Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5334/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X9 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X9 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən barəsində 1248,87 manat vergi borcunun və 395,89 manat faiz borcunun hesablanması barədə 5 dekabr 2022-ci il tarixli **********696600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi və vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) 2021-ci ilin iyul ayında xaricdən 1 ədəd VOLVO markalı yük avtomobili və 1 ədəd tentli furqon idxal etmişdir. xx.xx.2021-ci il tarixində yük avtomobilinə 99ZL992, tentli furqona 99ZD992 dövlət nömrə nişanı verilmişdir. Maliyyə vəziyyəti ilə əlaqədar olaraq həm yük avtomobilini, həm də tentli furqonu 2022-ci ilin avqust ayında X2. Həmçinin 2021-ci ilin sentyabr ayında xaricdən 1 ədəd VOLVO markalı yük avtomobili və 1 ədəd tentli furqon idxal etmişdir. xx.xx.2021-ci il tarixində yük avtomobilinə 90ND992, tentli furqona isə 99ZJ992 nömrə nişanı verilmişdir. Bu avtomobil satılmamışdır və onun adındadır. Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən 2021-ci ilin 4-cü rübü üçün ona 2596,03 manat sadələşdirilmiş vergi hesablanmışdır. Bu vergiyə görə 643,82 manat faiz hesablanmışdır. 27 sentyabr 2022-ci il tarixində vergilərin hesablanması barədə **********772400 avis nömrəli qərar çıxarılmışdır. İddiaçı 20 oktyabr 2022-ci il tarixində Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə **********949800 avis nömrəli şikayət ərizəsi ünvanlamışdır. 27 oktyabr 2022-ci il tarixində müraciətinə baxılması ilə bağlı **********887100 avis nömrəli məktub daxil olmuşdur. Həmin məktubun mətninə əsasən cavabdeh tərəfindən yetərsiz cavab verilmiş və yenidən təsdiqedici sənədlər istənilmişdir. 05 noyabr 2022-ci il tarixində həmin məktuba cavab olaraq yenidən notarial təsdiqli sənədlərlə birlikdə iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə **********498100 avis nömrəli şikayət ərizəsi ünvanlamışdır. 21 noyabr 2022-ci il tarixində **********686100 avis nömrəli cavab məktubu daxil olmuşdur. Həmin məktuba yenə də əsassız, qeyri-adekvat yanaşmalı cavab yazılmışdır. Belə ki, 27 oktyabrda təsdiqedici sənədlər istənilsə də cavabdeh tərəfindən məktubda artıq yetərli cavab verildiyi qeyd edilmişdir. Cavabdehin qeyri-düzgün, qərəzli yanaşması verdiyi qərardan açıq aydın görsənir. Belə ki, 2021-ci ilin 3-cü rübündə maşınlar iddiaçı tərəfindən idxal olunmuşdur. Həmin rübdən də maşınlar adına ola-ola təqdim olunma kimi nəzərə alınmış və faizləri 2021-ci ilin iyul ayından hesablamağa başlanmışdır. Əgər işlə məşğul olan vergi müfəttişi Daxili İşlər Nazirliyinin elektron informasiya sisteminə baxsa idi maşınların onun adına olmağını görərdi. Tərəfindən 2021-ci ilin 4-cü rübü üçün təqdim olunan sadələşdirilmiş bəyannamənin 1 nömrəli əlavəsinin 1.1.3. nəqliyyat vasitələri sətrində 129 801,70 AZN məbləğ idxal kimi daxil olma bölməsinə yazılmış və dövrün sonuna qalıq kimi göstərilmişdir. İddiaçının həmin bu xx.xx.2022-ci il tarixli şikayət ərizəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində yenidən baxılmış və 05 dekabr 2022-ci il tarixində **********696600 nömrəli yeni qərar qəbul olunmuşdur. Belə ki, həmin qərarda hesablanmış 2596,03 manat vergi və 643,82 manat faiz silinmiş və yenidən 1248,87 manat vergi və 395,89 manat faiz borcu hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində 129801,7 manat dəyərində 4 ədəd nəqliyyat vasitəsi idxal edilməsinə baxmayaraq, müvafiq dövr üzrə sadələşdirilmiş vergi bəyanaməsinin göstəricilərinin azaldılmaqla təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixli **********717200 nömrəli müracətində təqdim edilmiş sənədlərin araşdırılması zamanı, idxal edilmiş 2 ədəd nəqliyyat vasitəsinin vergi ödəyicisinin mülkiyyətində, 2 ədəd nəqliyyat vasitəsinin (yəhərli dartici: Volvo FH (dizel) ili:2012 müh.həcmi:12777 kb.sm şassi/ban no:YV2AG20A0DB640424 və yarimyedək:Schmitz S01 ili: 2010 müh.həcmi:0 kb.sm şassi/ban no:WSM**********5232) digər şəxsin (X8) mülkiyyətində olduğu (digər şəxsə təqdim edildiyi) müəyyən edilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə təqdim edilmiş bəyannamədə dövriyyə məbləğinin qeyd edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********657400 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamələrin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin 4-cü rübü üzrə bəyannamənin 1 nömrəli əlavəsinin 1.1.3-cü sətrinin (Nəqliyyat vasitələri) hesabat dövrünün sonuna sütununa 67358,2 manat qeyd edilmiş, təqdim edilmiş nəqliyyat vasitələri üzrə 1248,87 (62443,5*2%=1248,87) manat vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********696600 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Vergi Məcəlləsinin: 94.0.2ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi, məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 220.1-cü maddəsinə əsasən Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********696600 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarından görünür ki: -xx.xx.2022-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********772400 nömrəli Qərarına əsasən Hesablanmış Vergilərinizin, Sosial Sığorta və İşsizlik Sığortası Haqlarınızın Xülasəsində 2021-ci il 4-cü rübü üçün sadələşdirilmiş vergi əməliyyatı üzrə Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 2.596,03 manat, Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 2.596,03 manat təşkil edir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X9 üzrə Baş İdarəsinin İddiaçı ünvanladığı müraciətə baxılması barədə məktubunda qeyd edilmişdir ki, Sizin 2021 -ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə hesablanmış kameral vergi məbləğinin azaldılması barədə müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2022-ci ıl tarixli **********949800 nömrəli) Bakı şəhəri X9 üzrə Baş İdarəsində baxılmışdır. Araşdırma zamanı 2021-ci il ərzində tərəfinizdən 129801.70 manat dəyərində 4 ədəd nəqliyyat vasitəsi idxal edilməsinə baxmayaraq müvafiq dövr üzrə sadələşdirilmiş vergi bəyannaməsinin göstəricilərinin azaldılmaqla təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 32.2-ci maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1 -ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, ış üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Qeyd edilənlərlə əlaqədar, müvafiq izahatın, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin (notarial qaydada təstiq olunmuş formada), müvafiq dövr üzrə bank hesabından çıxarışların, dəqiqləşmiş bəyannamə təqdim edərək idxal edilmiş nəqliyyat vasitəsini həmin bəyannamənin 1 nömrəli əlavəsinin 1.1.3 (nəqliyyat vasitələri) sətirində göstərilməsi və araşdırma üçün zəruri olan digər təsdiqedici sənədlərin vergi orqanına təqdim edərək yenidən müraciət edilməsi Sizə bildirilir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. -xx.xx.2022-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********696600 nömrəli Qərarına əsasən Hesablanmış Vergilərinizin, Sosial Sığorta və İşsizlik Sığortası Haqlarınızın Xülasəsində 2021-ci il 4-cü rübü üçün sadələşdirilmiş vergi əməliyyatı üzrə Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 1.248,87 manat, Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 1.248,87 manat təşkil edir. İnzibati icraat materiallarında olan Yük Gömrük bəyannamələrindən görünür ki, İddiaçı (VÖEN **********) tərəfindən 63500 məbləğində mal idxal olunmuşdur:
1. xx.xx.2021-ci il tarixli **********137 nömrəli bəyannamə ilə ********** kodlu, 1 ədəd, qiyməti 26000 (xey) olan yəhərli dartıcı: volvo fh
2. xx.xx.2021-ci il tarixli **********185 nömrəli bəyannamə ilə ********** kodlu, 1 ədəd, qiyməti 7000 (xey) olan yarım yedək: koegel
3. xx.xx.2021-ci il tarixli **********936 nömrəli bəyannamə ilə ********** kodlu, 1 ədəd, qiyməti 22500 olan yəhərli dartıcı: volvo fh
4. xx.xx.2021-ci il tarixli **********924 nömrəli bəyannamə ilə ********** kodlu, 1 ədəd, qiyməti 8000 olan yarımyedək:schmitz Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-119846/2023 nömrəli məktubu ilə göndərilmiş İddiaçı mülkiyyətində olmuş "VOLVO FH YÜK" markalı, YV2AG20A0DB640424 şassi nömrəli və "SCHMİTZ YARİMQOŞQU" markalı, WSM**********5232 şassi nömrəli nəqliyyat vasitələrinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş alqı-satqı müqavilələrinin, əlavə olaraq digər sənədlərin surəti və qeydiyyat hərəkətləri barədə məlumatlardan görünür ki: -Qeydiyyat nişanı: 99ZD992, şəhadətnamə: BB110738, şəhadətnamənin verilmə tarixi: xx.xx.2021, marka: schmitz yarımqoşqu, buraxılış: 2010, rəngi: boz, gümüşü, şassi: WSM0**********5232 nəqliyyat vasitəsinin sahibi: İddiaçı, ünvan: Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, qeydiyyat üçün əsas: gömrük vəsiqəsi – 755545 AMBGİ, nəqliyyat vasitəsi xx.xx.2022-ci ildə qeydiyyatdan çıxıb, alqı-satqı müqaviləsi əsasında X1. X6 adına xx.xx.2022-ci ildə şəhadətnamə verilmişdir. -Qeydiyyat nişanı: 99ZL992, şəhadətnamə: BB110734, şəhadətnamənin verilmə tarixi: xx.xx.2021, marka: Volvo fh yük, buraxılış: 2012, rəngi: göy, şassi: YV2AG20A0DB64024 nəqliyyat vasitəsinin sahibi: İddiaçı, ünvan: Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, qeydiyyat üçün əsas: gömrük vəsiqəsi – 755762 AMBGİ, nəqliyyat vasitəsi xx.xx.2022-ci ildə qeydiyyatdan çıxıb, alqı-satqı müqaviləsi əsasında X1. X6 adına xx.xx.2022-ci ildə şəhadətnamə verilmişdir. -xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” İddiaçı özünə məxsus ola VOLVO FH YÜK markalı, 99ZL992 dövlət qeydiyyat nişanlı, 2012 buraxılış ili, YV2AG20A0DB640424 ban nömrəli, 23 avqust 2022-ci ildə BB110734 seriyalı qeydiyyat şəhadətnaməli nəqliyyat vasitəsini 20,000 manata “alıcı” X4 və bu məbləği “satıcı” “alıcı”dan alıb. - xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” İddiaçı özünə məxsus ola SCHMİTZ YARİMQOŞQU markalı, 99ZD992 dövlət qeydiyyat nişanlı, 2010 buraxılış ili, WSM0**********5232 ban nömrəli, 23 avqust 2022-ci ildə BB110738 seriyalı qeydiyyat şəhadətnaməli nəqliyyat vasitəsini --- manata “alıcı” X4 və bu məbləği “satıcı” “alıcı”dan alıb. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli qərarını xx.xx.2022-ci il tarixli iddia ərizəsini məhkəməyə təqdim etməklə iddia müddətini ötürməmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər -219.1-ci maddəsinə görə hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. -219.2-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.1-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma obyektidir -220.1-ci maddəsinə əsasən sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır. -221.1-ci maddəsinə görə hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) bu Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. -221.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. -221.3-cü maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. -221.3.1-ci maddəsinə bu Məcəllənin 218.4.2-ci maddəsində göstərilən şəxslər hesabat rübü üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.9-cu və 220.9-1-ci maddələrində nəzərdə tutulmuş qaydada hesablayır və həmin rübdən sonrakı ayın 20dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər. Hazırkı işdən görünür ki, iddiaçı 2021-ci il ərzində cəmi 129801.70 manat dəyərində 4 ədəd nəqliyyat vasitəsi idxal etmiş, vergi orqanı iddiaçıya ilkin olaraq xx.xx.2022-ci il tarixli **********772400 nömrəli kameral qərarla 2021-ci ilin 4-cü rübü üzrə həmin məbləğə 2% tətbiq edilməklə 2.596,03 manat sadələşdirilmiş vergi hesablamışdır. Daha sonra iddiaçının vergi orqanına etdiyi müraciətlərdən sonra kameral yoxlama ilə idxal edilmiş 2 ədəd nəqliyyat vasitəsinin vergi ödəyicisinin mülkiyyətində, digər 2 ədəd nəqliyyat vasitəsinin digər şəxsin (X8) mülkiyyətinə (digər şəxsə) təqdim edildiyini nəzərə alınaraq xx.xx.2022-ci il tarixli qərarla iddiaçıya 2021-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş 2 ədəd nəqliyyat vasitələri üzrə 1248,87 (62443,5*2%=1248,87) manat vergi məbləği hesablanmışdır. Halbuki, yuxarıda sadalanan normalardan görünür ki, sadələşdirilmiş vergi hesabatı rüblük hesabatdır. Sadələşdirilmiş vergi ödəyiciləri malların təqdim edildiyi hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergini ödəməlidirlər. Hazırkı işdən görünür ki, iddiaçı mübahisəli 2 ədəd nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdə- 2010-cu il buraxılışlı, boz, gümüşü rəngli, şassi nömrəsi WSM0**********5232, schmitz markalı yarımqoşqu və 2012-ci il buraxılışlı, göy rəngli, şassi nömrəsi YV2AG20A0DB64024 olan Volvo fh markalı yük avtomobili idxal etmişdir. Qeyd edilən nəqliyyat vasitələrinin qeydiyyat məlumatlarından görünür ki, iddiaçı hər iki nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X3 və həmin nəqliyyat vasitələrinə dair alıcının adına müvafiq olaraq BB110734 seriyalı və BB110738 seriyalı qeydiyyat şəhadətnamələri verilmişdir. Beləliklə, vergi orqanının sadələşdirilmiş vergi hesabladığı 2021-ci ilin 4-cü rübü üzrə sözügedən nəqliyyat vasitələri iddiaçının mülkiyyətində olmuş, həmin nəqliyyat vasitələrinin təqdim etməsi 2022-ci ilin avqust ayında baş vermişdir. Başqa sözlə, vergi orqanı həmin təqdim etmədən sonra, yəni 2022-ci ilin 3-cü rübü üzrə, hesabat dövrü bitdikdən sonrakı ayın 20-dən gec olmayaraq vergi bəyannaməsi təqdim edilmədikdə vergi hesablamalı olduğu halda vergi orqanı nəqliyyat vasitələri iddiaçının mülkiyyətində olduğu, digər şəxsə təqdim edilmədiyi 2021-ci ilin 4-cü rübü üzrə əlavə vergi məbləği hesablamışdır. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən normalar vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir. “İnzibati icraat haqqında” Qanunun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. -47.2-ci maddəsinə görə maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Sadalanan normalardan göründüyü kimi inzibati orqan işin faktiki hallarından və inzibati icraatın gedişində toplanmış sübutlardan çıxış etməli, eləcə də mübahisəyə inzibati icraat haqqında hüquq normalarını və ya maddi hüquq normalarını tətbiq etməklə aydın şəkildə əsaslandırdığı inzibati akt qəbul etməlidir. Belə ki, məhkəmə inzibati aktın çıxarılmasının zəruriliyini inzibati orqanın əvəzinə əsaslandırmaq vəzifəsi daşımır, əksinə inzibati orqanın gətirdiyi əsasların qanuniliyini və əsaslılığını yoxlayaraq inzibati orqanlar üzərində məhkəmə nəzarətini həyata keçirmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarı maddi və prosessual normaların pozulması ilə qəbul edildiyindən qanunsuz əlverişsiz inzibati akt saylır və qanunsuz əliverişsiz inzibati akt hər bi halda ləğv olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri X9 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********696600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri X9 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********696600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova