Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5313/2022 16.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyindən “Müharibə vetearnı” adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh isə N0 oktyabr N0N1-ci il tarixli imtina məktubu ilə qeyd etmişdir ki, Müdafiə Nazirliyi aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx.xx.N0N1-ci il tarixli iclasında iddiaçının müraciətinə baxılmış və barəsində müsbət qərar qəbul olunmadığını bildirmişdir. Əsas olaraq onu göstərmişdir ki, Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.1994-cu il tarixdən xx.xx.N0N0-ci il tarixədək döyüş əməliyyatları aparmış hərbi hissə və bölmələrin cədvəlində N nömrəli hərbi hssə xx.xx.N015-ci il tarixdə döyüş əməliyyatlarnda iştirak etmədiyinə görə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinasının qanunsuz və əsassız hesab edir. Belə ki, N nömrəli hərbi hissə heyətinin tabe olduğu birləşmə N nömrəli hərbi hissə olduğundan göstərilən döyüş tapşırıqlarının icrası N nömrəli hərbi hissə tərəfindən həyata keçirilmişdir. Arxiv çıxarışı sənədlərinin surətindən tam aydın görünür ki, gizir İddiaçı döyüş tapşırığının icrası ilə əlaqədar N nömrəli hərbi hissəsinin qazan təminatından çıxarılmış, döyüş tapşırığının icrasına cəlb olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N0N1-ci il tarixli qərarında qeyd olunmuşdur ki, vətəndaş İddiaçı aldığı xəsarət “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Əlavə olaraq, xx.xx.N0N1-ci il tarixli, N nömrəli hərbi hissənin Travma Haqqında arayışın surətindən görünür ki, yaralanmanın alınması və şəraiti vətəndaş İddiaçı aiddir və xx.xx.N015-ci il tarixdə, saat 01:00-0N:00 radələrində Ağdam rayonu ərazisində döyüş tapşırığının yerinə yetirərəkən mövcud bədən xəsarətini almışdır. Qeyd edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində qeyd olunub ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Bir daha qeyd edir ki, cavabdeh tərəfindən ona qərəzli və qanunsuz olaraq imtina verilmişdir. Bakı İnzibati Məhkəmsinin N-1(11N)-5313/N0NN saylı, 03 mart N0NN-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.N-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, N nömrəli hərbi hissənin tərkibində Döyüş əməliyyatlarında iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da, Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Buna etiraz edib bildirir ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel N006-cı il tarixli 90-111 QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin N5 aprel N006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli 4 №-li əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991 -ci il oktyabrın 9-dək erməni milliyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İPM-nin 73.3.1 -ci maddəsinə əsasən «inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə» və 73.3.N-ci maddəsi «inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətlədirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə» Məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Yuxarıda göstərilənlərə əsasən, Müdafiə Nazirliyinə «veteran adlarının verilməsi ilə bağlı» diskresion səlahiyyət verilmişdir. Müdafiə Nazirliyinin istinad etdiyi normanın tətbiqi özünün qiymətlədirməsinə əsasən müəyyən olunduğu üçün İPM-nin 73.3.1 -ci maddəsinə əsasən məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Nazirlər Kabineti NN sentyabr 1995-ci il tarixli N16 №-li Qərarı ilə «veteran adlarının verilməsi ilə bağlı» Müdafiə Nazirliyinə səlahiyyət vermişdir. Azərbaycan Respublikası Müdafiə Naziri 6 yanvar 1998-ci il tarixli 4 №-li əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndinə müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi ilə bağlı şərtləri müəyyən etmişdir. Yuxarıda göstərilən sənədlər müvafiq komissiyaya təqdim edilməli olduğu açıq şəkildə göstərilmişdir. Hesab edirlər ki, iddia tələbi əsassızdır. Belə ki, Baş Qərargah rəisinin müavini-Əməliyyat Baş İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.N0N0-ci il tarixədək döyüş əməliyyatları aparmış hərbi hissə və bölmələrin cədvəlində N nömrəli hərbi hissə xx.xx.N015-ci il tarixdə döyüş əməliyyatlarında iştrak etmədiyinə görə İddiaçı “Müharibə Veteranı” adının verilməsindən imtina edilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olmuşdur. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən ididanın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.N0N1-ci il tarixli, 4/3-119 nömrəli imtina məkubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiya”nın xx.xx.N0N1-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Baş qərargah rəisinin müavini-Əməliyyat Baş İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.N0N0-ci il tarixədək döyüş əməliyyatları aparmış hərbi hissə və bölmələrin cədvəlində N nömrəli hərbi hissə xx.xx.N015-ci il tarixdə döyüş əməliyyatlarında iştirak etmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşdə olan N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.N0N1-ci il tarixli, N911 nömrəli travma haqqında arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı, D-z: “MN MTE və PAM-nin xx.xx.N0N1-ci il K/103-N0N1 nömrəli ekspert rəyi əsasında diskogen mənşəli soltərəfli bel-oma radikulitin kəkinləşməsi. Sağ bud sümüyünün medial kondilisunun otteoxondritis dissekansına mikrosınıqların yaradılması, qığırdaq fraqmentinin vint vasitəsi ilə fiksasiya (xx.xx.N015)”. xx.xx.N015-ci il tarixində, saat 01:00-0N:00 radələrində Ağdam rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən mövcud bədən xəsarətini almışdır. Yaralanma (travmanın, kontuziyanın, xəsarətin) almışdır. Döyüş tapşırığı yerinə yetirərkən. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının NN4 nömrəli, xx.xx.N0N1-ci il tarixli Qərarından görünür ki, Bakı şəhəri Xətai RHK tərəfindən 1999-cu ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş tapşırığını yerinə yetirərkən N015-ci ilin mart ayında aldığı və xx.xx.N019-cu ildə MN Mərkəzi Hərbi Həkim Komissiyasında tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travmanın nəticəsi - diaqnoz: “Sağ bud sümüyünün medial kondilusunun osteoxondritis dissekansına görə aparılmış artroskopik reviziya, medial kondilusunda mikrosınıqların yaradılması, qığırdaq fraqmentlərinin vint vasitəsilə fiksasiyası (xx.xx.N015), artroskopik üsulla vintin xaric edilməsi cərrahi əməliyyatından (xx.xx.N015) sonrakı dəri çapıqları, diz oynağının ilkin mərhələ osteoartrozu, funksiyanın pozulmaması ilə” və xx.xx.N0N1-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və XN canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri - diaqnoz: “Sağ diz oynağının medial meniskinin arxa buynuzunun İİİ B dərəcəli cırılması, Keninq xəstəliyinə görə aparılmış artroskopik meniskektomiya, medial kondilusda mikrosınıqların yaradılması, qığırdaq fraqmentinin vint vasitəsilə fiksasiyası olan çapıq toxumalar" (Azərbaycan Respublikası SHXÇDX-nin Xəzər rayon idarəsinin xx.xx.N0N1-ci il tarixli 7N4 nömrəli göndərişi, xx.xx.N0N1-ci il tarixli 77 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və XN canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.N0N1 -ci il tarixli 103 nömrəli aktı, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.N0N1-ci il tarixli N911 nömrəli travma haqqında arayış, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N019-cu il tarixli 19N nömrəli xəstəlik haqqında şəhadətnamədəki xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi ləğv edilir. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.N. bəndinin a) yarımbəndi. MN MHHK-nın N1N saylı, xx.xx.N0N1-ci il tarixli protokolu. İşdə olan xx.xx.N0N1-ci il tarixli, 61 nömrəli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, N nömrəli hərbi hissənin təhqiqatçısı vəzifələrini icra edən, ədliyyə mayoru X4 icraatında olan N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu ehtiyatda olan baş gizir İddiaçı xx.xx.N015-ci il tarixdə xəsarət alması ilə bağlı müraciəti əsasında toplanmış xx.xx.N0N1-ci il tarixli, 06 MT nömrəli təhqiqat materiallarını nəzərdən keçirərək, müəyyən etmişdir ki, baş gizir İddiaçı xx.xx.N015-ci il tarixdə Ağdam rayonu ərazisində N nömrəli hərbi hissənin müdafiə zolağında “ərazi məşğələsində” olarkən düşmənin diversiya hücumunun qarşısının alınması üzrə döyüş əməliyyatında iştirak edən zaman ayağının yerdə olan naqilə ilişməsi səbəbindən yıxılaraq sağ diz nahiyyəsinin yerdə olan beton dirəyə zərbə ilə dəyməsi nəticəsində “sağ diz oynağının medial meniskinin arxa buynuzunun İİİ B dərəcəli cırılması” xəsarətini almışdır. Baş gizir İddiaçı xəsarət alması faktında cinayət hadisəsi olmadığına görə də, Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinin tələblərinə əsasən baş gizir İddiaçı xəsarət alması faktında cinayət hadisəsi olmadığına görə də, Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinin tələblərinə əsasən baş gizir İddiaçı xəsarət alması faktı üzrə cinayət işinin başlanması rədd edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 86, N1N və 39.1.1-ci maddələrini rəhbər tutaraq, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu ehtiyatda olan baş gizir İddiaçı “sağ diz oynağının medial meniskinin arxa buynuzunun İİİ B dərəcəli cırılması” diaqnozu ilə xəsarət alması faktında cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinin tələblərinə əsasən fakt üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən xx.xx.N0NN-ci il tarixli, N088 nömrəli məktubla təqdim edilmiş məlumatdan görünür ki, N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu ehtiyatda olan baş gizir İddiaçı 0N-xx.xx.N015-ci il tarixlərdə düşmənin diversiya qruplarının qarşısının alınması üzrə döyüş əməliyyatlarına cəlb edilməsi ilə bağlı əmrdən çıxarışlar məhkəməyə təqdim edilmişdir: - N saylı hərbi hissə tərəfindən verilmiş, N saylı hərbi hissə komandirinin N nömrəli, N yanvar N015-ci il tarixli əmrindən arxiv çıxarışından görünür ki, N saylı hərbi hissənin N yanvar N015-ci il tarixindən praktiki ərazi məşğələsinə cəlb edilən aşağıda adları qeyd olunan hərbi qulluqçuları 03 yanvar N015-ci il tarixindən hərbi hissənin ərzaq, Şubanı-1 hərbi şəhəciyindən qazan təminatından çıxarılsınlar 4(dörd) günlük quru ərzaq payı və 1 (bir) günlük isti yeməklə təmin edilsinlər. Ərzaq təminatından 18.gizir İddiaçı. - N saylı hərbi hissə tərəfindən verilmiş, N saylı hərbi hissə komandirinin N nömrəli, N yanvar N015-ci il tarixli əmrindən arxiv çıxarışından görünür ki, N saylı hərbi hissənin ərazi məşğələsinə cəlb edilən aşağıda adları qeyd olunan hərbi qulluqçuları ərazi məşğələsindən qayıtdıqlarına görə 06 yanvar N015-ci il tarixindən hərbi hissənin ərzaq və Şuban-1 hərbi şəhərciyində qazan təminatına qoyulsunlar. Ərzaq təminatına 18.gizir İddiaçı. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel N015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (N.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in N.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin N.N.N-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəməicraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş cavabdehin xx.xx.N0N1-ci il tarixli, 4/3-119 nömrəli məktubunun surətindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə xx.xx.N0NN-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, N saylı hərbi hissənin komandirinin N nömrəli, N yanvar N015-ci il tarixli əmri ilə N saylı hərbi hissənin N yanvar N015-ci il tarixindən praktiki ərazi məşğələsinə cəlb edilən hərbi qulluqçusu gizir İddiaçı 03 yanvar N015-ci il tarixindən hərbi hissənin ərzaq, Şubanı-1 hərbi şəhərciyindən qazan təminatından çıxarılaraq, 4 günlük quru ərzaq payı və 1 günlük isti yeməklə təmin edilmiş, N saylı hərbi hissə komandirinin N yanvar N015-ci il tarixli, 3 nömrəli əmrinə əsasən N saylı hərbi hissənin ərazi məşğələsinə cəlb edilən hərbi qulluqçu gizir İddiaçı ərazi məşğələsindən qayıtdıqlarına görə 06 yanvar N015-ci il tarixindən hərbi hissənin ərzaq və Şubanı-1 hərbi şəhərciyində qazan təminatına qoyulmuşdur. İddiaçı xx.xx.N015-ci il tarixdə, saat 01:00-0N:00 radələrində Ağdam rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən diaqnozda “MN MTE və PAM-nin xx.xx.N0N1-ci il K/103- N0N1 nömrəli ekspert rəyi əsasında diskogen mənşəli soltərəfli bel-oma radikulitin kəkinləşməsi. Sağ bud sümüyünün medial kondilisunun otteoxondritis dissekansına mikrosınıqların yaradılması, qığırdaq fraqmentinin vint vasitəsi ilə fiksasiya (xx.xx.N015)” göstərilən mövcud bədən xəsarətini almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının NN4 nömrəi, xx.xx.N0N1-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai RHK tərəfindən 1999-cu ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş tapşırığını yerinə yetirərkən N015-ci ilin mart ayında aldığı və xx.xx.N019-cu ildə MN Mərkəzi Hərbi Həkim Komissiyasında tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travmanın nəticəsi - diaqnoz: “Sağ bud sümüyünün medial kondilusunun osteoxondritis dissekansına görə aparılmış artroskopik reviziya, medial kondilusunda mikrosınıqların yaradılması, qığırdaq fraqmentlərinin vint vasitəsilə fiksasiyası (xx.xx.N015), artroskopik üsulla vintin xaric edilməsi cərrahi əməliyyatından (xx.xx.N015) sonrakı dəri çapıqları, diz oynağının ilkin mərhələ osteoartrozu, funksiyanın pozulmaması ilə” və xx.xx.N0N1-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və XN canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri - diaqnoz: “Sağ diz oynağının medial meniskinin arxa buynuzunun İİİ B dərəcəli cırılması, Keninq xəstəliyinə görə aparılmış artroskopik meniskektomiya, medial kondilusda mikrosınıqların yaradılması, qığırdaq fraqmentinin vint vasitəsilə fiksasiyası olan çapıq toxumalar" (Azərbaycan Respublikası SHXÇDX-nin Xəzər rayon idarəsinin xx.xx.N0N1-ci il tarixli 7N4 nömrəli göndərişi, xx.xx.N0N1ci il tarixli 77 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və XN canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.N0N1 -ci il tarixli 103 nömrəli aktı, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.N0N1-ci il tarixli N911 nömrəli travma haqqında arayış, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilirərək, “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi şəhadətləndirilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.1994-cü il tarixdən xx.xx.N0N0-ci il tarixədək döyüş əməliyyatları aparmış hərbi hissə və bölmələrin cədvəlində N nömrəli hərbi hissənin xx.xx.N015-ci il tarixdə döyüş əməliyyatlarında iştirak etməməsinə istinad edilsə də, məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla (hərbi hissənin nizami hissə üzrə əmrləri, travma haqqında arayış və.s) sübuta yetirilir ki, iddiaçı N saylı hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissənin hərbi qulluqçusu kimi 0N-xx.xx.N015-ci il tarixlərdə düşmənin diversiya qruplarının qarşısının alınması üzrə döyüş əməliyyatlarına cəlb edilmişdir. O, xx.xx.N015-ci il tarixdə saat 01:00-0N:00 radələrində Ağdam rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən yaralanmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının müvafiq qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi şəhadətləndirilmişdir. Eyni zamanda iddiaçının xx.xx.N015-ci il tarixdə Ağdam rayonu ərazisində N nömrəli hərbi hissənin müdafiə zolağında “ərazi məşğələsində” olarkən düşmənin diversiya hücumunun qarşısının alınması üzrə döyüş əməliyyatında iştirak edən zaman yaralanması, N nömrəli hərbi hissənin təhqiqatçısı vəzifəsini icra edən A.Baxışovun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.N0N1-ci il tarixli, 61 nömrəli qərarında da, öz əksini tapmışdır. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İşin faktiki hallarını qanunvericiliyin yuxarıda sadalanan normalarına tətbiq edərək məhkəmə belə bir qənaətə gəlir ki, iddiaçının bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma) alması Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş sənədlərlə təsdiq olunduğundan, iddiaçının tələbi təmin olunmaqla, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N, 33, 58, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5313/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5313/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver