Məhkəmə qərarları › İş №2-1(112)-5326/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5326/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5326/2021 20.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı (üçüncü şəxs Kəlbəcər Rayon İcra Hakimiyyəti) “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı (üçüncü şəxs Kəlbəcər Rayon İcra Hakimiyyəti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 məcburi köçkün olması və ona məcburi köçkün vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X6 birgə nikahlarından 25.07.2003-cü il tarixdə X11 dünyaya gəlmişdir. Bir müddət birlikdə yaşasalar da, onlar 28.11.2003-cü il tarixdə ayrılmışlar. Ayrılan zaman X12 övladı X4 imtina etmiş və uşaq atası ilə birgə yaşayır. X11 hazırda dövlət tərəfindən verilən yemək xərcini alır və köçkün kimi Kəlbəcər rayon Şəhər İcra Nümayyəndəliyində daimi qeydiyyatdadır. Dövlət tərəfindən verilən bütün yardımları da almışlar. X12 ayrılandan bir müddət sonra yerli vətəndaşla, yəni qaçqın olmayan şəxslə ailə qurmuşdur. Buna görə də onun qaçqın statusu ləğv edilmişdir. X11 hazırda Bakı Dövlət Univerisitetinin Qazax filialında təhsil alır. O, ödənişli əsaslarla təhsil aldığı üçün təhsil haqqı ödəməlidir. Ancaq qanunla müəyyən edilmiş qaydalara əsasən məcburi köçkünlər dövlət ali təhsil müəsissələrində təhsil xərcindən azaddırlar. İbrahimova Sonya 2020-ci ilin dekabr ayınadək Kəlbəcər rayon Bağırlı kənd sakini olmuşdur. Göstərilənlərə əsasən X5 məcburi köçkün olması və ona məcburi köçkün vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 izahatında bildirdi ki, Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Əsasnaməsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs bu Qaydaların 2.4-cü bəndində göstərilən sənədləri Komitənin yerli nümayəndələri, Komitənin yerli nümayəndələri olmayan şəhər və rayonlarda isə icra hakimiyyəti orqanları vasitəsi ilə Komitəyə təqdim etməlidir. Məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina edilməsi haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. İddiaçı Komitəyə müraciəti əsasında, övladı 25.07.2003-ci il təvəllüdlü X9 məcburi köçkün statusunun verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlər Komitənin Status sektorunda araşdırılmış və müəyyən olunmuşdur ki, Mamedov X1 rayonunun işğalından sonra X12 ilə rəsmi nikaha daxil olmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı ilə X12 arasındakı nikah pozulmuşdur. Bununla yanaşı, İddiaçı ünvan 1 ünvanında, X6 isə Gəncə şəhəri, Nizami rayonu, Gülüstan massivi ünvanında yaşayış yeri üzrə qeydiyyatda olması müəyyən olunmuşdur. Odur ki, X5 anası X6 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğal olunmuş rayon (şəhər) olmadığından, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, həmin Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən yalnız atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu verilir. X5 anası X6 yaşayış yeri üzrə qeydiyyatı işğal olunmuş rayon (şəhər) deyil, məhz Gəncə şəhəri, Nizami rayonudur. Beləliklə, X5 anası X6 yaşayış yeri üzrə qeydiyyatı işğal olunmuş rayon olmadığından, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a müvafiq olaraq, X9 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. İddiaçı öz iddia ərizəsində övladı X5 Kəlbəcər rayonunda daimi qeydiyyatda olduğunu, həmçinin məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinəti aldığını qeyd etmişdir. İddiaçı övladı 25.07.2003-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək “məcburi köçkün” statusuna malik şəxsin himayəsində olmaqla dövlət tərəfindən verilən müəyyən yardımlardan faydalanması, onun məcburi köçkün statusunu təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. Hazırda da elə məcburi köçkün ailələri vardır ki, ailə üzvləri arasında “məcburi köçkün” statusu olmayan yetkinlik yaşına çatmamış şəxslər var və həmin şəxslər “məcburi köçkün” statusu olan şəxsin himayəsində olduğundan güzəştlərdən istifadə edirlər. Lakin onlar yetkinlik yaşına çatdıqdan sonra onlara verilən güzəştlər dayandırılır və qanunvericiliyin tələbinə uyğun deyilsə, həmin şəxslərə “məcburi köçkün” statusu verilmir. Yəni, həmin uşaqlar güzəştlərdən istifadə edirsə, bu o demək deyildir ki, onlar mütləq “məcburi köçkün” statusuna malikdirlər. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının X20 Ərazi Dairəsi üzrə nümayəndəliyinin 14.01.2021-ci il tarixli 02 saylı arayışından görünür ki, Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının X20 Ərazi Dairəsi üzrə nümayəndəliyin sabiq Bağırlı kənd sakini X12 2020-ci il dekabr ayına qədər Bağırlı kənd sakini kimi qeydiyyatda olmuşdur. İş materiallarında olan Kəlbəcər Rayon Məhkəməsinin 2-113/2003 saylı 28.11.2003cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X14 arasında olan 27 avqust 2003-cü ildə Kəlbəcər rayon VVAQ Şöbəsində qeyd edilmiş nikah akt qeydi ləğv edilmişdir. İş materiallarında olan AA seriyalı 396262 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Mamedov X1 rayonundan məcburi köçkündür. İş materiallarında olan Kəlbəcər rayon VVADQ şöbəsi tərəfindən 27.08.2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı 394417 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 25.07.2003-cü il tarixdə doğulmuşdur, atası İddiaçı, anası isə X14 qeyd edilmişdir. İş materiallarında olan Kəlbəcər rayon VVADQ şöbəsi tərəfindən 06.06.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 051747 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X14 arasında olan nikahı ləğv edilmişdir. İş materiallarında olan Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X2 şəhəri, Nizami rayonu, Gülüstan massivi ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X13 Üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış 18.12.2020-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətlərinizə baxılmışdır. Bildiririk ki, “Azərbaycan Respublikası məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə görə, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X13 Üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış 03.05.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin vətəndaş X9 məcburi köçkün statusunun verilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə müraciətin olub-olmamasıyla bağlı müraciətinizə baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə görə, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi nəzərdə tutulduğundan, X7 anası X12 işğal rayonunda qeydiyyatda olmadığından yuxarıda qeyd olunan Qaydaların tələblərinə əsasən ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi mümkün deyildir. Əlavə olaraq bildiririk ki, X9 məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmədiyindən status almaq üçün təqdim olunmuş sənədləri Komitədə saxlanılmayıb vətəndaşa verilməsi üçün Gəncə şəhər nümayəndəliyinə qaytarılmışdır. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın tələbinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qaydaların: 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir; 2.1-ci maddəsinə əsasən “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. 4.1-ci maddəsinə əsasən “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə X12 rəsmi nikahı münasibətlərində olmuşlar, onların birgə nikahlarından 25.07.2003-cü il tarixdə X11 doğulmuşdur. X9 məcburi köçkün statusunun verilməsi üçün cavabdehə müraciət edilsə də, cavabdeh inzibati orqan X7 anası X12 işğal rayonunda qeydiyyatda olmadığından müraciətin təmin edilməsindən imtina etmişdir. «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1.6-cı maddəsinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İş materiallarından görünür ki, X7 anası X2 şəhəri, Nizami rayonu, Gülüstan massivi ünvanında qeydiyyatdadır. Göründüyü kimi, X6 qeydiyyatı işğal olunmuş rayon (şəhər) deyil. Bu baxımdan qeyd olunan Qaydaların tələblərinə əsasən X10 “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar