Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-534/2021 27.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzilin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən dam örtüyünün altında mansarda sahəsinin yenidən planlaşdırılmasının rəsmiləşdirilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzilin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən dam örtüyünün altında mansarda sahəsinin yenidən planlaşdırılmasının rəsmiləşdirilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013-cü il tarixdə 889 nömrəli reyestr kitabının 82695 nömrəli vərəqində qeydə alınmış RX seriyalı ******* №li “Çıxarışa” əsasən xüsusi mülkiyyətində olan ünvan 5, mənzil 5 ünvanında yerləşən mənzilin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən dam örtüyünün altında mansarda sahəsinin yenidən planlaşdırılmasının rəsmiləşdirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, RX seriyalı ******* №-li “Çıxarışa” əsasən ünvan 5, mənzil 5 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. xx.xx.2005-ci il tarixdə onun xahişinə əsasən 4 saylı MKİS-in işçilərinin iştirakı ilə sözügedən mənzilin üstündə olan dam örtüyünə baxış keçirilmiş, dəmir örtüyün çürüməsi, altında olan taxtaların çökməsi müəyyən edilmiş və bu barədə akt tərtib olunmuşdur. Cavabdeh V-14 saylı xx.xx.2005-ci il tarixli məktubuna əsasən yaşadığı mənzilin qəza vəziyyətində olan dam örtüyünün əsaslı təmirinə icazə verilmişdir. O, İcra Hakimiyyətinin icazəsi ilə dam örtüyünün əsaslı təmir işlərini apararkən, tikinti norma və qaydalarına, habelə yanğından mühafizə, sanitar norma və qaydalarına riayət etməklə, yaşadığı mənzili də təmir etdirərək abadlaşdırmışdır. Mənzilinin üstündə mansard qurulması ilə razılaşmayan Səbail rayon MKTB-nin rəhbərliyi mansardın sökülməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə həmin iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən apelyasiya şikayəti verilsə də, sonradan tərəf apelyasiya şikayətindən imtina etmiş və bu səbəbdən apelyasiya icraatına xx.xx.2006-cı il tarixdə İMK-1699/2006-cı il tarixli qərardadla xitam verilmiş və bununla da Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Sözügedən yaşayış sahəsinin yenidən palnlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğundur, qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını vəqanuni mənafelərini pozmur, qoşiların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaratmır, binanın xarici görünüşündə dəyişiklik etmir. Göstərilənləri nəzərə alaraq, yenidən planlaşdırılmış yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış layihəsini, məhkəmə qətnaməsini və digər sənədləri Səbail rayon İH-nə təqdim edərək, onun Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 27.2.1 maddəsinə əsasən rəsmiləşdirilməsini xahiş etmiş, sonuncu heç bir qanuni əsas göstərmədən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iş üzrə verilmiş ekspertiza rəyinin nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. İş materiallarını araşdıraraq, iddiaçının, onun nümayəndəsinin və vəkilinin izahatlarını dinləyərək, məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Bakı şəhəri Səbail rayon polis idarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1958-ci ildə doğulmuş İddiaçı ünvan 1 mənzil 5 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1875/2005 saylı xx xxxxxx 2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdeh X1 qarşı sonuncunun Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, 5 saylı evin, 5-ci mənzilində özbaşına quraşdırdığı mansardanın sökülməsi barədə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 1MK-1699/2006 saylı xx xxxx 2006-cı il tarixli qərardadından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1875/2005 saylı xx xxxxxx 2005-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata iddiaçı tərəfindən apellyasiya şikayətindən imtina olunması əsası ilə xitam verilmişdir. Bakı şəhər İcra hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 4 saylı Mənzil Kommunal İstismar Sahəsinin çıx/36 №li xx xxxxxx 2010-cu il tarixli məktubunda göstərilmişdir ki, Azadlıq prospekti 5 saylı evin, 5 saylı mənzili 4-cü (axırıncı) mərtəbədə yerləşir. 2005-ci ildə İddiaçı Səbail rayon İH-nin xx.xx.2005-ci il tarixli məktubu ilə dam örtüyünün əsaslı təmir olunmasına icazə verilmişdir. İddiaçı tərəfindən mənzil əsaslı təmir olunmaqla bərabər yenidən qurma işləri aparılmış və damda mansard quraşdırılmışdır. Mənzil və mansard əla vəziyyətdə təmir edilmişdir. Təmir işləri iki il ərzində başa çatmışdır. Mənzil və mansard hal-hazırda yaşayış sahəsi kimi istifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 mənzil 5 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 889 nömrəli reyestr kitabının 82695 nömrəli vərəqində qeydiyyata alınmışdır. “X2” məhdud məsuliyyətli cəmiyyəti (İN/L-996/2017 №li xx xxxxxx 2017-ci il tarixli Lisenziya) tərəfindən 2019-cu il tarixdə ünvan 3 mənzil 5 ünvanında yaşayan İddiaçı məxsus mənzilin mansard hissəsinin “Eskiz layihə”si hazırlanmışdır. İddiaçının hazırki tələbi ilə bağlı müraciətinə cavab olaraq, Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 10-V-17/3-159/3 №li xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, sonuncuya sözügedən mansard hissəsinin tikintisinə icazəverici sənədlər və qanuni qüvvəsini almış məhkəmə qərarı rayon icra hakimiyyətinə təqdim edildikdən sonra qaldırılan məsələyə yenidən baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/721 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, ünvan 5, ünvanında yerləşən 5 №li mənzilin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli RX Seriyalı ******* №li Çıxarışa (notarial qaydada təsdiq olunmuş surəti) əsasən İddiaçı Tofiqovanın mülkiyyətinə verilmiş mənzilin üstündə inşa olunmuş mansard hissəsində (dam örtüyü ilə birgə) aparılmış təmir-bərpa işlərinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15 və 59,5 saylı maddəsində uyğun olduğu və qeyd olunan işlər binanın xarici görünüşündə dəyişiklik aparılmadığı müəyyən olunur. ünvan 5, ünvanında yerləşən 5 №li mənzilin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın 'Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli RX Seriyalı ******* №li Çıxarışa (notarial qaydada təsdiq olunmuş surəti) əsasən İddiaçı Tofiqovanın mülkiyyətinə verilmiş mənzilin və mənzilin üstündə inşa olunmuş mansardın ölçülərinin “X2” məhdud məsuliyyətli cəmiyyət tərəfindən tərtib edilmiş eskiz-layihəsinə uyğun olduğu müəyyən olunmuşdur. İddia mümkündür. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddianın hüquqi əsası ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqan bu Məcəllənin 24.2-ci maddəsi ilə müəyyən edilən sənədlərdən başqa digər sənədlərin təqdim edilməsini tələb edə bilməz. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyriyaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.12-ci bəndinə əsasən şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013-cü il tarixdə 889 nömrəli reyestr kitabının 82695 nömrəli vərəqində qeydə alınmış RX seriyalı ******* №li “Çıxarışa” əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 5 saylı mənzilin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən dam örtüyünün altında mansarda sahəsinin yenidən planlaşdırılmasının rəsmiləşdirilməsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-534/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-534/2021
27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver