Məhkəmə qərarları › İş №2-1(112)-5336/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5336/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5336/2023 23.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı pensiya təyin edilməsi ilə bağlı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşı tamam olanda ona əmək pensiyası əvəzinə sosial təminat ödəyiblər. 2 dəfə məktubla müraciət etmişdir, amma bu hal tam araşdırılmamışdır. 2006-cı ilə qədər fasiləsiz əmək stajı vardır (27 il). Əmək yaşı isə 2018-ci ilin may ayında tamam olub. İqtisadi böhrana görə işlədiyi Radioquraşdırma Zavodu fəaliyyətini azaltmış və minlərlə işçini öz hesabına məzuniyyətə göndərmişdir. Ona görə də uzun müddət əmək fəaliyyətində ödəniş olunmayıb. Qanuna 2006-cı ildə dəyişiklik edilib, amma onun artıq bu göstəriciyə qədər pensiya stajı tamam olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2-1(112)-5336/2023 nömrəli qərardadı ilə iş üzrə cavabdeh qismində Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cəlb edilmiş və İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Ərizəçinin müraciətinə baxılaraq **********9 nömrəli xx.xx.2021-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan dövrdən (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: * 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. * 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. * 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı onun barəsində həmin Qanunun 7-ci maddəsində əks olunan ikinci şərtin mövcudluğundan çıxış etməklə, yəni pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Sözügedən Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi lesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq Hesablanır. Cavabdehin məktubundan görünür ki, xx.xx.1979-cu il tarixdə tərtib edilmiş l/İT-l № ******* saylı əmək kitabçasının surətinə əsasən ərizəçinin ümumi sığorta stajı 14 il 7 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır və eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış 10.810,77 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) az olduğu üçün əmək pensiyasının minimum məbləğindən (200 manatdan) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək ərizəçinin fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” istehsalat Birliyinin “Radioquraşdırma" zavodunun xx.xx.2021-ci il tarixli № 02/146 saylı arayışına əsasən xx.xx.1990-cı il tarixdən 08.01,2007-ci il tarixədək işlədiyi “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunda ərizəçinin adına 1990-cı il tarixdən 1994-cü il tarixədək əməkhaqqı hesablanmışdır. Eyni zamanda xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək ödənişsiz məzuniyyətdə olduğu üçün həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 111-ci maddəsinə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə, işçilərin məzuniyyət hüquqları aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) uşağına qulluq etmək üçün qadınların sosial məzuniyyəti; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və aradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət. İstinad olunan Məcəllənin 128-ci maddəsinə əsasən, qohumluq borcunun yerinə .etirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmçinin, həmin Məcəllənin 130-cu maddəsinə əsasən, işçilərin xahişi ilə və şəgötürənin razılığı ilə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş jşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə -uşaq dörd yaşına çatanadək; arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə -14 təqvim gününədək; 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara -14 təqvim gününədək və s. hallarda ödənişsiz məzuniyyətlər verilir. İstinad olunan müvafiq normalarda ödənişsiz məzuniyyətlərin növləri göstərilməsinə baxmayaraq, müəssisənin iqtisadi böhran ilə əlaqədar fəaliyyətinin dayandırılması ilə bağlı olaraq işçiyə ödənişsiz məzuniyyətin verilməsi imkanı və ya belə bir məzuniyyət növü nəzərdə tutulmamışdır. Bundan əlavə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara avlıq pul ödənişidir. Qeyd edək ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair plenum qərarı). “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1,0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və va təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və va məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərclivinin, dövlət məvacibinin və va onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Yuxarıda istinad olunan qanunvericilik normalarından da göründüyü kimi işçinin əməkhaqqı almadığı dövrlər onun sığorta stajına daxil edilmir. Nəzərə alınmalıdır ki, əmək pensiyası itirilmiş gəlirlərin kompensasiyası məqsədilə edilən ödənişdir. Əmək müqaviləsində (bağlaşmada) başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının müəssisələrində işverənlərlə əmək münasibətlərində olan əcnəbi vətəndaşlar /ə vətəndaşlığı olmayan şəxslər də məzuniyyət hüququna malikdirlər. Qanunvericiliklə müəyyənləşdirilən hallar istisna olmaqla, işçilərin məzuniyyət hüququnu məhdudlaşdırmaq qadağan edilir. İşçilərin məzuniyyət hüququnu məhdudlaşdırmağa yönəldilən əmək müqavilələrinin bağlaşmalarının) şərtləri etibarsız sayılır. Əmək məzuniyyəti işverənlə əmək münasibətlərində olan işçinin əməyinin və istehsalın xarakterinə görə normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi istirahət vaxtıdır. Eyni zamanda bildiririk ki. həmin dövrdə qüvvədə olan “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının 19 iyul 1994-cü il tarixli Qanunun 29-cu maddəsinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə; məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji Keyfiyyətlərinə və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Sözügedən Qanuna əsasən işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: - əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyətləri; anaların və uşaqların mühafizəsi üçün, habelə təhsil və yaradıcılıqla əlaqədar sosial məzuniyyətlər; - ödənişsiz məzuniyyətlər. Qeyd olunan qanunun 30-cu maddəsinə əsasən, ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir. Həmin maddəyə əsasən, işçilərin arzusu ilə aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilməlidir: > həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud uşağa bilavasitə qulluq edən ailənin digər üzvünə - uşaq dörd yaşına çatanadək; > arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə -14 təqvim gününədək; > 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara - 14 təqvim gününədək; > əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə - birtəqvim ayınadək; müharibədə, döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə - 14 təqvim gününədək; > Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi zamanı zərərçəkən işçilərə -14, təqvim gününədək; > qazanılmış immunitet çaqqışmazlığı sindromu (QİÇS) xəstəliyinə tutulmuş və ya immunitet çatışmazlığı virusu (İÇV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin 16 yaşınadək əlil uşağı olan valideynlərə -14 təqvim gününədək; > magistraturada, doktoranturada, aspiranturada təhsil alan işçilərə - bir təqvim ayınadək; > ali məktəblərdə qəbul imtahanlarına buraxılan işçilərə -15, təqvim günü, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə -10 təqvim günü; > müəllifə ixtirasının və ya səmərələşdirmə təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı -14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisələrinin rəyində göstərilən müddətdə. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-cimaddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunan hallara əsasən İddiaçı qanunvericiliklə tələb olunan 25 il sığorta stajına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddəsini rəhbər tutaraq, 2-1(112)-5336/2023 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” inzibati iş üzrə İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən əldə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, X4 küçəsi, ev 4a, mənzil 49 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə işə qəbul edilmiş,xx.xx.1979-cu ildə işdən azad edilmişdir. xx.xx.1981-ci ildə işəqəbul eidlmiş xx.xx.1988-ci ildə işdən azad edilmişdir. xx.xx.1989-cu ildə Təbiəti Mühafizə İdarəsinin Bakı şəhər Bölməsinə katibə maşinist qəbul edilmiş, xx.xx.1990-cı ildə idən azad edilmişdir. xx.xx.1990-cı ildə Radioquraşdırma zavoduna işə qəbul edilmiş, xx.xx.2007-ci ildə işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyi “Radioquraşdırma” Zavodunun xx.xx.2023-cü il tarixli, 17/75 nömrəli məktubu ilə İddiaçı aid xx.xx.1990-cı il tarixli 41 k saylı işə qəbul əmrinin təsdiq olunmuş surəti, xx.xx.1995-ci il tarixli 461k, xx.xx.1995-ci il tarixli 497k, xx.xx.1996cı il tarixli 06k, xx.xx.1996-cı il tarixli 47k, xx.xx.1996-cı il tarixli 78k, xx.xx.1996-cı il tarixli 113k, xx.xx.1996-cı il tarixli 162k, xx.xx.1996-cı il tarixli 205k, xx.xx.1996-cı il tarixli 241 k, xx.xx.1996-cı il tarixli 271k, xx.xx.1996-cı il tarixli 327k, xx.xx.1996-cı il tarixli 365k, xx.xx.1997-ci il tarixli 49k, xx.xx.1997-ci il tarixli 78k, xx.xx.1997-ci il tarixli 103k, xx.xx.1997-ci il tarixli 145k, xx.xx.1997-ci il tarixli 182k, xx.xx.1997-ci il tarixli 229k, xx.xx.1997-ci il tarixli 295k, xx.xx.1997-ci il tarixli 335k, xx.xx.1997-ci il tarixli 522k, xx.xx.1998-ci il tarixli 03k, xx.xx.1998-ci il tarixli 100k, xx.xx.1998-ci il tarixli 189k, xx.xx.1998-ci il tarixli 247k, xx.xx.1999-cu il tarixli 04k, xx.xx.1999-cu il tarixli 251 k, xx.xx.1999-cu il tarixli 379k, xx.xx.1999-cu il tarixli 503k, xx.xx.2000-ci il tarixli 185k, xx.xx.2000-ci il tarixli 454k, xx.xx.2001-ci il tarixli 265k, xx.xx.2001-ci il tarixli 04k, xx.xx.2001-ci il tarixli 335k, 09,01.2002-ci il tarixli 08k, xx.xx.2002-ci il tarixli 134k, xx.xx.2002-ci il tarixli 214k, xx.xx.2002-ci il tarixli 315k, xx.xx.2002-ci il tarixli 474k, xx.xx.2003-cü il tarixli 16k, xx.xx.2003-cü il tarixli 68k, xx.xx.2003-cü il tarixli 24Qk, xx.xx.2004-GÜ il tarixli 19k, 05.04,2004-cü il tarixli 80k, xx.xx.2004-cü il tarixli 140k, xx.xx.2004-cü il tarixli 200k, xx.xx.2004-cü il tarixli 252k, xx.xx.2005-ci il tarixli 14k, xx.xx.2005-ci il tarixli 75k, xx.xx.2005-ci il tarixli 124k, xx.xx.2005-ci il tarixli 173k, xx.xx.2006-cı il tarixli 08k, 10.04,2006-cı il tarixli 55k, xx.xx.2006-cı il tarixli 113k nömrəli ödənişsiz məzuniyyətlərin verilməsi haqqında əmrlərin təsdiq olunmuş surətləri, Əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2007-ci il tarixli 55k əmri təqdim olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “ÜFÜQ” İB-nin “Radioquraşdırma” zavodunun xx.xx.2023-cü il tarixli, 02/70 nömrəli Arayışında qeyd olunmuşdur ki, verilir, İddiaçı - xx.xx.1958-ci il təvəllüdlü ondan ötrü ki, o həqiqətən Bakı “Radioquraşdırma” İstehsalat Birliyində indiki “Üfüq” istehsalat Birliyinin “Radioquraşdırma” zavodunda işləyib: 1.İşə qəbul olunma: xx.xx.1990-cı il tarixindən 41 /k xx.xx.1990-ci il tarixli əmrlə 11 №li sexdə anbardar peşəsinə şöbəsinə işə qəbul edilib. 2.İşdən azad olunma: 08.01,2007-ci il 55-k №li xx.xx.2007-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Azərbaycan Respublikasının ƏM-nin 70-cmaddəsinin “Ç” bəndinə uyğun olaraq (heç bir üzürlü səbəb olmadan işə çıxmaması ilə əlaqədar) işdən azad edilib. İddiaçı aşağıda göstərilən illərdə ödənişsiz məzuniyyətdə olmuşdur: xx.xx.1995 - xx.xx.1995 xx.xx.1995 - xx.xx.1995 xx.xx.1996 - xx.xx.1996 xx.xx.1997- xx.xx.1998 xx.xx.1998 - xx.xx.1998 xx.xx.1999 - xx.xx.1999 xx.xx.1999 - xx.xx.1999 xx.xx.2000 - xx.xx.2000 xx.xx.2001 - xx.xx.2001 xx.xx.2002 - xx.xx.2002 xx.xx.2003 - xx.xx.2003 xx.xx.2004 - xx.xx.2004 xx.xx.2006 - xx.xx.2006 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 462 №li Fərmanına və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2006 -cı il tarixli 3 № li əmrinə əsasən “Radioquraşdırma” İstehsalat Birliyi “Mühəndis Texnikası” istehsalat Birliyinin “Radioquraşdırma” zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 31 yanvar 2008-ci il tarixli 14 nömrəli əmrinə əsasən «Mühəndis Texnikası» İstehsalat Birliyi sözləri dəyişdirilərək «Cihaz» istehsalat Birliyi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 10 avqust 2009-cu il tarixli 60 nömrəli əmrinə əsasən “Radioquraşdırma” zavodu «Cihaz» istehsalat Birliyinin tərkibindən çıxarılaraq «Üfüq» İstehsalat Birliyinin tabeliyinə keçmişdir. Arayış: “Radioquraşdırma” zavodunun arxiv sənədi Şəxsi vərəqə T-2 əsasında hazırlanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaş həddinə çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 1 iyul 2020-ci il tarixindən qadınların pensiya yaş həddi 62 yaş müəyyən edilmişdir. Yaşa görə əmək pensiyası hüququnuzun müəyyənləşdirilməsi üçün müvafiq sənədlərlə qeydiyyatda olduğunuz ərazi üzrə Fondun rayon (şəhər) filialına və ya xidmət nümayəndəliyinə müraciət etməyiniz tövsiyə olunur. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz xx.xx.1979-cu il tarixində tərtib edilmiş MT-İ № ******* saylı əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək “Radioquraşdırma” zavodundakı əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra sizin yaşa görə əmək pensiyası hüququnuza yenidən baxıla bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, hüquq münasibətlərinin yarandığı dövr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci il tarixindən 30 iyun 2021ci ilədək qadınların pensiya yaş həddi 62 yaş müəyyən edilmişdir. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla 62 yaşını xx.xx.2020-ci il tarixində tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İddiaçının əmək kitabçasındakı qeydlər nəzərə alındıqda görünür ki, onun ümumilikdə 26 il 09 ay 12 gün iş stajı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının 25 ildən az əmək stajı olmasına əsasən iddiaçıya imtina cavabı vermiş, bu zaman onun xx.xx.1995-ci ildən xx.xx.2006-cı il tarixədək olan əmək stajını nəzərə almamışdır. Məhkəmə mübahisələndirilən dövrün iddiaçının pensiya təyinatına əsas verəcək ümumi stajına daxil edilməməsi ilə bağlı cavabdehin mövqeyi ilə razılaşır. Belə ki, iddiaçının işləmiş olduğu Müdafiə Sənayesi Nazirliyi “ÜFÜQ” İB-nin “Radioquraşdırma” zavodunun təqim etdiyi ödənişsiz məzuniyyətlə bağlı əmrlərin surətlərindən görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixindən 41 /k xx.xx.1990-ci il tarixli əmrlə 11 №li sexdə anbardar peşəsinə şöbəsinə işə qəbul edilmiş, xx.xx.2007-ci il tarixli əmrlə işdən azad edilmişdir. İşlədiyi dövrdə fasiləsiz olaraq xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarxiədək ödənişsiz məzuniyyətlərdə olmuşdur. İddiaçının öz hesabına məzuniyyətə çıxdığı 1995-ci il tarixdə qüvvədə olan “Məzuniyyətlər haqqında” Qanunun 3-cü maddəsinə əsasən işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyətləri; anaların və uşaqların mühafizəsi üçün, habelə təhsil və yaradıcılıqla əlaqədar sosial məzuniyyətlər; ödənişsiz məzuniyyətlər. Həmin Qanunun 14-cü maddəsinə əsasən uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Qanunun 29-cu maddəsinə görə qohumluq borcunun yeridə yetirilməsi ilə bağlı ailə; məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Qanunun 30-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir.... İşverənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi (bağlaşması) ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İstinad edilən normalardan görünür ki, xx.xx.1999-cu il tarixədək qüvvədə olan “Məzuniyyətlər haqqında” Qanuna əsasən şəxsə verilən ödənişsiz məzuniyyətin müddəti məhdudlaşdırılmamış, həmin məzuniyyət dövrünün bir aydan artıq hissəsinin məzuniyyət hüququ verən əmək stajına daxil edilməməsi nəzərdə tutulmuşdu. xx.xx.1999-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikasının Əmək Məcəlləsi isə ödənişsiz məzuniyyətlə bağlı fərqli müddəalar müəyyən etmişdir. Həmin Məcəllənin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Göründüyü kimi, qanunverici xx.xx.1999-cu il tarixədək ödənişsiz məzuniyyətin müddətini tənzimləməsə də, sonradan həmin məzuniyyətin 6 aydan artıq olmamasını müəyyən etmişdir. Eyni zamanda obyektiv səbəblər olduğu halda işin dayandırılması ilə əlaqədar olaraq işçi ödənişsiz məzuniyyətə göndərildikdə bu məzuniyyətin müddətinin əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmaması təsbit edilmişdir. İşdən görünür ki, iddiaçının işlədiyi müddətdə fasiləsiz olaraq 10 il 11 ay 01 gün ödənişsiz məzuniyyətdə olmuş, bu boşdayanma olmamış, həmin dövrdə iddiaçıya hər hansı bir əmək haqqı ödənilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1995-xx.xx.2006-cı illərdə ödənişsiz məzuniyyətdə olduğu dövrün yalnız 6 ayı onun ümumi iş stajına daxil edilə bilərdi ki, bu halda staja hesablanan müddət 25 ilə tamamlanmamaqla pensiya təyinatına əsas vermir. Başq sözlə, iddiaçının işləmədiyi 10 il 5 aya qədər müddətin ümumi staja daxil edilməsi mümkünsüzdür (bax: oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1823/2020, 2-1(102)-1527/2021, 2-1(103)-1338/2022 saylı inzibati məhkəmə işlərinə). Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı yetərli deyildir. Cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar