Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5312/2023 15.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının X54) qarşı “etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsində xx.xx.2009-cu il tarixdən hal-hazıradək qulluqda olduğu dövrləri nəzərə alaraq, etibarlı dövlət qulluğu münasibətlərinin, dövlət qulluqçusu statusunun və stajının tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsində 3-cü ərazi şöbəsinin məsləhətçisi vəzifəsində çalışır. Çalışdığı komitəyə müraciət edərək etibarlı dövlət qulluqçusu münasibətlərinin tanınması üçün müvafiq köməklik göstərilməsini xahiş etmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, etibarlı dövlət qulluqçusu münasibətlərin tanınması üçün aidiyyətı quruma müraciət etməyi məqsədəuyğundur. İddiaçı xx.xx.2007-ci tarixli 186/1 k saylı əmrə əsasən Komitənin Təbliğat-İnformasiya və Analitik Təhlil şöbəsinə böyük mütəxəssis vəzifəsinə təyin olunmuşdur. xx.xx.2008-ci il tarixli 160/1ü saylı əmrə əsasən dövlət qulluğunun kiçik referenti, xx.xx.2009-cu il tarixli 155/1ü saylı əmrə əsasən dövlət qulluğunun 3-cü dərəcə referenti ixtisas dərəcəsi verilmişdir. xx.xx.2009-cu il tarixli 181\1 k saylı əmrə əsasən Komitənin 3-cü Ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə 1 (bir) il müddətinə stajçı kimi dövlət qulluğuna qəbul edilmişdir. xx.xx.2010-cu il tarixli 151/1 k saylı əmrə əsasən birillik staj müddətinin bitdiyini nəzərə alaraq “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinin 6-cı bəndini rəhbər tutaraq 6 (altı) ay sınaq müddətinə Komitənin 3-cü Ərazi şöbəsinin məsləhətçi vəzifəsinə qulluğa qəbul edilmişdir. xx.xx.2011-ci il tarixli 073/1k saylı əmrə əsasən “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 28.6-cı, 16.2.6-cı və 17.1-ci maddələrinə uyğun olaraq sınaq müddətinin bitdiyi nəzərə alaraq daimi dövlət qulluğuna qəbul edilib və 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2018-ci il tarixli 164-k saylı əmrə əsasən Diasporlarla İş üzrə Dövlət Komitəsinin yeni struktur və ştat cədvəlinin təsdiq edilməsi haqqında 11 dekabr 2018-ci il tarixli 162 nömrəli əmrinə əsasən 3-cü Ərazi şöbəsinin (Asiya ölkələri) məsləhətçisi vəzifəsindən 2-ci Ərazi şöbəsinin (Avropa ölkələri, Amerika ölkələri və İsrail) Amerika ölkələri və İsrail ilə iş sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixli 050-k saylı əmrə əsasən “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin 2-ci hissəsinə əsasən 3-cü Ərazi (Asiya, Avstraliya və Okeaniya ölkələri) şöbəsinin Avstraliya və Okeaniya ölkələri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixli 052-k saylı əmrə əsasən “Dövlət Qulluğu haqqında Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinin 2-ci hissəsinə əsasən Komitənin 3- cü Ərazi şöbəsinin (Asiya, Avstraliya və Okeaniya ölkələri) Avstraliya və Okeaniya ölkələri ilə iş sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixli 72-k saylı əmrə əsasən Azərbaycan Respublikası Disporlarla İş üzrə Dövlət Komitəsinin yeni strukturunun və ştat cədvəlinin təsdiq edilməsi haqqında 30 dekabr 2020-ci il tarixli 64-ü nömrəli əmrinə əsasən 3-cü Ərazi (Asiya, Avstraliya və Okeaniya ölkələri) şöbəsinin Avstraliya və Okeaniya ölkələri ilə iş sektorunun məsləhətçisi vəzifəsindən 4-cü Ərazi (Asiya, Avstraliya və Okeaniya ölkələri) şöbəsinin Avstraliya və Okeaniya ölkələri ilə iş sektorunun məsləhətçi vəzifəsinə keçirilmişdir və halhazıradək həmin vəzifədə qulluq keçir. Qeyd etdiyi Əmrlərlə təsdiqlənmiş məlumatlar “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə daxil edilmişdir. Qeyd edilən məlumatların reyestrə daxil edildiyi Azərbaycan Respublikası X41 müxtəlif vaxtlarda Komitəyə ünvanlandığı məktublarda da öz əksini tapmışdır. Dövlət qulluğunda olduğu müddətdə İddiaçı tutduğu inzibati vəzifəyə uyğun ixtisas dərəcəsi almış, barəsində hər hansı tənbeh tədbiri tətbiq edilməmiş, orta aylıq vəzifə maaşı, ona əlavələr almış və dövlət büdcəsinə müvafiq məcburi ödənişlər və məcburi sosial sığorta haqları ödəmişdir. Qulluq keçdiyi müddətdə dövlət qulluqçusu statusunun verilməsi, başqa vəzifəyə (vəzifədə irəliləmə) keçirilməyi və ixtisas dərəcəsinin verilməsi ilə bağlı inzibati aktlar həm qulluq keçdiyi orqan, həm də dövlət qulluğuna qəbulu həyata keçirən orqan, o cümlədən Mərkəz tərəfindən mübahisələndirilməmişdir. Belə ki, bütün məlumatlar Reyestrə daxil edilmiş və reyestri aparan orqanın məlumatı olmuşdur. Heç bir inzibati akt mübahisələndirilməmişdir. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 14.1 -ci maddəsinə əsasən Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1 -ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq qalacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçı dövlət qulluğuna daxil olarkən and içmiş və qulluğa başlamışdır. “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları” “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə xx.xx.2006-cı il tarixli 420 nömrəli Fərmanı ilə müəyyən edilmişdir. Həmin Fərmanla təsdiq edilmiş Qaydanın 3-cü hissəsinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalara və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Fərmanla təsdiq edilmiş Qaydanın 5-ci hissəsinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının X54 tərəfindən birgə aparılır. Həmin Fərmanla təsdiq edilmiş Qaydanını 12-ci hissəsinə əsasən Dövlət Reyestrinə dövlət qulluğu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt başa düşülür. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-ci maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanunun 67.4cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 01 dekabr 2009-cu il tarixli 039/1 k saylı əmrə əsasən məsləhətçi vəzifəsi üzrə stajçı kimi Azərbaycan Respublikası Diasporlarla İş üzrə Dövlət Komitəsində qulluğa qəbul olunmasından və xx.xx.2010-ci il tarixdə İnzibati Orqanın rəhbərinin 131/1 k saylı əmrə əsasən məsləhətçi vəzifəsinə təyin edilməyi əlverişli inzibati akt hesab olunur və həmin aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, İnzibati İcraat haqqında Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtlənirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. İddiaçı isə Komitədə 14 il inzibati vəzifədə qulluq keçmiş və dövlət qulluğu haqqında qanunda göstərilən təminat və məhdudiyyətlər xidmət illərində ona da şamil edilmiş və müvafiq ixtisas dərəcələri verilmişdir. Həmçinin DİM və həmin funksiyanı həyata keçirən əvvəlki qurum da İddiaçı 01 dekabr 2009-cu ildən dövlət qulluğuna stajçı kimi qəbul olunduğunu bildikləri halda buna dair heç bir reaksiya (işə qəbul edilməyi barədə inzibati aktın ləğv edilməsini tələb etmək) verməmişdir. Qeyd olunan halın üzərindən 14 il müddət keçmişdir. Dövlət qulluğunda çalışdığı 14 il müddət, İddiaçı mübahisəsiz qaydada hüquq münasibətlərində dövlət qulluqçusu olmağının göstəricisidir. Digər tərəfdən inzibati orqanın (Komitə) İddiaçı ilə işə qəbul prosesi ilə əlaqədar işçi ilə işəgötürən münasibətlərini tənzimləyən və bir-birini tamamlayan yuxarıda qeyd edilən inzibati aktlar mövcuddur. Eyni zamanda, işçi ilə işəgötürən arasında 14 illik müddət ərzində işçilərin həvəsləndirilməsi, məzuniyyət və ezamiyyət məsələlərini tənzimləyən əmrlər, əməyin ödənişi ilə bağlı bir sıra tədbirlər (dövlət qulluqçusu kimi əmək haqlarından tutulmalar, sosial sığorta ödənişləri və s.) barədə çoxsaylı inzibati aktlar qəbul edilmişdir. Həmin inzibati aktların heç biri 14 il ərzində istər inzibati orqanın özü, istərsə də dövlət qulluğu sahəsində müvafiq funksiyaları həyata keçirən əvvəlki qurum, istərsə də Mərkəz tərəfindən, habelə digər orqanlar tərəfindən mübahisələndirilməmişdir və həmin inzibati aktlar ləğv edilməmişdir. Belə ki, dövlət qulluğu sahəsində müvafiq funksiyaları həyata keçirən əvvəlki qurumun və DİM-in İddiaçı 2009-cu il dekabr ayından inzibati vəzifədə qulluq keçməyini bilməsini təsdiq edən hal kimi xx.xx.2006-cı il tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nı göstərmək olar. Əlavə olaraq, qulluğa qəbul edildiyi vaxtdan etibarən barəsində olan məlumatlar, o cümlədən dövlət qulluğuna qəbul, başqa vəzifəyə keçirilmə və müvafiq ixtisas dərəcələrinin verilməsi barədə aktlar Reyestrə daxil edilmişdir. Bu məlumatların qanuniliyi dövlət qulluqçularının reyestrini aparan dövlət orqanı (DİM) tərəfindən tanınmış, həmin məlumatlar DİM tərəfindən Reyestrdə təsdiq edilmiş və reyestrə daxil edilmişdir. 2017-2018-ci illər ərzində DİM tərəfindən Komitəyə daxil olan məktublarda qeyd olunmuşdur ki, İddiaçı dövlət qulluğuna qəbul olunarkən qanunvericiliyinin tələbləri pozulmuşdur, bu səbəbdən Komitə tərəfindən məsələyə münasibət bildirilməsi xahiş olunmuşdur. 2009-2022-ci illər tarixlərində və hal- hazıradək İddiaçı Komitədə qulluq keçməsi adları qeyd olunan dövlət orqanlarına məlum olmuşdur və həmin illər boyunca Reyestrdə mütəmadi olaraq məlumatlar yenilənmişdir. Göründüyü kimi, İddiaçı ilə inzibati orqan arasında publik hüquq münasibətlər olmuşdur və inzibati orqanla aralarında olan publik münasibətlər tanınmalıdır (müəyyən edilməlidir). Yəni, İddiaçı inzibati vəzifə üzrə dövlət qulluğunda çalışmağı nəzərə alınmalı və Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsində inzibati dövlət qulluğu vəzifəsində işlədiyi müddətlərdə dövlət qulluqçusu kimi statusu və stajı tanınmalı, gələcəkdə müsahibədə iştirak hüququ tanınmalıdır. Diasporlarla iş sahəsi çox spesifik sahə olduğundan və bu sahədə sırf mütəxəssislər yetişdirən ali təhsil ocaqlarının olmamasını nəzərə almağı xahiş edir. İddiaçı diaspor sahəsində kifayət qədər bilik və təcrübəyə malik, öz işinin peşakarı olan əməkdaşdır. Bu hal onun Komitədə qulluqda olduğu vaxtlarda vəzifə üzrə yüksəlişinin və heç bir tənbeh tədbirinin almamasının aşkar ifadəsidir. İddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X11 Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinə (bundan sonra Komitə adlanacaq) qarşı “etibarlı dövlət qulluğu münasibətlərinin müəyyən edilməsi” tələbinə dair məhkəmə baxışı zamanı məhkəmənin əsas mövqeyi ondan ibarət olmuşdur ki, X54 tərəfindən X11 dövlət qulluğuna qəbul edilməsinin hansı tarixdən müəyyən edilməsi, X35mm dövlət qulluğuna qəbul edilməsinə dair dövlət qulluqçularının reyestrinə hansı tarixdə daxil edilməsi və bundan DİM-in hansı tarixdə məlumatlı olması olmuşdur. Hazırkı iddianın əsas mahiyyəti ondan ibarətdir ki, Vəliyeva Gulmira ilə Komitə arasında həqiqətən dövlət qulluğu münasibətləri hüquqi və faktiki baxımdan yaranmışdır. X39 xarici ölkələrdə təmsil etmiş, ona dövlət qulluqçularına aid olan ixtisas dərəcələri verilmiş, dövlət məvacibi (əmək haqqı) və əlavələr ödənilmişdir. Yalnız 2017-ci il tarixdə DİM tərəfindən Komitəyə daxil olmuş və hazırda iş materiallarında olan məktubda X11 qulluğa qanunamüvafiq qaydada qəbul edilmədiyi bildirilmişdir. Dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən orqan Azərbaycan Respublikasının Prezidenti yanında X40 üzrə Komissiya Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 180 nömrəli Fərmanı ilə yaradılmış Komissiya idi. Komissiya dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasəti həyata keçirmək; “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 28.1-ci maddələrinə müvafiq olaraq mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təşkil etmək; dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət etmək; dövlət qulluğu haqqında qanunvericiliyin pozulması ilə qəbul edilmiş dövlət orqanlarının qərarlarının ləğv edilməsinə dair təkliflər vermək kimi bir sıra vəzifə və funksiyaları mövcud idi. DİM tərəfindən qeyd olunan məktublarda qanunvericiliyin tələbləri pozulmaqla qanunsuz inzibati akt qəbul olunduğu göstərilsə də, bu müddət “İnzibati icraat haqqında” qanuna əsasən hər iki orqan tərəfindən ötürülmüş hesab olunmalıdır. “İnzibati icraat haqqında” qanuna əsasən: 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımmdan yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunsuz inzibati aktın ləğv olunmasını şərtləndirən hallar Azərbaycan Respublikasının Prezidenti yanında X40 üzrə Komissiyaya yarandığı tarixdən ləğv olunduğu tarixə qədər, yəni 2005-ci il 19 yanvar - 1 aprel 2016-ci il tarixinədək məlum olmalı idi. X27 2007-ci il tarixdə Komitədə dövlət qulluğuna qəbul edilmiş ona müvafiq ixtisas dərəcələri verilmiş və dövlət qulluqçusu kimi işə qəbul edilməsinə daır məlumatlar Dövlət Qulluqçularının Reyestri X21 tərəfindən daxil edilmiş və artıq 2015-ci il tarixdə sistemdə mövcud idi (Komitə tərəfindən məhkəməyə ünvanlanan məktubda müəyyən olunmuşdur). İddiaçı Komitə tərəfindən 2007-ci ildə yardımçı vəzifə üzrə, 2009-ci ilin 28 oktyabr tarixindən stajçı kimi məsləhətçi vəzifəsi üzrə dövlət qulluğuna qəbul edilmiş və müvafiq qaydada dövlət qulluğu andı içmiş və 2015-ci il tarixdə dövlət qulluqçularının müvafiq reyestrində artıq mövcud idi və mahiyyətcə Komitə İddiaçı qulluğa qəbul edən zaman artıq qanunvericliyin tələblərini pozmaqla qulluğa qəbul etdiyini bilirdi və İddiaçı dövlət qulluğuna qəbulu qanunsuz inzibati akt əsasında olmuşdursa belə, İnzibati icraat haqqında Qanunun 67.1-ci maddəsinə əsasən 1 il ərzində dövlət qulluğuna xitam verilməli olduğu halda, X11 inzibati vəzifə üzrə qulluğa qəbulundan 14 il müddətin keçməsinə baxmayaraq onun qulluğuna xitam verilməmiş və artıq onun qulluğa qəbul edilməsinə dair akt qanunsuz olmuşdursa belə, İnzibati icraat haqqında Qanunun 67.1-ci maddəsində nəzərdə tutulan 1 illik müddət ötdüyündən artıq həmin aktın ləğv edilməsi də mümkünsüzdür və hətta cavabdeh Komitənin nümayəndəsi tərəfindən dəfələrlə məhkəmə iclaslarında X11 öz peşəsində peşəkar mütəxəssis olduğu bildirilmiş və onun dövlət qulluğuna xitam verilməsində maraqlı olmadıqları qeyd edilmişdir. Eyni zamanda, Komitə tərəfindən məhkəməyə ünvanlanan yazılı ərizələrdə də sözügedən hal oz əksini tapmışdır. DİM tərəfindən X11 hansı tarixdən reyestrə daxil edilməsi və DİM - ə bu halların hansı tarixdə bəlli olmasının hazırkı işin mahiyyətinə heç bir aidiyyəti yoxdur. Belə ki, hazırkı iddianın əsas mahiyyəti Vəliyeva Gulmira ilə Komitə arasında olan dövlət qulluğu münasibətlərinin müəyyən edilməsidir ki, X13 artıq qulluğa qəbul edərkən Komitə qəbulun qanunsuz olduğunu bilirdi və hesab edilsə ki, 2011-ci ildən qanunsuz inzibati aktın ləğv edilməsinə dair müddətin axımı başlamışdır, artıq 2012-ci il tarixdən qanunda nəzərdə tutulan bir illik müddət ötmüşdür. Hazırkı işin mahiyyəti ondan ibarətdir kı, X11 dövlət qulluğuna xitam vermək səlahiyyəti Komitəyə məxsus olmuş, Komitə isə X11 qulluğa qanunda nəzərdə tutulmayan qaydada qəbul edilməsini artıq onu qulluğa qəbil edərkən bilirdi və buna baxmayaraq 1 il ərzində onun qulluğuna xitam verməmiş, beləliklə də aktın ləğv edilməsi müddətini ötürmüşdür. İndiki halda isə DİM-ə münasibətdə X11 hansı tarixdən qulluğa qəbul edilməsinin onlar tərəfindən məlumatlı olmalarının hər hansı bir əhəmiyyəti yoxdur. Çünki qeyd edilən illik müddət Komitə tərəfindən tətbiq edilməli və aktın Komitə tərəfindən qəbul edilməli olduğu üçün və həmin müddət Komitə tərəfindən ötürüldüyü üçün İddiaçı qulluğa qəbulunun qanunsuz olması faktının hansı tarixdə DİM-ə münasibətdə bəlli olmasının aktın ləğvi müddətinin ötürülməsinin və Kömitəylə İddiaçı arasında hüquqi münasibətlərin müəyyən ediləsinin DİM-ə aid olan hissəsinin hər hansı əhəmiyyəti yoxdur, çünki DİM X14 münasibətdə hər hansj akt qəbul etmək səlahiyyətinə malik olmamaqla bərabər X5 arasında olan dövlət qulluğu münasibətlərinə müdaxilə edə bilməz. Qeyd edilənlərə əsasən 2011-ci il tarixdə Komitə İddiaçı qulluğa qəbul edərkən bunun qanunamüvafiq olmadığını artıq bilirdi və həminki dövrdə bir çox şəxs sözügedən formada praktiki olaraq qulluğa qəbul edilirdi və həmin formada kütlə şəkildə ayrı- ayrı şəxslərin qulluğa sözügedən formada qəbulu X15 Komitənin qərarına etimadının yaranmasına səbəb olmuşdur. Eyni zamanda, 14 ildir ki, tərəflər arasında faktiki olaraq dövlət qulluğu münasibətləri mövcud olmuş qeyd edilən halı təsdiq edən əmək müqavilələri, əmr, qərar və s. sənədlər məhkəməyə təqdim edilmiş və Komitə tərəfindən hazırda İddiaçı dövlət qulluğuna xitam verilməsi də mümkünsüz olduğundan, iddia tələbi əsaslıdır. İşin qeyd olunan hallarını təsdiq edən kifayət qədər sübutlar iş materiallarında mövcuddur və dövlət orqanının qanunsuz hərəkətləri olubsa, onun məsuliyyəti vətəndaşın üzərinə qoyulmamalıdır. İddiaçı öz peşəsinin peşəkar mütəxəssisi olmasını və Komitənin qeyd edilən hala etiraz etməməsini nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə qarşı “etibarlı dövlət qulluğu münasibətlərinin müəyyən edilməsi” və “dövlət qulluğu sahəsində dövlət qulluqçusu stajının müəyyən edilməsi” tələbinə dair məhkəmənin hazırlıq icraatı iclası zamanı məhkəmənin əsas mövqeyi ondan ibarət olmuşdur ki, dövlət qulluğuna qəbul zamanı şəxslə əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən bağlanılması və 2019-cu ildən “işçi” sözünün “dövlət qulluqçusu” kimi qeyd edilməsi, iddia tələbində məhkəmə mübahisəsinin olmaması, iddianın mümkünlüyü və hüquqi yardımla bağlı mövqeyini bildirməsi olmuşdur. İddiaçı xx.xx.2009-cu il tarixdən stajçı kimi Komitənin 3-cü ərazi şöbəsinin məsləhətçi vəzifəsinə dövlət qulluğuna qəbul edilmiş və buna dair Komitədə xx.xx.2009-cu il tarixli 181/lk nömrəli əmr imzalanmışdır. Staj müddəti bitdikdən sonra xx.xx.2010-cu il tarixində sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilərək onunla Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının)” nümunəsinə uyğun olaraq müqavilə bağlanılmışdır. Həmin müqavilənin bəndlərində şəxs “dövlət qulluqçusu” kimi yox “işçi” kimi qeyd edilmişdir və cari vəziyyətdə də həmin Fərmana əsasən dövlət qulluqçuları ilə sınaq müddətinə dair müqavilələr bu formada bağlanılır (bununla bağlı Komitənin ətraflı şəkildə məktubu inzibati iş materialına əlavə olunmuşdur). Əlavə olaraq məhkəmə mübahisəsinin olması X54 tərəfindən Komitəyə göndərilən məktublarda açıq-aşkar görünür, Komitə tərəfindən İddiaçı 2010-cu ildən hal-hazırkı (xx.xx.2023) vaxtadək dövlət qulluğu sahəsində stajının tanımaması iddiaçı üçün ciddi maneələr yaradır. Hər iki inzibati orqan tərəfindən dövlət qulluqçularının reyestri ilə bağlı tam və dolğun məlumatın təqdim oluna bilməməsi də gələcəkdə iddiaçı üçün vəzifə və ixtisas dərəcəsinin artımında maneələr yarada bilər. Hüquqi yardım, məhkəmə mübahisəsinin olmaması və iddianın mümkünlüyü ilə bağlı mövqeyi ondan ibarətdir ki, eyni inzibati mübahisə ilə bağlı Bakı İnzibati Məhkəməsində Komitənin dörd əməkdaşı ilə bağlı iddia tələbi təmin olunmuşdur. İnzibati iş materialları kifayət qədər araşdırılmışdır və məhkəmə tərəfindən sübutlar və sorğular qiymətləndirilmişdir. İddia tələbi təmin olunmuş inzibati işlərin nömrələri: 2-1(112)- 5313/2023; 2-1(112)-4187/2023; 2-1(112)-15476/2022; 2-1(112)-6849/2023. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa yeni 79-1-ci maddəsiə əlavə edilmiş vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında əsas məqsəd hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etməkdən, fərqli yanaşma hallarına son qoyulmasından, maddi və prosessual hüquq normalarının birinci instansiya, apellyasiya və kassasiya məhkəmələrində eyni cür tətbiqinə nail olmaqdan ibarətdir. Vahid məhkəmə təcrübəsi isə Ali Məhkəmənin kollegiyalarının konkret işlər üzrə Plenum qərarlarının habelə Ali Məhkəmə Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsi ilə formalaşdırılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının X54 iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “İddiaçı Diasporla İş üzrə Dövlət Komitəsində xx.xx.2009-cu il tarixdən hal-hazıradək etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi” kimi dəyişdirilmişdir. Üçüncü şəxs iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul qaydaları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən, dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Qeyd edilən Qanunun 33-cü maddəsində dövlət qulluğuna xitam verilməsi əsasları müəyyən edilmişdir. Həmin maddədə qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə dövlət qulluğuna xitam verilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Mərkəzin məlumat bazalarında iddiaçının hər hansı müsabiqədə (test imtahanında və müsahibədə) iştirakı qeydə alınmamışdır. Beləliklə, iddiaçı xx.xx.2009-cu il tarixində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 3-cü Ərazi şöbəsində məsləhətçi vəzifəsinə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla, yəni müsabiqədənkənar (test imtahanında və müsahibədə iştirak etmədən) inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilmiş və dövlət qulluqçusu statusunu qanunvericiliyin tələbləri pozulmaqla əldə etmişdir. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən yaradılmış və 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X54 publik hüquqi şəxsin Nizamnaməsi" ilə Mərkəzin üzərinə dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənmək və bu barədə hesabat hazırlamaq (Nizamnamənin 2.1.28-ci yarımbəndinə uyğun olaraq), dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər vermək (Nizamnamənin 2.1.29-cu yarımbəndinə uyğun olaraq), dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat vermək və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək (Nizamnamənin 2.1.34-cü yarımbəndinə uyğun olaraq) kimi vəzifələrin icrası qoyulmuşdur. Qeyd edilən vəzifələrin icrası ilə əlaqədar Mərkəz dövlət orqanlarında dövlət qulluğuna qeyri-qanuni qəbul hallarını araşdıraraq yol verilmiş pozuntu halları ilə bağlı 2017-ci ildən etibarən mütəmadi olaraq müxtəlif dövlət orqanlarına məktublar göndərmiş, o cümlədən, eyni məsələ ilə bağlı xx.xx.2018-ci il tarixli 01/xx-xx/3566 nömrəli məktubla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmişdir. Həmin məktubda dövlət qulluğuna dair qanunvericiliyin tələbi pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslərin siyahısında iddiaçıya dair məlumatlar da öz əksini tapmışdır. Mərkəz tərəfindən iddiaçının hazırda işlədiyi cavabdeh orqana da eyniməzmunlu məktublar göndərilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsində dövlət qulluqçusunun anlayışı verilmişdir. Həmin maddəyə əsasən dövlət qulluqçusu adıçəkilən Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1 -ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Qeyd edilən maddədən də göründüyü kimi, dövlət qulluqçusu statusunun əldə edilməsi üçün şəxs “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qulluğu vəzifəsini tutmalıdır. İddiaçı dövlət qulluğu vəzifəsini qanunvericiliklə müəyyən edilmiş qaydada tutmamış, dövlət qulluqçusu statusunu qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etməmişdir. Hansı ki, bu hal “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununda dövlət qulluğuna xitam verilmə əsaslarından biri kimi müəyyən edilmişdir. İddiaçının inzibati dövlət qulluğu vəzifəsinə birbaşa (müsabiqədənkənar) təyinatı eyni zamanda “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 4.1.6-cı maddəsində nəzərdə tutulmuş dövlət qulluğuna qəbulun şəffaflığı, 4.1.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi və 4.1.8-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi prinsiplərinin tələblərini də pozmuşdur. İstər dövlət orqanı, istərsə də iddiaçı dövlət qulluğuna qəbul prosedurları və müsabiqədə iştirak etmədən inzibati vəzifə üzrə dövlət qulluğuna qəbulun qanunsuz olmasını bilməli idilər. Belə ki, ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında X40 üzrə Komissiyanın xx.xx.2007-ci il tarixli 01/06/15DQ-S nömrəli məktubunda Azərbaycan Respublikasının nazirliklərinə, dövlət komitələrinə və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanlarına “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinin (Maddə 28. Dövlət qulluğuna qəbul) və Azərbaycan Respublikasının Dövlət Qulluğunu idarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın 2005-ci il 2 may tarixli 3 nömrəli Qərarının 3.1 -ci bəndinin (3.1. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramına və dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət orqanları bütün sahələrdə dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təmin etsinlər və görülmüş tədbirlər barədə 3 ay müddətində Komissiyaya məlumat təqdim etsinlər) icrasının təmin edilməsi məqsədilə inzibati vəzifələrin altıncı-doqquzuncu (hazırkı beşinci-yeddinci) təsnifatlarına uyğun olan bütün vakant vəzifələr barədə məlumatların və həmin vəzifələrə dair vəzifə təlimatlarının təqdim edilməsi tapşırılmışdır. Bu isə onu sübut edir ki, müvafiq dövlət orqanı dövlət qulluğuna qəbul prosedurlarından məlumatlı idi və qəbul etdiyi inzibati aktın qanunsuz olduğunu bilirdi. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydası”nın 2-ci hissəsinə görə Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Adı çəkilən Qaydaların 12-ci hissəsinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. İddiaçı barədə məlumatlar hazırda qulluq keçdiyi orqan tərəfindən Dövlət Qulluqçularının Reyestrinə daxil edilmişdir. X54 Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 860 nömrəli Fərmanına əsasən yaradılmış və dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında X40 üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Həmin Komissiya ləğv edildiyi və X28 hüquqi varisi olmadığı üçün iddiaçı haqqında məlumatların Dövlət Qulluqçularının Reyestrinə daxil edilməsi ilə bağlı sənədlərin ləğv edilmiş Komissiyaya təqdim edilib-edilməməsi, edildiyi halda nə zaman təqdim edilməsi barədə Mərkəzdə hər hansı məlumat mövcud deyil. Dövlət Reyestrinə dövlət qulluqçusu barədə məlumatlar onun qulluq keçdiyi dövlət orqanı tərəfindən daxil edilir və Dövlət Reyestrində dövlət qulluqçusu haqqında məlumatların həmin Reyestrə ilk dəfə daxil edildiyi tarix deyil, məlumatlarda edilmiş son dəyişiklik tarixi göstərilir. Bundan əlavə, yuxarıda qeyd edilən Qaydaların müddəalarından da göründüyü kimi, Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Yəni, şəxs dövlət qulluğuna qəbul edildikdən sonra onun haqqında məlumatlar qulluq keçdiyi dövlət orqanı tərəfindən Dövlət Reyestrinə daxil edilir. Beləliklə, iddiaçının inzibati dövlət qulluğu vəzifəsinə təyin edilməsi barədə məlumat Dövlət Reyestrinə daxil edilənədək artıq onun dövlət qulluğuna qeyriqanuni təyin edilməsi faktı baş vermişdir. Mərkəz iddiaçının inzibati dövlət qulluğu vəzifəsinə təyin edilməsindən sonra - 2016-cı ildə yaranmış və həmin ilin sonlarında fəaliyyətə başlamışdır, təbii ki, bu hal iddiaçının inzibati vəzifəyə qanunvericiliyin tələbləri pozulmaqla təyin edildiyi 2010-cu ildə məsələnin Mərkəz tərəfindən mübahisələndirilməsini istina edir. Digər bir tərəfdən, dövlət qulluğuna qəbul edilmə ilə bağlı müvafiq akt Mərkəz tərəfindən deyil, dövlət orqanı tərəfindən qəbul edilir və dövlət qulluğuna xitam verilmə də məhz dövlət orqanı tərəfindən həyata keçirilir. Bu baxımdan, iddiaçının inzibati vəzifəyə qanunvericiliyin tələbləri pozulmaqla təyin edilməsi barədə Mərkəzdə nə vaxt məlumatın olması əslində inzibati iş üçün heç bir əhəmiyyət kəsb etmir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 3-31/2-265/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, sənədlər Komitəyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. İddiaçı Komitə Aparatının İV Ərazi şöbəsinin (Asiya, Avstraliya və Okeaniya ölkələri) məsləhətçisi vəzifəsində dövlət qulluqçusu olaraq fəaliyyət göstərir və fəaliyyəti tərəfindən müsbət qiymətləndiriləcəkdir. İnzibati işlə bağlı heç bir etirazı yoxdur. İddiaçı şəxsi işinə dair sənədlərin surəti müvafiq qaydada təsdiq formada təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçının vəkili və nümayəndəsinə ünvanlanmış 1256/12-12 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, X29 xx.xx.2009-cu il tarixindən Komitə Aparatının 3-cü Ərazi şöbəsində məsləhətçi vəzifəsi üzrə staj müddəti ilə dövlət qulluğuna qəbul edilmiş və hal-hazırda İV Ərazi şöbəsinin (Asiya, Avstraliya və Okeaniya ölkələri) Avstraliya və Okeaniya ölkələri ilə iş sektorunun məsləhətçisi vəzifəsini icra edir. İddiaçı diasporla iş sahəsindəki təcrübəsini və biliyini nəzərə alaraq Komitədə fəaliyyətini davam etdirməsi tərəfindən məqsədəmüvafiq hesab edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının vətəndaşlarının dövlət qulluğuna qəbulunun qanunvericiliyin tələblərinə uyğun olub-olmamasının yoxlanılması və “Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemi”nə nəzarət DİM tərəfindən həyata keçirilir. Komitəyə qanunvericiliyin tələbləri pozularaq dövlət qulluğuna qəbul edilmiş şəxslərlə bağlı Mərkəz tərəfindən ünvanlanan məktubların konkret şəxslərə aid olduğu və konfidensial xarakter daşıdığını nəzərə alaraq, məlumatların əldə edilməsi ilə bağlı, o cümlədən, İddiaçı etibarlı dövlət qulluğu münasibətlərinin və dövlət qulluqçusu statusunun tanınması üçün aidiyyəti üzrə müraciət etmək tövsiyə edilir. A seriyalı 122701 saylı diplomdan görünür ki, Dövlət Attestasiya Komissiyasının xx.xx.2003-cü il tarixli qərarı ilə X16 Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi üzrə (ingilis dili) bakalavr dərəcəsi verilmişdir. MNB seriyalı 003313 saylı diplomdan görünür ki, X16 Azərbaycan Dillər Universitetinin Dilşünaslıq ixtisası üzrə (ingilis dili) magistr dərəcəsi verilmişdir. X45 Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədri N.H.İbrahimov və X30 arasında xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq əmək müqaviləsi bağlanmışdır. X30 təbliğat, informasiya və analitik təhlil şöbəsinin böyük mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri N.H.İbrahimov və X30 arasında xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsi bağlanmışdır. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri N.H.İbrahimov və X30 arasında xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq əmək müqaviləsi bağlanmışdır. X30 3-cü ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. AZ-İİİ seriyalı 107819 saylı xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X42 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur (anası – İddiaçı; atası – X43). Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 066/1m saylı xx.xx.2016-cı il tarixli əmrinə əsasən Diasporla İş üzrə Dövlət Komitəsinin 3-cü ərazi şöbəsinin məsləhətçisi İddiaçı hamiləliyə və doğuşa görə sosial məzuniyyət verilmişdir. Məzuniyyətin başlama tarixi 2016-cı il iyunun 20-i və qurtarma tarixi 2016-cı il oktyabrın 23-dür. İşə başlamalı olduğu tarix 2016-cı il oktyabrın 24-dür. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 128/1m saylı xx.xx.2016-cı il tarixli əmrinə əsasən Diasporla İş üzrə Dövlət Komitəsinin 3-cü ərazi şöbəsinin məsləhətçisi İddiaçı uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyət verilmişdir. Məzuniyyətin başlama tarixi 2016-cı il oktyabrın 24-ü və qurtarma tarixi 2019-cu il avqustun 22-dir. İşə başlamalı olduğu tarix 2019-cu il avqustun 23-dür. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 082/1m saylı xx.xx.2010-cu il tarixli əmrinə əsasən Diasporla İş üzrə Dövlət Komitəsinin 3-cü ərazi şöbəsinin məsləhətçisi X16 2009-cu il 19 oktyabrdan 2010-cu il 19 oktyabradək olan iş ili üçün 19 iyul 2010-cu il tarixdən 18 avqust 2010-cu il tarixədək 30 (otuz) təqvim günü müddətinə məzuniyyət verilmişdir. G.R.Namazova 18 avqust 2010-cu il tarixdən işə çıxmışdır. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 094/2m saylı xx.xx.2011-ci il tarixli əmrinə əsasən Diasporla İş üzrə Dövlət Komitəsinin 3-cü ərazi şöbəsinin məsləhətçisi X16 19 oktyabrdan 2011-ci il 19 oktyabradək olan iş ili üçün 25 iyul 2011-ci il tarixindən 24 avqust 2011-ci il tarixədək 30 (otuz) təqvim günü müddətinə məzuniyyət verilmişdir. G.R.Namazova xx.xx.2011-ci il tarixdə işə çıxmışdır. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 013/1m saylı xx.xx.2013-cü il tarixli əmrinə əsasən Diasporla İş üzrə Dövlət Komitəsinin 3-cü ərazi şöbəsinin məsləhətçisi X16 hamiləliyə və doğuşa görə 126 təqvim günü müddətinə sosial məzuniyyət verilmişdir. Məzuniyyətin başlama tarixi 2013-cü il fevralın 18-i və qurtarma tarixi 2013-cü il iyunun 21-dir. İşə başlamalı olduğu tarix 2013-cü il iyunun 24-dür. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 070/1m saylı xx.xx.2013-cü il tarixli əmrinə əsasən Diasporla İş üzrə Dövlət Komitəsinin 3-cü ərazi şöbəsinin məsləhətçisi Vəliyeva (Namazova) Gülmira Rasim qızına uşağın bir yaş altı ayı tamam olanadək sosial məzuniyyət verilmişdir. Məzuniyyətin başlama tarixi 2013-cü il iyunun 24-ü və qurtarma tarixi 2014-cü il dekabrın 24-dür. İşə başlamalı olduğu tarix 2014cü il dekabrın 25-dir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 118/1m saylı xx.xx.2009-cu il tarixli əmrinə əsasən Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin böyük mütəxəssisi X12 2008-ci il 19 oktyabrdan 2009-cu il oktyabradək olan iş ili üçün 10 avqust 2009-cu il tarixindən 09 sentyabr 2009-cu il tarixədək 30 (otuz) təqvim günü müddətinə növbəti məzuniyyət verilmiş, G.Namazova 09 sentyabr 2009-cu il tarixində işə çıxmışdır. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 146/1m saylı xx.xx.2014-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 3-cü Ərazi şöbəsinin məsləhətçisi İddiaçı (Namazova) uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyət verilmişdir. Məzuniyyətin başlama tarixi 2014-cü il dekabrın 25-i və qurtarma tarixi 2016-cı il aprelin 23-dür. İşə başlamalı olduğu tarix 2016-cı il aprelin 25-dir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 169/1m saylı xx.xx.2012-ci il tarixli əmrinə əsasən Diasporla İş üzrə Dövlət Komitəsinin 3-cü Ərazi şöbəsinin məsləhətçisi X12 2011-ci il 19 oktyabr tarixindən 2012-ci il 19 oktyabr tarixədək iş ilinə görə 30 təqvim günü müddətinə (30 təqvim günü əsas məzuniyyət və 1 təqvim günü 26 iyun-Silahlı Qüvvələr Günü) məzuniyyət verilmişdir. Məzuniyyətin başlama tarixi 2012-ci il iyunun 18-i və qurtarma tarixi 2012-ci il vulun 18-dir. İşə başlamalı olduğu tarix 2012-ci il iyulun 19-dur. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 22-m saylı xx.xx.2020-ci il tarixli əmrinə əsasən 3-cü Ərazi şöbəsinin Avstraliya və Okeaniya ölkələri ilə iş sektorunun məsləhətçisi İddiaçı xx.xx.2019-xx.xx.2020-ci iş ili üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarix də daxil olmaqla 36 (otuz altı) təqvim günü müddətinə (otuz təqvim günü əsas məzuniyyət, dörd təqvim günü uzun illər işləməyə görə və iki təqvim günü on dörd yaşınadək iki uşağı olduğuna görə əlavə məzuniyyət) növbəti əmək məzuniyyəti verilmişdir. Məzuniyyət dövründə 2 gün (31 iyul-1 avqust) Qurban bayramı günlərinə təsadüf etdiyindən xx.xx.2020-ci il tarixdən məzuniyyət müddətinə 2 gün (əmək haqqı ödənilmədən) uzadılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən işə başlamışdır. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 135-m saylı xx.xx.2021-ci il tarixli əmrinə əsasən 4-cü Ərazi şöbəsinin Avstraliya və Okeaniya ölkələriylə iş sektorunun məsləhətçisi İddiaçı xx.xx.2020-xx.xx.2021-ci iş ili üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix də daxil olmaqla 10 (on) təqvim günü müddətinə əmək məzuniyyətinin qalan hissəsi verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən işə başlamışdır. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 77-m saylı xx.xx.2021-ci il tarixli əmrinə əsasən 1.4-cü Ərazi şöbəsinin Avstraliya və Okeaniya ölkələriyle iş sektorunun məsləhətçisi İddiaçı xx.xx.2020-xx.xx.2021-ci iş ili üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarix də daxil olmaqla 26 (iyirmi altı) təqvim günü müddətinə növbəti əmək məzuniyyətinin bir hissəsi verilmiş və məzuniyyətin qalan hissəsi təqvim ilinin sonunadək istifadə edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən işə başlamışdır. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 181/1k saylı xx.xx.2009-cu il tarixli əmrinə əsasən Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin böyük mütəxəssisi X24 01 dekabr 2009-cu il tarixdən tutduğu vəzifədən azad edilmişdir. X24 01 dekabr 2009-cu il tarixindən 1 (bir) il müddətinə stajçı kimi qulluğa götürülmüş və Dövlət Komitəsinin 3-cü Ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası X45 Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin 160/1ü saylı xx.xx.2008-ci il tarixli əmrinə əsasən Dövlət Komitəsinin Böyük mütəxəssisi X12 dövlət qulluğunun kiçik referenti ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 073/1k saylı xx.xx.2011-ci il tarixli əmrinə əsasən Dövlət Komitəsinin 3-cü Ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə sınaq müddəti ilə qulluğa qəbul edilmiş X6 müddətinin bitdiyini nəzərə alaraq 06 iyun 2011-ci il tarixdən daimi dövlət qulluğuna qəbul edilmiş və 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. X9 maaşı ştat cədvəlinə əsasən müəyyən edilmiş və müvafiq əmək müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 155/1ü saylı xx.xx.2009-cu il tarixli əmrinə əsasən Dövlət Komitəsinin böyük mütəxəssisi X12 03 noyabr 2009-cu il tarixdən dövlət qulluğunun 3-cü dərəcə referenti ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 164-k saylı xx.xx.2018-ci il tarixli əmrinə əsasən 3-cü Ərazi (Asiya, Avstraliya ve Okeaniya ölkələri) şöbəsinin Avstraliya ve Okeaniya ölkələri ilə iş sektorunun məsləhətçisi İddiaçı xx.xx.2021ci il tarixdən 4-cü Ərazi (Asiya, Avstraliya və Okeaniya ölkələri) şöbəsinin Avstraliya və Okeaniya ölkəiəriylə iş sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 073/1k saylı xx.xx.2011-ci il tarixli əmrinə əsasən Dövlət Komitəsinin 3-cü Ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə sınaq müddəti ilə qulluğa qəbul edilmiş X6 müddətinin bitdiyi nəzərə alınaraq 06 iyun 2011-ci il tarixdən daimi dövlət qulluğuna qəbul edilmiş və 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. X9 maaşı ştat cədvəlinə əsasən müəyyən edilmiş və müvafiq əmək müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 151/1k saylı xx.xx.2010-cu il tarixli əmrinə əsasən X9 01 dekabr 2010-cu il tarixdə birillik staj müddətinin bitdiyindən 2010-cu il 06 dekabr tarixdən əmək müqaviləsi bağlamaqla 6 (altı) ay sınaq müddətinə Dövlət Komitəsinin 3-cü Ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası X45 Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin 186/1k saylı xx.xx.2007-ci il tarixli əmrinə əsasən X24 19 oktyabr 2007-ci il tarixdən Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. G.R.Namazovanın maaşı ştat cədvəlinə əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası X45 Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin 050-k saylı xx.xx.2019-cu il tarixli əmrinə əsasən 2-ci Ərazi (Avropa ölkələri, Amerika ölkələri və İsrail) şöbəsinin Amerika ölkələri və İsraillə iş sektorunun məsləhətçisi İddiaçı 23 avqust 2019-cu il tarixdən 3-cü Ərazi (Asiya, Avstraliya və Okeaniya ölkələri) şöbəsinin Avstraliya və Okeaniya ölkələriylə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən ödənilmişdir. Azərbaycan Respublikası X45 Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin 052-k saylı xx.xx.2019-cu il tarixli əmrinə əsasən 3-cü Ərazi şöbəsinin (Asiya, Avstraliya və Okeaniya ölkələri) Avstraliya və Okeaniya öikələriylə iş sektorunun aparıcı məsləhətçisi İddiaçı 19 sentyabr 2019-cu il tarixdən həmin sektorun məsləhətçisi vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən ödənilsin. Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin 23 avqust 2019-cu il tarixli 050-k nömrəli əmri ləğv edilmişdir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 128/1m saylı xx.xx.2016-cı il tarixli əmrinə əsasən Diasporla iş üzrə Dövlət Komitəsinin 3-cü Ərazi şöbəsinin məsləhətçisi İddiaçı uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyət verilmişdir. Məzuniyyətin başlama tarixi 2016-cı il oktyabrın 24-ü və qurtarına tarixi 2019-cu il avqustun 22-dir. İşə başlamalı olduğu tarix 2019-cu il avqustun 23-dür. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 066/1m saylı xx.xx.2016-cı il tarixli əmrinə əsasən Diasporla İş üzrə Dövlət Komitəsinin 3-cü Ərazi şöbəsinin məsləhətçisi İddiaçı hamiləliyə və doğuşa görə sosial məzuniyyət verilmişdir. Məzuniyyətin başlama tarixi 2016-cı il iyunun 20-i və qurtarma tarixi 2016-cı il oktyabrın 23-dür. İşə başlamalı olduğu tarix 2016-cı il oktyabrın 24-dür. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 045/1k saylı xx.xx.2016-cı il tarixli əmrinə əsasən Diasporla İş üzrə Dövlət Komitəsinin 3-cü Ərazi şöbəsinin məsləhətçisi İddiaçı (Namazova) uşağın üç yaşı tamam olanadək verilmiş qismən ödənişli sosial məzuniyyət müddətinin bitməsi ilə əlaqədar 2016-cı ilin 25aprel tarixindən əmək fəaliyyətinə başlamışdır. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 146/1m saylı xx.xx.2014-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 3-cü Ərazi şöbəsinin məsləhətçisi İddiaçı (Namazova) uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyət verilmişdir. Məzuniyyətin başlama tarixi 2014-cü il dekabrın 25-i və qurtarma tarixi 2016-cı il aprelin 23-dür. İşə başlamalı olduğu tarix 2016-cı il aprelin 25-dir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 070/1m saylı xx.xx.2013-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 3-cü Ərazi şöbəsinin məsləhətçisi İddiaçı (Namazova) uşağın bir yaş altı ayı tamam olanadək sosial məzuniyyət verilmişdir. Məzuniyyətin başlama tarixi 2013cü il iyunun 24-ü və qurtarma tarixi 2014-cü il dekabrın 24-dür. İşə başlamalı olduğu tarix 2014-cü il dekabrın 25-dir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 013/1m saylı xx.xx.2013-cü il tarixli əmrinə əsasən Diasporla İş üzrə Dövlət Komitəsinin 3-cü Ərazi şöbəsinin məsləhətçisi X12 hamiləliyə və doğuşa görə 126 təqvim günü müddətinə sosial məzuniyyət verilmişdir. Məzuniyyətin başlama tarixi 2013-cü il fevralın 18-i və qurtarma tarixi 2013-cü il iyunun 21-dir. İşə başlamalı olduğu tarix 2013-cü il iyunun 24-dür. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 91-k saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının 4-cü Ərazi şöbəsinin (Asiya, Avstliya və Okeaniya ölkələri) Avstraliya və Okeaniya ölkələriyiə iş sektorunun məsləhətçisi İddiaçı dövlət qulluğu stajının 15 il təşkil etdiyini nəzərə alaraq, həmin tarixdən ona aylıq vəzifə maaşının 30 faizi (%) miqdarında əlavə haqq ödənilmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri F.R.Muradov və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə müvafiq dəyişiklik edilmişdir: Dövlət qulluqçusu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin İİİ Ərazi (Asiya, Avstraliya və Okeaniya ölkələri) şöbəsinin Avstraliya və Okeaniya ölkələriylə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsindən həmin sektorun məsləhətçisi vəzifəsinə keçirilmişdir. Dövlət qulluqçusuna hər ay 840 (səkkiz yüz qırx) manat məbləğdə dövlət məvacibi ödənilmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri F.R.Muradov və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə müvafiq dəyişiklik edilmişdir: Dövlət qulluqçusuna hər ay 855 (səkkiz yüz əlli beş) manat məbləğdə vəzifə maaşı ödənilmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri F.R.Muradov və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə müvafiq dəyişiklik edilmişdir: Dövlət qulluqçusunun şəxsiyyət vəsiqəsinin nömrəsi ******** rəqəmləri ilə əvəz edilmişdir. Vəsiqəni verən orqanın adı ASAN 1 ilə əvəz edilmişdir. Dövlət qulluqçusu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Ərazi (Avropa ölkələri, Amerika ölkələri və İsrail) şöbəsinin Amerika ölkələri və İsraillə iş sektorunun məsləhətçisi vəzifəsindən İİİ Ərazi (Asiya, Avstraliya və Okeaniya ölkələri) şöbəsinin Avstraliya və Okeaniya ölkələriylə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmişdir. Dövlət qulluqçusuna hər ay 570 (beş yüz yetmiş) manat məbləğdə dövlət məvacibi ödənilmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri F.R.Muradov və İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli razılaşmaya əsasən xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə müvafiq dəyişiklik edilmişdir: Dövlət qulluqçusu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin İİİ Ərazi şöbəsinin (Asiya ölkələri) məsləhətçisi vəzifəsindən İİ Ərazi (Avropa ölkələri, Amerika ölkələri və İsrail) şöbəsində Amerika ölkələri və İsraillə iş sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir. İşçiyə hər ay 560 (beş yüz altmış) manat məbləğdə əmək haqqı ödənilmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri F.R.Muradov və İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə müvafiq dəyişiklik edilmişdir: Dövlət qulluqçusu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin 3-cü Ərazi (Asiya, Avstraliya və Okeaniya ölkələri) şöbəsinin Avstraliya və Okeaniya ölkələriylə iş sektorunun məsləhətçisi vəzifəsindən 4-cü Ərazi (Asiya, Avstraliya və Okeaniya ölkələri) şöbəsinin Avstraliya və Okeaniya ölkələriylə iş sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir. İddiaçı dair ******* nomrəli, xx.xx.2007-ci il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, 186/1k saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən X45 Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 160/1ü saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən dövlət qulluğunun kiçik referenti ixtisas dərəcəsi verilmişdir. 155/1ü saylı xx.xx.2009-cu il tarixli əmrə əsasən dövlət qulluğunun 3-cü dərəcəli referenti ixtisas dərəcəsi verilmişdir. 181/k saylı xx.xx.2009-cu il tarixli əmrə əsasən Təbliğat, informasiya və analitik təhlil şöbəsinin böyük mütəxəssisi vəzifəsindən azad edilmişdir. 3-cü dərəcəli ərazi şöbəsinin 1 il müddətinə stajçı kimi qulluğa məsləhətçi vəzifəsinə təyin edilmişdir. 131/1k saylı xx.xx.2010-cu il tarixli əmrə əsasən xx.xx.2010-cu il tarixdə birillik staj müddəti bitdiyindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin 6-cı bəndinə əsasən 6 ay sınaq müddətinə Dövlət Komitəsinin 3-cü ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə qəbul edilmişdir. 073/1k saylı xx.xx.2011-ci il tarixli əmrə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.6-cı, 16.2.6-cı və 17.1-ci maddələrinə əsasən daimi dövlət qulluğuna qəbul edilmiş və 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 164-k saylı xx.xx.2018-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yeni strukturunun və ştat cədvəlinin təsdiq edilməsi haqqında xx.xx.2018-ci il tarixli 162-ü nömrəli əmrinə əsasən 3cü Ərazi şöbəsinin (Asiya ölkələri) məsləhətçisi vəzifəsindən 2-ci Ərazi şöbəsinin (Avropa ölkələri, Amerika ölkələri və İsrail) Amerika ölkələri və İsraillə iş sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir. 050-k saylı xx.xx.2019-cu il tarixli əmrə əsasən 3-cü Ərazi (Asiya, Avstraliya və Okeaniya ölkələri) şöbəsinin Avstraliya və Okeaniya ölkələriylə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmişdir. 052-k saylı xx.xx.2019-cu il tarixli əmrə əsasən 3-cü Ərazi şöbəsinin (Asiya, Avstraliya və Okeaniya ölkələri) Avstraliya və Okeaniya öikələriylə iş sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir (Qeyd: məsləhətçi və aparıcı məsləhətçi vəzifələrinin analoji (tutulma şərtləri eyni) olması səbəbindən İddiaçı aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş, qısa vaxt ərzində dəqiqləşdirilmə aparılaraq səhv aradan qaldırılmış və məsləhətçi vəzifəsinə qaytarılmışdır – Aparatın rəhbəri: D.Rəcəbli). xx.xx.2021-ci il tarixdə 72-k saylı xx.xx.2020-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yeni strukturunun və ştat cədvəlinin təsdiq edilməsi haqqında xx.xx.2020-ci il tarixli 64 nömrəli əmrinə əsasən 3-cü Ərazi (Asiya, Avstraliya və Okeaniya ölkələri) şöbəsinin Avstraliya və Okeaniya ölkələriylə iş sektorunun məsləhətçisi vəzifəsindən 4-cü Ərazi (Asiya, Avstraliya və Okeaniya ölkələri) şöbəsinin Avstraliya və Okeaniya ölkələri ilə iş sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası X54 tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinə ünvanlanmış 01/xx-xx/1674 saylı xx.xx.2017-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ile təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 5-ci hissəsinə uyğun olaraq, Dövlət qulluqçularının Reyestri vasitəsi ilə Azerbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyəti öyrənilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən, dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd edilən Qanunun tələblərinə zidd olaraq İddiaçı xx.xx.2009-cu il tarixdə 3-cü Ərazi şöbəsində məsləhətçi vəzifəsi, X49 isə xx.xx.2011-ci il tarixdə 1-ci Ərazi şöbəsində məsləhətçi, xx.xx.2016-cı il tarixdə 3-cü Ərazi şöbəsində (Asiya və Qafqazyanı ölkələri) böyük məsləhətçi vəzifələri üzrə müsabiqədən kənar dövlət qulluğuna qəbul edilmişlər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.4-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsinin qanunvericiliyin tələbləri pozulmaqla tutulması dövlət qulluğuna xitam verilməsi üçün əsasdır. Bundan əlavə, Komitədə müddətli əmək müqaviləsi əsasında çalışan aşağıda adları göstərilən şəxslər müsabiqə yolu ilə tutulmayan inzibati vəzifəyə təyin edilmiş, qısa müddət ərzində həmin vəzifədə qulluq keçdikdən sonra müsabiqə və ya müsahibə yolu ilə tutulan inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmiş və bununla da, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində sui-istifadə hallarına yol verilmişdir. X22 xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək dövlət orqanı rəhbərinin köməkçisi vəzifəsində qulluq keçdikdən (1 ay 24 gün) sonra xx.xx.2017-ci il tarixdə aparıcı məsləhətçi, xx.xx.2017-ci il tarixdə isə müsabiqə və ya müsahibədənkənar baş məsləhətçi vəzifəsinə; X36 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək dövlət orqanı rəhbərinin köməkçisi vəzifəsində qulluq keçdikdən (1 ay 12 gün) sonra xx.xx.2016-cı il tarixdə 1-ci Ərazi şöbəsində məsləhətçi vəzifəsinə; X51 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək dövlət orqanı rəhbərinin köməkçisi vəzifəsində qulluq keçdikdən (2 ay 20 gün) sonra xx.xx.2016-cı il tarixdə 1-ci Ərazi şöbəsində məsləhətçi vəzifəsinə; - X37 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək dövlət orqanı rəhbərinin köməkçisi vəzifəsində qulluq keçdikdən (3 ay 18 gün) sonra xx.xx.2016-cı iİ tarixdə Təbliğat, informasiya və analitik şöbədə böyük məsləhətçi vəzifəsinə keçirilmişlər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən, birincibeşinci kateqoriya dövlət orqanlarında İnzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilir. Birinci-beşinci kateqoriya dövlət orqanının rəhbəri inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir. Dövlət Qulluqçularının Reyestrinə daxil edilmiş məlumatlara əsasən, Komitədə 2 vakant dövlət qulluğu vəzifəsi mövcud olduğu halda, həmin vəzifələrin dövlət qulluğuna dair qanunvericiliyə uyğun olaraq tutulması ilə bağlı müvafiq qərar qəbul edilməmişdir. Belə ki, X46 daxil olmuş xx.xx.2017-ci il tarixli 05/1579 nömrəli məktubda Komitədə vakant dövlət qulluğu vəzifələrinin olmadığı qeyd edilmişdir. Bununla da, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin tələbləri pozulmuşdur. Göstərilən halların mövcud olması dövlət qulluğuna qəbulda şəffaflıq, obyektivlik, vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi prinsiplərinin tələblərini pozur və dövlət qulluğuna olan ictimai etimadı sarsıdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X54 publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.2-ci, 2.1.34-cü və 3.1.3 yarımbəndlərinə əsasən qeyd edilənləri nəzərə alaraq fəaliyyətində dövlət qulluğuna dair qanunvericiliyin düzgün tətbiqinin təmin edilməsini, eyni zamanda, qanunvericiliyin pozulması hallarının aradan qaldırılmasını, vakant dövlət qulluğu vəzifələrinin qanunvericiliyə uyğun olaraq tutulması ilə bağlı müvafiq qərar qəbul edilməsini, qəbul edilmiş qərar və vakant vəzifələr üzrə vəzifə təlimatları barədə X46 məlumat verilməsi xahiş edilmişdir. Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası X46 ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda bildirilmişdir ki, Diasporla iş üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, digər xalqların diasporları ilə əlaqələrin qurulması, dünyanın aparıcı siyasi institutlarının yerləşdiyi şəhərlərdə lobbiçilik fəaliyyəti ilə məşğul olan təşkilatların təsis olunması, habelə diaspor təşkifatlannın maliyyələşdirmə mexanizmlərinin müəyyənləşdirilməsi və onların fəaliyyətlərinin müasir dövrün tələblərinə uyğun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2017-ci il tarixli 1764 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qərar qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2017-ci il tarixli 907s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının ştat vahidi artınlmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi aparatında vəzifələr üzrə ştatların sayının təsdiq edilməsi barədə müvafiq Sərəncamının verilməsi gözlənilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydalarına uyqun olaraq Diasporla İş üzrə Dövlət Komitəsində dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyətinə dair aparılan araşdırma ilə bağlı: İddiaçı xx.xx.2009-cu il tarixdə 3-cü Ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə qanunvericiliyin tələblərinə zidd olaraq müsabiqədən kənar dövlət qulluğuna qəbul edilmişdir. Hal-hazırda İddiaçı 2016-cı il oktyabrın 24-dən 2019-cu İlin avqustun 22-dək uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdədir. Bundan əlavə, Dövlət Komitəsində müddətli əmək müqaviləsi əsasında çalışan şəxslərin inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbulu ilə bağlı: dövlət orqanı rehberinin köməkçisi, xx.xx.2016-cı il təyin edilmiş X37 hal-hazırda işləyir, eyni zamanda Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəridir, ailəlidir və 2 yaşında bir övladı var. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci (Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar) maddəsinə əsasən üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin ləğv olunması qadağan edilir. Dövlət Komitəsi dövlət qulluğuna dair qanunvericiliyin düzgün tətbiqinin təmin edilməsi, qanunvericiliyin pozulması hallarının aradan qaldırılması, vakant dövlət qulluğu vəzifələrinin tutulması sahəsində fəaliyyətini nəzərdən keçirərək göstərilən nöqsan və iradların aradan qaldırılması istiqamətində müvafiq tədbirləri görəcəkdir. Qeyd olunanları nəzərə alaraq, Dövlət Komitəsinin sədri tərəfindən inzibati vəzifələrin beşinci təsnifatı üzrə vakant vəzifələrin tutulması üçün müsabiqənin keçirilməsi barədə qərar qəbul edilmişdir. Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası X1 və kadr məsələləri şöbəsinə ünvanlanmış 465/1-7 saylı xx.xx.2018-ci il tarixli saylı məktubda bildirilmişdir ki, dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı Azərbaycan Respublikası Dövlət X33 Komitəsinə 01/xx-xx/1674 nömrəli 4 dekabr 2017-ci il tarixli məktub daxil olmuşdur. Məktubda İddiaçı və X31 müsabiqədən kənar dövlət qulluğuna qəbulu və Komitədə müddətli əmək müqaviləsi əsasında çalışan X22, X36, X51, X23 müsabiqə yolu ilə tutulmayan inzibati vəzifəyə təyin edilməsi, qısa müddət ərzində həmin vəzifədə qulluq keçdikdən sonra müsabiqə və ya müsahibə yolu ilə tutulan inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul edilməsi və bununla da dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində sui-istifadə hallarına yol verildiyi göstərilmişdir. Qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbulla bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Dövlət Komitəsinə 24 may 2018-ci il tarixli 2/484 nömrəli məktub daxil olmuş və X44, X17 və X31 dövlət qulluğuna qanunsuz qəbul məsələsinin araşdırılması tapşırığı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Dövlət Komitəsinə daxil olmuş 15/1720 nömrəli 26 iyun 2018-ci il tarixli məktubla "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilmiş daha 7 nəfər əməkdaşla bağlı məlumatlar daxil olmuşdur. Qeyd edilən məsələlərin Dövlət Komitəsində araşdırılması nəticəsində məlum olmuşdur. "Dövlət Qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilmədən X25, X7 və X26 dövlət qulluğuna qəbulu edilmiş, lakin bununla bağlı Dövlət Komitəsinə məlumat daxil olmamışdır. Azerbaycan Respublikası Dövlət X33 Komitəsinə daxil olmuş 01/xx-xx/1674 nömrəli 4 dekabr 2017-ci İİ tarixli məktuba Dövlət Komitəsinin 15 yanvar 2018-ci il tarixli 015/1-7 nömrəli məktubu ilə müvafiq cavab verilmişdir. Məktubda adı çəkilən İddiaçı xx.xx.2009-cu il tarixində 3-cü Ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə müsabiqədən kənar dövlət qulluğuna qəbul edilmişdir. İddiaçı 24 oktyabr 2016-cı il tarixindən 22 avqust 2019-cu il tarixədək uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdədir. X51 və X20 öz arzuları ilə Dövlət Komitəsində dövlət qulluqlarına xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Dövlət Komitəsinə daxil olan digər iki (2/484 nömrəli xx.xx.2018-ci il tarixli və 15/1720 nömrəli 26.06,2018- ci İİ tarixli) məktubla bağlı bildirilmişdir ki, məktubda qanunsuz qəbulla bağlı adları keçən işçilər diaspor sahəsində kifayət qədər bilik və təcrübəyə malik, öz işinin peşəkarı olan əməkdaşlarıdır. Bu əməkdaşlar neçə illərdir dövlət qulluğunda çalışırlar. Diaspora ilə işin xüsusi sahə olduğunu və bu sahə üzrə müvafiq mütəxəssislər yetişdirən ali təhsil ocaqlannın olmamasını nəzərə alaraq belə işçilərin dövlət quduğundan kənarlaşdırılması Komitənin funksiyalannın həyata keçirilməsində çatışmazlığa səbəb olacaqdır. Qeyd edilənləri nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsində qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslərin dövlət qulluğu və diaspor sahəsində təcrübəsini, bilik və bacarıqlarını nəzərə alaraq həmin şəxslərin də iştirakı ilə daxili müsahibənin keçirilməsi ilə bağlı təklifə baxılması və münasibət bildirilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası X54 tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış 01/xx-xx/1699 saylı xx.xx.2018-ci il tarixli məktubda bildirilmişdir ki, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə daxil edilmiş məlumatlara əsasən X54 tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, 01 yanvar 2008-ci il tarixdən etibarən mərkəzi icra hakimiyyəti orqanları tərəfindən 97 nəfərin, 01 iyul 2010-cu il tarixdən etibarən məhkəmə orqanlan tərəfindən 13 nəfərin dövlət qulluğuna qəbulu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 29cu maddəsinin tələbləri pozulmaqla həyata keçirilmişdir. Həmin şəxslərin adlı siyahısı və dövlət orqanları üzrə sayı təqdim edilmişdir. Azərbaycan Respublikası X54 tərəfindən təqdim edilmiş, “Dövlət qulluğuna qəbulu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin tələbləri pozulmaqla həyata keçirilmiş şəxslərin siyahısı”nın 5-ci sırasında adı qeyd edilmiş Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 3-cü Ərazi şöbəsinin məsləhətçisi İddiaçı həmin siyahıya əsasən xx.xx.2009-cu il tarixdə məsləhətçi vəzifəsinə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilmişdir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış 520/1-7 saylı xx.xx.2018-ci il tarixli məktubda bildirilmişdir ki, X8vericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbulla bağlı məktubunda adları qeyd edilmiş X44, X18 və X31 dövlət qulluğuna qəbul məsələsi tərəfindən araşdırılmışdır. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasından Dövlət Komitəsinə 26 iyun 2018-ci il tarixli, 15/1720 nömrəli və Azərbaycan Respublikası X34 4 dekabr 2017-ci ii tarixli. 01/05- 22/1674 nömrəli anoloji məktublar da daxil olmuşdur. X34 daxil olmuş 4 dekabr 2017-çi il tarixli, 01/xx-xx/1674 nömrəli məktubda İddiaçı və X31 müsabiqədən kənar dövlət qulluğuna qəbulu və Komitədə müddətli əmək müqaviləsi əsasında çalışan X22, X36, X51, X23 müsabiqə yolu ilə tutulmayan inzibatı vəzifəyə təyin edilməsi, qısa müddət ərzində həmin vəzifədə qulluq keçdikdən sonra müsabiqə və ya müsahibə yolu ilə tutulan inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul edilməsi və bununla da dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində sui-istifadə hallarına yol verildiyi göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Dövlət Komitəsinə daxil olmuş 15/1720 nömrəli, 26 iyun 2018-ci il tarixli məktubla "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilmiş daha 7 nəfər əməkdaşla bağlı məlumatlar daxil olmuşdur. X26 dövlət qulluğuna qəbul edilmiş, lakin bununla bağlı Dövlət Komitəsinə məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Dövlət X33 Komitəsinə daxıl olmuş 4 dekabr 2017-ci il tarixli, 01/xx-xx/1674 nömrəli məktuba Dövlət Komitəsinin 15 yanvar 2018-ci il tarixli 015/1-7 nömrəli məktubu ilə müvafiq cavab verilmişdir. Məktubda adı çəkilən X29 xx.xx.2009-cu il tarixdə 3-cü Ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə müsabiqədən kənar dövlətqulluğuna qəbul edilmişdir. İddiaçı 24 oktyabr 2016-cı il tarixdən 22 avqust 2019-cu il tarixinədək uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdədir. X51 və X20 öz arzuları ilə Dövlət Komitəsində dövlət qulluqlarına xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Dövlət Komitəsinə daxil olan digər iki (2/484 nömrəli.xx.xx.2018-ci il tarixli və 15/1720 nömrəli.xx.xx.2018- ci il tarixli) məktubla bağlı, məktubda qanunsuz qəbulla bağlı adları keçən işçilər diaspor sahəsində kifayət qədər bilik və təcrübəyə malik, öz işinin peşəkarı olan əməkdaşlardır. Bu əməkdaşlar neçə illərdir dövlət qulluğunda çalışırlar. Diaspora ilə işin xüsusi sahə olduğunu və bu sahə üzrə müvafiq mütəxəssislər yetişdirən ali təhsil ocaqlarının olmaması nəzərə alınaraq belə işçilərin dövlət qulluğundan kənarlaşdırılması Komitənin funksiyalarının həyata keçirilməsində çatışmazlığa səbəb olacaqdır. Qeyd edilənləri nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsində qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslərin dövlət qulluğu va diaspor sahəsində təcrübəsini, bilik və bacarıqlarını nəzərə alaraq həmin şəxslərin də iştirakı ilə daxili müsahibənin keçirilməsi ilə bağlı təklifə baxılması və münasibət bildirilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-31/2-457/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsində dövlət qulluğu keçən İV Ərazi şöbəsinin (Asiya, Avstraliya və Okeaniya ölkələri) məsləhətçisi X19 dair məlumatların işə girdiyi tarixdə Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminə işlənilməsi ehtimal olunsa da (o zaman üçün SİNAM proqramı mövcud idi və X40 üzrə Komissiya tərəfindən sistem kompüterlərə yüklənilir, onlar tərəfindən nəzarət edilirdi, proqramda hər hansı problem yaranardısa və ya kompyuter yenilənərdisə, bununla bağlı Komissiyaya müraciət olunardı) nəzərə çatdırılması zəruridir ki, İddiaçı dair qeyd edilən məlumatlar 2015-ci ilin yanvar ayında artıq Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemində mövcud idi. O zaman üçün Reyestri həmin sistemə cavabdeh məsul şəxs idarə edirdi və sistemdə hər-hansı problem yarandıqda həmin şöbənin aparıcı məsləhətçisi Ş.Binnətovaya müraciət etməsi ilə əlaqədar olaraq Ş.Binnətova qeyd edilən şəxslərlə bağlı məlumatların sistemdə mövcud olduğunu birbaşa olaraq görmüşdür. Azərbaycan Respublikasının X54 dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması haqqında ilk dəfə Komitəyə xx.xx.2017-ci il tarixli 01/xx-xx/1674 nömrəli məktub ünvanlamış və həmin məktubda qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilən şəxslər sırasında İddiaçı adı göstərilmişdir. Qeyd edilən məsələ ilə bağlı Mərkəzə Komitə tərəfindən ünvanlanan 15.01,2018-ci il tarixli 015/1-7 nömrəli məktubda İddiaçı 2019-cu ilin 22 avqust tarixədək qismən ödənişli sosial məzuniyyətdə olması ilə bağlı məlumat verilmişdir (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən İddiaçı qismən ödənişli sosial məzuniyyətdə olduğu dövrdə əmək müqaviləsinin ləğv anması qadağan idi, eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik parında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir). Komitəyə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının 2/484 nömrəli xx.xx.2018-ci il tarixli məktubu ilə X4 ünvanladığı xx.xx.2018-ci il tarixli 01/xx-xx/1323 nömrəli məktubu daxil olmuş, həmin məktuba əlavə olunmuş qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilən dövlət qulluqçularının siyahısında İddiaçı adı qeyd edilməmişdir. Bununla əlaqədar olaraq X2 ünvanladığı 520/1-7 nömrəli xx.xx.2018-ci il tarixli xx.xx.2018-ci il tarixli məktubunda Komitə tərəfindən İddiaçı ilə bağlı məlumat verilərək onun 22 avqust 2019-cu il tarixədək qismən ödənişli sosial məzuniyyətdə olduğu və Mərkəzə bununla bağlı məlumat verildiyi bildirilmişdir. Daha sonra Komitəyə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının 15/1720 nömrəli xx.xx.2018-ci il tarixli məktubu ilə X3 ünvanladığı xx.xx.2018-ci il tarixli 01/xx-xx/1699 nömrəli məktubu daxil olmuş, həmin məktuba əlavə olunmuş qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilən dövlət qulluqçularının siyahısında İddiaçı adı qeyd edilmiş və Komitə tərəfindən məsələyə münasibət bildirilməsi xahiş olunmuşdur. X2 ünvanladığı 465/1-7 nömrəli xx.xx.2018-ci il tarixli cavab məktubunda yenidən İddiaçı 22 avqust 2019cu il tarixədək qismən ödənişli sosial məzuniyyətdə olması, adları siyahıda qeyd edilən şəxslərin dövlət qulluğu və diaspor sahəsindəki təcrübəsinin, bilik və bacarıqlarının nəzərə alınaraq onların iştirakı ilə daxili müsahibənin keçirilməsi təklifinə baxılması və bu məsələyə münasibət bildirilməsi xahiş edilmişdir. Komitənin məktubuna hər hansı münasibət bildirilməmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-31/2-524/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsində dövlət qulluğu keçən İV Ərazi şöbəsinin (Asiya, Avstraliya və Okeaniya ölkələri) məsləhətçisi X19 dair xx.xx.2023-cü il tarixində təyin edilmiş məhkəmə baxışı zamanı gedən müzakirələrlə bağlı (şəxslə əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən bağlanılması və 2019-cu ildən “işçi” sözünün “dövlət qulluqçusu” kimi qeyd edilməsi) Komitənin məlumatları təqdim edilmişdir. Gülmira Vəliyevə xx.xx.2009-cu il tarixdə stajçı kimi Komitənin 3-cü Ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə dövlət qulluğuna qəbul edilmiş və buna dair Komitədə xx.xx.2009-cu il tarixli 181/1 k nömrəli əmr imzalanmışdır. Staj müddəti bitdikdən sonra xx.xx.2010-cu il tarixində sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilərək onunla Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının)” nümunəsinə uyğun olaraq müqavilə bağlanılmışdır. Həmin müqavilənin bəndlərində şəxs “dövlət qulluqçusu” kimi yox “işçi” kimi qeyd edilmişdir və cari vəziyyətdə də həmin Fərmana əsasən dövlət qulluqçuları ilə sınaq müddətinə qəbula dair müqavilələr bu formada bağlanılır (nümunəvi müqavilə əlavə edilmişdir). Komitənin İddiaçı ilə bağlı sınaq müddətinə qəbula dair verilən xx.xx.2010-cu il tarixli 151/1k nömrəli əmrində də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilmişdir. İddiaçı Komitənin xx.xx.2011-ci il tarixli 073/1 k nömrəli əmri ilə daimi dövlət qulluğuna qəbul edilərək ona ixtisas dərəcəsi verilmiş, eyni zamanda əmr “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən verilmiş və qeyd edilən şəxslə daimi dövlət qulluğuna qəbulla bağlı əmək müqaviləsi də bağlanılmışdır. İddiaçı daimi dövlət qulluğuna qəbul edildiyi dövrdə bununla bağlı nümunəvi müqavilə forması olmadığından və yalnız Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 690 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsində “işçi” sözü yox “dövlət qulluqçusu” sözləri qeyd edildiyindən, həmin formaya əsasən İddiaçı əmək müqaviləsinə sonrakı edilən dəyişikliklərdə “işçi” sözü yox “dövlət qulluqçusu” sözləri göstərilmişdir (nümunəvi əmək müqaviləsi əlavə edilmişdir). Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 10-cu bəndinə əsasən dövlət qulluğunda qulluq stajı haqqında sənəd dövlət qulluqçusunun əmək kitabçası hesab edilir və İddiaçı əmək kitabçasında inzibati vəzifə üzrə dövlət qulluğuna qəbula dair qeydlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanuna və dövlət qulluğu sahəsində mövcud olan qanunvericiliyə əsasən edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-31/2-913/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, müraciətdə İddiaçı dair məlumatların dövlət qulluqçularının reyestrinə ilk dəfə hansı tarixdə daxil edilməsi barədə məlumatların və təsdiqedici sənədlərin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Komitənin Bakı İnzibati Məhkəməsinə ünvanladığı 4 may 2023-cü il tarixli 3-31/2-457/2023 nömrəli məktubunda İddiaçı dair məlumatların 2015-ci ilin yanvar ayında artıq Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemində mövcud olmasına dair qeydlər edilmiş və digər zəruri məlumatlar göstərilmişdir. Nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası X54 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 9- 3/2-1761/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 5ci hissəsinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Mərkəz tərəfindən birgə aparılır. Dövlət Reyestrinə dövlət qulluqçusu barədə məlumatlar onun qulluq keçdiyi dövlət orqanı tərəfindən daxil edilir və Dövlət Reyestrində dövlət qulluqçusu haqqında məlumatların həmin Reyestrə ilk dəfə daxil edildiyi tarix deyil, məlumatlarda edilmiş son dəyişiklik tarixi göstərilir. Adıçəkilən Qaydaların 12-ci hissəsinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 860 nömrəli Fərmanına əsasən yaradılmış və dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında X40 üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Yuxarıda adıçəkilən Qaydaların tələbinə görə qulluq keçdiyi orqan iddiaçı haqqında məlumatları onun dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edilməsindən sonra ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında X40 üzrə Komissiyaya rəsmən təqdim etməli idi. Azərbaycan Respublikasının Prezidenti yanında X40 üzrə Komissiya ləğv edildiyi və Mərkəz sözügedən Komissiyanın hüquqi varisi olmadığı üçün iddiaçı haqqında məlumatların Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə daxil edilməsi üçün müvafiq sənədlərin ləğv edilmiş Komissiyaya nə zaman təqdim edilməsi barədə Mərkəzdə hər hansı məlumat mövcud deyil. İddiaçının dövlət qulluğu vəzifəsinə təyinatı və onun barəsində məlumatların qulluq keçdiyi orqan tərəfindən Dövlət Reyestrinə ilk dəfə daxil edilməsi haqqında həmin orqanın məktubunun ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında X40 üzrə Komissiyaya göndərilməsi ilə bağlı onun qulluq keçdiyi orqandan məlumatın əldə edilməsi mümkündür. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi İddiaçının adının dövlət qulluqçusu kimi Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2006-cı il tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət qulluqçuları reyestrinin aparılması Qaydaları»na əsasən reyestrə daxil edilməsi işin mübahisə olunmayan hallarına aiddir. «Dövlət qulluğu haqqında» Qanunun 16.1-ci maddəsinə görə dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 17.1-ci maddəsinin birinci hissəsinə görə ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin maddənin üçüncü hissəsinə görə ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mumkun olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibatı akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda (67.6.1), səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda (67.6.2), inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda (67.6.3). Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur, ödəmənin həcmi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasım şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-cı maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2-ci bəndinə görə dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 12-ci bəndinə görə Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Məhkəmə hazırkı iş üzrə müəyyən etdiyi aşağıdakı halları diqqətə çəkir: Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin İddiaçı dövlət qulluğu vəzifəsinə təyin olunması barədə 181/1k saylı xx.xx.2009-cu il tarixli və digər əmrləri iddiaçıya müvafiq hüquq verdiyindən, ona münasibətdə əlverişli inzibati aktlar sayılır. Həmin əmrlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir; Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 181/1k saylı xx.xx.2009-cu il tarixli və iddiaçı barəsində digər əmrləri qanunsuz hesab edilsə belə, əlverişli inzibati akt kimi onların mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Bundan başqa, etimad hüququnun qorunması həmin əmrlərin hətta qanunsuz sayıldığı halda ləğvini istisna edir; İddiaçı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, yəni 2009-cu ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş müvafiq vəzifələri yerinə yetirmiş və hüquqlardan, təminatlardan istifadə etmiş, eləcə də ona dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan istifadə etdiyi 13 ildən artıq dövrdə ixtisas dərəcəsi verilmiş, ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr ödənilmişdir. Sadalananlar, həmçinin İddiaçı ixtisas səviyyəsinin, peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının əlaməti kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddia təmin edilərək İddiaçı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində xx.xx.2009-cu il tarixdən hal-hazıradək etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğu müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 52, 58.7, 68, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində xx.xx.2009-cu il tarixdən hal-hazıradək etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğu müəyyən edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-5312/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5312/2023
15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver