Məhkəmə qərarları › İş №2-1(112)-5319/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5319/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5319/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinasının əsassız hesab edilərək, caabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz və əsasız hesab edilməsi, 01.07.1976-cı ildən 07.10.1977-ci ilədək (1 il 3 ay 6 gün) Tikinti Quraşdırma İdarəsində 2-ci dərəcəli fəhlə, 01.11.1977-ci ilədən 01.09.1978-ci ilədək (10 ay) 16 №-li X7 (DEU) 1-ci dərəcə fəhlə, 05.10.1978ci ildən 14.11.1980-ci ilədək (2 il 1 ay 9 gün) 12 №-li Yevlax X2 3-cü dərəcə elektrik mantyoru işlədiyi, 18.11.1980-cı ildən 13.12.1982-ci ilədək (2 il 25 gün) keçmiş sovet ordusunda hərbi xidmətdə olduğu, 16.02.1983-cü ildən 02.01.1986-cı ilədək (2 il 10 ay 16 gün) 12 №-li Yevlax X2 3-cü dərəcə elektrik mantyoru (kabel leyimləyici), 02.01.1986-cı ildən 10.01.1996-cı ilədək (10 il 8 gün) X6 3-cü dərəcə elektrik mantyoru, 10.01.1996-cı ildən 01.06.2001-ci ilədək (5 il 4 ay 21 gün) X1 kabelçi-leyimləyici, 01.06.2001-ci ildən 05.06.2006-cı ilədək (5 il 4 gün) X1 xətt mantyoru, 05.06.2006-cı ildən hal-hazıradək isə (60 yaşının tamam olduğu pensiya hüququnun yarandığı 01.09.2020-ci ilədək 14 il 2 ay 14 gün) kabelçi-lehimləyici vəzifəsində işlədiyi müddətlərin, ümumilikdə 01.01.2006-cı ilədək 29 il 1 ay 25 gün ümumi, 22 il 10 ay 15 gün güzəştli iş müddətinin ona sığorta stajı kimi hesablanması və bu əsasla da, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 60 yaşının tamam olduğu 01.09.2020-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan indiyədək olan dövr üçün ödənilməli olan pensiya məbləğinin hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1960-cı ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 01.07.1976-cı ildən başlamışdır. Belə ki, 01.07.1976-cı ildən 07.10.1977-ci ilədək (1 il 3 ay 6 gün) Tikinti Quraşdırma İdarəsində 2-ci dərəcə fəhlə, 01.11.1977-ci ildən 01.09.1978-ci ilədək (10 ay) 16 №-li X7 (DEU) 1-ci dərəcə fəhlə, 05.10.1978-ci ildən 14.11.1980-ci ilədək ( 2 il 1 ay 9 gün ) 12 №-li Yevlax X2 3-cü dərəcə elektrik mantyoru işləmişdir. 18.11.1980-ci ildən 13.12.1982-ci ilədək (2 il 25 gün) keçmiş sovet ordusunda hərbi xidmətdə olmuşdur. 16.02.1983-cü ildən 02.01.1986-cı ilədək (2 il 10 ay 16 gün) 12 №-li Yevlax X2 3-cü dərəcə elektrik mantyoru (kabel lehimləyici), 02.01.1986-cı ildən 10.01.1996-cı ilədək (10 il 8 gün) X6 3-cü dərəcə elektrik mantyoru, 10.01.1996-cı ildən 01.06.2001-ci ilədək (5 il 4 ay 21 gün) X1 kabelçi-lehimləyici, 01.06.2001-ci ildən 05.06.2006-cı ilədək (5 il 4 gün) X1 xətt mantyoru, 05.06.2006-cı ildən hal-hazıradək isə (60 yaşının tamam olduğu pensiya hüququnun yarandığı 01.09.2020-ci ilədək 14 il 2 ay 14 gün) kabelçi-lehimləyici vəzifəsində işləyir. Qeyd olunan bütün əmək fəaliyyəti əmək kitabçasında, eləcə də işəgötürən tərəfindən verilmiş 06.10.2020-ci il tarixli, CPP10-01/20№-li güzəştli arayışda müvafiq qeydlərlə və möhürlərlə təsdiq edilmişdir. Beləliklə, əmək kitabçasında, eləcə də işəgötürən tərəfindən verilmiş 04.09.2020-ci il tarixli, 748№4i güzəştli arayışda olan qeydlərə əsasən o, 01.01.2006-cı ilədək 29 il 1 ay 25 gün ümumi, 22 il 10 ay 15 gün xüsusi ( güzəştli şərtlərlə) iş stajına, pensiya hüququnun yarandığı 60 yaşının tamam olduğu 01.09.2020-ci ilədək isə 43 il 9ay 25 gün ümumi, 37 il 6 ay 15 gün xüsusi (güzəştli şərtlərlə) sığorta stajına malikdir. Qeyd olunan bütün əmək fəaliyyəti əmək kitabçasında müvafiq qeydlərlə və möhürlərlə təsdiq edilmişdir. Əmək kitabçasında onun işi ümumi qaydada göstərilən kabelçi yazılmasına baxmayaraq, o, kabelçi-İehimləyici işində işləmişdir ki, bu da, onun peşə ixtisasına uyğundur. Əmək kitabçasında yazılmış qeydiyyatları səhvən işlədiyi idarələrdə kadr şöbələrinin mütəxəssis olmayan işçiləri tərəfindən yazılmışdır. Əmək kitabçasında yazılmış qeydiyyatların səhvən işlənilməsi onun 16.02.1983-cü ildən hal-hazıradək kabelçi-lehimləyici vəzifəsində işlədiyini sübut edən əmək müqaviləsinə dair Elektron İnformasiya sistemi Portalından çıxarılmış Bildirişlərlə və ona imzalanmaqla verilmiş Vəzifə təlimatı ilə təsdiq edilir. Hesab edir ki, 01.01.2006-cı il tarixədək 29 il 1 ay 25 gün ümumi, 22 il 10 ay 15 gün xüsusi (güzəştli şərtlərlə) iş stajına malik olduğundan, 01.01.2006-cı ildən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07.02.2006-cı il tarixli 54-İİİ Q№-li Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 3 (üç) mühüm şərtdən (60 yaşına çatmaq, azı 25 il ümumi iş stajına malik olmaq və bu müddətin azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və digər olan işlərdə işləmək ) ikisi ( azı 25 il ümumi iş stajına malik olmaq və bu müddətin azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və digər olan işlərdə işləmək) mövcud olmuş, üçüncü şərt olan 60 yaşına çatmaq isə 01.09.2020-ci il tarixdə mövcud olmuşdur. Bu səbəbdən də, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 01 sentyabr 2020-ci il tarixdə yaranmışdır. Ona görə də, yaranmış pensiya hüququndan istifadə edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh ona imtina cavabı vermişdir ki, o, bunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir. Qeyd olunanlara əsasən hesab edir ki , məhkəmə işin bu faktik hallarını və qanunvericiliyi əsas tutaraq onun 01.01.2006-cı ilədək 29 il 1ay 25 gün ümumi, 22 il 10 ay 15 gün xüsusi (güzəştli şərtlərlə) iş stajına, pensiya hüququnun yarandığı 60 yaşının tamam olduğu 01.09.2020-ci ilədək isə 43 il 9 ay 25 gün ümumi, 37 il 6 ay 15 gün xüsusi (güzəştli şərtlərlə) sığorta stajına malik olmasını nəzərə alıb, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, 01.07.1976-cı ildən 07.10.1977-ci ilədək (1 il 3 ay 6 gün Tikinti Quraşdırma İdarəsində 2-ci dərəcə fəhlə, 01.11.1977-ci ildən 01.09.1978-ci ilədək (10 ay) 16 №-li X7 (DEU) 1-ci dərəcə fəhlə, 05.10.1978-ci ildən 14.11.1980-ci ilədək (2 il 1 ay 9 gün ) 12 №-li Yevlax X2 3-cü dərəcə elektrik mantyoru işlədiyini, 18.11.1980-ci ildən 13.12.1982-ci ilədək (2 il 25 gün) keçmiş sovet ordusunda hərbi xidmətdə olduğu, 16.02.1983-cü ildən 02.01.1986-cı ilədək (2 il 10 ay 16 gün) 12№-li Yevlax X2 3-cü dərəcə elektrik mantyoru (kabel lehimləyici), 02.01.1986-cı ildən 10.01.1996-cı ilədək (10 il 8 gün) X6 3-cü dərəcə elektrik mantyoru, 10.01.1996-cı ildən 01.06.2001-ci ilədək (5 il 4 ay 21 gün) X1 kabelçi-lehimləyici, 01.06.2001-ci ildən 05.06.2006-cı ilədək (5 il 4 gün) X1 xətt mantyoru, 05.06.2006-cı ildən pensiya hüququnun yarandığı 57 yaş yarımın tamam olduğu 01.03.2018-ci ilədək 11 il 8 ay 26 gün) kabelçi- lehimləyici vəzifəsində işlədiyi müddətlərin, ümumilikdə 01.01.2006-cı ilədək 29 il 1 ay 25 gün ümumi, 22 il 10 ay 15 gün güzəştli şərtlərlə iş müddətin ona sığorta stajı kimi hesablanması və bu əsasla da, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 60 yaşının tamam olduğu 01.09.2020-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan indiyədək olan dövr üçün ödənilməli olan pensiya məbləğinin hesablanıb birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxaracaqdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin l№-li Siyahısı»nda (23100000—12624 qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər — lehimləyicilər), (23200000-19859 qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları), 2№-li Siyahısı»nda (2040100a-19861 (elektrik avadanliğinin təmiri və xidməti üzrə elektrik montyorları), 2040500a-19861 (elektrik avadanliğinin tətniri və xidməti üzrə elektrik montyorları), 2050000a-861 (elektrik avadanliğinin təmiri və xidməti üzrə elektrik montyorları), 2080000a-19861 (elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları), 2100000a-19842 (yarimstansiyalara xidmət edən üzrə elektrik montyorları), 2100000a-19844 (cərəyan dəyişdirici qurğulara xidmət üzrə eiektrik montyorları), 2100000a-19848 (elektrik stansiyalarının elektrik avadanlığının xidməti üzrə elektrik montyorları) və XX111 Bölmənin 23200000-16987 yarımbəndində) elektriklər və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cl il 6 mart tarixli 377 saylı Fərmanının 1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» Siyahısının «Rabitə» adlanan 30-cu bölməsində qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər, qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olan xətti qurğuların telefon rabitəsinin və radiolaşdırmanın elektrik montyorları, Ümumi Peşələr adlanan 35-ci bölməsində qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları göstərilmişdir ki, o, da həmin işlərdə işləmiş və həmin işlər ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaratmışdır. Bu faktlar ərizəsinə əlavə etdiyi şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər - əmək kitabçasının təsdiq edilmiş surəti, hərbi xidməti haqqında arayış, Güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı, Sığorta Şəhadətnaməsinin surəti, 16.02.1983-cü ildən hal-hazıradək kabelçilehimləyici vəzifəsində işlədiyini sübut edən əmək müqaviləsinə dair elektron portaldan çıxarılmış Bildirişlər, DSMF-dən pensiya almamasına dair arayış və Kabel lehimləyicisinin vəzifə təlimatından da, aydın görünür. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Mərkəzi Filialın 22.02.2021-ci il tarixli, **********2 nömrəli imtina məktubu onunla əsaslandırılıb ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 4 ay) təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 39.800 manat təşkil edir, lakin iddiaçının fərdi hesabının sığorta hissəsində, 22 fevral 2021-ci il tarixinə cəmi, 37.029,98 manat qeydə alınmışdır. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı, telekommunikasiya qovşağında elektrik montyoru, xətt montyoru və kabelçi vəzifələrində çalışmışdır. İddiaçı həmin peşələrin güzəştli olduğunu iddia edir. NK-nın 1993-cü il tarixli 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının 29-cu bölməsi (********) “Rabitə” adlanır və orada aşağıdakı peşələr nəzərdə tutulmuşdur: 23100000— 12624: qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər— lehimləyicilər; - 23100000—14629: qurğuşunlaşdırılmış kabellərin, polietilenvə polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçıları; 23100000—19093: şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları 23100000—10095: 300 və daha çox nömrəsi olan şəhər telefon stansiyalarında yerli telefon rabitəsinin telefonçuları; 23100000—19096: şəhər telefon rabitəsində sorğu xidmətinin telefonçuları; - 23100000—19827: qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olan xətti qurğuların telefon rabitəsinin və radiolaşdırmanın elektrik montyorları. NK-nin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiqlənmiş Siyahının “Rabitə” adlanan 30-cu bölməsində aşağıdakı peşələr öz əksini tapıb: qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər - lehimləyicilər; qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçıları; qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olan xətti qurğuların telefon rabitəsinin və radiolaşdırmanın elektrik montyorları. Göründüyü kimi, iddiaçının əmək kitabçasında nəzərdə tutulmuş peşələr NK-nm məlum qərarlarındakı peşələrlə üst-üstə düşmür. Digər tərəfdən, hətta iddiaçının kabelçi- lehimləyici peşəsində çalışdığını qəbul etsələr belə, nəzərə almaq lazımdır ki, bütün kabelçi- lehimləyicilər deyil, yalnız “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər” peşəsi güzəştli peşə hesab olunur. İddiaçıya məxsus əmək kitabçasından onun məhz bu peşədə çalışdığı bəlli olmur. Pensiya kapitalı ilə bağlı hissədə isə Filialın imtinası ƏPQ-nun 9.1-ci maddəsinə əsaslanmaqla qanunidir. Həmin maddəyə görə, “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, -incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır”. Göründüyü kimi, ƏPQ-nin 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. ƏPQ-nin 1.0.8-ci maddəsinə görə, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. ƏPQ-nin 1.0.10-cu maddəsinə görə, pensiya kapitalı- müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alman və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Odur ki, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan 2 şərt reallaşmadığından onun tələbi əsaslı deyildir. Filialın imtinası həm də, ƏPQ-nin 6.2, 6.3 və 45-ci maddələrinin tələblərinə uyğundur. Belə ki, ƏPQ-nin 6.2-ci maddəsinə görə, əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər büttün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. ƏPQ-nin 6.3-cü maddəsinə görə, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. ƏPQ-nin 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göründüyü kimi, İddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 39.800 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin, 22 fevral 2021-ci il tarixdə İddiaçının sahib olduğu pensiya kapitalı cəmi, 37.029,98 manat təşkil edib. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada lazımi şəkildə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatndan imtina haqqında” 22 fevral 2021-ci il tarixli, **********2 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə iddiaçının mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus 000448 nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 01.07.1976-cı il tarixdən 07.10.1977-ci il tarixədək, 01.11.1977-ci il tarixdən 01.09.1978-ci il tarixədək, 05.10.1978-ci il taridən 14.11.1980-ci il tarixədək, 16.02.1983-cü il tarixdən halhazıradək müxtəlif peşələrdə işləmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsi tərəfindən verilmiş 02.09.2020-ci il tarixli, 400 nömrəli arayışdan görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı həqiqətən 18.11.1980-cı il tarixdən 13.12.1982-ci il tarixədək keçmiş Sovet ordusu sıralarında hərbi xidmət keçmişdir. İşdə olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin X3 tərəfindən verilmiş 04.09.2020-ci il tarixli, 748 nömrəli “Güzəştli pensiya təyin olunması üçün işin xüsusi xarakterini təsdiqləyən və əməyin şərtlərini göstərən” Güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən X1 01.12.1976-cı il tarixdən əmək faəliyyətinə başlamışdır. 01.10.1996-cı il tarixdən 01.06.2001-ci il tarixə (əmr K\ə 95 10.01.1996-cı il) kimi X1 kabel lehimləyicisi vəzifəsində işləmişdir. 01.06.2001-ci il tarixdən 05.06.2006-cı il tarixə (əmr k/ə 147/4 01.06.2001) kimi X1 xətt mantyoru işləyib. 05.06.2006-cı il tarixdən (əmr k/ə 59, 05.06.2006-cı il) X1 kabel lehimləyicisi işində zərərli iş rejimində işləyir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 30-cu bəndinə “Rabitə” 1-ci hissəsinə əsasən qurğuşunlaşdırılmış kabellərin, poletilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçi-lehimləyicilər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin X3 tərəfindən verilmiş 04.09.2020-ci il tarixli, 749 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən hal-hazırda X1 Kabel lehimləyicisi vəzifəsində çalışır. İşdə olan 25.08.2014-cü il tarixli və 25.07.2017-ci il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, sözügedən müqavilələr X3 ilə İddiaçı arasında bağlanılmış, həmin müqavilələrdə iddiaçının peşəsi kabelçi-lehimləyən göstərilmişdir. İş materiallarına X3 tərəfindən təsdiq edilmiş 2011-ci il tarixli və 2014-cü il tarixli “Kabel lehimləyicisinin vəzifə təlimatı” əlavə edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 22 fevral 2021ci il tarixli, **********2 nömrəli “Güzəştli şərtlərə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyalası haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsatin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun 91-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın rabitə bölməsində (30) qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filala təqdim etdiyi 3 iyul 1976-cı il tarixli, 000448 nömrəli əmək kitabçasında 01.10.1996-01.06.2001-ci il və 05.06.2006-cı il tarixindən bugünədək X1 kabelçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi kabelçi vəzifəsi yuxarıda qeyd olunan qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər vəzifəsinə uyğun deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (5 il 4 gün) təşkil edir. Bundan bşaqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 39800.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 37029.98 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin X3 tərəfindən verilmiş 22.07.2021-ci il tarixli, 703 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən X1 01.12.1976-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. 01.10.1996-cı il tarixdən 01.06.2001-ci il tarixə kimi (əmr k/ə 95, 10.01.1996-cı il) və 05.06.2006-cı il tarixdən (əmr k/ə 59, 05.06.2006-cı il) hal-hazıra kimi X1 kabel-leyhimləyicisi vəzifəsində işləyir. Əmək kitabçasında kabelçi yazılmasına baxmayaraq, kabel-lehimləyici vəzifəsini icra edir. Zərərli iş rejimində işlədiyi üçün aylıq əmək haqqında əlavə 12 faiz əmək haqqı ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 30-cu bəndinə “Rabitə” 1-ci hissəsinə əsasən (qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçi-lehimləyicilər) güzəştli şərtlərə yaşa görə pensiya hüququna malikdir. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 27.09.2021-ci il tarixli, **********0 nömrəli məktubla təqdim edilmiş “Fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı haqqında” məlumatdan görünür ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 22434,68 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 16116,69 manat olmaqla cəmi pensiya kapitalı 38551,37 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1 -ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 27 il 2 ay iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 22434,68 manat müəyyən - edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 16116,69 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu 01.09.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən 60 yaşının tamam olduğu 01.09.2020-ci il tarixinə 40800,00 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İşdə olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin X3 tərəfindən verilmiş 22.07.2021-ci il tarixli, 763 nömrəli arayışdan görünür ki, Tərtər rayonu Seydimli kənd sakini İddiaçı Məhəməd oğlu 10.01.1996-cı il tarixdən 01.06.2001-ci il tarixə kimi (əmr k/ə 95, 10.01.1996) və 05.06.2006-cı il tarixdən (əmr k/ə 59, 05,06,2006) halhazıra kimi fasiləsiz olaraq X1 kabelçi vəzifəsində işləyir. Ştat cədvəlində əmək itabçasında kabelçi yazılmasına baxmayaraq, kabelçi-lehimləyici vəzifəsini icra edir. Zərərli iş rejimində işlədiyi üçün Kollektiv Müqavilənin şərtlərinə uyğun olaraq aylıq vəzifə maaşına hər ay əlavə 12 faiz əmək haqqı ödənilir. İddiaçı əladə olan son sənədlərində kabelçi-lehimləyici vəzifəsini icra etdiyi öz əksini tapmışdır (Əsas: son əmək müqaviləsi bildirişləri 25.08.2014 və 25.07.2017) (kabellehimləyicisiin vəzifə təlmatı 10.03.2011 və 07.01.2014). Azərbaycan Respublikası Nazirlər Kabinerinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 30-cu bəndinə “Rabitə” 1-ci hissəsinə əsasən (qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçi-lehimləyicilər) güzəştli şərtlərlə yaş görə pensiya hüququna malikdir. Məhkəmə cavabdehin imtinasında və etirazında qeyd olunan dəlilləri, iş materiallarına əlavə olunmuş sübutlarla birlikdə tədqiq edərək belə bir qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə cavabdehin etirazında və imtinasında qeyd olunan dəlillərlə razılaşaraq qeyd edir ki, iddia tələbindən görünür ki, iddiaçının hazırki tələbinin hüquqi əsasını ona hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qüvvədə olan qanunvericilik şəxsə güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsini 3 şərtlə şərtləndirmişdir: 1. Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatması, 2. Tələb olunan ümumi və xüsusi iş stajının toplanması, 3. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Qanunvericiliyin yuxarıda göstərilən şərtlərinin iddiaçıya münasibətdə ödənilib-ödənilməməsinin müəyyən edilməsi məqsədilə məhkəmə araşdırması aparılmış və araşdırma nəticəsində işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş 60 yaş həddinə 01.01.2021-ci il tarixdə çatmışdır. Lakin, o, 25 il ümumi iş stajına və 12 il 6 aydan çox xüsusi iş stajına malik olsa da, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubunun surətindən müəyyən edilmişdir ki, iddiaçıya güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanın əsasları kimi aşağıdakılar göstərilmişdir:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın rabitə bölməsində (30) qurğuşunlaşdırılmış kabellərin, poletilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filala təqdim edilmiş 3 iyul 1976-cı il tarixli, 000448 nömrəli əmək kitabçasında iddiaçının 01.10.1996-cı il tarixdən 01.06.2001-ci il tarixədək və 05.06.2006-cı il tarixdən bugünədək X1 kabelçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi kabelçi vəzifəsi həmin qeyd olunan qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər vəzifəsinə uyğun deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (5 il 4 gün) təşkil edir.

2. İddiaçının fərdi hesabının sığorta hissəsidnə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Cavabdehin imtina məktubunda göstərilən yuxarıdakı hallar məhkəmə tərəfindən aidiyyəti qurumlara sorğular verilərək araşdırılmış və həmin qurumlardan daxil olan cavab məktublarına (arayışlara) əsasən müəyyən edilmişdir ki, İddiaçı Məhəməd oğlu 10.01.1996-cı il tarixdən 01.06.2001-ci il tarixə kimi (əmr k/ə 95, 10.01.1996) və 05.06.2006-cı il tarixdən (əmr k/ə 59, 05.06.2006) hal-hazıra kimi fasiləsiz olaraq X1 kabelçi vəzifəsində işləyir. Ştat cədvəlində əmək kitabçasında kabelçi yazılmasına baxmayaraq, kabelçi-lehimləyici vəzifəsini icra edir. Zərərli iş rejimində işlədiyi üçün Kollektiv Müqavilənin şərtlərinə uyğun olaraq aylıq vəzifə maaşına hər ay əlavə 12 faiz əmək haqqı ödənilir. Onun işlədiyi peşə üzrə Azərbaycan Respublikası Nazirlər Kabinerinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 30-cu bəndinə “Rabitə” 1-ci hissəsinə əsasən (qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçi-lehimləyicilər) güzəştli şərtlərlə yaş görə pensiya hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin X3 tərəfindən verilmiş yuxarıda qeyd edilən arayışdan görünür ki, həmin arayış özündə ehtiva etdiyi məlumatlara əsasən iddiaçının güzəştli iş stajını təsdiq edən sübut kimi qiymətləndirilməlidir. Lakin, iddiaçının ümumi və xüsusi iş stajının olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmasına baxmayaraq, cavabdehin imtinasında göstərilən ikinci dəlilin (iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi) əsaslı olması müəyyən edildiyindən (iddiaçının 60 yaşının tamam olduğu 01.09.2020-ci il tarixinə 40800.00 manat tələb olunduğu halda, onun fərdi hesabının sığorta hissəsində cəmi 38551.37 manat məbləğində pensiya kapitalı qeydə alınmışdır) iddiaçıya münasibətdə şəxsə güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 3-cü şərt (fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kaptalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməsi) ödənilməmişdir. Göründüyü kimi, iddiaçının güzəştli şərtlələrlə pensiya hüququna malik olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar