Məhkəmə qərarları › İş №2-1(112)-5341/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5341/2023

20.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5341/2023 20.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 314 saylı 21 dekabr 2011-ci il tarixli xəstəlik haqqında şəhadətnaməsi əsasında əlilliyin təyin edilməsi” tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci ilə qədər Sovet ordusu sıralarında və Azərbaycan Hərbi Dəniz Qüvvələrində hərbi xidmət keçmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı, müharibə veteranıdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 mart 2012-ci il tarixli 046 saylı əmri ilə (“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin V bəndinə əsasən-xəstəliyə görə") hərbi xidmətdən tərxis olunub. xx.xx.1995-ci il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərəkən hərbi xidmət yoldaşının həyatını xilas edərək gəmidə yıxılmış və 7-ci boyun fəqərəsinin kompression çıxışı sınığı travması almışdır. 10.09-xx.xx.1995, 03.01xx.xx.1996, 08.06-xx.xx.2011, 18.07-xx.xx.2011, 05.12-xx.xx.2011-ci il tarixlərində Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar qaydada müayinə və müalicə almışdır. 2011ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli 314 saylı qərarı ilə hərbi xidmət illərində aldığı xəsarət və xəstəliklərə görə: “Qalxanvari vəzin sağ payının papilyar karsionamasına görə (T1, N1, M0) aparılmış radikar cərrahi əməliyyat (xx.xx.2011) total strumeksiya, sağtərəfli boyun limfa desseksiyası və şüa müalicəsi nəticəsində boynun bərkimiş dəri çapığı, sağ səs telinin paralinci, səs funksiyasının mülayim dərəcədə pozulması ilə bağlı xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır. 7-ci boyun fəqərəsinin qapalı fəsadlaşmamış kompression köhnə sınıq çıxışı (1995) nəticəsində onurğanın boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması ilə; Hissi-hərəki pozulmalarla müşayiət olunan postravmatik xroniki boyun radikuliti; natamam remissiya dövründə, hərbi travmadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” diaqnozu ilə şəhadətləndirilib, “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı barəsində qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitiasiya Xidmətinin 10 saylı TSEK tərəfindən 2012, 2013, 2014, 2015, 2016-cı illər ərzində hər il şəhadətləndirilərək hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik səbəbindən 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. 10 saylı TSEK-in 2016-cı il tarixli qərarına əsasən növbəti müayinə xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. 30.11xx.xx.2019, 07.09-xx.xx.2020, 28.04-xx.xx-2021-ci il tarixlərində ixtisaslaşdırılmış tibb müəssisələrində stasionar müayinə və müalicə keçmiş və ona 2-ci qrup əlilliyin təsdiq olunması üçün qeydiyyatda olduğu 33 nömrəli Şəhər Polinikası tərəfindən Səhiyyə Nazirliyi Tibbi Sosial EKspert Komissiyasına 2767003AADFZ nömrəli göndəriş təqdim olunmuşdur. Diaqnoz: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, hərəki, hissi, trafiki pozulmalar və davamlı ağrı sindromu ilə müşayiət olunan xroniki residiv gedişli postravmatik boyun radikulit. C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxışı restofıstiri. C3-C-4, C4-C5 fəqərəarası disklərin protruziyası. Onurğa kanalın C3-C5 səviyyəsində daralması. Strumektoniyadan s/v (2011ci il). Qalxanvarı vəzin papilyar karsionoması. Ağırlaşma - M54.1 Radikulopatiya, C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxışı retrolistiri. C3-C4, C4-C5 f/a disklərin protruziyası. Onurğa kanalın C3-C5 səviyyəsində daralması. Strumeksiyadan sonrakı hipotireoz. M51.1 bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə bel-omba osteoxondrozu. L5-S1 fəqərəarası protruziya. Yanaşı xəstəliklər - 120.8. Stenokardiyanın digər formaları İİ f/s. Aorta, tac arteriyalarının ateroskleron. Aterosklorotik kardiosklerotik. Yanaşı xəstəliklər 110. Essential hiperteneziya İİ mərhələ 645.0 Vertelrobazilyar arterial sistem sindromu. Tibbi-sosial Ekspert Komissiyasının xx.xx.2021ci il tarixli qərarı ilə əliliyin təsdiq olunmasına- əlavə müalicəyə ehtiyacı olması səbəbindən qiyabi olaraq imtina olunmuşdur. Komissiyanın bu şablon qərarına etiraz edərək əyani olaraq xx.xx.2022-ci il tarixdə komissiyaya dəvət olunmuş və onun barəsində qəbul olunacaq qərarın 1 iş həftəsi ərzində elektron qaydada ona çatdırılacağı vəd edilmişdir. Lakin bu günə qədər komissiya tərəfindən komissiyanın qərarı heç bir formada çatdırılmamış, komissiya ilə əlaqə qurmaq cəhdləri nəticəsiz qalmışdır. xx.xx.2022-ci il tarixdə öz təşəbbüsü ilə DOST xidmətinə müraciət edərək imtina barədə arayış almışdır. İmtina arayışında imtina səbəbi kimi diqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. İmtina qanunsuz və əsassızdır. “Hərbi Qulluqçuların Statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikası Konstitusiyasında va qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan azad etsin və ya onların hüquqlarını məhdudlaşdırsın. Buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamənin" 5.1-ci bəndinə əsasən hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi Hərbi Həkim Komissiyasına həvalə olunur. 7.1-ci bəndində qeyd edilmişdir ki, hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olmaqla, Hərbi-Həkim Komissiyası onların aldıqları xəsarətlərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinin "a" yarımbəndinə əsasən, əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunu müdafiə edərkən və ya döyüş tapşırığını yerinə yetirərkən almışsa və ya cəbhədə olduğu dövrdə, hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini müdafiə edərkən, yaxud döyüş tapşırığı yerinə yetirərkən almışsa, Hərbi Həkim Komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında "Hərbi Travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alıınmışdır” qərarını çıxarır. "Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin qeyd edilən müddəalarından göründüyü kimi, Hərbi- Həkim Komissiyasının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsəinin düzgün təyin etməkdir. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın təsdiq edilməsi haqqında 19-1 saylı qərarının 2.1-ci maddəsinə əsasən, Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik müəyyən edilir. Həmin Qərarın 3.1-ci maddəsinə əsasən, şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. Həmin Qərarın 3.2-ci maddəsinə əsasən, hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Həmin Qərarın 3.3.3-cü maddəsinə əsasən hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Həmin Qərarın 3.3.5-ci maddəsinə əsasən, hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmin Əsasnamənin 3.1.3-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək TSEK-in vəzifələrindən biridir. Həmin Əsasnamənin 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun 24.1-24.4-cü maddələrinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyil. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, cavabdeh tərəfindən qeyd olunan inzibati hüquq normasının tələblərinə riayət olunmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 33 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi,. Hərəki, hissi, trofiki pozulmalar və davamlı ağrı sindromu ilə müşayiət olunan xroniki ressidiv gedişli postravmatik boyun radikulit. C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxıqı (1995-ci il) retrolistiri. C3-C4,C4-C5 fəqərəarası disklərin protruziyası. Onurğa kanalın C3-C5 səviyyəsində daralması. Qalxanvarı vəzin papilyar korsinoması. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri tərəfindən təqdim edilmiş M/V seriyalı 004002 saylı xx.xx.1997-ci il tarixli vəsiqəyə əsasən İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. 314 saylı xx.xx.2011-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı “Qalxanvari vəzin sağ payının papilyar karsinomasına (T1 N1 M0) görə aparılmış radikal cərrahi əməliyyat (20.07 2011) total strumektomiya, sağtərəfli boyun limfa desseksiyası və şüa müalicəsi nəticəsində boynun bərkimiş dəri çapığı, sap səs telinin paralici, səs funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır"; “Vİİ (yeddinci) boynun fəqərəsinin qapalı fəsadlaşmamış kompression köhnə sınıq çıxığı (1995) nəticəsində onurğanın boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması ilə. Hissi hərəki pozulmalarla müşayiət olunan posttravmatik xroniki boyun radikuliti, natamam remissiya mərhələsində” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi qiymətləndirilmiş, HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı ilə “Xəstəliklər cədvəli”nin 8b, 50b, 82b, 27c maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərara alınmışdır. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı əlillik təyin edilməsindən “Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina edilmişdir və xx.xx.2022-ci il tarixdə “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Hərəki, hissi, trofıki pozulmalar və davamlı ağrı sindromu ilə müşayiət olunan xroniki ressidiv gedişli postravmatik boyun radikulit. C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxıqı (1995-ci il) retrolistiri C3-C4.C4-CS fəqərəarası disklərin protruziyası. Onurğa kanalın C3-CS səviyyəsində daralmas. Qalxanvarı vəzin papilyar korsinoması.” diaqnozu ilə (göndəriş №-si 2677003AADFZ ) qiymətləndirilmişdir. Bakı 33 nömrəli şəhər poliklinikası tərəfindən İddiaçı barədə təqdim edilmiş “Forma 88” haqqında məlumata əsasən (göndəriş №-si 2677003AADFZ; xx.xx.2021-ci il) o, xx.xx.2019-cu il tarixdən Bakı 33 nömrəli şəhər poliklinikasında qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.1995-ci il tarixdən müəyyən edilmişdir (xroniki, hərbi travmadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışıdr.). Xəstəliyin adı: “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi”. Əsas diaqnoz: “M5.0.1 Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Hərəki, hissi, trofiki pozulmalar və davamlı ağrı sindromu ilə müşayiət olunan xroniki ressidiv gedişli postravmatik boyun radikulit. C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxıqı (1995-ci il) retrolistiri. C3-C4.C4-C5 fəqərəarası disklərin protruziyası. Onurğa kanalın C3-C5 səviyyəsində daralması (səbəb: hərbi xidmət vəzifəsini yerinə yetirərkən travma alıb). Strumektomiyadan s/v (2011-ci il). Qalxanvarı vəzin populyar korsinoması. (xx.xx.2011-ci il 314 saylı HHKM- qərar) – ; Ağırlaşma: M54.1. Radikulopatiya C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxıqı (1995) retrolistiri.C3-C4,C4-C5 f/a disklərin protivziyası.Onurğa kanalın C3-C5 səviyyəsində daralması (səbəb: hərbi xidmət vəzifəsini yerinə yetirərkən travma alıb). Strumektomiyadan sonrakı hipotireoz (2011-ci il). Qalxanvari vəzin populyar korsinoması. Sağ boyun limfa düyünlərinə metastaza görə aparılmış total lireoidek tonuyu,sağ tərəfi boyun limfa disseksiyası (2011-ci il) cərrahı əməliyyat və bir kurs şüa müalicəsindən s/v. U51.1. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə bel-oma osteoxondrozu. 15-Sİ fəqərəarası protuziya”. Yanaşı xəstəliklər 120.8 Stenokardiyanın digər formaları, İİ f/s. Aorta, tac arteriyalatının aterosklerozu. Aterosklorotik kardiosklerotik Yanaşı xəstəliklər 110 Essensial (birincili) hipertenziya, İİ mərhələ. Yanaşı xəstəliklər G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Yanaşı xəstəliklər Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. xx.xx.2011-ci İİ total strumektomiya, sağtərəfli boyun limfa dessekslyası və şüa müalicəsi nəticəsində boynun bərkimiş dəri çapığı, sağ səs telinin paralici, səs funksiyanının mülayim dərəcədə pozulması ilə”. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-7758/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar “Qalxanxari vəzin sol payının papilyar karsinomasına T1 N1 M0 görə aparılmış radikal cərrahi əməliyyat.Total strumektomiya sağ tərəfli boyun limfa desseksiyası və şüa müalicəsi nəticəsində boynun bərkimiş çapıqları” diaqnozu ilə qiymətləndirilmişdir (əmək zəmanəti: əmək qabiliyyətsizdir). İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar “Hissi-hərəki pozulmalarla müşayiət olunan postravmatik boyun radikuliti. C7 fəqərəsinin cisminin qapalı kompression köhnə sınıqçıxığı nəticəsində onurğanın boyun şöbəsinin funksiyasının pozulması” diaqnozu ilə qiymətləndirilmişdir (əmək zəmanəti: əmək qabiliyyətsizdir). İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar “Radikulopatiya.C7 fəqərəsinin cisminin qapalı kompression köhnə sınıq-çıxığı nəticəsində onurğanın boyun şöbəsinin funksiyasının pozulması.Bel-oma kələfinin zədələnməsi.Qalxanabənzər vəzinin insultu,strumektomiyadan sonrakı vəziyyət” diaqnozu ilə qiymətləndirilmişdir (əmək zəmanəti: ağır fiziki işlərdə işləyə bilməz). İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar “Radikulopatiya.C7 fəqərəsinin cisminin qapalı kompression köhnə sınıq-çıxığı nəticəsində onurğanın boyun şöbəsinin funksiyasının pozulması.Bel-oma kələfinin zədələnməsi.Qalxanabənzər vəzinin insultu,strumektomiyadan sonrakı vəziyyət” diaqnozu ilə qiymətləndirilmişdir (əmək zəmanəti: ağır fiziki işlərdə işləyə bilməz). İddiaçı dair əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatlya ilə zədələnməsi, Hərəki, hissi, trofiki pozulmalar və davamlı ağrı sindromu ilə müşayiət olunan xroniki ressidiv gedişli postravmatik boyun radikulit. C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxıqı (1995-ci il) retrolistiri. C3-C4, C4-C5 faqərəarası disklərin protruziyası.Onurğa kanalın C3-C5 səviyyəsində daralması (səbəb: hərbi xidmət vəzifəsini yerinə yetirərkən travma alıb). Strumektomiyadan s/v (2011-ci il). Qalxanvari vəxin populyar korsinoması. (xx.xx.2011-ci il 314 saylı HHKM-in qərarı). Ağırlaşma M54.1 Radikulopatiya. C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxıqı (1995) retrolistiri. C3-C4, C4-C5 f/a disklərin protruziyası.Onurğa kanalın C3-C5 səviyyəsində daralması (səbəb: hərbi xidmət vəzifəsini yerinə yetirərkən travma alıb). Strumektomiyadan sonrakı hipotireoz (2011-ci il). Qalxanvarı vəxin populyar korsinoması. Sağ boyun limfa düyünlərinə metastaza görə aparılmış total tireoidektomiya, sağ tərəfli boyun limfa disseksiyası (2011) cərrahi əməliyyat və bir kurs şüa müalicəsindən s/v. Ağırlaşma M51.1 Bel və digər şöbələrin faqərəarası disklərinin radikulopatiya ilə, Bel-oma osteoxondrozu. L5-S1 fəqərəarası protruziya. Yanaşı xəstəliklər 120.8 Stenokardiyanın digər formaları, İİ f/s. Aorta, tac arteriyalatının aterosklerozu. Aterosklorotik kardiosklerotik Yanaşı xəstəliklər 110 Essensial (birincili) hipertenziya, İİ mərhələ. Yanaşı xəstəliklər G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Yanaşı xəstəliklər Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. xx.xx.2011-ci İİ total strumektomiya, sağtərəfli boyun limfa dessekslyası və şüa müalicəsi nəticəsində boynun bərkimiş dəri çapığı, sağ səs telinin paralici, səs funksiyanının mülayim dərəcədə pozulması ilə” diaqnozu ilə qiymətləndirilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirmək ilə əlaqədar “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Hərəki, hissi, trofiki pozulmalar və davamlı ağrı sindromu ilə müşayiət olunan xroniki ressidiv gedişli postravmatik boyun radikulit. C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxıqı (1995-ci il) retrolistiri. C3-C4, C4-C5 fəqərəarası disklərin protruziyası. Onurğa kanalın C3-C5 səviyyəsində daralması. Qalxanvari vəzin papilyar korsinoması” diaqnozu ilə qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının **********8 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (FİN:61 W4P5J) əlillik vəziyyəti tibb müəssisəsinin 2767003AADFZ nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələr Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 314 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Qalxanvari vəzin sağ payının papilyar karsinomasına (T1 N1 M0) görə aparılmış radikal cərrahi əməliyyat (20.07 2011) total strumektomiya, sağtərəfli boyun limfa desseksiyası və şüa müalicəsi nəticəsində boynun bərkimiş dəri çapığı, sap səs telinin paralici, səs funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi və “Vİİ (yeddinci) boynun fəqərəsinin qapalı fəsadlaşmamış kompression köhnə sınıq çıxığı (1995) nəticəsində onurğanın boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması ilə. Hissi hərəki pozulmalarla müşayiət olunan posttravmatik xroniki boyun radikuliti, natamam remissiya mərhələsində” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsı. Hərəki, hissi, trofiki pozulmalar və davamlı ağrı sindromu ilə müşayiət olunan xroniki ressidiv gedişli postravmatik boyun radikulit. C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxığı (1995-ci il) retrolistiri C3-C4, C4-C5 fəqərəarası disklərin protruziyası. Onurğa kanalın C3-C5 səviyyəsində daralması. Strumektomiyadan sonrakı vəziyyət (2011-ci il). Qalxanvari vəzin papilyar korsinoması. (xx.xx.2011-ci il 314 saylı HHKM-nin qərarı) Radikulopatiya, C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxıqı (1995) retrolistiri. C3-C4.C4-C5 fəqərəarası disklərin protruziyası. Onurğa kanalın C3-C5 səviyyəsində daralması. Strumektomiyadan sonrakı hipotireoz (2011-ci il). Qalxanvari vəzin papilyar korsinoması. Sağ boyun limfa düyünlərinə metastaza görə aparılmış total tireoidektomiya, sağtərəfli boyun limfa disseksiyası (2011) cərrahı əməliyyat və bir kurs şüa müalicəsindən sonrakı vəziyyət. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel-oma osteoxondrozu. L5-S1 fəqərəarası protruziva. Stenokardivanın digər formaları. İİ f/s. Aorta, tac aıteriyalatının aterosklerozu. Aterosklorotik kardioskleroz. Essensial hipertenziva, İİ mərhələ. Vertebrobazilyar arterial sistem sindromu. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, xx.xx.2011-ci il total strumektomiya. sağtərəfli boyun limfa desseksivası və süa müalicəsi nəticəsində boynun bərkimis dəri çapığı, sağ səs telinin paralici, səs funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozu araşdırılmışdır. Müayinə zamanı boynun ön səthində “Qalxanabənzər vəzinin bədxassəlı törəməsi" əməliyyatından sonrakı çapıqı izlənilmiş, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzi xx.xx.2022-ci il tarixli A220026579 nömrəli Arayışda diaqnoz “Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi PT1N0M0 mərhələ İ GX. Qalxanabənzər vəzinin papilyar karsinoması. Cərrahı əməliyyat və şüa müalicəsindən sonrakı vəziyyət” kimi müəyyənləşdirilmişdir Müayinə zamanı diaqnoz təsdiq edilməmişdir. Həmçinin nevrolojı statusda ocaqlı patologiya izlənilməmiş, reflekslər D=S, canlıd, əzələ gücü və əzələ tonusu normada qeyd edilmişdir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-14841/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa SMS vasitəsi ilə məlumat göndərilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T-610/2023 saylı ekspert rəyindən görünür ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, hazırda Bakı 33 saylı şəhər Poliklinikasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 2767003AADFZ nömrəli Forma 088 göndərişində qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. Vətəndaş İddiaçı sağlamlıq vəziyyəti ilə əlaqədar hazırda stasionarda əlavə müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərkən müalicəyə cəlb edilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. İddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixə xeyrinə inzibati akt qəbul edilməsini tələb etdiyindən qaldırdığı iddia məcburetmə növündə iddiaya uyğundur. İddiaçı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, qiymətləndirmənin nəticəsində xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir. Həmin imtina və qərarın iddiaçıya təqdim edildiyi (bildirildiyi) tarix və iddiaçıya hüquqi müdafiə vasitələri izah edildiyi müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia mümkündür, iddiaçının iddianı qaldırmağa subyektiv hüququ var, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün müddət ötürülməmişdir. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Məhkəmə qeyd edir ki, Bakı 33 nömrəli şəhər poliklinikası tərəfindən İddiaçı barədə təqdim edilmiş “Forma 88” haqqında məlumata əsasən (göndəriş №-si 2677003AADFZ; xx.xx.2021-ci il) o, xx.xx.2019-cu il tarixdən Bakı 33 nömrəli şəhər poliklinikasında qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.1995-ci il tarixdən müəyyən edilmişdir (xroniki, hərbi travmadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışıdr.). Xəstəliyin adı: “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi”. Əsas diaqnoz: “M5.0.1 Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Hərəki, hissi, trofiki pozulmalar və davamlı ağrı sindromu ilə müşayiət olunan xroniki ressidiv gedişli postravmatik boyun radikulit. C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxıqı (1995-ci il) retrolistiri. C3-C4.C4-C5 fəqərəarası disklərin protruziyası. Onurğa kanalın C3-C5 səviyyəsində daralması (səbəb: hərbi xidmət vəzifəsini yerinə yetirərkən travma alıb). Strumektomiyadan s/v (2011-ci il). Qalxanvarı vəzin populyar korsinoması. (xx.xx.2011-ci il 314 saylı HHKM- qərar) – ; Ağırlaşma: M54.1. Radikulopatiya C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxıqı (1995) retrolistiri.C3-C4,C4-C5 f/a disklərin protivziyası. Onurğa kanalın C3-C5 səviyyəsində daralması (səbəb: hərbi xidmət vəzifəsini yerinə yetirərkən travma alıb). Strumektomiyadan sonrakı hipotireoz (2011-ci il). Qalxanvari vəzin populyar korsinoması. Sağ boyun limfa düyünlərinə metastaza görə aparılmış total lireoidek tonuyu,sağ tərəfi boyun limfa disseksiyası (2011-ci il) cərrahı əməliyyat və bir kurs şüa müalicəsindən s/v. U51.1. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə bel-oma osteoxondrozu. 15-Sİ fəqərəarası protuziya”. Yanaşı xəstəliklər 120.8 Stenokardiyanın digər formaları, İİ f/s. Aorta, tac arteriyalatının aterosklerozu. Aterosklorotik kardiosklerotik Yanaşı xəstəliklər 110 Essensial (birincili) hipertenziya, İİ mərhələ. Yanaşı xəstəliklər G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Yanaşı xəstəliklər Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. xx.xx.2011-ci İİ total strumektomiya, sağtərəfli boyun limfa dessekslyası və şüa müalicəsi nəticəsində boynun bərkimiş dəri çapığı, sağ səs telinin paralici, səs funksiyanının mülayim dərəcədə pozulması ilə”.qiymətləndirilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələr Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya verilmiş xx.xx.2011-ci il tarixli 314 nömrəli şəhadətnamədə “Qalxanvari vəzin sağ payının papilyar karsinomasına (T1 N1 M0) görə aparılmış radikal cərrahi əməliyyat (20.07 2011) total strumektomiya, sağtərəfli boyun limfa desseksiyası və şüa müalicəsi nəticəsində boynun bərkimiş dəri çapığı, sap səs telinin paralici, səs funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi və “Vİİ (yeddinci) boynun fəqərəsinin qapalı fəsadlaşmamış kompression köhnə sınıq çıxığı (1995) nəticəsində onurğanın boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması ilə. Hissi hərəki pozulmalarla müşayiət olunan posttravmatik xroniki boyun radikuliti, natamam remissiya mərhələsində” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T-610/2023 saylı ekspert rəyindən görünür ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, hazırda Bakı 33 saylı şəhər Poliklinikasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 2767003AADFZ nömrəli Forma 088 göndərişində qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı ona hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsini tələb edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının **********8 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin həmin qərarı qanunauyğun olmaqla iddiaçının hüquqlarını pozmur. Belə ki, iddiaçının onun barəsində tibbi göndərişdə qeyd olunmuş xəsləlik və ağırlaşmalarından əziyyət çəkməsi inzibati işin məhkəmə araşdırması zamanı təyin və tədqiq olunmuş ekspert rəyi ilə də bir daha öz təsdiqini tapsa da, həmin göndərişdə qeyd edilən xəstəliklər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlilliyin müəyyən edilməsi üçün əsas vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar