Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5344/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci il tarixdə Balakən rayonu, Qullar kəndində anadan olmuşdur.Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində 14.01.2005-ci il tarixdən 15.11.2016-ci il tarixədək dəyişək təsərrüfat müdiri, növbətçi, bufetçi vəzifələrində işləmişdir. Üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 11 il 10 ay 1 gün təşkil etmişdir.Pensiya təyinatı ilə əlaqədar olaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir.18 yanvar 2021-ci il tarixdə ərizəsinə cavab olaraq bildirmişdirlər ki, onun fərdi hesabınıın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindan aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26413,89 manat təşkil edir. İmtina əsası əsassız olduğundan qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbinə etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 44800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28300,32 manat təşkil edir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçıya şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə etiraza uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. - ASAN 2 tərəfindən 12.03.2016-cı il tarixdə verilmiş Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanda qeydiyyatdadır. - 10.01.1986-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 10.01.1986-25.09.1988, 22.05.1989-24.10.1994-cü illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin 12.04.1996-cı il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur. - "xxxx" QSC X4 tərəfindən verilmiş 22 yanvar 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin üzüçü heyətinin nəqliyyat donanması gəmilərində 14.01.2005-ci il tarixdən 15.11.2016-cı il tarixədək dəyişək təsərrüfat müdiri, növbətçi, bufetçi vəzifələrində işləmişdir.Onun işlədiyi vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir.X1 üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 11 il 10 ay 01 gün təşkil edir.Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 21.2 bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndində (kod ********)) uyğun göstərilmişdir.Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 №-li və 10.01.2014-cü il tarixli 213 №li sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X6 yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 19 oktyabr 2017-ci il tarixli göndərişdən görünür ki, İddiaçı Azərbaycan Xəzər Dəniz X5 Cəmiyyətinin Təlim Tədris Mərkəzində keçirilən “Sürətli olmayan xilasedici qayıq, növbətçi qayıq və sallar üzrə mütəxəssis” təlimini bitirib. Gəmiyə çıxması ilə əlaqədar olaraq sertifikatını təhvil ala bilməyib. Göndəriş Balakən gəmisinin kapitanına təqdim etmək üçün verilir. Göndəriş 15.11.2017-ci il tarixinədək qüvvədədir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı oğluna ünvanlanmış 18 yanvar 2021-ci il tarixli **********4 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubdan görünür ki, onun fərdi hesabının sığorta hissəsində qeydə aılınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26413,89 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş X9 Sistemindən çıxarılmış pensiya kapitalına dair cədvəldən görünür ki, 21 il 7 ay 24 gün staja görə 28781,50 manat pensiya kapitalı müəyyən olunur (1992-ci ilə qədər 5 il 3 ay 24 gün staja görə PSK-4050,91 manat, 1992-ci ildən 2006-cı ilədək 4 il 4 ay sığorta stajına görə PSK - 3302,28 manat və 2006-cı ildən sonrakı dövrdə 12 il staja görə PSK- 21428,31 manat təşkil edir). Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. İddiaçı əmək kitabçasında qeyd edilən ayrı-ayrı dövrün iş stajı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğunu bildirir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Hazırda iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 55 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin olunmasını tələb edir. Cavabdeh inzibati orqan iddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 28300,32 manat təşkil etdiyini əsas gətirərək, iddia tələbindən imtina etmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırkı iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi və fərdi sığorta hesabında toplanmış pensiya kapitalı müəyyən edilməlidir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq edilmişdir. Şərh ounan normaların tələblərindən görünür ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a) İddiaçının 55 yaşına çatması; b) İddiaçının azı 20 il ümumi iş stajının mövcud olması; c) İddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması d) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Məhkəmə tərəfindən bu istiqamətdə aparılmış araşdırmalardan müəyyən olunur ki, iddiaçı yaş və staj ilə bağlı şərtləri ödəmişdir. Belə ki, iddiaçının əmək kitabçasından və "xxxx" QSC X4 tərəfindən təqdim olunmuş güzəştli arayışlardan görünür ki, o, 14.01.2005ci il tarixdən 15.11.2016-cı il tarixinədək Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində dəyişək təsərrüfat müdiri, növbətçi, bufetçi vəzifələrində işləmişdir. Sözügedən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21 bölməsinin 21.2 bəndində “Dəniz və çay donanması” bəndinin b) üzən heyət yarımbəndindəki “dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)” kateqoriyasına aiddir. Qeyd olunanları nəzərə aldıqda məlum olur ki, iddiaçının 50 yaşı tamam olduğu 19.12.2020-ci il tarixədək ümumilikdə 10 ildən çox (11 il 10 ay 1 gün =14.01.2005- 15.11.2016) güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş yaş, ümumi və güzəştli iş stajları ilə bağlı nəzərdə tutulan şərtlər ödənilsə də, fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı ilə bağlı şərt ödənilməmişdir. Belə ki, cavabdeh tərəfindən verilən imtina məktubunda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26413,89 manat, məhkəməyə təqdim olunmuş etirazda 28300,32 manat və X9 Sistemindən təqdim olunmuş cədvəldə 28781,50 manat təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə iddiaçının pensiya kapitalının 28781,50 manat təşkil etməsi ilə bağlı araşdırma aparmazdan əvvəl, ilkin olaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının nə qədər olmasını müəyyən etməlidir. Bu məsələnin həlli “Əmək pensiyaları haqqında” Qanunun və onun əsasında qəbul olunmuş normativ hüquqi aktların müddəaları əsasında həyata keçirilir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan Repsublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.2-ci bəndinə görə, 01 iyul 2020 – 30 iyun 2021 dövr üzrə qadınlar üzrə pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 45.600 manat təşkil etməlidir. Məhkəmə məhz “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun olaraq, imtina məktubu verilən tarixə qadınlar üzrə pensiya yaşının 62 olmasını, güzəştli şərtlə pensiya çıxma yaşını, qanunvericilikdə nəzərdə tutulan pensiya ödənişi müddətini və əmək pensiyasının minimum məbləği nəzərə alaraq bu nəticəyə gəlmişdir. Hesablama qaydası: 62 yaş – 55 yaş (güzəştli şərtlə pensiya çıxma yaşını) =7 x 12= 84 ay +144 ay (gözlənilən pensiya ödənişi müddəti ) = 228 ay x 200 manat (minimum pensiya məbləği) = 45.600 manat. Bundan başqa, iddiaçinin ümumiyyətlə işlədiyi dövrdə topladığı pensiya kapitalının müəyyən edilməsi üçün isə məhkəmə, aşağıda göstərilən qanunvericiliyin müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: -1.0.10-cu maddəsinə əsasən, müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. -6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir.; -10.4-cü maddəsinə əsasən, yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düstürü ilə müəyyən edilir ki, burada P- pensiya kapitalı, SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi,YH –yaşa görə əmək pensiyasının yığım hissəsidir. 27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 15-ci Misalına görə, Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək 9 il 7 ay 25 gün ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (9 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 7 ay) =2932,5 manat. 4.2.3-ci yarımbəndinə görə, 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir; 16-cı Misalına əsasən, 15-ci misaldakı sığortaolunanın 01.01.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2932,5 manat pensiya kapitalının 01.01.2017ci il tarixə indeksləşdirilmiş məbləği 6 360,0 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir. - 2006-cı il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 8,3, İndeksləşdirmə nəzərə alınmaqla ilin əvvəlinə pensiya kapitalı 2932,5; - 2007-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 16,7, İndeksləşdirmə nəzərə alınmaqla ilin əvvəlinə pensiya kapitalı 3175,9; - 2008-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 20,8, İndeksləşdirmə nəzərə alınmaqla ilin əvvəlinə pensiya kapitalı 3706,3; - 2009-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 1,5, İndeksləşdirmə nəzərə alınmaqla ilin əvvəlinə pensiya kapitalı 4477,2; - 2010-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 5,7, İndeksləşdirmə nəzərə alınmaqla ilin əvvəlinə pensiya kapitalı 4544,4; - 2011-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 7,9, İndeksləşdirmə nəzərə alınmaqla ilin əvvəlinə pensiya kapitalı 4803,4; - 2012-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 1,1, İndeksləşdirmə nəzərə alınmaqla ilin əvvəlinə pensiya kapitalı 5182,9; - 2013-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 2,4, İndeksləşdirmə nəzərə alınmaqla ilin əvvəlinə pensiya kapitalı 5239,9; - 2014-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 1,4, İndeksləşdirmə nəzərə alınmaqla ilin əvvəlinə pensiya kapitalı 5365,7; - 2015-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 4,0, İndeksləşdirmə nəzərə alınmaqla ilin əvvəlinə pensiya kapitalı 5440,8; - 2016-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 12,4, İndeksləşdirmə nəzərə alınmaqla ilin əvvəlinə pensiya kapitalı 5658,4. - 2017-ci il üzrə İndeksləşdirmə nəzərə alınmaqla ilin əvvəlinə pensiya kapitalı 6360. Şərh olunan qanunvericiliyin müddəalarından məlum olur ki, “pensiya kapitalı” anlayışı və onun hesablanması qaydaları pensiya qanunvericiliyində geniş olaraq təsvir olunmuşdur. Ümumiyyətlə pensiya kapitalı - elə bir vəsait toplusudur, həmin vəsait hesabına vətəndaşların əmək pensiyası məbləği formalaşır. Pensiya kapitalının müəyyən edilməsinin fundamental əsası fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərdən irəli gəlir. Nəzərə alınmalıdır ki, qanunvericilik 01.01.2006-cı il tarixədək vətəndaşın qazanmış olduğu pensiya kapitalının müəyyən edilməsini fərqləndirmişdir ki, bu zaman pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı, pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2006-2020-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alınmaqla hesablanır. Burada vətəndaşın 01.01.2006-cı il tarixədək qazanmış olduğu ümumi iş stajının və Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş istehlak qiymətləri indeksinin illik səviyyələrinin düzgün nəzərə alınması mühüm rol oynayır. Yuxarıda göstərilənlər əsasında məhkəmə iddiaçının 01.01.2006-cı il tarixədək topladığı iş stajının 9 il 7 ay 25 gün (01.01.2006-cı il tarixədək) təşkil etməsini əsas götürərək, həmin illərə görə pensiya kapitalının 2 953,458904 (9x306+306/12x7+306/365x25) manat olduğunu müəyyən edir. Həmin məbləğə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2006-2020-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsini tətbiq etdikdə, məhkəmə, hər ilə görə pensiya kapitalını aşağıdaki qaydada müəyyən edir: 01.01.2007-ci il tarixə 3 198,59599 manat (2 953,458904 manat + 2 953,458904 manat x 8,3 % (istehlak qiymətləri indeksinin 2006-ci il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2008-ci il tarixə 3 732,761520 manat (3 198,59599 manat + 3 198,59599 manat x 16,7% (istehlak qiymətləri indeksinin 2007-ci il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2009-cu il tarixə 4 509,175916 manat (3 732,761520 manat + 3 732,761520 manat x 20,8% (istehlak qiymətləri indeksinin 2008-ci il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2010-cu il tarixə 4 576,813555 manat (4 509,175916 manat + 4 509,175916 manat x 1,5% (istehlak qiymətləri indeksinin 2009-cu il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2011-cu il tarixə 4 837,691928 manat (4 576,813555 manat + 4 576,813555 manat x 5,7% (istehlak qiymətləri indeksinin 2010-cu il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2012-ci il tarixə 5 219,869590 manat (4 837,691928 manat + 4 837,691928 manat x 7,9 % (istehlak qiymətləri indeksinin 2011-ci il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2013-cu il tarixə 5 277,288156 manat (5 219,869590 manat + 5 219,869590 manat x 1,1 % (istehlak qiymətləri indeksinin 2012-ci il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2014-cü il tarixə 5 403,943072 manat (5 277,288156 manat + 5 277,288156 manat x 2,4 % (istehlak qiymətləri indeksinin 2013-cü il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2015-ci il tarixə 5 479,598276 manat (5 403,943072 manat + 5 403,943072 manat x 1,4 % (istehlak qiymətləri indeksinin 2014-cü il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2016-ci il tarixə 5 698,782207 manat (5 479,598276 manat + 5 479,598276 manat x 4 % (istehlak qiymətləri indeksinin 2015-ci il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2017-cı il tarixə 6 405,431201 manat (5 698,782207 manat + 5 698,782207 manat x 12,4 % (istehlak qiymətləri indeksinin 2016-ci il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2018-ci il tarixə 6 770,540779 manat (6 405,431201 manat + 6 405,431201 manat x 5,7 % (istehlak qiymətləri indeksinin 2017-ci il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2019-cu il tarixə 6 973,657002 manat (6 770,540779 manat + 6 770,540779 manat x 3 % (istehlak qiymətləri indeksinin 2018-ci il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2020-ci il tarixə 8 131,284064 manat (6 973,657002 manat + 6 973,657002 manat x 16,6 % (istehlak qiymətləri indeksinin 2019-cu il üzrə illik səviyyəsi)) məbləğində. 01.01.2021-ci il tarixə 9 058,250447 manat (8 131,284064 manat + 8 131,284064 manat x 11,4 % (istehlak qiymətləri indeksinin 2020-cİ il üzrə illik səviyyəsi)) məbləğində. İddiaçının 01.01.2006-cı il tarixədək qazandığı əmək stajına görə pensiya kapitalının 9 058,25 manat, 01.01.2006-cı il tarixdən hazırkı günədək pensiya kapitalının isə 21428,31 manat olduğunu nəzərə aldıqda məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı ümumilikdə pensiya kapitalı 30 486,56 manat təşkil edir. Nəzərə alınmalıdır ki, 01.01.2006-cı il tarixdən hesablanmış 21428,31 manat pensiya kapitalı, DSMF-nın struktur bölməsi olan Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı tərəfindən təqdim olunmuş “sığortaolunanın hesabı” haqqında məlumat cədvəllində əks olunmuşdur. Belə olan halda, toplanmış pensiya kapitalı əsasında sığortaolunanın aylıq pensiya məbləğinin 133,7 (30 486,56/228 ay) manat olması müəyyən edilir. Alınan həmin məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsində nəzərdə tutulan məbləğdən (200 manatdan) azdır ki, bu da iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığına dəlalət edir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 45.600 manat təşkil etməli olduğu halda, onun qeydə alınmış pensiya kapitalı 15 113,44 manat fərq ilə 30 486,56 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərdən biri ödənilməmişdir. Əlavə olaraq məhkəmə bildirir ki, cavabdeh tərəfindən imtina məktubunda iddiaçının pensiya kapitalının 28781,50 manat olması göstərilsə də, həmin pensiya kapitalının hesablama qaydası məhkəməyə təqdim olunmamışdır. Bununla bağlı qeyd olunur ki, pensiya kapitalına istehlak qiymətləri indeksinin 2020-ci il üzrə illik səviyyəsi dərəcəsi tətbiq edilməsə belə, İddiaçı 18.01.2021-ci il tarixinə (imtina məktubunun tarixinə) pensiya kapitalı 30 486,56 manat təşkil edir ki, bu da göstərilən 28781,50 manat məbləğ ilə üst-üstə düşmür. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, İddiaçı nə 01.08.1997-ci il tarixədək, nə də 01.01.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən sahədə nəzərdə tutulan iş stajını toplamamış, onun “Əmək pensiyaları haqqında” və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunlarında nəzərdə tutulmuş yaş və staj ilə bağlı şərtlər ödənilmədiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, fərq məbləğinin birdəfəlik ödənilməsi ”nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərаrа аldı: İddiaçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5344/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5344/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver