Məhkəmə qərarları › İş №2-1(112)-5346/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5346/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5346/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili X8, Cavabdehin nümayəndəsi X3, 3-cü şəxs X13 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X5 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı 3-cü şəxs X18 işə cəlb edilməklə “Xəstəlik haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X9 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı 3-cü şəxs X18 işə cəlb edilməklə Azərbayca Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin X18 barəsində tərtib etdiyi 510 nömrəli ““Xəstəlik haqqında şəhadətnamə”nin 12-ci bəndinin (diaqnozunun) R.Xəlilovun əlilliyə səbəb olan xəstəliyinin 04.06.2016-cı il tarixdə aldığı yüngül xəsarətlərlə bağlı olması – Travma DİO-da xidməti vəzifələrinin icrası zamanı alınmış” hissəsində etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibbi İdarəsi tərəfindən keçmiş polis əməkdaşı X18 müayinə edilmiş, müayinənin nəticəsində DİN-nin Tibb İdarəsi tərəfindən 510 nömrəli Xəstəlik haqqında şəhadətnamə tərtib edilmiş və ona aşağıdakı diaqnoz qoyulmuşdur (şəhadətnamə 12-ci bənd): 12. Diaqnoz : (XBT-10) S06.6 “Qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik vəziyyət (04.06.2016). Epilepsiya, mürəkkəb parsial tutmalarla (ayda 7-8 dəfə), ocaqlı simptomatik". Vesrtibulyar ataksiya. Hipertoniya xəstəliyi 11 mərhələ. Hipertonik angiopatiya. Aşağı ətrafların xroniki venoz xəstəliyi". Travma DİO-da xidməti vəzifələrinin icrası zamanı alınmışdır. Göründüyü kimi, Tibb İdarəsi Rəşad Xəlilovda olan göstərilən xəstəliyin səbəbini onun 04.06.2016-ci il tarixdə xidməti vəzifələrinin icrası zamanı İddiaçı1 və X9 tərəfindən xəsarətlər (sol kürəkaltı, təpə və gicgah nahiyyəsində) alması ilə bağlamışdır. Tibb idarəsinin 510 nömrəli xəstəlik haqqında şəhadətnaməsi əsasında 20.12.2017-ci il tarixdə R.Xəlilova Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlilliyin səbəbi DİO-da xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar qeyd edilməklə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibbi İdarəsi tərəfindən X13 xəstəliyinin 04.06.2016-ci il tarixdə xidməti vəzifələrinin icrası zamanı İddiaçı1 və X9 tərəfindən yetirilən xəsarətlərlə (sol kürəkaltı, təpə və gicgah nahiyyəsində) bağlı olması, həmin xəsarətlərlə səbəbli əlaqədə olması barədə şəhadətnaməsi (diaqnozu) etibarsızdır, R.Xəlilovun xəsətəliyinin qeyd olunan xəsarətlərlə səbəbli əlaqədə deyil, həmçinin həmin xəstəliklə aldığı xəsarətlərin səbəbli əlaqədə olmasını müəyyən etmək Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinin səlahiyyətlərinə aid deyil. Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinin 510 nömrəli “Xəstəlik haqqında şəhadətnaməsi” (diaqnozu) onların maraqlarına toxunur, onlara qarşı mülki iddiaların başladılmasına səbəb olmuşdur. Hesab edirlər ki, həmin 510 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” (diaqnoz) onların mənafelərinə toxunan hissədə etibarsız hesab edilməlidir. Belə ki, Daxili İşlər Nazirliyinin Tibbi İdarəsi tərəfindən 510 N-li Xəstəlik haqqında şəhadətnamə tərtib edilərkən xəstəliyin səbəbinin DİO-da xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar olması qeyd edilməklə aşağıdakı diaqnoz qoymuşdur: Diaqnoz: kəllədaxili travmalam nəticələri, qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik vəziyyət (04.06.2016). Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fakol) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, epilepsiya, mürəkkəb parsial tutmalarla (ayda 7-8 dəfə), ocaqlı simptomatik. Vesrtibulyar ataksiya, digər neqativ pozuntular, asteno-nevrotik vəziyyət. Essesial hipertenziya. Hipertoniya xəstəliyi İİ mərhələ. Xroniki periferik venoz çatışmamazlıq. Aşağı ətrafların xroniki venoz xəstəliyi. Qeyd edirlər ki, cavabdehlər qeyd olunan nəticəyə gələrkən öz nəticəsini hərbi xidmət vəzifəsini yerinə yetirməklə - 04.06.2016-ci il tarixdə Rəşad Xəlilovla onların arasında baş vermiş hadisə ilə əlaqələndirmişdir. Belə ki, həmin hadisə zamanı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili X10 kürəkaltı, təpə və gicgah nahiyyəsində xəsarətlər almışdır. Məhkəmə tibb ekspertizasının 13.06.2016-cı il tarixli, 767 saylı rəyindən görünür ki, Rəşad Xəlilovun bədəni üzərində aşkar olunmuş xəsarətlər - təpə, gicgah nahiyələrinin hematomaları və bas beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sol kürəkaltı nahiyənin sıyrığı, sol saidin qançırı küt əşyanın təsirindən törənmişdir, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. R.Xəlilovda olan xəstəlik onun 04.06.2016-ci il tarixdə baş vermiş hadisə zamanı aldığı yüngül xəsarətlərlə birbaşa səbəbli əlaqədə olması Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinin diaqnozu və şəhadətnaməsi ilə müəyyən edilə bilməz. Eləcə də, R.Xəlilovun xəstəliyi, yəni DİO-da xidməti vəzifələrini yerinə yetirməyə imkan verməyən xəsətəliyi onun 04.06.2016-ci il tarixdə baş vermiş hadisə zamanı aldığı yüngül xəsarətlərlə birbaşa səbəbli əlaqədar deyil. Belə ki, Rəşad Xəlilovda xəstəlik daha öncədən mövcud olmuşdur. R.Xəlilov barəsində verilmiş elə həmin “510 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, o, DİN-nin 1 saylı poliklinikasında 12.07.2006-cı il tarixdən tibbi qeydiyyata alınmışdır. Onun şikayətləri baş ağrısı, baş gicəllənməsi, halsızlıq, ətraflarda olan zəiflik, keyləşmə, yerişin çətinləşməsi, yaddaş zəifliyi, əsəbilik, tez-tez baş verən qıcolma tutmalarından, səthi yuxudan olmuşdur. R.Xəlilov 12.08.2015-19.08.2015-ci ildə DİN-nin Respublika Hospitalında stasionar müalicədə olmuşdur. 25.08.2015-ci ildən “Hipertoniya xəstəliyi İİ mərhələ” diaqnozu ilə “D” nəzarətindədir. 04.06.2016-cı il tarixdə xidməti vəzifəsini icra edərkən aldığı travmadan sonra 05.06.2016-17.06.2016-cı, 05.11.2016-18.11.2016-cı ildə stasionar müalicədə olmuş və diaqnoz: Asteno-nevrotik vəziyyət vegetativ əlamətlərlə. Keçirilmiş qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Hipertoniya xəstəliyi İİ dərəcə. Sağ tərəfli pnevmaniyanın qalıq əlamətləri. Bronxit. Xronuki hepatoxolesistit. Xəstə sonrakı dövrlərdə də, stasionar müalicədə olmuş 2015-ci ildən başlayan eyni xaraktetli xəstəliklərin diaqnozu qoyulmuşdur. R.Xəlilova verilən sosial arayışdan görünür ki, o, 2-ci qrup əlildir, əlilliyi epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsilə (G40-G41.9) bağlıdır. Bu xəstəlik R. Xəlilovda 2006-cı ildən var idi. Belə olan halda, 04.06.2016-cı il tarixdə aldığı xəasrətlərlə onun əlilliyi arasında hər hansı bir səbəbli əlaqə yoxdur. Həmin əlilliklə hadisə zamanı R.Xəlilovun aldığı xəsarətlərin səbəbli əlaqədə olmasına dair müvafiq məhkəmə-tibb ekspertizası keçirilməmişdir. Əgər hadisə zamanı alınmış xəsarətlərlə əlillikdən ibarət olan nəticə arasında ekspert rəyi ilə səbəbli əlaqə müəyyən edilərsə əlilliyin səbəbi həmin hadisə zamanı alınmış xəsarətlərə bağlana bilər. Göründüyü kimi, Rəşad Xəlilovun 04.06.2016-cı ildə aldığı yüngül xəsarətlər epilepsiya və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsinə səbəb ola biləcək xəsarətlər deyil. Sənədlər göstərir ki, epilepsiya xəstəliyi Rəşad Xəliovda 2006-cı ildən vardır. Lakin, Daxili İşlər Nazirliyinin Tibbi İdarəsi diaqnoz qoyarkən xəstəliyin səbəbini 04.06.2016-cı il tarixdə onun aldığı yüngül xəsarətlərə bağlaması həm həmin idarələrin səlahiyyətlərinə aid deyil, həm də, R.Xəlilovun xəstəlik tarixindən görünür ki, onun xəstəliyi 2006-cı ildən başlayan xəstəliyi ilə bağlıdır. R.Xəlilovda olan xəstəliyin onun 04.06.2016-cı il tarixdə aldığı xəsarətlərlə bağlı olması, xəstəliklə xəsarətlər arasında səbəbli əlaqənin olmasını müəyyən etmək xüsusi bilik tələb edir, bunun üçün məhkəmə-tibb etkspertizasının bu istiqamətdə tədqiqat aparması zəruridir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 510 nömrəli Xəstəlik haqqında şəhadətnaməsinin 12-ci bəndi (diaqnozu) onların maraqlarına toxunur, onlara qarşı mülki iddiaların başladılmasına səbəb olur. Odur ki, X18 barəsində tərtib olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinin 510 N-li Xəstəlik haqqında şəhadətnaməsinin 12-ci bəndi (diaqnozu) onun əlilliyə səbəb olan xəstəliyinin 0406.2016-cı il tarixdə aldığı yüngül xəsarətlərl bağlı olması (Travma DİO-da xidməti vəzifələrinin icrası zamanı alınmışdır) hissəsində etibarsız hesab edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Hazırki iddia tələbi “Xəstəlik haqqında şəhadətnamənin” 12-ci bənddə etibarsız hesab edilməsi şəklində qaldırılsa da, əslində iddiaçıların hüquqi marağı sözügedən bəndin ləğvinə yaxud dəyişdirilməsinə nail olmaqdan ibarətdir. Başqa sözlə, hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual məcəlləsinin 2.2.1-ci maddəsində nəzərdə tutulmuş, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) aiddir. İddianın mümkünlüyünün yoxlanılmasının ilkin mərhələsi iddiaçının (iddiaçıların) həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının müəyyən edilməsi ilə şərtləndirilmişdir. Bu baxımdan məhkəmə, hazırki iddia tələbi üzrə ilkin mərhələdə iddiaçıların subyektiv hüquqlarının olub-olmamasının araşdırdırılması məqsədilə iddia tələbini iş materialları ilə birgə araşdıraraq, aşağıdakıları müəyyən etmişdir: - “Binəqədi RPİ 5-ci PB-nin cinayət axtarışı üzrə əmliyyat müvəkkili polis leytenantı Rəşad Xəlilovun xəsarət alması faktı üzrə aparılmış xidməti araşdırmanın nəticəsinə dair” Binəqədi RPİ rəisinin ŞHİÜ köməkçisi polis polkovnik-leytenantı M.Abbasov tərəfindən tərtib edilmiş rəyin surətindən görünür ki, Binəqədi RPİ 5-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı X18 04.06.2016-cı il tarixdə, saat 20:00 radələrində əməliyyat qrupunda növbədə olan zaman bölmənin növbətçi hissəsinə Binəqədi rayonu, Yusifzadə küçəsində münaqişə baş verməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupunun digər üzvləri ilə birlikdə növbətçi hissənin xidməti avtomaşını ilə hadisə yerinə getmişdir. Hadisə yerində müəyyən olunmuşdur ki, bölmənin polis sahə inspektorları polis mayoru X11 və polis kapitanı X2 rayonu, Yusifzadə küçəsində ət satışı ilə məşğul olan vətəndaş İddiaçı1 barəsində antisanitariya qaydalarını pozduğuna görə inzibati protokol tərtib edən zaman aralarında münaqişə baş vermişdir. Polis əməkdaşları vətəndaşı, oğlunu və ətrafına yığılmış tanışlarını nizam-intizama dəvət etsələr də, onlar məhəl qoymayaraq uca səslə nalayiq ifadələr işlədərək nizam-intizam qaydalarını pozmuş, polis leytenantı R.Xəlilov onları sakitləşdirmək məqsədi ilə vətəndaşa yaxınlaşıb onu 5-ci PB-nə dəvət etmiş, lakin İddiaçı1 manqalın üstündə olan şişləri, sonuncunun oğlu isə maşanı götürürək polis əməkdaşlarına müqavimət göstərmiş, nəticədə polis leytenantı R.Xəlilov kürərk nayihəsinin deşilmiş yarası xəsarəti aldığından təcili yardımla 1 saylı X22 aparılmış, orada həkim tərəfindən müyainə olunaraq qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, ayağının əzilməsi və kürəyinin deşilmiş yarası xəsarətləri aldığı bildirilmiş, həmin gecəni həkim nəzarəti altında keçirmiş, 05.06.2016-cı il tarixdə isə DİN-in Hospitalına gətirilib cərrahi əməliyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilmişdir. O, 17.06.2016-cı il tarixədək Hospitalda stasionar müalicə almış, sonra müalicəni ambulator qaydada davam etdirmək üçün DİN-in 2 saylı Poliklinikasına göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı X16 verilmiş 3340 saylı xəstənin tibb kartasından çıxarışda X13 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, ənsə və sol kürək nahiyyələrinin zədələnməsi xəsarəti ilə xəstəxanaya daxil olduğu qeyd edilmişdir. DİN-in A.Heydərov adına Respublika Hospitalının 3269 nömrəli xəstəlik tarixindən çıxarış epikrizində polis leytenantı X13 hospitala qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, döş qəfəsinin hər iki bilək, hər iki aşağı ətrafların küt travması, sol kürək nahiyyəsinin deşilmiş yarası və dərialtı hematoması diaqnozu ilə astenik vəziyyətdə daxil olduğu, yerli keyləşdirmə ilə xəstəyə cərrahi əməliyyat olunduğu və 17.06.2016-cı il tarixədək hospitalda stasionar müalicə aldığı göstərilmişdir. Binəqədi RPİ 5-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı X13 xidmət vaxtı xəsarət alması faktı əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi Binəqədi rayon Prokurorluğunda istintaq edilmiş, aparılmış xidməti araşdırma zamanı Binəqədi RPİ 5-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı X13 xəsarəti xidmət vaxtı aldığı müəyyən edilmişdir. Təklif edilmişdir ki, aparılmış xidməti araşdırma nəticəsində Binəqədi RPİ 5-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı X13 xidmət vaxtı xidməti vəzifəsini yerinə yetirən zaman xəsarət almasının təsdiq edildiyi nəzərə alınmış, rəyin surəti DİN-in Xüsusi Həkim Komissiyasına və Tibb İdarəsinin 2 saylı Poliklinikasına göndərilmişdir. - 510 nömrəli, 24.10.2017-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”-yə əsasən həmin Şəhadətnamənin 12-ci bəndi ilə X15 təyin edilmiş diaqnoz: “(XBT-10)-S06.6 “Qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik vəziyyət (04.06.2016). Epilepsiya, mürəkkəb parsial tutmalarla (ayda 7-8 dəfə) ocaqlı simpomatik”. Vestibulyar ataksiya. Hipertoniya. Xəstəliyi İİ mərhələ. Hipertnik angiopatiya. Aşağı ətrafların xroniki venoz xəstəliyi”. Travma DİO-da xidməti vəzifələrinin icrası zamanı alınmışdır.” şəklində müəyyən edilmişdir. - Füzuli Rayon Məhkəməsinin 2(064)-731/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsinə əsasən: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cavabdehlər İddiaçı1 və X6 qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Binəqədi RPİ 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı X13 04.06.2016-cı il tarixdə xidməti vəzifələrinin icrası zamanı baş vermiş hadisə nəticəsində xəsaət aldığı üçün, ona dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ödənilmiş 48.590 manat məbləğində birdəfəlik kompensasiyanın təqsirli şəxslər İddiaçı1 və X4 reqres qadada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin işin materiallarına əlavə edilmiş, 13.06.2016-cı il tarixli, 767 saylı məhkəmətibbi ekspertizasının rəyi ilə polis baş leytenantı X13 bədən səthində aşkar olunmuş xəsarətlərtəpə, gicgah nahiyələrinin hematomları və baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sol kürəkaltı nahiyənin sıyrığı, sol saidin qançırı küt əşyanın təsirindən törənmişdir, dərəclərinə görə ümumilikdə sağlamlığına qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 10.01.2017-ci il tarixli hökmünə əsasən İddiaçı1 Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 11 ay 28 gün, X9 Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə onlara təyin edilmiş cəza 1 il 6 ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Tibbi-Sosial Eksert Komissiyası tərəfindən verilmiş 20.12.2017-ci il tarixli arayışa əsasən X15 ikinci dərəcəli əlillik verilmişdir. Əlilliyin səbəbi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədardır. Diaqnoz: kəllədaxili travmaların nəticələri, qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik vəzziyyət (04.06.2016). Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, eepilepsiya, mürəkkəb parsial tutmalarla (ayda 7-8 dəfə), ocarlıq sipmtomatik. Vüstibulyar ataksiya. Digər neqativ pozuntular, astno-nevrotik vəziyyət. Essensial hipertenziya. Hipertoniya xəstəliyi İİ mərhələ. Xroniki periferik venoz çatışmamazlıq. Aşağı ətrafların xroniki venoz xəstəliyi. Azərbaycan Respublikası DİN Daxili Təhqiqatlar İdarəsinin 02.04.2019-cu il tarixli arayışına əsasən X13 aldığı xəsarətin xidməti vəzifələrinin icrası zamanı alınması hesab edilmişdir. 12.06.2019-cu il tarixli, ********** saylı ödəniş sənədinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X15 48.590 manat məbləğində kompensasiya ödəmişdir. Məhkəmə tədqiq olunmuş sübutlarla müəyyən etmişdir ki, İddiaçı1 və oğlu Y.Heydərov 04 iyun 2016-cı il tarixində saat 20 radələrində xidməti vəzifələrini yerinə yetirən Binəqədi RPİ 5-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşlar. Belə ki, İddiaçı1 əlindəki dəmir şişlə R.Xəlilova sol kürəkaltı nahiyəsinin həyat və sağlamlıq üçün təhlükəli olmayan yüngül zərərvurmaya aid xəsarətlər, hər iki said və baldırının qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlər, Yusif Heydərov isə əlindəki dəmir maşa ilə R.Xəlilovun baş nahiyəsindən vuraraq təpə və gicgah nahiyələrinin həyat və sağlamlığı üçün təhlükəli olmayan yüngül zərərvurmaya aid dərialtı hemotoması kimi xəsarətlər yetirmişlər. 13.6.2016-cı il tarixli 767 saylı məktəbə-tibbi ekspertizasının rəyindən müəyyən edilmişdir ki, polis əməkdaşı R.Xəlilovun bədən səthində aşkar olunmuş xəsarətlər-təpə, gicgah nahiyələrinin hematomaları və baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sol kürəkaltı nahiyənin sıyrığı, sol saidin qançırı küt əşyanın təsirindən törənmişdir, dərəcələrinə görə ümumilikdə sağlamlığına qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 20.12.2017-ci il tarixli arayışdan görünür ki, R.Xəlilova ikinci dərəcəli əlillik verilmişdir. Əlilliyin səbəbi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədardır. Göründüyü kimi, sabiq polis əməkdaşı R.Xəlilov xidməti davam etdirməsinə imkan verməyən dərəcə xəsarət aldığı üçün ona dövlət büdcəsinin vəsaiti hesabına 48.590 manat məbləğində birdəfəlik müavinət ödənilmiş və iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqlı olaraq bu məbləği təqsirli şəxslərdən, yəni iş üzrə cavabdehlərdən tələb etmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia təmin olunmaqla cavabdehlərdən 48.590 manat pul tutularaq Azərbaycan Respublikası DİN-in hesabına keçirilməlidir. Beləliklə, inzibati məhkəmə icraatı zamanı aparılmış araşdırma nəticəsində işin yuxarıda sadalanan hallarına əsasən müəyyən edilmişdir ki, Binəqədi rayon Polis İdarəsində aparılmış xidməti araşdırma nəticəsində Binəqədi RPİ-nin 5-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı X13 xidmət vaxtı vəzifəsini yerinə yetirən zaman xəsarət alması təsdiq edilmiş; 13.06.2016-cı il tarixli, 767 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən polis baş leytenantı X13 bədən səthində aşkar olunmuş xəsarətlər-təpə, gicgah nahiyələrinin hematomları və baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sol kürəkaltı nahiyənin sıyrığı, sol saidin qançırı küt əşyanın təsirindən törənmişdir, dərəclərinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmiş; Binəqədi Rayon Məhkəməsinin 10.01.2017-ci il tarixli hökmünə əsasən əsasən İddiaçı1 Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 11 ay 28 gün, X9 Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə onlara təyin edilmiş cəza 1 il 6 ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçılar iddia ərizəsində mübahisəli “xəstəlik haqqında şəhadətnamə”də “12-ci bənddə (diaqnoz) “Travma DİO-da xidməti vəziflərinin icrası zamanı alınmışdır.”” hissəsinin onların hüquqlarına toxunduğuna (onlara qarşı mülki iddianın başladılmasına səbəb olmasına) istinad edərək, hazırki iddia tələbini irəli sürsələr də, R.Xəlilovun xidməti vaxtı xidməti vəzifəsini yerinə yetirən zaman xəsarət alması Binəqədi RPİnin “Binəqədi RPİ 5-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Rəşad Xəlilovun xəsaət alması faktı üzrə aparılmış xidməti araşdırmanın nəticəsinə dair” 14.07.2016cı il tarixli rəyinə əsasən öz təsdiqini tapmış, həmçinin sözügedən hadisədə İddiaçı1 və X5 təqsirli olması Binəqədi Rayon Məhkəməsinin 10.01.2017-ci il tarixli hökmünə əsasən öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisə predmetini təşkil edən 510 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” iddiaçılara münasibətdə hər hansı bir hüquqi nəticəyə malik olmayıb, yalnız R.Xəlilova münasibətdə müəyyən hüquq və vəzifələr yaratdığından (sosial təminat), həmin şəhadətnamə əsasında iddiaçıların hər-hansı bir hüquqlarının pozulmasından və ya hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırılmasından söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların hazırki iddia tələbinin İPM-nin 35ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna edildiyindən, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, hətta iddiaçıların hazırki iddianı qaldırmaqda subyektiv hüquqlarının olması öz təsdiqini tapsa idi belə, hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual məcəlləsinin 2.2.1-ci maddəsində nəzərdə tutulmuş, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) aid olduğundan və həmin iddia növünün xüsusi mümkünlük şərti, iddianın inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırılmalı olmasına baxmayaraq, iş materiallarına baxış keçirilən zaman müəyyən edilmişdir ki, mübahisəli inzibati akt 24.10.2017-ci il tarixlidir, iddiaçılar isə hazırki iddia tələbi ilə məhkəməyə mübahisəli inzibati aktın qəbul edilməsindən 2 ildən çox müddət keçdikdən sonra müraciət etmişlər. Məhkəməyə, həmin inzibati aktdan qanunvericiliklə müəyyən edilmiş müddətdə (30 gün) qaldırılmasını sübut edəcək hər hansı bir sübut təqdim edə bilməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və X5 iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar