Məhkəmə qərarları › İş №2-1(112)-5339/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5339/2023

13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5339/2023 13.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Rəfail oğlu cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “arayışda dəyişiklik edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı Rəfail oğlunun Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Rəfail oğlu cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “arayışda dəyişiklik edilməsi” tələbinə dair iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Rəfail oğlu cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdehin xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışını (inzibati aktım) əsassız hesab edəsiniz, cavabdehin Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli qərarın ilk dəfə icra edərək xx.xx.2022-ci il tarixli tibb müəssisəsisinin 0280003AAFMA göndərişinə əsassən tərtib etdiyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışım (inzibati aktını) əsas kimi hesab edərək Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayış) Diaqnoz qrafasında yazılmış "Postkonturion sindrom, baş beyin xəstəliyi, zədələnməsi-yəya disfunkşiyast nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyqlär və koqniliv funksiyaların enməsi ilə, Anamnez ində psixotik epizodlar keçirilməsi qeyd olunur, Nevrastçniya, Kəskin asleno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edəri pşixotk hallar" sözlərinin Diaqnoz qrafasında “Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Poştravmatik ensefalopatiya ll mərhələ, ikz-lez təkrarlanan epileptik qıcolma tutmaları sözləri ilə və Əmək zəmanəti qrafasında yazılmış “əmək qabiliyyətsiz’’ sözlərinin Əmək zəmanəti qrafasında “Yüngül işlərdə işləyə bilər "sözləri ilə əvəz edilməsi öhtəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilıtatsiya Agentiyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu il tarixində Azərbaycan Respublikası, Laçın rayon, Pircahan kəndində anadan olmuşdur. 1993-cü ildən 1996-cı ilədək Cəmşid Naxçıvanski adına hərbi litseydə, 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir.Hal hazırda ehtiyyatda olan zabitdir, Prezident təqaüdçüsü, 2-ci qrup müharibə əlillidir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə, 2008ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. İddiaçı qeyd edir ki, mayor rütbəsində zabit kimi Xüsusi Təyinatlı, kəşfiyyat bölmələrində və xidmətimin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçmişdir. İddiaçı qeyd etmişdir ki, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X2, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərimizin yanında olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3029/2021 sayı qərarı ilə ona “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" qərarı verilməsi təmin etdi. Müdafiə Nazirliyinin Məzrkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 195 nömrəli qərarı ilə təmin edilmişdir. İddiaçının xəstəlik diaqnozu 2008-ci ildən bu günədək eyni xəstəlikdir. Əlavə qeyd etmişdir ki, eyni diaqnozla və səhərimdə olan digər xəstəliklərlə bağlı bir çox vaxtlarda, bir çox xəstəxanalarda müalicələrdə olmuş və bu xəstəlik diaqnozuna əsasən ona 2-ci qrup xx.xx.2021-ci il tarixdən etibarən müddətsiz əlillik təyin edilməsini qanuna müvafiq hesab edir. Belə ki, ona müddətsiz əlillik təyin edilməsindən cavabdeh imtina etdiyi üçün məhkəməyə müraciət etmişdir, Ali Məhkəmənin 2-l(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2- l(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-l(112)-8104/2021 nömrəli Qərarlarını ilə xx.xx.2021-ci il tarixdən etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilməsinə qərar verildi və cavabdeh tərəfindən icra edildi. İddiaçıya müddətsiz əlillik təyin edilənədək Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının diaqnoz və əmək zəmanəti qrafasında düzəlişlər edilərək cavabdeh tərəfindən ona qarşı bir çox qanuna zidd hərəkətlərə yol verilmişdir, xx.xx.2021-ci ilə kimi təyin olunmuş əlillikdə əmək zəmanəti qrafasında "Xüsusiyaradılmış şəraitdə işləyə bilər" kimi qeyd edilmiş, sonradan xx.xx.2021-ci ildə əlillik səbəbi dəyişdirilməsi ilə bağlı müraciət etdikdən sonra əmək zəmanəti qrafasında; "Ruhi-əsəb gərginliyi tələb almayan yüngül işlərdə işləyə bilər" kimi qeyd edilmiş, daha sonra Ali Məhkəmənin 24(102)1012/2022 nömrəli qərarını icra edərək xx.xx.2022-ci ildə xx.xx.2021-ci il tarixdəri etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlilik təyin edilərkən əmək zəmanəti qrafasında “Ruhi-əsəb gərginliyi tələb olmayan yüngül işləddə işləyə bilər” kimi qeyd edilmişdir. Cavabdehin qanuna zidd hərəkətləri barədə xx.xx.2022ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, Azərbaycan Respublikası adından çıxarılan qanuni qüvvəsini alan AH Məhkəmənin 24(102)4 012/2022 nömrəli Qərarını nəzərə almaqla xx.xx.2021-ci il tarixdən etibarən iddiaçıya 2-ci qrup Azərbayqanş Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilərkən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Əmək zəmanəti qrafasında yazılmış "Ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər’’ sözlərinin T ibbi -Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayşında əmək zəmanəti qrafasında "yüngül işlərdə işləyə bilər" sözləri ilə əvəz edilməsinə göstəriş verəsiniz. Lakin xx.xx.202244 il tarixli müraciətindən sonra cavabdeh əvvələr olduğu kimi yenə də ona qarşı qərəzli mövqe nümayiş etdirmişdir, belə ki, xx.xx.2022-ci ildə elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, müraciətinə əsasən ona köməkdarlıq etmək əvəzinə Tibbi-Sosial Ekspert Komissiyasına sonuncü müayinəyə dair məlumatın verilməsi arayışının Diaqnoz qrafasında yazılmış “Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmətər. Keçrilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallan Postravmptik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları" sözlərinin Diaqnoz qrafasında “Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası” nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və konitiv funksiyaların enməsi ilə. Ananınezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevkasteniya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən pşıxork hallqr” sözləri ilə və Dmək zəmanəti qrafasında yazılmış “Ruhi-əsəb gərginliyi tələb olunmtıyäp yüngül işlərdə işləyə hilər" sözlərinin əlillik arayşında Əmək zəmanəti qrafasında “əmək qabilfyytfsiz “ sözləri ilə əvəz etmişdir. Hal-hazırda -müraciəti ondan ibarətdir ki, cavabdehin elektron altsistemə müdxilə edərək gündə bir inzibati akt qəbul etməklə ona Əlil, Sosial və Sosial inkişaf və dövlət hüquqlarının pozulmasına gətirib çıxarması barədə həlakətlərini qanunsuz hesab edərək, sonradan ikinci dəfə xx.xx.2022-ci il tarixli inzibati aktının əsassız hesab edəsiniz. Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli Qərarını ilk dəfə icra edərək xx.xx.2022-ci il tarixli inzibati aktını əsas kimi hesab edərək Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Diaqnoz qrafasında yazılnış “Postkontuzion sindrom, baş beyhn xəstəliyi, zədələnməsi və ya dışfunksiyası nəticəsində yaranan şəxsiyyət və dayramş pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Ananınezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzUnqıüddətli (iki ildən çox) təzahür edən psixotk hallar” sözlərinin Diaqnoz qrafasında “Hərbi əməliyyadar. nəticəsində alınmış zədələnmələr. Keçrilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Prostramatik ensefalopatya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları”. sözləri ilə və Əhıək zəmanəti qrafasında yazılmış “əmək qabiliyyətsiz” sözlərinin əlillik arayşında Əmək zəmanəti qrafasında “Yüngül işlərdə işləyə bilər” sözləri ilə əvəz edilməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5339/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının xx.xx.2023-cü il tarixli idddia tələbinin dəqiqləşməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdiyini və iddia tələbinin mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki ərizəyə İPM-nin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və inzibati mübahisələrlə bağlı qaldırılan iddiaların mütləq qaydada onların məhkəmə icraatının mümkün olub-olmaması məsələsi araşdırma predmeti olmalı və bu kateqoriyadan olan iddiaların İPM-in 35.1-ci maddəsinin müddəalarına uyğun olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə ərizədə qeyd edilənlər ilə bağlı aşağıdakıları qeyd edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarına əsasən (İş №2-1(112)- 3029/2021) İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddiası təmin edilərək xx.xx.2008-ci il tarixdə aldığı “Qapalı kəllə veyin travması, baş beyin silkələnməsi xəsarətinin səbəbli əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur. Cavabdeh qurum tərəfindən aparılmış qiymətləndirmə zamanı səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışına əsasən XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4.1, 2.4.3. və 2.4.4-cü maddələrinə əsasən, ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (F23 Kəskin və ötüb keçən psixotik pozğunluqlar kəskin və ötüb keçən psixotik pozğunluqlar Davranış pozulmaqla uzun müddətli'ıkı ildən çox) təzahür edən psixiatrik hallar; F48.0. Nevrasteniya. Kəskin asteno - nevrotik sindrom; İ11.0 [Durğunluq] ürək çatmaınazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi] [Durğunluq] ürək çatmaınazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hiperlenziv [hipertoniya] xəstəlik [-yi] Hipertoniya xəstəliyi İİİ mərhələ İV risk qrupu; İ23.1 Qulaqcıqlararası arakəsmənin qüsuru-kəskin miokard ın/arktınm cari ağırlaşması kimi Qulaqcıqlararası arakəsmənin qüsuru-kəskin miokard infarktının cari ağırlaşması kimi Qulaqcıqlararası çəpərin qüsuru.Qulaqcıqlurarası çəpərin qüsuruna görə edilmiş ( 2(12(1) əməliyyatdan sonrakı vəziyyət; İ25 Ürəyin xroniki işemik xəstəliyi Keçirilmiş infarktdan sonrakı kardioskleroz. Qeyri-stabil stenokardiya İİİ-İV f/s; İ50.0 Durğunluq ürək çatmamazlığı Durğunluq ürək çatmaınazlığı Durğunluq ürək çalmamazlığı İİİf, Xroniki qan dövran çatışmazlığı B dərəcə;) göstərilməsinə və həmin xəstəliklərlə bağlı uzun müddət stasinar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq, əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil kimi müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi kimi dəyişdirilməsi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin № 2-1(112)-8104/2021 nömrəli 22 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. İddiaçıya cavabdeh inzibati orqan tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8104/2021 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə qərarının icrası nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin (bundan sonra - Əsasnamə) 2.4-cü bəndinin 2.4.1-ci, ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı; 2.4.3-cü, şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) və 2.4.4-cü, emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) yarımbəndlərinə istinad edilmiş və iddiaçıya qoyulmuş diaqnozlar ilə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, vətəndaş İddiaçı “xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli, 2-1(112)-8104/2021 nömrəli qərarı tərəfimizdən icra edilərək vətəndaş İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. Məhkəmə qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin (bundan sonra - Əsasnamə) 2.4-cü bəndinin 2.4.1-ci, ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı; 2.4.3-cü, şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) və 2.4.4-cü, emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) yarımbəndlərinə istinad edilmiş və iddiaçıya qoyulmuş diaqnozlar ilə əlaqədar müddətsiz əlillik təyin edilməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 2.6-cı bəndinə əsasən, Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatına dair qərarı əmək zəmanəti qeyd edilməklə Əlillik altsisteminə (bundan sonra - altsistem) daxil edilir. Göstərilənlərə əsasən bildiririk ki, xx.xx.2021-ci il tarixli, 2- 1(112)-8104/2021 nömrəli məhkəmə qərarı ilə müəyyən edilən diaqnozlar əsas götürülməklə iddiaçının əmək qabiliyyətsiz olması barədə qeyd altsistemə daxil edilmişdir. Bu səbəbdən hesab edirik ki, iddiaçının hazırkı tələbi əsassızdır, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası ilə əlaqədar Agentlik tərəfindən hər-hansı qanun pozuntusuna yol verilməmişdir. Belə olan halda iddiaçının “qərarın icra edilməsi” barədə tələbi əsassız və icrası mümkünsüz olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının əlilliyinin müəyyən edilməsi hazırki mübahisənin predmeti deyildir. Mübahisə əlilliyin səbəb əlaqəsi ilə bağlıdır ki bu da qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə artıq müəyyən edilmişdir. Buna görə də əvvəlki iş üzrə qanuni qüvvəyə minmiş qərarının mövcudluğu, hazırki iddia tələbinə ayrıca iddia (şikayət) qaydasında baxılmasının mümkünlüyünü istisna edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının əlillik səbəbləri məhkəmə tərəfindən qəbul edilmiş qərar əsasında təyin edildiyindən cavabdeh həmin qərarda göstərilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4.1., 2.4.3. və 2.4.4-cü maddələrinə əsasənəlilliyin səbəb əlaqəsini müəyyən etməyə borclu olmuşdur. Belə olan halda iddiaçı məhkəmədə yenidən eyni məzmunlu iddia tələbi ilə bağlı iddia qaldırılması yolverilməzdir, iddiaçı bu halda icraya nəzarət edən məhkəməyə müraciət etməlidir. Belə ki, hazırkı iş üzrə cavabdeh tərəfindən qəbul edilmiş qərar iddiaçı tərəfindən məhkəmə nəzarəti qaydasında mübahisələndirməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini şərtlərinə cavab verməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Rəfail oğlunun iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar