Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5344/2020 25.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Xüsusi Şərtlərlə X1rşı pensiya təminatının bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2020-ci il tarixdən əlilliyə görə təyin edilmiş pensiya ödənişinin dayandırılmasının qanunsuz hesab edilməsi və əlilliyə görə təyin edilmiş pensiyanın dayandırıldığı xx xxxx 2020-ci il tarixdən bərpa edilərək ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-cı il tarixdə Fizuli rayonunun Mahmudlu-2 kəndində anadan olmuşdur. Aprel döyüş iştrakçısı və məcburi köçkündür. 2008-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətə başlamışdır. xx.xx.2017-ci il tarixində Goranboy rayonu Tapqaraqoyunlu istiqamətində düşmənlə təmas xəttində hərbi xidmət vəzifələrini yerinə yetirərkən qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi sağ gicgah sümüyünün qapalı xətti sınığı travması xəsarətini almışdır. Aldığı xəsarətlə bağlı olaraq xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə 056 nömrəli Hərbi Hospitalın Cərahhiyyə bölməsində, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək vaxtaşırı Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında müalicə almışdır. Qeyd olunan tarixlərdə alınan müalicələr nəticə vermədiyinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0509 nömrəli xx.xx.2018-ci il tarixli əmri ilə “Hərbi xidmət keçmə haqqında əsasnamə”nin 156 maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrindən təxris olunduqdan sonra səhhətində olan problemlə əlaqədar olaraq xx.xx.2018-xx.xx.2018-ci il tarixədək Füzuli rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2018-xx.xx.2018-ci il tarixədək 31 Nömrəli Birləşmiş Şəhər Xəstəxanasında müalicə və müayinə olunmuş və xx.xx.2018-ci il tarixdə Tibbi-Sosial Ekspertiza müayinəsindən sonra ona hərbi xidməti vəzifəni yerinə yetirməklə əlaqədar olaraq 5 illik müddətinə ikinci dərəcə əlillik verilmişdir. Bundan sonra sözügedən əlillik əsasında həmin tarixdən İdarə tərəfindən pensiya təyin olunmuş və xx.xx.2020-ci il tarixədək vaxtı-vaxtında pensiyası ödənilmişdir. Lakin 2020-ci ilin aprel ayında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVİD- 19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərlə əlaqədar olaraq insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyətin xx xxxx 2020-ci il saat 00:00-dan dayandırıldığı, ölkə başçısının pandemiva ilə əlaqədar olaraq fiziki və hüquqi şəxslərə müxtəlif yardımların edilməsi ilə bağlı müvafiq sərəncamların verdiyi bir vaxtda İdarə heç bir əsas olmadan, ona rəsmi məlumat verilmədən pensiyamın verilməsini qanunsuz olaraq dayandırmışdır. Pensiyanın dayandırılması xüsusi karantin dövrünə təsadüf etdiyindən tərəfindən İdarəyə poçt vasitəsi ilə müraciət edərək ona təyin edilmiş pensiyanın ödənilməməsinin səbəbi barədə rəsmi məlumat verməklə, ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Müraciətinə İdarə xx.xx.2020-ci il tarixli, **********7 saylı məktubla (sözügedən məktub ona xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə təqdim olunmuşdur) cavab verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin təlimatına uyğun olaraq ona təyin olunmuş əlillik dərəcəsi ilə bağlı araşdırma ilə əlaqədar pensiya ödənişin dayandırılması idarəyə tapşırılmış və bu səbəbdən tərəflərindən xx.xx.2020-ci il tarixindən ona pensiya ödənilməsi dayandırılmışdır. Qeyd olunan məsələ ilə bağlı yuxarıda adıçəkilən şöbəyə müraciət etməyi tövsiyyə olunur. Ona təyin olunmuş əlillik dərəcəsi qüvvədə olduğu halda cavabdeh tərəfindən pensiyanın ödənilməsinin dayandırılması qanunsuzdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində bu günə kimi dayandırılmış pensiyasının ödənişi həyata keçirilməmişdir. Bu şəbədən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddiaçıya təyin edilmiş pensiya ödənişinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin təlimatına uyğun olaraq dayandırıldığını bildirərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə Füzuli rayonu, Mahmudlu-2 kəndində doğulmuşdur. - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA 304673 №-li, xx.xx.2013-cü il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. - İddiaçıya məxsus ZE ******* №-li hərbi biletin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 0509 №-li əmri ilə HXH Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası DSMF-nin Füzuli rayon Şöbəsi tərəfindən verilmiş 036546 №-li, xx.xx.2019-cü il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirərkən 2-ci qrup əlil olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X3 Tibbi-Sosial Ekspertiza Müayinəsindən 178458eb-b148-4537-b6a0-9d5675a00730 №-li çıxarışından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə “keçirilmiş qapalı kəllə beyin travması (xx.xx.2017), baş-beyin silkələnməsindən, sağ gicgah sümüyünün qapalı xətti sınığından sonraki vəziyyət, mərkəzi sinir funksiyasının mühüm dərəcədə pozulması, sağ tərəfli hemiparez ilə təzahür edən piramid çatışmamazlığı, postravmatik ensefolopatiya 3-cü mərhələ, qıc olma tutmaları (ayda 7-8 dəfə)” diaqnozu əsasında hərbi xidmət vəzifəsinin yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2023-cü il qeyd olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2020ci il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu HQXRŞİİ şöbəsinin 028952 №-li pensiya işinin materiallarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli, 19/116 №-li qərar ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.16.1-ci maddəsinə əsasən 2 qrup əlilliyə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 693,24 manat əmək pensiyası təyin edilmişdir. xx.xx.2020-ci il tarixli qərarla Nazirliyin Daxili audit və nəzarət şöbəsinin xx.xx.2020-ci il tarixli elektron məktubuna əsasən İddiaçı əmək pensiyası xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. - İdarənin iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi **********7 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin təlimatına uyğun olaraq ona təyin olunmuş əlillik dərəcəsi ilə bağlı araşdırma ilə əlaqədar pensiya ödənişinin dayandırılması idarəyə tapşırılmışdır. Bu səbəbdən tərəflərindən xx xxxx 2020ci il tarixindən ona pensiya ödənilməsi dayandırılmışdır. Qeyd olunan məsələ ilə bağlı yuxarıda adıçəkilən şöbəyə müraciət etməyi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2020ci il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2-ci dərəcəli əlillik təyin edilmişdir. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2023-cü ilədək müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. - 11.2.1-ci maddəsinə əsasən əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan həmin şəxslər müharibə ilə əlaqədar əlilliyi olan şəxslər hesab edilirlər. - 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. - 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı gündən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. - 41.1-ci maddəsinə əsasən əlilliyi olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq təkrar müayinə üçün təyin edilmiş vaxtda müvafiq icra hakimiyyəti orqanına gəlmədikdə, əmək pensiyasının ödənilməsi dayandırılır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcəli əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən xx.xx.2018-ci il tarixdən 5 il müddətinə hərbi xidməti vəzifəni yerinə yetirməklə əlaqədar olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Təkrar müayinə vaxtı xx.xx.2023-cü il müəyyən edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2019-cu il tarixli, 19/116 №-li qərar ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.16.1-ci maddəsinə əsasən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyası cavabdeh tərəfindən Nazirliyin Daxili audit və nəzarət şöbəsinin xx.xx.2020-ci il tarixli elektron məktubuna istinad edilməklə xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyasının dayandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların hər hansı birinin mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. İddiaçı müvafiq səlahiyyətli orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təyin edilmiş və pensiya ödənişi üçün əsas olan ikinci dərəcəli əlillik hal-hazırda qüvvədə olmaqla onun təyin edilməsi barədə qərarın ləğv edilməsinə dair cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, mövcud qanunvericiliyn tələblərinə görə iddiaçı üçün əlverişli olan hər hansı inzibati akt onun ləğvi barədə yeni inzibati akt qəbul edilənə qədər qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya ödənişinin dayandırılması qanunvericiliyin tələblərinə zidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, İddiaçı Nanməd oğluna xx xxxx 2020-ci il tarixdən əlilliyə görə təyin edilmiş pensiya ödənişinin dayandırılması qanunsuz hesab edilməli və sonuncuya əlilliyə görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx xxxx 2020-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx xxxx 2020-ci il tarixdən əlilliyə görə təyin edilmiş pensiya ödənişinin dayandırılması qanunsuz hesab edilsin. İddiaçı əlilliyə görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx xxxx 2020-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 X5 X7 həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5344/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5344/2020
25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver