Məhkəmə qərarları › İş №2-1(112)-5318/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5318/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5318/2022 28.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli **********274700 nömrəli qərarın ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********274700 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət büdcəsinə olan vergiləri və digər ödənişləri vaxtlı-vaxtında ödəmiş, öz qanuni fəaliyyəti ilə digər müəssisələrə hər zaman nümunə olmuş, heç bir qanuna zidd hərəkətlərə yol verməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə özünün təqdim etdiyi vergi bəyannaməsində 2020-ci il üzrə mənfəət vergisini səhvən 581.235,73 manat məbləğində göstərmiş olsa da, sonra xx.xx.2021-ci il tarixdə dəqiqləşmiş bəyannamə təqdim etmiş, mənfəət vergisi məbləğini 436.023,86 manat azaltmış, 2020-ci il üzrə mənfəət vergisi 145.211,87 manat göstərilmişdir. İddiaçı tərəfindən mənfəət vergisinin məbləğinin azaltmağına səbəb isə pandemiya ilə əlaqədar Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisinə güzəştin tətbiq olunmasıdır. İddiaçı 46901 (ixtisaslaşdırılmamış topdansatış) kodu altında fəaliyyət göstərir, onun fəaliyyət sahəsi pandemiyada zərər çəkdiyinə görə, fəaliyyəti dayandırıldığına görə ona mənfəət vergisi üzrə 75% güzəşt tətbiq edilmişdir. 13 mart 2020-ci il tarixində AR Nazirlər Kabineti tərəfindən ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunandan şirkətin fəalliyyət sahəsi qadağan olunan siyahıya salınmış və işləri dayanmışdır. İşçilərin əmək haqqı Dövlət tərəfindən olunan yardım hesabına ödənilmişdir. Hətta Azərbaycan Respublikası Prezidentinin subsidiyalarla bağlı qərarına əsasən şirkətin bankdan götürmüş olduğu subsidiyaların faiz ödənişində yardım da olunmuş, öncədən danışılmış PO üzrə işlər çox çətinliklə həyata keçirilmişdir. Elə bu səbəbdən şirkətin əməkdaşlıq etdiyi yəni, təchizatını həyata keçirdiyi “AzFen” şirkəti əməkdaşlığı minimum səviyyəyə endirmişdir. Şirkət 2021-ci ildə təchizat sahəsində heç bir tenderdə qalib gələ bilməmişdir. Hazırda balansında olan ağır texnikanın xidmət göstərməsi üzrə fəaliyyətini davam etdirə bilir. İddiaçı tərəfindən fəaliyyəti üzrə əlavə edilmiş məlumat forması üzrə gəlir və xərclərin bölgüsü, həmçinin həmin bölgü üzrə təsdiqedici sənədlər vergi orqanına təqdim edilmişdir. Lakin bəyannamədə bütün göstərilənlər və təqdim etdiyi sənədlər, şikayətlər vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Vergi orqanı xx.xx.2021-ci ildə onun şəxsi vərəqəsinə heç bir kameral vergi yoxlaması barədə qərar qəbul etmədən iddiaçıya MV 2020 dəqiqləşmiş (KYB) adı ilə 436.040.69 manat məbləğində mənfəət vergisi hesablamışdır. Belə ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********274700 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarına əsasən kameral yoxlama nəticəsində iddiaciya əsassız olaraq 2020-ci il üzrə mənfəət vergisi üzrə vergi və ya sığorta haqqı məbləği 436.040,65 manat hesablanmışdır. Həmin qərarda göstərilmişdir ki, “mənfəət vergisi bəyannaməsinin Hesabat dövrünün gəlirlərinin əldə edilməsilə bağlı xərclər hissəsinin 227.3 sətrindəki (Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya) 71369.86 manat məbləği, bəyannamənin 1 nömrəli əlavəsinin 1.1.3-cü sətrinin (Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya üzrə kateqoriyası) hesabat dövrünün sonuna sütunundakı 213773.64 manat məbləğ üstəgəl (toplamaq,+) 227.3-cü sətrindəki 71369.86 manat məbləğ və bu 285143.50 manat cəmin nəticəsinin Vergi Məcəlləsinin 114.3.3-cü maddəsində nəzərdə tutumuş 25 faiz amortizasiya normasına hasilindən (vurulmasından) yaranan 71258.88 manat məbləğdən böyük olduğuna görə, pandemiyadan güzəşt hüququ olmadığı halda güzəştdən istifadə edib”. Halbuki bu formada vergi borcunun hesablanması qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası, Vergi Məcəlləsinə görə vergilər yalnız Vergi Məcəlləsində nəzərdə tutulan qaydada və formada hesablana bilər. Əvvəla həmin kameral yoxlama qərarı xx.xx.2021-ci ildə, yəni onun bəyannamə təqdim etdiyi vaxtdan 5 ay sonra qəbul edilmişdir. Bununla da VM-nin 37.2-ci maddəsinin tələbləri vergi orqanı tərəfindən pozulmuşdur. İddiaçı hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VİQD nömrəli Qanunu ilə Vergi Məcəlləsində dəyişikliklər edilərək müvəqqəti vergi rejimi dövründə pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmaları müəyyən olunmuşdur. Güzəşt və azadolmaların qanunda göstərilən pandemiyadan zərər çəkən ayrı-ayrı iqtisadi fəaliyyət sahələri ilə yanaşı, Nazirlər Kabinetinin qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə də (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının 2020-ci ildə AR Nazirlər Kabineti və Operativ Qərargah tərəfindən ölkədə tətbiq edilmiş sərt karantin rejimi və Covid-19 pandemiyası ilə əlaqədar fəaliyyəti dayandırılmış, fəaliyyətinə icazə verilməmişdir. Fəaliyyəti qadağan olunduğuna görə işçiləri də icazə e-qov saytı ilə icazə ala bilməmiş və işə çıxa bilməmişdir. İddiaçıya 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisinə güzəşt tətbiq olunmalı olduğu halda, vergi orqanı tərəfindən əsassız və qanunsuz olaraq tətbiq olunmamış, ona Vergi Məcələsinə zidd olaraq vergi borcu hesablanmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, İddiaçı MMC (VÖEN **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********274700 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. İşin mahiyyəti ilə bağlı bildilir ki, Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəaları ilə müəyyən edilmiş vergi güzəştləri və azadolmalarının İddiaçı MMC-yə şamil edilməsi ilə bağlı vergi ödəyicisinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********560900 nömrəli və xx.xx.2021-ci il tarixli **********190600 nömrəli) müraciətlərinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xx.xx.2021-ci il tarixli **********938600 nömrəli cavab məktubunda İddiaçı MMC-nin faktiki fəaliyyət növünün (tikinti materiallarının satışı) Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid olmadığını, eləcə də 2020-ci il ərzində mal, iş və ya xidmətlərin əsasən neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq fəaliyyət göstərən şəxslərə təqdim edildiyini nəzərə alaraq Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəalarının İddiaçı MMC-yə şamil olunmadığını qeyd etmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il 120, 31 mart 2020-ci il 122, 24 aprel 2020-ci il 147 və 01 may 2020-ci il tarixli 163 saylı Qərarlarında və Nazirlər Kabinetinin 2 mart 2020-ci il, 7 mart 2020-ci il, 20 mart 2020-ci il, 18 aprel 2020-ci il, 1 may 2020-ci il tarixli Sərəncamlarında pandemiya dövründə fəaliyyəti məhdudlaşdırılan və fəaliyyətinə icazə verilən iş və xidmət sahələri müəyyən edilmişdir ki, cəmiyyətin fəaliyyət sahəsi xüsusi karantin rejimində fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələrə aid edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarının 4.6-cı bəndinə istinad edərək vergi ödəyicisinin ixtisaslaşdırılmamış topdansatış fəaliyyəti ilə məşğul olduğunu qeyd etməklə fəaliyyəti məhdudlaşdırılan sahələrə aid edildiyini bildirmişdir, halbuki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarının 4.6.5-ci bəndinə əsasən tikinti materiallarının satışı üzrə fəaliyyətə, habelə həmin Qərarın 4.5.8-ci bəndinə əsasən neft və qazın hasilatı, emalı, saxlanması və satışı üzrə fəaliyyətə pandemiya dövründə icazə verilmişdir. Eyni zamanda iddia ərizəsində qeyd edilmişdir ki, təqdim edilmiş bəyannaməyə 30 iş günü ərzində münasibət bildirilməmişdir. Bildirilir ki, vergi ödəyicisi tərəfindən sonuncu dəqiqləşmiş bəyannamə xx.xx.2021-ci il tarixdə təqdim edilmiş və bu bəyannaməyə xx.xx.2021-ci il tarixdə münasibət bildirilmiş və qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair etiraza uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, İddiaçı MMC ********** nömrəli VÖEN ilə xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Cavabdehin iddiaçıya 2020-ci il üçün təqdim edilmiş xx.xx.2021-ci il tarixli dəqiqləşdirilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların ) tələb edilməsi barədə xx.xx.2021-ci il tarixli uyğunsuzluq məktubu ilə bildirilmişdir ki, “mənfəət vergisi bəyannaməsinin Hesabat dövrünün gəlirlərinin əldə edilməsilə bağlı xərclər hissəsinin 227.3 sətrindəki (Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya) 71369.86 manat məbləği, bəyannamənin 1 nömrəli əlavəsinin 1.1.3-cü sətrinin (Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya üzrə kateqoriyası) hesabat dövrünün sonuna sütunundakı 213773.64 manat məbləğ üstəgəl (toplamaq,+) 227.3-cü sətrindəki 71369.86 manat məbləğ və bu 285143.50 manat cəmin nəticəsinin Vergi Məcəlləsinin 114.3.3-cü maddəsində nəzərdə tutulmuş 25 faiz amortizasiya normasına hasilindən (vurulmasından) yaranan 71258.88 manat məbləğdən böyük olduğuna görə” səbəbi ilə kameral vergi yoxlamasının keçirilməsinin mümkün olmadıgı və həmin dövr üçün dəqiqləşdirilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi tələb edilmişdir. - Cavabdehin iddiaçıya 2020-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə fəaliyyət növləri üzrə gəlir və xərclərin bölgüsü barədə uyğunsuzluq məktubu ilə bildirilmişdir ki, Vergi Məcəlləsinin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Koronavirus pandemiyası ilə əlaqədar güzəşt Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən 222.5-ci maddədə nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Uçot məlumatlarına əsasən bir neçə fəaliyyət növündə fəaliyyət göstərməyinə baxmayaraq, tərəfindən təqdim edilmiş 2020-ci il üçün mənfəət (gəlir) vergisi bəyannaməsində Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən pandemiyasından əziyyət çəkənlər kateqoriyasına aid olmayan fəaliyyət növləri də daxil olmaqla, əldə etdiyi ümumi mənfəət (gəlir) məbləğinə 75 faiz vergi azadolması (güzəşt) tətbiq edilmişdir. Qeyd olunanlara əsasən, hər bir fəaliyyəti üzrə əlavə edilmiş məlumat forması üzrə gəlir və xərclərin bölgüsü, həmçinin həmin bölgü üzrə təsdiqedici sənədlərin (müqavilələr, bank çıxarışları, Online kassa məlumatları və zəruri hesab etdiyi digər sənədlər) 5 iş günü müddətində vergi orqanına təqdim edilməsinə zərurət yaranmışdır. Bildirilmişdir ki, göstərilən müddət ərzində məlumatlar təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının vergi öhdəliklərini yenidən hesablamaq hüququ vardır. - Cavabdehin iddiaçıya ünvanlanmış Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubu (azalmalar üzrə) ilə bildirilmişdir ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. - Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********274700 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarından görünür ki, iddiaçıya 2020-ci il üzrə mənfəət vergisi ilə əlaqədar olaraq 436.040,65 manat məbləğində əlavə vergi hesablanmışdır. - Cavabdehin iddiaçıya ünvanlanmış müraciətə baxılması barədə məktubu ilə bildirilmişdir ki, Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəaları ilə müəyyən edilmiş vergi güzəştləri və azadolmalarının şamil edilməsi ilə bağlı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müraciətlərinə (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********560900 nömrəli və xx.xx.2021-ci il tarixli **********190600 nömrəli) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VİQD nömrəli Qanunu ilə Vergi Məcəlləsində dəyişikliklər edilərək müvəqqəti vergi rejimi dövründə pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmaları müəyyən olunmuşdur. Güzəşt və azadolmaların qanunda göstərilən pandemiyadan zərər çəkən ayrı-ayrı iqtisadi fəaliyyət sahələri ilə yanaşı, Nazirlər Kabinetinin qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə də (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il 120, 31 mart 2020-ci il 122, 24 aprel 2020-ci il 147 və 01 may 2020-ci il tarixli 163 saylı Qərarlarında və Nazirlər Kabinetinin 2 mart 2020-ci il, 7 mart 2020-ci il, 20 mart 2020-ci il, 18 aprel 2020-ci il, 1 may 2020-ci il tarixli Sərəncamlarında pandemiya dövründə fəaliyyəti məhdudlaşdırılan və fəaliyyətinə icazə verilən iş və xidmət sahələri müəyyən edilmişdir ki, iddiaçının fəaliyyət sahəsi xüsusi karantin rejimində fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələrə aid edilmişdir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, faktiki fəaliyyət növü (tikinti materiallarının satışı) Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid olmadığından, eləcə də 2020-ci il ərzində mal, iş və ya xidmətlərin əsasən neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olararaq fəaliyyət göstərən şəxslərə təqdim edildiyini nəzərə alaraq iddiaçıya Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəaları şamil olunmur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarının 4.6.5ci bəndinə əsasən tikinti materiallarının satışı üzrə fəaliyyətə, habelə həmin Qərarın 4.5.8ci bəndinə əsasən neft və qazın hasilatı, emalı, saxlanması və satışı üzrə fəaliyyətə pandemiya dövründə icazə verilmişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, iddiaçı pandemiyadan zərər çəkmiş sahibkarlıq fəaliyyəti ilə məşğul ona subyekt kimi yardım göstərilməsini xahiş etmişdir. - “Turan Bank” tərəfindən verilmiş iddiaçıya məxsus hesab üzrə əməliyyatlar barədə məlumatlardan görünür ki, iddiaçıya Maliyyə Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahibkarlıq subyekti kimi xx.xx.2020-ci il tarixdə 3.427,75 manat, xx.xx.2020ci il tarixdə 4.109 manat, xx.xx.2020-ci il tarixdə 3.427,75 manat məbləğində, xx.xx.2020-ci il tarixdə 4.109 manat, xx.xx.2021-ci il tarixdə 5.238,25 manat maddi yardım ödənilmişdir. - “Turan Bank” tərəfindən verilmiş iddiaçıya məxsus hesab üzrə əməliyyatlar barədə məlumatlardan görünür ki, iddiaçıya Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən xx.xx.2021-ci il tarixdə 3083.08 manat maddi subsidiya ödənilmişdir. - Hüquqi şəxsin məlumat dəyişikliklərindən görünür ki, iddiaçı 46901 (ixtisaslaşdırılmamış topdansatış) kodu altında qeydiyyata alınmışdır. - https://www.taxes.gov.az/files/2/covid19/M28092020 elektron saytından məlumatlardan görünür ki, iddiaçı Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısında göstərilmişdir (artan yekunla, xx.xx.2020-ci il tarixə olan məlumat). Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 23.1.-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Vergi Məcəlləsinin 37.1.-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. İşin hallarına görə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********274700 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarı ilə iddiaçıya 2020-ci il üzrə mənfəət vergisi ilə əlaqədar olaraq 436.040,65 manat məbləğində əlavə vergi hesablanmışdır. İddiaçı vergi ödəyicisi tərəfindən sonuncu bəyannamə xx.xx.2021-ci il tarixdə təqdim edilmiş, bəyannamənin növü “dəqiqləşdirmə”dir. Vergi Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər...(72.2-ci maddə). Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi qanunvericiliyi vergi ödəyicisi tərəfindən tərtib edilən bəyannamə vergi orqanına təqdim edildikdən sonra dəqiqləşdirilmiş bəyannamənin verilməsini istisna etməmişdir. Cavabdehin iddiaçı barəsində gördüyü vergiyə cəlb etmə barədə qərarı MV bəyannaməsinin deyil, MV üzrə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsindən sonrakı 30 gündən artıq müddət keçdikdən baş vermişdir. Cavabdeh iddiaçını MV bəyannaməsindəki məlumatlara görə deyil, 2020-ci ilə təqdim edilən dəqiqləşdirilmiş bəyannaməsində olan məlumatlara görə vergiyə cəlb etmişdir. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Göründüyü kimi cavabdeh tərəfindən kameral qaydada vergi məbləğləri müvafiq olaraq həmin dövr üzrə, özü də müvafiq bəyannamənin verilməsinin son tarixindən 30 iş günü müddətində hesablana bilərdi. Odur ki, hazırki işdə 2020-ci il üzrə vergi məbləğlərinin həmin ilin dekabr ayında hesablanması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşağıdakı maddələri bu işə tətbiq olunur: 222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. 222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). 222.6. Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin (bundan sonra – müvəqqəti vergi rejimi) tətbiq edildiyi vergi ödəyicilərinin hüquq və vəzifələri bu fəsildə başqa hal nəzərdə tutulmamışdırsa, bu Məcəllə ilə müəyyən edilən ümumi qaydada həyata keçirilir. 222.7. Koronavirus pandemiyasının yayılması ilə bağlı iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılmış barəsində səyyar vergi yoxlaması davam etdirilən vergi ödəyicilərində 2020-ci il martın 1-dən yoxlamanın həyata keçirilmədiyi müddətlər bu Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş müddətlərə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus” (COVİD19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 1-ci bəndinə əsasən 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra – pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılmışdır. “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın 3-cü bəndinə əsasən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə - əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) 300 mliyon manat vəsait ayrılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş”ə əsasən: 1.2. X3 koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsinin qaydalarını və şərtlərini müəyyən edir. 1.3. X2 məqsədi pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsini və fərdi (mikro) sahibkarların dövlət maliyyə dəstəyindən yararlana bilmələrini, bu işlərin asan operativ, ünvanlı və şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir. 3.5. Pandemiyaya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulan məlumatlar baza məlumatları ilə avtomatik yoxlanılır. 3.6. Məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər: 3.6.1. Vergi ödəyicisinin seçdiyi vergi rejimi uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlmir; 3.6.2. Vergi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılmışdır; 3.6.3. 2019-cu il ərzində büdcəyə vergi ödəmələri olmamışdır. 3.7. Uçot məlumatları üzrə uyğunsuzluqlar aşkarlandıqda, vergi ödəyicisi tərəfindən müvafiq dəyişikliklər aparılır və şəxsi kabinet vasitəsilə yenidən onlayn qaydada müraciət edilir. 3.8. Məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmədikdə məlumatlar Maliyyə Nazirliyinə göndərilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********274700 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarı ilə iddiaçıya 2020-ci il üzrə mənfəət vergisi ilə əlaqədar olaraq 436.040,65 manat məbləğində əlavə vergi hesablanmışdır. İddiaçı vergi ödəyicisi tərəfindən sonuncu dəqiqləşmiş bəyannamə xx.xx.2021-ci il tarixdə təqdim edilmiş, azalmanın pandemiya dövründə fəaliyyət göstərməməsi ilə əlaqələndirmişdir. Cavabdehin iddiaçıya 2020-ci il üçün təqdim edilmiş xx.xx.2021-ci il tarixli dəqiqləşdirilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların ) tələb edilməsi barədə uyğunsuzluq məktubu ilə bildirilmişdir ki, “mənfəət vergisi bəyannaməsinin Hesabat dövrünün gəlirlərinin əldə edilməsilə bağlı xərclər hissəsinin 227.3 sətrindəki (Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya) 71369.86 manat məbləği, bəyannamənin 1 nömrəli əlavəsinin 1.1.3-cü sətrinin (Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya üzrə kateqoriyası) hesabat dövrünün sonuna sütunundakı 213773.64 manat məbləğ üstəgəl (toplamaq,+) 227.3-cü sətrindəki 71369.86 manat məbləğ və bu 285143.50 manat cəmin nəticəsinin Vergi Məcəlləsinin 114.3.3-cü maddəsində nəzərdə tutulmuş 25 faiz amortizasiya normasına hasilindən (vurulmasından) yaranan 71258.88 manat məbləğdən böyük olduğuna görə” səbəbi ilə kameral vergi yoxlamasının keçirilməsinin mümkün olmadıgı və həmin dövr üçün dəqiqləşdirilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi tələb edilmişdir. Dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmiş, buna baxmayaraq cavabdeh tərəfindən Vergi Məcəlləsinin XVİİİ fəslinin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəalarının iddiaçıya tətbiq edilməməsi, iddiaçının pandemiya dövründə fəaliyyət göstərilməsinə icazə verilən sahədə fəaliyyət göstərməsi əsası ilə iddiaçıya vergi borcunu hesablanmışdır. Həmin qərarda göstərilmişdir ki, “mənfəət vergisi bəyannaməsinin Hesabat dövrünün gəlirlərinin əldə edilməsilə bağlı xərclər hissəsinin 227.3 sətrindəki (Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya) 71369.86 manat məbləği, bəyannamənin 1 nömrəli əlavəsinin 1.1.3-cü sətrinin (Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya üzrə kateqoriyası) hesabat dövrünün sonuna sütunundakı 213773.64 manat məbləğ üstəgəl (toplamaq,+) 227.3-cü sətrindəki 71369.86 manat məbləğ və bu 285143.50 manat cəmin nəticəsinin Vergi Məcəlləsinin 114.3.3-cü maddəsində nəzərdə tutumuş 25 faiz amortizasiya normasına hasilindən (vurulmasından) yaranan 71258.88 manat məbləğdən böyük olduğuna görə, pandemiyadan güzəşt hüququ olmadığı halda güzəştdən istifadə edib”. Halbuki, https://www.taxes.gov.az/files/2/covid19/M28092020 elektron saytından məlumatlardan göründüyü kimi iddiaçı Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısında göstərilmişdir. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş”ə əsasən iddiaçının fəaliyyət sahəsi vergi orqanı tərəfindən pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edilərək iddiaçı fərdi (mikro) sahibkarların dövlət maliyyə dəstəyindən yararlanaraq pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqısının müəyyən hissəsi ödənilmişdir. Bu zaman pandemiya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulan məlumatlar vergi orqanı tərəfindən baza məlumatları ilə avtomatik yoxlanılmış, məlumatların yoxlanılması zamanı uyğunsuzluqlar aşkar edilmədiyindən iddiaçıya “Turan Bank”ın hesab üzrə əməliyyatlar barədə məlumatlarından göründüyü kimi Maliyyə Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahibkarlıq subyekti kimi xx.xx.2020-ci il tarixdə 3.427,75 manat, xx.xx.2020-ci il tarixdə 4.109 manat, xx.xx.2020-ci il tarixdə 3.427,75 manat məbləğində, xx.xx.2020-ci il tarixdə 4.109 manat, xx.xx.2021-ci il tarixdə 5.238,25 manat maddi yardım ödənilmişdir. Həmçinin də Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən xx.xx.2021-ci il tarixdə 3083.08 manat maddi subsidiya ödənilmişdir. Belə olan halda, iddiaçının fəaliyyət sahəsi vergi orqanı tərəfindən pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edildiyi halda, cavabdeh tərəfindən bunun əksinin iddia edilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VİQD nömrəli Qanunu ilə Vergi Məcəlləsində dəyişikliklər edilərək müvəqqəti vergi rejimi dövründə pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmaları müəyyən olunmuşdur. Güzəşt və azadolmaların qanunda göstərilən pandemiyadan zərər çəkən ayrı-ayrı iqtisadi fəaliyyət sahələri ilə yanaşı, Nazirlər Kabinetinin qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə də (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il 120, 31 mart 2020-ci il 122, 24 aprel 2020-ci il 147 və 01 may 2020-ci il tarixli 163 saylı qərarlarında və Nazirlər Kabinetinin 2 mart 2020-ci il, 7 mart 2020-ci il, 20 mart 2020-ci il, 18 aprel 2020-ci il, 1 may 2020-ci il tarixli sərəncamlarında pandemiya dövründə fəaliyyəti məhdudlaşdırılan və fəaliyyətinə icazə verilən iş və xidmət sahələri müəyyən edilmişdir ki, iddiaçının fəaliyyət sahəsi – kod 46901 (ixtisaslaşdırılmamış topdansatış) xüsusi karantin rejimində fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələrə aid edilmişdir. Lakin vergi orqanı tərəfindən iddiaçının faktiki fəaliyyət növü kimi tikinti materiallarının satışı ilə məşgul oldugu barədə dəlillər irəli sürülərək əsassız olaraq Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid olmadığından, eləcə də 2020-ci il ərzində mal, iş və ya xidmətlərin əsasən neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq fəaliyyət göstərən şəxslərə təqdim edildiyini, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarının 4.6.5-ci bəndinə əsasən tikinti materiallarının satışı üzrə fəaliyyətə, habelə həmin Qərarın 4.5.8-ci bəndinə əsasən neft və qazın hasilatı, emalı, saxlanması və satışı üzrə fəaliyyətə pandemiya dövründə icazə verilən sahələr oldugu bildirilərək iddiaçıya Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəaları şamil olunmamışdır. Cavabdeh etirazının dəlili olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vergi orqanı əsassız olaraq mübahisələndirilən inzibati aktla iddiaçıya müvafiq vergi hesablamışdır. “İnzibati icraat haqqında” Qanunun 67.1, 67.2 və 67.3-cü maddələrinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanının iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya münasibətdə vergi məbləğlərinin hesablanmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Vergi Məcəlləsinin işə tətbiq edilən aşagıdakı maddələrinə əsasən: 49.5. vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3. vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. 62.1. hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.

64. vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 94.0.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. Digər tərəfdən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Mübahisələndirilən qərarların inzibati icraat hüququ ilə bağlı olan, yəni formal-hüquqi tərəfinə gəlincə qeyd etmək lazımdır ki, onların qəbulu zamanı icraat qüsurlarına yol verilmişdir. Belə ki, inzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (“İnzibati icraat haqqında” Qanunun 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsi) borcludur. Cavabdeh isə baxılan iş üzrə yuxarıda qeyd olunan formal müddəaları pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2ci maddəyə görə, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə, işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları pozulmuş, müvafiq inzibati aktların qəbul edilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********274700 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarı qanunsuz olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********274700 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********274700 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar