Məhkəmə qərarları › İş №2-1(112)-5335/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5335/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5335/2021 08.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 (Abşeron rayonunda qeydiyyatdadır, ixtisası – hüquqşünas, hüquq şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının ümumi xəstəliklə əlaqədər xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilməsinə və 04.03.2020-ci il tarixdən 04.03.2025-ci il tarixədək 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədər əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının ümumi xəstəliklə əlaqədər xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilməsinə və 04.03.2020-ci il tarixdən 04.03.2025-ci il tarixədək 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədər əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N968-ci il tarixində anadan olmuşdur. 5 övladı var, ailəsi 7 nəfərdən ibarətdir, yaşayış tərzi çox acınacaqlı vəziyyətdədir, bir otaqlı yararsız evdə yaşayırlar. X6, N993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır. Hərbi xidmətdə aldığı xəsarətlə bağlı 20N8-ci ildən Psixiatriya xəstəxanasında qeydiyyatdadır, dövlət tərəfindən pulsuz psixiatrik dərmanla təmin edilir və 07.N2.20N9-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verildi. 25.NN.20N4-cü ildən ümumi xəstəliklə əlaqədar 2-ci qrup əlildir və “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il N6 yanvar tarixli NN nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları” haqqında qanununa müvafiq olaraq 04.03.2020-ci il tarixdə Səhiyyə müəssisəinin göndərişi (88 nömrəli forma) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilib ki, iddiaçının ümumi xəstəliklə əlaqədar 2-ci qrup əlilliyinin səbəb əlaqəsi dəyişdirilsin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup 04.03.2025-ci il tarixədək təyin edilsin. Lakin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü maddəsinə əsasən TSEK N0 iş günündən çox olmamaqla göndərişə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir”, qanuna müvafiq olaraq bu günə kimi iddiaçıya müsbət cavab verilməyərək əlillik səbəbi dəyişdirilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh onun əlilliyinin səbəb əlaqəsi dəyişdirilməlidir. İddiaçı 25.NN.20N4-cü ildən 2-ci qrup əlildir, hesab edir ki, cavabdehin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdəndə onun əlilliyin səbəb əlaqəsi qanuna müvafiq olaraq dəyişdirilmədiyi üçün, bu səbəbdən də hal-hazırda onun müraciətinin məhkəmə qaydasında həll olunmasını hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamını icra edərək cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti 23 saylı Birləşidirlmiş Şəhər Xəstəxanasının 2N.N0.20N4-cü il tarixli göndərişi əsasında baxılmış və “XN: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıq-baldır oynağı...; Diaqnozun mətni: Sağ qamış sümüyünün orta N\3inin yalançı oynağı. Orta N\3inin qeyri düzgün bitişmiş sınığı. Sağ incik sümyününün osteotaniyası. İlizarov aparatının qoyulması; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbilə imtina verilmişdir. Xəstəxananın 03.N2.20N4-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; XN: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S99 - Aşıq-baldır oynağı və ayağın digər...; Diaqnozun mətni: Sağ baldır sümüklərinin qdüzgün bitişmiş sınığı: Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ baldır sümüklərinin düzgün bitişmiş sınığı” səbəbilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sözügedən xəstəxananın 25.NN.20N5-ci il tarixli 0092003AABEQ saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; XN: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80- S89 - Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Sağ baldır sümüklərinin qeyri düzgün bitişmiş sınığı. Xr osteomielitin fəsadlaşması. Tez tez residivləşmə ilə. Yumşaq toxuma defekti. Sağ aşağı ətrafın funksiyasının kəskin pozulması. Sağ aşağı ətrafın qısalığı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ baldır sümüklərinin qeyri düzgün bitişmiş sınığı.Xr osteomielitin fəsadlaşması. Tez tez residivləşmə ilə. Yumşaq toxuma defekti. Sağ aşağı ətrafın funksiyasın...” səbəbilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinlatla 28.NN.20N6-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; XN: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80- S89 - Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Sağ baldır sümüklərinin qeyri düzgün bitişmiş sınığı. Xr osteomielitin fəsadlaşması. Tez tez residivləşmə ilə. Yumşaq toxuma defekti. Sağ aşağı ətrafın funksiyasının kəskin pozulması. Sağ aşağı ətrafın qısalığı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ baldır sümüklərinin qeyri düzgün bitişmiş sınığı. Xr osteomielitin fəsadlaşması. Tez tez residivləşmə ilə. Yumşaq toxuma defekti. Sağ aşağı ətrafın funksiyasın...” səbəbilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı N9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının N8.03.2020-ci il tarixli 0042003AACA5 saylı göndərişi əsasında baxılmış və “XN: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00- F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi (travmatik mənşəli) şəxsiyyət -pozuntusu, yaddaş-intellektin enməsi ilə, tez-tez dekompensasiyalarla. Ağırlaşma F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu, yaddaş-intellektin enməsi ilə, tez-tez dekompensasiyalarla.Yanaşı xəstəliklər M86 Osteomielit, Xroniki osteomielitlə fəsadlaşma tez-tez residivləşmə ilə. Yumşaq toxuma deffekti. Sağ aşağı ətrafın funksiyasının pozulması, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Nevropatoloqun rəyi ətraflı qeyd edilməyib. TSEK-ə göndərilən zaman xəstəliyin ağırlıq dərəcəsi və funksional pozğunluq göstərilməyib” səbəbilə imtina verilmişdir. TSEK-in N9 mart 202N-ci il tarixli **********4 nömrəli protokoluna əsasən 25.NN.20N6-cı il tarixdən ümumi səbəbdən 5 (beş) il ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 yanvar 2020-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il N6 yanvar tarixli N2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın N.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son N2 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın N.5.N-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər bin ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 yanvar 2020-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.2-ci bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Bununla əlaqədar, iddiaçı tərəfindən Agentliyə müraciət daxil olmuş və dövlət tibb müəssisəsi tərəfindən göndəriş təqdim edilməsi tövsiyyə edilmişdir, lakin iddiaçı tərəfindən hər hansı göndəriş daxil olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-cü maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа gəlməmiş, 24.03.202N-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək əlil olduğunu nəzərə alaraq şifahi məhkəmə baxışı onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, Azərbaycan Respublikası vətəndaşıdır, xx.xx.N968-ci il tarixində doğulmuşdur. M/V 085570 nömrəli, N7.05.20N9-cu il tarixli vəsiqənin surətinə əsasən iddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsi tərəfindən iddiaçıya verilmiş 04.06.20N9-cu il tarixli, N78 nömrəli arayışın surətinə əsasən o, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin NN saylı Tibbi Sosial Ekspert Komissiyasının 25.NN.20N5-ci il tarixli məlumatına əsasən iddiaçıya “Səbəb: Ümumi xəstəlik; TSEK-in diaqnozu: Sağ baldır sümüklərinin qeyri düzgün bitişmiş sınığı. Xr osteomielitin fəsadlaşması. Tez tez residivləşmə ilə. Yumşaq toxuma defekti. Sağ aşağı ətrafın funksiyasının kəskin pozulması. Sağ aşağı ətrafın qısalığı; Əlilliyin müəyyən oluması meyarı: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ baldır sümüklərinin qeyri düzgün bitişmiş sınığı. Xr osteomielitin fəsadlaşması. Tez tez residivləşmə ilə. Yumşaq toxuma defekti. Sağ aşağı ətrafın funksiyasının kəskin pozulması. Sağ aşağı ətrafın qısalığı.” səbəbilə bir il müddətinə ikinci dərəcəli əlillik dərəcəsi təyin olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatına əsasən iddiaçıya “Əlillik səbəbi: Ümumi xəstəlik; Diaqnoz: Sağ baldır sümüklərinin qeyri düzgün bitişmiş sınığı. Xr osteomielitin fəsadlaşması. Tez tez residivləşmə ilə. Yumşaq toxuma defekti. Sağ aşağı ətrafın funksiyasının kəskin pozulması. Sağ aşağı ətrafın qısalığı.” səbəbilə 25.NN.20N6-cı il tarixdə beş il müddətinə ikinci dərəcəli əlillik dərəcəsi təyin olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatına (Forma 88 №0042003AACA5) əsasən iddiaçıya “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Nevropatoloqun rəyi ətraflı qeyd edilməyib. TSEK-ə göndərilən zaman xəstəliyin ağırlıq dərəcəsi və funksional pozğunluq göstərilməyib.” səbəbindən imtina edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 07.N2.20N9-cu il tarixli, N000 nömrəli qərarında göstərilmişdir: “Bakı ş. Nərimanov RHK tərəfindən N993-cü ildə hərbi xidmətə çağırılmış, Qarabağ Hərbi Prokurorluğunun 2N.N0.20N9-cu il tarixli N6/4044 nömrəli məktubuna əsasən barəsində heç bir təqsiredici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı oğlunun döyüş zonasında hərbi xidmət keçərkən N993-cü ilin dekabr ayında aldığı və 3N.N0.20N9-cu ildə Müdafiə Nazirliyinin Məhkmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz “Odlu silah mərmi partlamasından sonrakı başın sağ alın qabarı nahiyəsində bir ədəd, başın sol alın qabarı nahiyəsində bir ədəd, burun belində bir ədəd, sol əlin İ barmağının proksimal falanqasının ovuc səthində bir ədəd köhnə çapıq toxumalar” və 25.02.N994-cü ildən 24.03.N994-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Kəskin bronxit, mədənin funksional pozğunluğu öd qovucu yollarının diskineziyası” (Azərbaycan Respublikası SHXÇDX-nin Qaradağ rayon idarəsinin 23.09.20N9-cu il tarixli N5N2 nömrəli göndərişi, 28.N0.20N9-cu il tarixli 320 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin 3N.N0.20N9-cu il tarixli 238 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, N nömrəli hərbi hissədən verilmiş 24.03.N994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir). “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” N9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0042003AACA5 nömrəli 05.05.20N5-ci il tarixli göndərişinə əsasən, iddiaçının xəstəliyi N5.N2.N993-cü ildə başlanılmış, əsas diaqnoz – “ F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu, yaddaş-intellektin enməsi ilə, tez-tez dekompensasiyalarla” xəstəliyi göstərilmişdir. Yanaşı xəstəliklər isə “M86 Osteomielit Xroniki osteomielitlə fəsadlaşma teztez residivləşmə ilə. Yumşaq toxuma defekti. Sağ aşağı ətrafın funksiyasının pozulması. M84.0 Sümük sınığının pis bitişməsi Sağ baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı. W33 Yivli tüfənqdən, qırma tüfənqdən və iri çarplı odlu silahdan atəş Odlu silah mərmi partlamasından sonrakı başın sağ alın qabarı nahiyəsində bir ədəd, başın sol alın qabarı nahiyəsində bir ədəd, burun belində bir ədəd, sol əlin İ barmağın prosimal falanqasının ovuc səthində bir ədəd köhnə çapıq toxumalar. N993-cü ilin dekabr ayında döyüş zonasında hərbi xidmət keçərkən aldığı yaralanmanın nəticələri. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 07.N2.20N9-cu il tarixli N000 nömrəli qərarına əsasən “Hərbi travmadır. Az.Resp-nın Müdafiəsi zamanı alınmışdır”, TSEK-ə göndərilməsi üçün əsas – “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” kimi göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş 22.04.20N9-cu il tarixli arxiv arayışının surətində göstərilmişdir: “xəstəliyilə əlaqədar olaraq müayinə və müalicə üçün N №-li hərbi hissəyə göndərildiyinə görə sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 53 №-li əmrilə (əsas: səh.-70, §N) ərzaq təminatından çıxarılaraq, ərzaq attestatı ilə təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin 3N avqust N994-cü il tarixli 242 №-li əmrində (əsas: səh.-88, §4, sıra-3; qeyd: əmrdə atasının adı qeyd edilməmişdir) hərbi hissəni özbaşına tərk etdiyinə görə İddiaçı bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar edilməsi barədə məlumat vardır. Qeyd edirik ki, N7N №-li hərbi hissəsinin şəxsi heyətin əlifba qeydiyyatı kitablarında, komandirin iyun-iyul N993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitablarında, Yaralananların qeydiyyatı kitablarında və komandirin mart N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. Buldiririk ki, ərizədə xidmət müddəti dəqiq (il və aylar) qeyd edilmədiyindən İddiaçı barədə əlavə araşdırma apara bilmirik.” 05327N nömrəli, 05.02.2020-ci il tarixli Ambulator kitabçadan çıxarışın surətinə əsasən iddiaçıya “üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu, yaddaş-intellektin enməsi ilə, tez-tez dekompensasiyalarla” diaqnozu (F07.0) qoyulmuşdur. Həkim Məsləhət Komissiyasının 04.03.2020-ci il tarixli 0042003AACA5 nömrəli bildirişə əsasən iddiaçı N9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin 2387 nömrəli, N6 mart 202N-ci il tarixli məktubun surətinə əsasən iddiaçıya “üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” diaqnozu qoyulmuşdur. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.N. –ci maddəsində göstərilir: ” Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 yanvar 2020-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir: “N.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.N. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK N0 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən N5 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir.” İşin faktiki hallarına əsasən 23.03.202N-ci il tarixinə iddiaçının 2-ci dərəcəli əlilliyin təyin edilməsinə dair cavabdehin inzibati aktı mövcud olmaqla qüvvədədir. İddiaçı ona təyin edilmiş ümumi xəstəliklə əlaqədər əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsini və əlilliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı travma ilə əlaqəli olduğundan, 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədər əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsini tələb edir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 64.N-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 20N7-ci il tarixli, N9-N nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 2.2-ci bəndinə əsasən, " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.N. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.N.N. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.N.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.N.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa;2.2.N.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, N994-cü il may ayının N2-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.N.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; Məhkəmənin N0 avqust 202N-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: N. xx.xx.N968-ci il təvəllüdlü İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? 2. Bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsi verilməsinə əsasdırmı? 3. Bu xəstəliklərin səbəb əlaqəsi nədir? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin T 2N3/202N nömrəli Ekspert Rəyinin nəticə hissəsində göstərilmişdir: “N968-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: N-3. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən o, “osteomielit, xroniki osteomielitlə fəsadlaşma tez-tez residivləşmə ilə, yumşaq toxuma defekti, sağ aşağı ətrafın funksiyasının pozulması, sümük sınığının pis bitişməsi, sağ baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı” xəstəliklərdən əziyyət çəkir və bununla əlaqədar 20N5-ci ildən İİ qrup əlildir. Qeyd edilən xəstəliklərdən başqa o, hazırda “üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu, yaddaş-intellektin enməsi ilə, tez-tez dekompensasiyalarla” xəstəliyindən əziyyət çəkir. Həmin xəstəliklərin hərbi travma ilə heç bir səbəbli əlaqəsi yoxdur.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının ümumi xəstəliklə əlaqədər xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilməsinə və 04.03.2020-ci il tarixdən 04.03.2025-ci il tarixədək 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədər əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 58.N-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin NN0.N-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və NN0-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının ümumi xəstəliklə əlaqədər xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilməsinə və 04.03.2020-ci il tarixdən 04.03.2025-ci il tarixədək 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədər əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar