Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5324/2020 28.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya fərqinin ödənilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, keçmiş illərin pul qalıqlarının birdəfəlik ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1146/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmış, iş materialları 02 iyul 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı SSRİ və Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli və həqiqi xidmətdə olmuş, müxtəlif səbəblərdən pensiya təyinatı gecikmə ilə 2019-cu ilin dekabr ayında təyin edilmişdir. İddiaçının 1996-cı ildən pensiya hüququ yaransa da, pensiya fərqi keçmiş 3 il üçün ödənilmişdir. Dəfələrlə keçmiş dövrlərin pulunun ödənilməsi üçün müraciətlər etsə də, cavabdeh orqan tərəfindən şəxsi mülkü hesab edilən keçmiş dövrlər üçün pulunun ödənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair xx.xx.2020-ci il tarixli, **********6 yazılı etirazda iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********9 saylı məktubunda qeyd edilmiş maddi hüquqi normalara istinad edilməklə iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə ünvanladığı və xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramda xx.xx.2020-ci il tarixdə keçiriləcək məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirak olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə göstərilənlərə əsasən iş üzrə şifahi məhkəmə baxışı iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini mümkün hesab etmişdir. İnzibati Prosessual Məcəllənin2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iddiaçıya aid 029980 nömrəli pensiya işində olan sənədlərdən müəyyən edilir ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “əmək pensiyasının təyin edilməsi haqqında” **********0 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin məlumat vərəqəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin tarixdə qüvvədə olmuş müddəalarının tələblərinə uyğun olaraq keçmiş üç il müddət üçün pensiyanın fərq məbləği yenidən hesablanmışdır. İş materiallarından məlum olur ki, İddiaçı keçmiş dövr üçün fərq məbləğinin hesablanması və ödənilməsi barədə ərizə ilə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, sonuncunun ərizəyə cavab olaraq iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********9 saylı məktubunda bildirilmişdir ki, o, 20 noyabr 2019-cu il tarixdə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İdarəyə təqdim olunmuş 7 noyabr 2019-cu il tarixli, MN-12539 nömrəli məlumat vərəqəsinə uyğun olaraq, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən ona təminat xərcliyinin (895,60) manat 56 faizi – 501.54 manat məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi və qanunvericilikdə keçmiş dövr üzrə pensiya məbləğinin hesablanması üçün üç il müddətin nəzərdə tutulduğu qeyd edilməklə əvvəlki illər üzrə pensiyanın ödənilməsindən imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmənin qənaəti belədir ki, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da, ümumən, hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Məhkəmə hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İddiaçının ona əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərq məbləğinin ödənilməsi barədə cavabdeh orqana 2017-ci il 01 iyul tarixindən sonra müraciət etməsi iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (52-ci maddə). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya fərqinin ödənilməsi barədə” iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya fərqinin ödənilməsi barədə” iddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz)gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 SƏDRLİK EDƏN: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5324/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5324/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver