Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-532/2020 05.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi X2rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Texniki peşə məktəbində təhsil aldığı müddət, xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək dövrü güzəştli iş stajı hesab edilməsi, xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixə və xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövürləri sosial siğorta stajına daxil etməklə yaşa görə güzəştli şərtlə əmək pensiyasına hüququ yarandığı tarixdən təyin edilməsi öhdəliynin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 1975-ci ildən 1978-ci ilədək Mingəçevir şəhər 39 saylı orta texniki peşə məktəbində təhsil müddətinin və xx xxxxxxxx 1981-ci il tarixdən xx xxxx 1992-ci il tarixədək işlədiyi müddətin sosial siğorta stajına daxil edilməklə ona xx xxxxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, yaşa görə güzəştli şərtlə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2019-cu il tarixdə Asan xidmətə ərizə ilə sənədlərini təqdim etmişdir. Ona xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi yanında Dövlət X9 Sumqayıt şəhər şöbəsi tərəfindən ərizəsinə cavab olaraq bildirilmişdir ki, 12 il 6 ay güzəştli sığorta stajına qarşı 10 il 9 ay 6 gün sosial sığorta stajı olduğundan ona güzəştli şərtlə əmək pensiyası təyin edilməmişdir. O, xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək xüsusi zərərli əmək şəraitində Sumqayıt dəmir-beton məmulatları istehsalı üzrə zavodda 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsində işləmişdir. Müəssisə faəliyyət göstərmədiyindən həmin müəssisədən güzəştli iş stajı barəsində arayış təqdim edə bilmir. Həmin dövrlər sosial sığorta stajına daxil olunmalıdır. Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddiaçının x xxxxxx 2006-cı il tarixnə olan ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Belə olan halda iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında nümayəndəsi və vəkili X11 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Ağdaş şəhərində doğulmuşdur. - İddiaçı məxsus № 319083 nömrəli diplomun surətindən görünür ki, o, 1975-1978-ci il tarixdək Minsk şəhəri 39 №-li orta texniki peşə məktəbində təhsil almışdır. - İddiaçı məxsus NZ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilədək Sumqayıt Trestində çilingər, 3cü dərəcəli elektrik və 4-cü dərəcəli çilingər, xx.xx.1992-ci ildən xx.xx.1998-ci il tarixədək Sumqayıt dəmir-beton məmulat, istehsalat üzrə zavodunda 5-ci və 6-cı dərəcəli quraşdırmaçı-çilingər, xx.xx.1998-ci ildən xx.xx.2003-cü il tarixədək “X5” ATS-də baş mexanik vəzifələrində işləmişdir. - Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Mərkəzidomnatəmir” tresti Sumqayıt TTQİ-də hal hazırki “X10” ASC-də metallurqiya zavodunda daimi iştə və tozlu şəraitdə təmiri ilə məşğul olan metal konstruksiyalı quraşdırıçı işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının İİİ bölməsinin ******* yarımbölməsinin 14587 şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun pensiya almaq hüququ verir. İşlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. -Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 Sumqayıt şəhər şöbəsinin iddiaçıya cavab olaraq verdiyi xx.xx.2019-cu il tarixli, **********0 nömrəli məktubdan görünür ki, İddiaçı 1975-ci il tarixdən 1978-ci il tarixədək məcburi dövlət sosial siğortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarışılıqlı hüquq münasibətləri yaranmır. Bundan əlavə, pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd edilən xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək sosial siğorta stajı yoxlanılmışdır. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından həmin illərin sosial siğorta stajına daxil edilməsi qanuna ziddir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 12 il 6 ay güzəştli sosial sığorta stajına qarşı 10 il 09 ay 06 gün sosial sığorta stajı olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. - Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X1 xx.xx.2019-cu il tarixli, **********721400 nömrəli məktubundan görünür ki, “X10” ASC-nin hüquqi ünvanı ünvan 2 uçot baza məlumatlarına əsasən isə fəaliyyəti aktivdir. - Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2020-ci il tarixli, № 161 nömrəli məktubundan görünür ki, MDT (ЦДР) və Dəmirbeton məmulatları müəssisələrinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət X6 dövlət mühafizəsinə təhvil verilməmişdir. - Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş Departamentinin xx.xx.2020-ci il tarixli, **********045400 nömrəli məktubundan görünür ki, “X5” ASC-nin (VÖEN:**********) təsis sənədləri qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli, **********81 nömrəli məktubundan görünür ki, “Sumqayıt dəmir beton məmulatları istehsalı üzrə rayonlarası zavod”un özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Komitəsində hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 27 il 1 ay 10 gün təşkil etsə də tələb olunan güzəştli iş stajı 10 il 9 ay 6 gün təşkil edir ki, bu da 12 il 6 aydan azdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı ilə qədər zəruri olan güzəştli sığorta stajı 12 il 6 aydan az olduğundan iddiaçının tələbi əsassız olmaqla cavabdeh inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-532/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-532/2020
05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver