Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5340/2020 07.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 65, mənzil 146) cavabdeh – Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X9 İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov prospekti, 43) qarşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 (bundan sonra – DSMF) Xüsusi X3rşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) əmək fəaliyyətinə 1976-cı ildən başlamışdır. xx xxxxxxxx 1976-cı il tarixdə Mirbəşir şəhərində yerləşən “Azərkəndtikinti” Trestinin 47 nömrəli İdarəsinə 115 saylı əmrlə makinaçı vəzifəsinə qəbul edilmiş və xx xxxxxx 1976-cı il tarixdə 165 nömrəli əmrlə öz xahişinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. xx xxxxxx 1976-cı il tarixdən xx xxxxxxx 1981-ci il tarixədək Mirbəşir Baş Kolxozlararası Tikinti İdarəsində makinaçı, xx xxx 1982-ci il tarixdən xx xxxxxx 1982-ci il tarixədək Bakı şəhəri “Qız Qalası” Muzeyində muzey işçisi vəzifələrində çalışməşdır. xx xxxxxx 1982-ci il tarixdə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinin əyani şöbəsinə qəbul olmuş və x xxxxxx 1984-cü il tarixdə öz xahişi ilə həmin fakultənin qiyabi şöbəsinə keçirilmişdir. xx xxxxxxx 1984-cü il tarixdən xx xxxx 1985-ci il tarixədək Mirbəşir şəhər 18 nömrəli X12 hüquqşünas, x xxx 1985-ci il tarixdən xx xxxx 1987-ci il tarixədək Mirbəşir şəhər X13 hüquqşünas, xx xxxx 1989-cu il tarixdən xx xxxxxx 1989-cu il tarixədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Trikotaj Fabirikində hüquqşünas, xx xxxxx 1991-ci il tarixdən x xxxxxxxx 1992-ci il tarixədək Yüngül Sənaye Nazirliyi 2 nömrəli Ayaqqabı Fabrikində hüquq məsləhətçisi, x xxxxxxxx 1992-ci il tarixdən x xxxxxxx 1995-ci il tarixədək həmin Fabrikdə 2-ci dərəcəli hüquq məsələhətçisi vəzifələrində işləmişdir. xx xxxxxx 1996-cı il tarixli 242 t/h nömrəli əmrlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X6 Qrupu”na mütəxəssis vəzifəsinə təyin edilmiş, x xxxxxxx 1997-ci il tarixli 300 ş/h nömrəli əmrlə həmin Qrupun aparıcı mütəxəssisi vəzifəsinə, x xxxx 1998-ci il tarixli 93ş/h nömrəli əmrlə isə Nazirliyin Normativ hüquqi aktların hüquqi ekspertizası, uçotu və qeydiyyatı idarəsinə baş mütəxəssis vəzifəsinə keçirilmişdir. xx xxxxxx 2005-ci il tarixli 8-T nömrəli əmrlə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar müvafiq uyğunlaşdırma ilə əlaqədar baş mütəxəssis vəzifəsi baş məsləhətçi vəzifəsi adlandırılmışdır. x xxxxxxx 2006-cı il tarixli 287-K nömrəli əmrlə Ədliyyə Nazirliyinin yeni strukturunun təsdiq edilməsi barədə x xxxxxxx 2006-cı il tarixli 17- T nömrəli əmrin icrası ilə bağlı «Ədliyyə orqanlarında qulluqkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsini, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi haqqında Əsasnamə»nin 16.5-ci bəndini rəhbər tutaraq, ixtisar edilmiş idarələrin işçiləri müvəqqəti olaraq tutduqları vəzifədən azad edilmişlər və idarələr birləşərək baş idarə statusuna yüksəlmişlər. Yeni idarələr təşkil edilərkən o (iddiaçı) da digər işçilər kimi xx xxxxxx 2006-cı il tarixli 404-k nömrəli əmrlə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin İnformasiya şöbəsində baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. xx xxxxxxxx 2007-ci il tarixdə isə, ərizəsinə əsasən onun ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. O, 1996 – 2007-ci illərdə ədliyyə orqanlarında çalışmışdır. Ona Ədliyyə Nazirliyi tərəfindən 2004-cü ildə kiçik ədliyyə müşaviri rütbəsi verilmişdir. O, ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi ona əmək pensiyasının təyin olunmasdı ilə bağı DSMF X9 İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.29.1 və 20.29.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyası həmin vəzifədə 15 il və ya daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Cavabdeh DSMF X9 İdarəsinin imtinası əsassız və qanunsuz olmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, İPM-in 45 və 46-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin müddəalarına əsaslanaraq, ona (iddiaçıya) ədliyyə orqanlarının xüsusi rütbəli əməksdaşı kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ilə bağlı DSMF X9 üzrə Mərkəz Filialının məhkəməyə ünvanlanmış x xxxxxxxx 2020-ci il tarixli məktubunda aşağıadkılar bildirilmişdir: - İddiaçı iddia tələbi qanunamüvafiq olmadığından rədd edilməlidir. İddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. İddiaçı İdarəyə müraciət edərək, ona ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Onun ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi iş stajı 15 ildən az olduğundan, ona ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.7.1, 20.1.14, 20.19, 20.19.1, 20.19.2-ci maddələrinə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazın məzmununda göstərilənləri təsdiqlədi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.7-ci maddəsinə görə ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: (9.7.1) ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla); (9.7.2) cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər: kişilər – 60 yaşına çatdıqda və ümumi əmək stajı 30 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə, qadınlar – 55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmamaqla, bu stajın azı 12 il 6 ayını məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 20.19-cu maddəsinin 2017-ci ilin i yul tarixindən qüvvədə olan tələblərinə əsasən bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: (20.19.1) ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; (20.19.2) ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.19.1 və 20.19.2-ci maddələrinin 2017-ci ilin 1 iyul tarixədək qüvvədə olan tələbləri aşağıdakı kimi olmuşdur: - (20.19.1) ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 il qulluq etmiş ədliyyə işçilərinə – orta aylıq əmək haqqının 45 faizi miqdarında; - (20.19.2) ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə – orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il iş stajı toplanmadığından, eləcə də vaxtilə həmin vəzifələrdə 5 il qulluq etmiş şəxs kimi 2017-ci ilin 1 iyul tarixədək müvafiq yaş həddinə çatmadığından (59 yaşı tamam olmuşdur), ona ədliiyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyasının təyin olunması qanuna zidd sayıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə mcavabdeh DSMF X9 İdarəsinin imtinası qanuna zidd deyil. İddiaçının “pensiyanın təyin edilməsi barədə” tələbi əsassızdır. İddiaçının “ödənilməmiş fərq məbləğinin ödənilməsi” tələbi də birinci tələbdən asılı və törəmədir. Ona gprə də məhkəmə iddianı həmin hissədə də əsaslı saymır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi X3rşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh DSMF Xüsusi X3rşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5340/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5340/2020
07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver