXUS GS300" markalı, ban nömrəsi: JTHBG96S********** olan **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış və AD 385020 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Lakin, sonradan vətəndaş İddiaçı "LEXUS GS300" markalı ban nömrəsi: JTHBG96S********** olan **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər şəxsin adına rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinə müraciət edərkən qeydiyyat şəhadətnaməsində ban nömrəsi göstərilmədiyi halda üzərində "LEXUS GS300" markalı **- UX-*** dövlət qeydiyyat nişanlı başqa avtomobilin JTHBG96S855003822 ban nömrəsinin qeyd edilməsi və ban nömrəsi olan hissəsinin kəsilib yenidən qaynaq işlərinin aparılması müəyyən edilmişdir. Odur ki, JTHBG96S855003822 ban nömrəsi iki avtomobildə aşkar edildiyindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3856/2022 saylı qərardadının icrası mümkün olmamışdır. Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” KB tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********440 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, X18 ilə QSC “Bank Standard" KB arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/11456/13 nömrəli kredit müqaviləsinə əsasən X13 bankdan 15,600.00 (on beş min altı yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixinə X9 xx.xx.2013-cü il tarixli 1/11456/13 nömrəli kredit müqaviləsi üzrə ləğv prosesində olan QSC “Bank Standard” KB qarşısında 5,886.04 (beş min səkkiz yüz səksən altı manat, 04 qəpik) manat məbləğində əsas borc, 497.85 (dörd yüz doxsan yeddi manat, 85 qəpik) manat məbləğində faiz borc və 4,112.07 (dörd min bir yüz on iki manat, 07 qəpik) manat məbləğində cərimə borc öhdəliyi mövcuddur. 1xx/xx/11456/13 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə X13 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən 15600 (on beş min altı yüz) manat məbləğində kredit verilmişdir. Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı və X18 arasında bağlanmış 1xx/xx/11456/13 saylı xx.xx.2013-cü il tarixli ipoteka mqaviləsinə əsasən X13 məxsus olan LEXUS GS-300 minik markalı **-VZ-*** dövlət nömrə nişanlı (hazırkı nömrəsi **-RM-***) avtomobil (il 2005, rəngi qara, Ban JTHBG96S8********) bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-16/2-28586/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 3856/2022 saylı qərardadı əsasında həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)- 3856/2022 saylı qərardadının ləğv edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X36 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-16-5/2-11-2611/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində qeyd olunan nəqliyyat vasitələrinə dair saylı Bakı “ASAN xidmət” Mərkəzində yerləşən notariat notariat ofislərində etibarnamələrin təsdiq edildiyi məlum olmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq müvafiq sənədlər həmin notariat ofislərindən əldə oluna bilər. Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********870 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, QSC “Bank Standard” KB ilə X18 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1xx/xx/11456/13 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 20 (iyirmi) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 15.600 (on beş min altı yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə X13 məxsus olan LEXUS GS-300 minik markalı **-VZ-*** dövlət nömrə nişanlı (hazırkı nömrəsi **-RM-***) avtomobil (il 2005, rəngi qara, Ban JTHBG96S8********) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən X13 qarşı xx.xx.2013-cü il tarixili, 1xx/xx/11456/13 saylı kredit müqaviləsi üzrə 5886,04 manat əsas borc, 497,85 manat faiz borcu, 4112,07 manat məbləğində cərimə borcu, 2066,40 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 12.562,36 (on iki min beş yüz altmış iki manat, 36 qəpik) manat məbləğində pulun tutulması və tutumanın ipoteka ilə yüklü edilmiş LEXUS GS-300 minik markalı avtomobilə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-16/2-41390/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, "LEXUS GS300" markalı, JTHBG96S855003822 ban nömrəli, **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin və sonrakı qeydiyyat hərəkətləri barədə DİN Baş X36 İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışı təqdim edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 954 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı mülkiyyətində olan "Lexus GS300" markalı, JTHBG96S975046424 ban nömrəli **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixində 7E/10650 reyestr nömrəsi ilə qeydiyyatdan keçərək rəsmiləşdirilmiş X19 nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə verilmişdir. Hal-hazırda həmin etibarnamə "Elektron notariat" X2 "qüvvədən düşüb" statusundadır. "Lexus GS300" markalı, JTHBG96S855003822 ban nömrəli **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair fəaliyyət göstərdiyi notariat ofisində hər hansı bir notariat hərəkəti rəsmiləşdirilməmişdir. 10650 saylı xx.xx.2020-ci il qeydiyyat tarixli 4 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisi “elektron notariat” X2n çıxarışdan görünür ki, İddiaçı tərəfindən X19 etibar edilən “Lexus GS 300” minik markalı, 99RM787 dövlət qeydiyyat nişanlı, JTHBG96S975046424 ban nömrəli avtomobilə dair etibarnamə xx.xx.2021-ci il tarixdə qüvvədən düşmüşdür. Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq X831 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, **-UX-*** və **-RM-*** dövlət qeydiyyat nömrəli avtomobillərlə bağlı BAKİ şəhəri 6 saylı notariat ofisində heç bir notariat hərəkəti aparılmamışdır. Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq XK-1148 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Bakı şəhəri 11 saylı notariat ofisində xx.xx.2014-cü il tarixli 7E-9351 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli 7E-12614 reyestr nömrəli və xx.xx.2017-ci il tarixli 7E- 15059 reyestr nömrəli nəqliyyat vasitəsinin istifadə hüququna dair etibarnamə verilmişdir. “Elektron notariat" X2 yoxlanış aparılarkən müəyyən edilmişdir ki **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Bakı şəhəri 11 saylı notariat ofisində etibarnamə üzrə notariat hərəkəti aparılmamışdır. 9351 saylı xx.xx.2014-cü il qeydiyyat tarixli Bakı şəhəri 11 saylı notariat ofisi “elektron notariat” X2n çıxarışdan görünür ki, X10 tərəfindən X4 etibar edilən “Lexus GS 300” minik markalı, 90UX903 dövlət qeydiyyat nişanlı, JTHBG96S855003822 ban nömrəli avtomobilə dair etibarnamə xx.xx.2017-ci il tarixdə qüvvədən düşmüşdür. 12614 saylı xx.xx.2014-cü il qeydiyyat tarixli Bakı şəhəri 11 saylı notariat ofisi “elektron notariat” X2n çıxarışdan görünür ki, X10 tərəfindən X11 etibar edilən “Lexus GS 300” minik markalı, 90UX903 dövlət qeydiyyat nişanlı, JTHBG96S855003822 ban nömrəli avtomobilə dair etibarnamə xx.xx.2016-cı il tarixdə qüvvədən düşmüşdür. 15059 saylı xx.xx.2017-ci il qeydiyyat tarixli Bakı şəhəri 11 saylı notariat ofisi “elektron notariat” X2n çıxarışdan görünür ki, X14 tərəfindən X7 etibar edilən “Lexus GS 300” minik markalı, 90UX903 dövlət qeydiyyat nişanlı, JTHBG96S855003822 ban nömrəli avtomobilə dair etibarnamə xx.xx.2020-ci il tarixdə qüvvədən düşmüşdür. Bakı şəhəri 48 saylı notariat ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq X-65 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Lexus GS300” markalı **-UX- *** dövlət qeydiyyat nişanlı və "Lexus GS300” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dair Bakı şəhəri 48 saylı notariat ofislərində hər hansı bir əməliyyat aparılmamışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin qəbulundan imtina edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli xüsusi qərardadı ilə qərardadda qeyd olunan əməllərə hüquqi qiymət verilməsi, bununla əlaqədar araşdırmanın aparılması və müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilmiş və bu məqsəd ilə qərardadın surəti Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək “Lexus GS 300” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X36 İdarəsinin üzərinə qoyulmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş cavabdeh inzibati orqanın cərimə olunması barədə ərizə təmin edilməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir. Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” KB hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Hazırkı işə mahiyyəti üzrə baxılması təzələnmiş və işə baxılması xx.xx.2023-cü il tarixə (saat 15:30) təyin edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X18 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxslər və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X24 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); Məhkəmə iddiaçının Azərbaycan Respublikası ərazisində qanuni əsaslarla idxal etdiyi nəqliyyat vasitəsinə hüquqlarının qeydə alınması üçün “qanuni gözləntisi” olduğunu müəyyən etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmi “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında əsasnamə”dən: 1.2. Mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər 1.4. Hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlarda: 1) əldə edildiyi vaxtdan on gün ərzində; 2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində; 3) nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində: [7] 4) xarici dövlətlərdən gətirildikdə gömrük rəsmiləşdirilməsi keçdiyi vaxtdan on gün ərzində; 5) Nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan nəqliyyat vasitəsini qeydiyyata aldırmalıdırlar. 1.8. Azərbaycan Respublikasının ərazisində: 1) dövlət qeydiyyatından keçməyən və yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə gömrük öhdəçiliyi olmayan; 2) dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrinin idarə edilməsi qəti qadağandır. 2.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. 2.8. Təqdim edilən sənədlərdə və ya nəqliyyat vasitəsinin aqreqat nömrələrində saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitəsinin aqreqat nömrələrinin qeydiyyat məlumatları ilə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. 2.9. Arayışın verilməsindən aşağıdakı hallarda imtina edilir. 1) bu qaydaların 2.8. bəndində göstərilən hallar aşkar olunduqda; 2) nəqliyyat vasitəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatı üzrə müvəqqəti uçotda və ya qeydiyyatda olduqda; 3) qanunvericilikdə nəzərdə tutulan digər hallarda. Arayışın verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.
10. Dövlət qeydiyyat nişanlarında, qeydiyyat şəhadətnaməsində və digər təqdim edilən sənədlərdə və nəqliyyat vasitələrinin nömrəli aqreqatlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda, həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.
11. Bu qaydaların pozulmasına görə nəqliyyat vasitələrinin mülkiyyətçiləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Belə ki,həm məhkəməyəqədər inzibati araşdırma nəticəsində, həm də məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, "LEXUS GS300" markalı, ban nömrəsi: JTHBG96S855003822 olan **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə X9 adına qeydiyyata alınaraq AC 086903 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Göstərilən "LEXUS GS300" markalı, ban nömrəsi: JTHBG96S********** olan **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış və AD 385020 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Lakin, sonradan vətəndaş İddiaçı "LEXUS GS300" markalı ban nömrəsi: JTHBG96S********** olan **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər şəxsin adına rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinə müraciət edərkən qeydiyyat şəhadətnaməsində ban nömrəsi göstərilmədiyi halda üzərində "LEXUS GS300" markalı **-UX-*** dövlət qeydiyyat nişanlı başqa avtomobilin JTHBG96S855003822 ban nömrəsinin qeyd edilməsi və ban nömrəsi olan hissəsinin kəsilib yenidən qaynaq işlərinin aparılması müəyyən edilmişdir. X13 məxsus olan LEXUS GS-300 minik markalı **-VZ-*** dövlət nömrə nişanlı (hazırkı nömrəsi **-RM-***) avtomobil (il 2005, rəngi qara, Ban JTHBG96S8********) “Bank Standard” KB qarşısında ipoteka ilə yüklü edilmişdir. Qeyd edilən səbəblərdən cavabdeh tərəfindən "LEXUS GS300" markalı, ban nömrəsi: JTHBG96S********** olan **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyatının aparılmasından imtina etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova