Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5310/2021 21.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “bağlanmış müqaviləyə uyğun istehlakçı hüquqlarının bərpa edilərək sayğacın adına keçirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək 2005-ci ildən qeydiyyatda olduğu ünvan 1 ünvanında quraşdırılmış Smart G-4 İTRON DİAFRAQMA saylı sayğacın 16.10.2020-ci il tarixli AKX-0249895/10-2020 saylı müqaviləyə əsasən istehlakçı hüquqlarının bərpa edilməsi üçün adına keçirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildə ünvan 2 ünvanında 18.11.2005-ci il tarixində qeydiyyata alınıb. Həmin ildə də rəsmi olaraq qeydiyyatda olduğu evə Cavabdeh tərəfindən yaşayış üçün zəruri olan qaz xətti çəkilmişdir. 2010-cu ildə X4 onun icazəsi olmadan onun həyətyanı torpaq sahəsində özü üçün ev tikdirmişdir. 2010cu ildə qeydiyyatda olduğu Nizami rayonu, B.Nuriyev küç.ev 4, 80 saylı evini öz oğlu X5 hədiyyə vermiş və onun həyətyanı sahəsində tikdirdiyi evinə köçüb və hal-hazırda da orada yaşayır. 2010-cu ildə Binəqədi rayonunda pensiya almaq üçün qeydiyyata düşmək məqsədi ilə X4 ondan yaşadığı və qeydiyyatda olduğu Zeynalov küç.2A ünvanına qeydiyyata salınmağını xahiş etdi. Həmin ildə 13.09.2010-cu ildə yalnız onun yazılı razılığının olduğunu nəzərə alaraq Binəqədi RPİ X3 qeydiyyata aldı. X4 tərəfindən Zeynalov küç.2A ünvanına çəkilmiş qaz və isıq xətti qeyri-qanuni olaraq heç bir sənəd olmadan çəkilmişdir. Bununla əlaqədar o, cavabdeh quruma yazılı surətdə müraciət edib. Cavabdeh onun 2005-ci ildə istehlakçı hüququnun pozulduğunu nəzərə alaraq onun yazılı surətdə təqdim etdiyim rəsmi sənədlər (2005-ci ildə qeydə alınmış ev kitabı, 16.10.2020-ci il tarixli 1080 saylı Arayış) əsasında öz səhvini düzəldərək onunla 16.10.2020-ci il tarixli AKX-0249895/10-2020 saylı Müqaviləni imzalayıb onun istehlakçı hüquqlarını təsdiq edən Smart G-4 İTRON DİAFRAQMA saylı 1702AZ **********32 nömrəli qaz sayğaçını onun adına keçirərək rəsmiləşdirib. 29.03.2021-ci ildə qaz kartında yükləmə ilə problem yarandı, bu zaman Binəqədi rayon Qaz İdarəsinə müraciət etdikdə onlar qaz sayğacının yenidən X1 adına keçirildiyini bildirdilər. O dərhal ASAN Kommunal 1 xidmətinə müraciət etdikdə onlar X1 Binəqədi kənd icra nümayəndəliyindən arayış təqdim etdiyini və bu səbəbdən onun adına qaz saygaçının keçirildiyini bildirdilər. Onunla 16.10.2020-ci tarixdə AKX-0249895\10-2020 saylı Müqaviləni imzaladıqdan sonra ona xəbər vermədən X1 adına qaz sayğacının kodunun keçirilməsini və istehlakçı hüquqlarını təsdiq edən müqaviləni heç bir xəbərdarlıq etmədən birtərəfli qaydada pozulmasını qanunsuz hesab edir.
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi. İzatına əlavə olaraq bildirdi ki, onunla bağlanmış müqavilə ləğv edilmədən, qüvvədə ola-ola yaşadığı və qeydiyyatda olduğu ünvan 3 ünvanında quraşdırılmış sayğacın başqa adamın adına (X4 iddiaçının ögey anasıdır) keçirilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuzdur.
4. İddiaçı ilə Cavabdeh İB arasında “Qazdan istifadə qaydaları”na 2 nömrəli əlavəyə uyğun olaraq “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” 16.10.2020-ci il tarixli AKX-0249895/10-2020 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən, müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilir.
5. Məhkəmənin sərəncamına və sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 06.05.2021-ci il tarixli cavabda bildirilmişdir ki, İddiaçı faktiki yaşadığı ünvan 4 ünvanda qeydiyyatda yaşayan X2 adına Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim olunmuş 34 saylı, 06.01.2021-ci il tarixli arayış əsasında (abonent kod: **********10000) və qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 07.01.2021-ci il tarixdə AKX- 0267272/01-2021 saylı müqavilə bağlanaraq ad dəyişikliyi edilmişdir. X4 ilə bağlanmış həmin 07.01.2021-ci il tarixli müqavilə məhkəməyə təqdim edilmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
II. İddianın mümkünlüyü
7. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarından:
- 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 04 qərarından: - 13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPMin 24-26-cı maddələrinə müvafiq olar inzibati-iqtisadi məhkəmələr kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. - 14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.
10. Məhkəmə müəyyən etdi ki, tərəflər arasında qaz təchizatına dair müqavilə münasibətləri mövcud olmuş (16.10.2020-ci il tarixli müqavilə) və daha sonra ad dəyişikliyi edilərək 07.01.2021-ci il tarixdə X2 adına keçirilərək sonuncu ilə cavabdeh arasında yeni müqavilə bağlanmışdır. İddiaçının tələbi istehlakçı hüquqlarının müdafiə edilərətk tərəflər arasında bağlanmış müqavilə münasibətlərindən irəli gəlir və həmin 16.10.2020-ci il tarixli müqavilənin icrası ilə bağlıdır. Odur ki, mübahisə tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları halla bağlıdır.
11. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı və iddiaçının mülki qaydada ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
12. Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər.
13. Odur ki, iddiaçıya müvafiq tələblə öz seçiminə görə ya Cavabdeh İB-nin ünvanının olduğu yerə görə (ünvan 6adığı və müqavilənin icra edilməli olan yerə görə Binəqədi rayon məhkəməsinə müraciət etmək hüququ izah olunsun.
14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
15. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva