Məhkəmə qərarları › İş №2-1(112)-5324/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5324/2023

22.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5324/2023 22.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə öhdəliyin cavabdeh Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsəlləri Baş İdarəsi üzərinə qoyulması haqqında qərar qəbul edilməsi xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 16 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün müraciət etmişdir. İddiaçının həmin müraciətinə 05 dekabr 2022-ci il tarixdə K/H-2667 saylı məktubla cavab verilərək göstərilmişdir: “Dövlət Miqrasiya Xidmətinə daxil olmuş xx.xx.2018-ci il tarixli 2500/m nömrəli müraciətiniz əsasında Daxili İşlər Nazirliyinin MAPS şöbəsinə xx.xx.2018-ci il tarixdə sorğu göndərilmiş və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (7 dekabr 1998-ci tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatınızın olmadığı müəyyən edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətiniz tanınmamış və barənizdə xx.xx.2018-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Bununla belə, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etməyi tövsiyə olunur". İddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə 29 mart 2018-ci il tarixli ******* nömrəli qərarda qeyd olunmuşdur ki, iddiaçı 2002-ci ildən 2018-ci ilədək ölkə hüdudlarından kənarda yaşamışdır. İddiaçı bununla bağlı bildirmişdir ki, bu faktın özü tamamilə yanlışdır. Çünki iddiaçı doğulduğu 1955-ci ildən bu günədək heç vaxt Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmamışdır. İddiaçı qeyd etmişdir ki, daha sonra qərarda yenə yanlış məlumat yazılaraq onun guya 7 oktyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında daimi qeydiyyatı olmadığı göstərilmişdir. Hər iki fakt həqiqəti əks etdirmir. Çünki, iddiaçı anadan olduğu vaxtdan bu günədək Azərbaycan Respublikasından kənarda olmamışdır. İddiaçıya keçmiş SSRİ tərəfindən verilmiş pasportda da qeyd olunub ki, xx xxx 1955-ci ildə Şəki rayonunda anadan olmuş İddiaçı 9 iyul 1976-cı ildə Bakı şəhəri keçmiş Kirov- indiki Binəqədi rayonu, keçmiş Vorovskiy, indiki X4 qəsəbəsi Sovet Ordusunun 40 illiyi küçəsi ev 82-də qeydiyyata alınmış və xx.xx.2002-ci ildə oradan qeydiyyatdan çıxıb, ünvan 1 ünvanda qeydiyyatdadır. Hər halda, bu pasport bu gün qüvvəsini itirmiş olsa da içindəki məlumatların dəqiqliyi şübhə doğurmur. Binəqədi rayon İcra Hakimiyyətinin M.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi də bu faktı təsdiq edən arayışlar tarixi ardıcıllıqla verilmişdir. Həmin sənədlərin surətini və özünü təqdim etsə də Miqrasiya Xidməti nəzərə almayıb. İddiaçı bu Respublikada doğulub boya-başa çatmışdır. Onun artıq 68 yaşı var. Bir də ki, artıq 4 ildir ki, pensiya yaşım çatıb, amma pensiya ala bilmirəm. Şəxsiyyət vəsiqəsi yoxdur. Həmçinin, iddiaçının şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə hüquqlarını dövlət orqanlarında müdafiə etmək üçün vəkil və digər şəxslərin xidmətlərindən də istifadə edə bilmir. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, iddiaçının Dövlət Miqrasiya Xidmətinə daxil olmuş xx.xx.2018-ci il tarixli 2500/m nömrəli müraciəti əsasında Daxili İşlər Nazirliyinin MAPS şöbəsinə xx.xx.2018-ci il tarixdə sorğu göndərilmiş və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (7 dekabr 1998-ci tarixədək) iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatının olmadığı müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamış və barəsində xx.xx.2018-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Bununla belə, iddiaçıya Azərbaycan Respublikasının vətəndaşlığına qəbul ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etməyi tövsiyə olunmuşdur.

4. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Binəqədi Qəsəbəsi üzrə Nümayəndəsinin 272 nömrəli, xx.xx.2022-ci il tarixli Arayışında qeyd olunur ki, Həsənov X2, ev 1 ünvanında xx.xx.2002-ci il tarixdən qeydiyyatdadır.

5. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə Nümayəndəliyinin 420 nömrəli, xx.xx.2022-ci il tarixli Arayışında qeyd olunur ki, İddiaçı Ə.Əlixanov (Sovet ordusunun 40 illiyi) küçəsi, 82 saylı evdə 1971-ci ildən 2002-ci ilə kimi daimi pasport qeydiyyatında olub.

6. Azəbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 29 mart 2018-ci il tarixli, ******* nömrəli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” Qərarında qeyd olunur ki, xx xxx 1955-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmasın.

7. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə cavdeh qismində Azərbaycan Respublikası Dövlət X1 Məsələləri Baş İdarəsinin qeyd olunması formal xəta hesab olunmuşdur. İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə müraciəti üzrə inzibati araşdırma aparılması üçün bir ay müddət təyin edilmiş və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən aparılmış inzibati icraatın nəticəsi barədə məhkəməyə məlumat verilməsi tələb edilmişdir.

8. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən ünvanlanan məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

9. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-ci il tarixli, ******* nömrəli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” Qərarında qeyd olunur ki, xx xxx 1955-ci il təvəllüdlü İddiaçı barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 29 mart 2018-ci il tarixli ******* №-li qərar ləğv olunmuş və xx xxx 1955-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iddiaçı və cavabdehin nümayəndəsi iştirak etməmişdir.

11. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

12. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurum olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

13. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar