Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5316/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Qaradağ rayonunda inşa edilmiş 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə xx.xx.2010-cu il tarixli 11/7-143 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının qərarı ilə şəhid ailəsi kimi iddiaçıya verilmiş ünvan 1 ünvanında yerləşən 76 saylı mənzilin özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Qaradağ rayonunda inşa edilmiş 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə xx.xx.2010-cu il tarixli 11/7-143 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının qərarı ilə şəhid ailəsi kimi iddiaçıya verilmiş ünvan 1 ünvanında yerləşən 76 saylı mənzilin özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı şəhid ailəsidir, əri X6 1992-ci ildə Ağdam rayonunun müdafiəsi zamanı şəhid olmuşdur. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 192 saylı sərəncamı ilə şəhid ailəsi kimi güzəştli mənzil uçotuna götürülmüşdür. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qaradağ müharibəsi əlilləri və şəhid ailələri üçün Qarabağ rayonunda inşa edilmiş 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə 08 noyabr 2010-cu il tarixli 11/7-143 nömrəi əmrlə yaradılmış komissiyasının 04 mart 2011-ci il tarixli iclasının qərarı ilə şəhid ailəsi kimi ünvan 2 ünvanında 3 nəfərdən ibarət ailə üzvünə ümumi sahəsi 87,81 kv.m, faydalı sahəsi 44,52 kv.m olan mənzil ayrılmışdır. 2011-ci il tarixdən həmin mənzildə yaşayırlar. Həmin mənzildə yaşadıqlarını müddət nəzərə alaraq mənzili özəlləşdirmək üçün cavabdeh təşkilata müraciət etmiş, lakin əsassız olaraq bundan imtina edilmişdir. Cavabdeh təşkilat tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bu barədə ona xx.xx.2023-cü il tarixli məktubla ətraflı məlumat verilməsini bildirmişlər. Halbuki iddiaçı ikinci dəfə müraciət edəndə əvvəlki məktubda qeyd olunan nöqsanlar atrıq aradan qaldırılmış və bu barədə ərizədə qeyd edilmişdir. Belə ki, həmin məktubda 1 saylı Bakı ərazi idarəsi tərəfindən Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu göndərildiyi və həmin mənzillə bağlı heç bir məlumatın olmadığı bildirilmişdir. Qeyd olunan mənzil Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 192 saylı sərəncamı ilə ayrılmış və həmin mənzil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmışdır. İddiaçı ərizəsinə Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 192 saylı sərəncamının, mənzilin ayrılması barədə Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 192 saylı sərəncamını və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 04 mart 2011-ci il tarixli qərarının surətlərini əlavə etsə də, buna baxılmamışdır. Cavabdeh tərəfindən sorğu səhvən Yasamal Rayon İcra Hakimiyətinə deyil, Qaradağ Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi mənzilin əvəzsiz özəlləşdirilməsi hüqüqundan yalnız bir dəfə istifadə edilməsini qeyd etmişdir. Əgər mənzili əvəzsiz özəlləşdirmək mümkün deyildisə qanuni əsaslarla, yəni güzəştli şərtlərdən istifadə etmədən də özəlləşdirmək mümkün olduğunu qeyd etməli idi. Lakin heç bir əsas olmadan imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə iddiaçının müraciətinə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********09 nömrəli məktubunda qeyd etmişdir ki, Bakı şəhəri, ünvan 4, 76 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəhid ailəsi kimi İddiaçı ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15B saylı evin, 76 saylı mənzilinə dair sərəncamın verilib-verilməməsi barədə 1 saylı Bakı ərazi idarəsi tərəfindən Qaradağ rayon İcra Hakimiyyətinə sorğu göndərilmiş, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavininin 5-13/2-781/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15B saylı evin, 76 saylı mənzilinə dair sərəncam barədə rayon icra hakimiyyətində heç bir məlumatın olmadığı bildirilmişdir. Aparılan araşdırma zamanı Bakı şəhəri. Xətai rayonu, General Şıxlinski küçəsi, 38 saylı evin 104 saylı mənzilinin qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı adına xx.xx.1995-ci il tarixdə qeydiyyata alındığı müəyyən olunmuşdur. Həmçinin müraciətdə qeyd olunan ünvanda yerləşən mənzilin nömrəsi 79 qeyd olunsa da, əlavə olunmuş xx.xx.2011-ci il tarixli iclasın qərarında mənzil nömrəsi 76 göstərilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** daxiloma nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq **********09 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar bildirilir ki, Bakı şəhəri, ünvan 4, 76 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəhid ailəsi kimi İddiaçı ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15B saylı evin, 76 saylı mənzilinə dair sərəncamın verilib-verilməməsi barədə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Qaradağ rayon İcra Hakimiyyətinə sorğu göndərilmiş, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavininin 5-13/2-781/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15B saylı evin, 76 saylı mənzilinə dair sərəncam barədə rayon icra hakimiyyətində heç bir məlumatın olmadığı bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 38 saylı evin 104 saylı mənzilinin qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı adına xx.xx.1995-ci il tarixdə qeydiyyata alındığı müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdə idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılan zaman müəyyən edilmişdir ki, mənzilin faktiki ölçüsü 84,0 kv.m təşkil edir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşı nmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Qaradağ rayonunda inşa edilmiş 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə 08 noyabr 2010-cu il tarixli 11/7-143 nömrəli əmrlə yaradılmış komissiyasının 04 mart 2011-ci il tarixli iclasının qərarı ilə Yasamal rayonu üzrə şəhid ailəsi kimi İddiaçı - 3 nəfərdən ibarət ailə üzvünə ümumi sahəsi 87,81 kv.m, faydalı sahəsi 44,52 kv.m olan 2 otaqlı mənzil ayrılmışdır. Mənzilin nörməsi 76-dır və 7-ci mərtəbədə yerləşir. Mənzil şəraiti barədə məlumata əsasən, ailə tərkibi 3 nəfərdir (özü, 2 oğlu), anasına məxsus 2 otaqlı sahəsi 23,7 kv.metr olan özəl mənzildə 8 nəfər (özü, 2 oğlu, gəlini, 2 nəvəsi, anası və qohumu) qeydiyyatda olmaqla 5 nəfər yaşayır (özü, oğlu, gəlini, nəvəsi, anası). Ümumi həyət evidir, 2 otaqlı, çox darısqal, və rütubətlidir, təmirsizdir. Oğlunun birini anası övladlığa götürüb. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-1915/2024 nömrəli məktubu ilə göndərilmiş Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 192 nömrəli T.M.Mustafeyavanın şəhid ailəsi kimi güzəştli mənzil uçotununa götürülməsi haqqında sərəncamı ilə İddiaçı 5 nəfər ailə üzvü ilə (özü, oğlu-Murad, gəlini-Elnarə, 2nəvəsi) gzəştli mənzil uçotuna götürülmüş və şəhid ailələri siyahısına daxil edilmişdir. Həmin sərəncamda qeyd edilmişdir ki, İddiaçı 8 nəfər ailə tərkibi ilə (özü, 2 oğlu, anası, gəlini, 2 nəvəsi, qohumu) Ak.Qarayev küçəsi, 76 nömrəli evin, sahəsi 20,5 kv.metr olan 2 otaqlı mənzilində pasport qeydiyyatında olmaqla yaşayır. Mustafayeva RİH-ə sənəd təqdim edərək, əri Mehrəliyev Əvəzin xx.xx.1992-ci il tarixində torpaqlarımızın müdafiəsi zamanı Qarabağ müharibəsində şəhid olduğunu bildirərək güzəştli mənzil uçotuna götürülməsini xahiş etmişdir. Bu məsələyə RİH-in mənzil məsələləri üzrə ictimai komissiyasında baxılmış və razılıq verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Yasamal Rayon İcra Hakimiyyətinin 17 sentyabr 2024-cü il tarixli 5-21/2-1256/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 192 nömrəli sərəncamı və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialına göndərildiyinin qeyd olunan sərəncamın və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər Rayon İcra Hakimiyyətində aşkar ediməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin 18 sentyabr 2024-cü il tarixli **********16 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, ünvan 4 ünvanında yerləşən 76 nömrəli 2 otaqlı mənzilin ümumi yaşayış sahəsi 87.81 kv.metr, faktiki sahəsi 84.0 kv.metr, yaşayış sahəsi 44.52 kv.metr, faktiki 41.5 kv.metr, köməkçi sahəsi isə faktiki 42.5 kv.metrdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 125 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 584 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.2012-ci il tarixdə 641 nömrəli şəxsi hesab açılıb. Verilib İddiaçı ki, o həqiqətən Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 15 b saylı 9 mərtəbəli evin 8 mərtəbəsində, sahəsi 44.52 kv.metr olan 76 nömrəli 2 otaqlı mənzildə yaşayış. Mənzilin qısa təsviri – hər cür kommunal şəraiti var, mənzilin sahibi Qaradağ RİH, mənzili icrayə götürən İddiaçıdır, ailəsi 5 nəfərdən ibarətdir. Daimi qeydiyyatda olanlar – İddiaçı-özü (təvəllüdü xx.xx.1956, qeydiyyatda götürülmə tarixi xx.xx.2014), X7-oğlu (təvəllüdü xx.xx.1976, qeydiyyata götürülmə tarixi xx.xx.2014), X1 - gəlini (təvəllüdü xx.xx.1978, qeydiyyata götürülmə tarixi xx.xx.2014), X8- nəvəsi (təvəllüdü xx.xx.1997, qeydiyyata götürülmə tarixi xx.xx.2024), X3 – nəvəsi (təvəllüdü xx.xx.2000, qeydiyyata götürülmə tarixi xx.xx.2014). Gəncə şəhər 6 saylı notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş **********850 nörməli ərizəyə əsasən, X4 qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş **********351 nömrəli ərizəyə əsasən, X8 qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş **********350 nömrəli ərizəyə əsasən, X1 qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş **********349 nömrəli ərizəyə əsasən, X7 qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Qanunun 8-ci maddəsinə əsasən aşağıdakılar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün digər əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. AR Mənzil Məcəlləsinə əsasən: 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir... 97.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 97.2. Xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşların kateqoriyaları qanunvericiliklə müəyyən edilir. 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1196-VQ nömrəli Qanununun 1.1.22-ci maddəsinə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər dedikdə əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 4-cü maddəyə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir 5-ci maddəyə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 8-ci maddəyə görə mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 192 nömrəli sərəncamı ilə İddiaçı 5 nəfər ailə üzvü ilə güzəştli mənzil növbəsinə götürülmüşdür. Beləliklə, iddiaçının mənzillə təmin olunmaq hüququ həmin tarixdən (xx.xx.2004-cü ildən) yaranmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan əlavə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi mənzillər özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilməsini nəzərdə tutmaqdadır. Hazırkı vəziyyətdə iddiaçı mübahisəli mənzildə faktiki olaraq sərəncamda adı göstərilməklə yaşayan şəxs olaraq gözlənilən hüququn sahibidir və üçüncü şəxslərin mübahisəli mənzilin iddiaçının adına qeydə alınmasına razılıq ərizələri təsdiq olunmuşdur. Mənzil iddiaçıya şəhid ailəsinin üzvü olaraq ayrılmışdır, bu barədə müvafiq sərəncam qüvvədədir və mənzilin ayrılması ilə mənzil növbəsinə götürülmüş iddiaçının xx.xx.2004-cü ildə yaranmış hüququnun realizəsi həyata keçirilmişdir. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə və inzibati praktikaya zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı iddiası təmin edilsin. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Qaradağ rayonunda inşa edilmiş 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə xx.xx.2010-cu il tarixli 11/7-143 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının qərarı ilə şəhid ailəsi kimi iddiaçıya verilmiş ünvan 1 ünvanında yerləşən 76 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsi vəzifəsi qoyulsun. Qərardan onun təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X12.
Məhkəmə qərarları › İş №2-1(112)-5316/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5316/2024
26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver