Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5348/2021 29.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X1 (aparıcı mütəxəssis ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəz Filialına qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəsinə müraciət edərək, 52 yaşı tamam olduğu, 06.02.2014-cü il tarixdən yaşa görə güzəştli şərtlərə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş (fərq) məbləğin birdəfəlik verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o, xx xxxxxx 1962-ci ildə Cəbrayıl rayonunda anadan olub və ərizəsində güstərdiyi ünvanda yaşayır. 01 sentyabr 1977-ci ildən 22 iyul 1980-cı ilə kimi ünvan 4 Peşə məktəbinin refrilpatot qabarlarında soyuducu və qizel avadanlıqlarının təmir çilingəri peşəsi (ixtisasi) üzrə təhsil alıb. Litseydə təhsil müddətim 2 (iki il) 10 (on) ay 22 (iyirmi iki) gün davam etmişdir. Bundan sonra 04 sentyabr 1980-cı ildən 06 fevral 1982-cı ilə kimi RF-nin X3 st. Tolyatti vaqon deposunda vaqon təmiri çilingəri, 24 fevral 1982-cı ildən 19 iyul 1982-cı ilə kimi Tolyatti Çörək zavodunda çilingər, 19 iyul 1982-cı ildən 16 avqust 1982- cı ilə kimi Avtovaztəmirtikinti tresrində takelajnik (fəhlə) həqiqi hərbi xidmətə getməyi ilə əlaqədar işdən azad olunub. 27 oktyabr 1982-cı ildən 24 noyabr 1984-cü ilə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət edib. 18 yanvar 1985-ci ildən 21 yanvar 1986-cı ilə kimi X3 st. Tolyatti vaqon deposunda çilingər, 21 yanvar 1986-cı ildən 04 avqust 1988- ci ilə kimi SSRİ DİN-nin Sreqnovsk Dİİ-nin nəqliyyat milisində, 03 oktyabr 1988-ci ildən 16 noyabr 1988-ci ilə kimi "xxxx" QSC-də Yol Emalatxanasında çilingər, 16 noyabr 1988-ci ildən 23 mart 1994-cü ilə kimi teplovoz maşinist köməkçisi, 23 mart 1994- cü ildən 01 sentyabr 1997-ci ilə kimi çilingər, 01 sentyabr 1997-ci ildən 17 aprel 2000-ci ilə kimi teplovoz maşinisti, 17 aprel 2000-ci ildən 14 dekabr 2001-ci il kimi istismar sexində hərəkət hissəsinin təmiri üzrə çilingər, 14 dekabr 2001 -ci ildən 16 yanvar 2002-ci ilə kimi kran- drezen maşinisti, 16 fevral 2002-ci ildən 01 mart 2002-ci ilə kimi maşinist köməkçisi, 01 mart 2002-ci ildən 01 may 2002-ci ilə kimi kran və teplovoz təmiri çilingəri, 01 may 2002-ci ildən 18 noyabr 2002-ci ilə kimi yol maşınlarının təmiri üzrə çilingər, 18 noyabr 2002-ci ildən 01 iyul 2004cü ilə kimi teplovoz maşinisti, 01 iyul 2004-cü ildən 18 avqust 2004-cü ilə kimi istismar sahəsində yol maşınlarının təmiri üzrə çilingər, 18 avqust 2004-cü ildən 07 yanvar 2008-ci ilə kimi teplovoz maşinisti peşəsində işləmişdir. 07 yanvar 2008-ci ildən 16 avqust 2018-ci ilə kimi "xxxx" Açıq Səhəmdar Cəmiyyətində betonçu, 17 avqust 2018-ci ildən 02 noyabr 2018-ci ilə kimi "xxxx" MMC-də botonçu (manqa başçısı), 02 noyabr 2018-ci ildən halhazıra kimi ( hazırda X5 Korporasiyası "xxxx" ASC-də ) betonçu vəzifəsində (peşəsində) işəyir və əmək haqqından sosal sığorta hesabına pul ödənilmişdir. Sorğu zamanı "xxxx" QSC-nin verdiyi 08 saylı 17 may 2019-cu il tarixli arayışından göründüyü kimi işlədiyi teplovoz, elektrovoz maşinisti və maşinist köməkçisi peşələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 14 il 4 ay 27 gün sosial sığorta stajı vardır. Bundan başqa da 07 yanvar 2008-ci ildən işlədiyi betonçu peşəsi də Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstərişlərin siyahısının XXVİİ bölməsinin 2290100а- 11196 şifr əsinə əsasən güzəştli şərtlə pensiya təyin etmək hüququ verən beşələrə aiddir. Hal-hazırda kimi ümumilikdə onun 42 il, güzəştli iş stajı isə 29 ildən artıqdır. İddiaçı Azərbaycan Azprbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fonduna müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “ Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa güzəştli şərtlərlə əmək pensiyası hüququ veran istehsalatlarm, peşələrin, vəzifələrin və göstərişlərin Siyahısı” üzrə yaşa görə güzəştli ərtlərlə əmək pensiyası təyin olunması üçün tələb olunan ümumi (20 il) və güzəştli (10) iş stajından artıq stajını 01.01.2006-cı tarixədək topladığı üçün 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsi tərəfindən lüraciətdən imtina edilmiş, 01 yanvar 2006-cı il tarixədək ümumi stajı kifayət etsə də güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi göstərilmişdir. Faktiki olaraq 01.01.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanunun 01 avqustl 997-ci il tarixdək qüvvədə olmuş 13-cü maddəsinin “ a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstərişlərin Azərbaycan Respublikası Nazirlər Kobineti tərəfindən təsdiq edilən 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və ən azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini Həmin işlərdə çalışanlar axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı “52 yaşdan, yəni 06.02.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi” tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh hesab edir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı 07 oktyabr 2020ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsində (21) Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əəsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 4 sentyabr 1980-ci il tarixli ******* mömrəli əmək kitabçasında 03.10.1988-16.11.1988-ci il, 23.03.1994-01.09.1997-ci il, 17.04.2000- 14.12.2001-ci il və 01.03.2002-17.11,2002-ci il tarixiləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin Motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri Yol Emalatxanasında çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nında nəzərdə tutulmayıb. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (9 il 7 ay 4 gün) təşkil edir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(112)-523/2021 nömrəli 09.02.2021-ci il tarixli qərardadı ilə iddaçı İddiaçı cavabdeh Azərbycan Respublikası ƏƏSMN yanında DSMFnun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa gğra əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi tələbinə dair iddiası üzrə 2-1(118)-775/2020 saylı inzibati işin aidiyyatı üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən onun 57 yaşının tamam olması ilə əlaqədar güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 20.09.2021-ci il tarixli 2-1(112)-5348/2021-ci il tarixli Qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Cəbrayıl rayon Mahmudlu kəndində doğulmuşdur. 22 iyul 1980-cı il tarixdə verilmiş 2750 qeydiyyat nömrəsi ilə qeydə alınmış B seriyalı 126618 №li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 01.09.1977-ci ildə Bakı şəhəri 2 nömrəli orta texniki peşə məktəbin daxil olmuş və 22.07.1980-cı ildə “Refrejerator qatarlarında soyuducu və dizel avadanlıqlarının təmir çilingəri” ixtisası üzrə təhsil almışdır. HЗ seriyalı ******* №li 25.10.1982-ci il tarixli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 27.10.1982-cı il tarixdən 24.11.1984-cü ilədək Sovet Ordusu sıralarında müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmişdir. "xxxx" QSC İnfrastruktur Departamenti Motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emlatxanasının 08 nömrəli 17.05.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 03.10.1988-ci il tarixdən 06.01.2008ci il tarixədək "xxxx" QSC-nin Motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri Yol Emalatxanasında çalışıb, o cümlədən əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası həssaslıq, zehni gərginliklə bağlı olan şəraitində teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi peşələrində çalışıb. İşçiyə işlədiyi müddət ərzində əmək şəraitinə görə əlavə 11 təqvim günü məzuniyyət və 12% həcmində əlavə əmək haqqı verilib. Arayışda qeyd olunan məlumatlara əsasən iddiaçı 16.11.1988-ci il tarixdən 22.03.1994-cü il tarixədək teplovoz maşinistinin köməkçisi vəzifəsində 5 il 4 ay 7 gün, 01.09.1997-ci il tarixdən 28.02.2002-ci il tarixədək teplovoz maşinisti vəzifəsində 4 il 5 ay 27 gün, 18.11.2002-ci il tarixdən 30.06.2004-cü il tarixədək teplovoz maşinisti vəzifəsində 1 il 7 ay 12 gün, 18.08.2004-cü il tarixdən 06.01.2008-ci il tarixədək teplovoz maşinisti vəzifəsində 3 il 4 ay 18 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə işləmişdir. Ümümi əmək stajı 14 il 10 ay 7 gün təşkil etmişdir. Azərbaycan Respublikasının «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ verir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AT-İİ № ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətidən görünür ki, iddiaçı 01.09.1977-22.07.1980-cı illərdə 2 saylı TPM-də təhsil almışdır. 04.09.1980-cı ildə Tolyatti vaqonların cari təmiri sexinə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. 08.06.1981-ci ildə vaqon-qaynaq sexinə hərəkət edən sostavın çilingəri vəzifəsinə keçirilmişdir. 06.02.1982-ci ildə ƏM 31-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 21.01.1982-ci ildə 3 saylı çörək zavoduna avadanlığın təmiri üzrə 3 dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. 19.07.1982-ci ildə RSFSR ƏM 31-ci maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. 16.08.1982-ci ildə İstehsalat texnoloji kompleksə 2-ci dərəcəli takelajçı vəzifəsinə qəbul edilmişdir. 02.10.1982-ci ildə Sovet Ordu sıralarına çağırışla əlaqədar tutduğu vəzifədən azad edilmişdir. 18.10.1985-ci ildə vaqonyığma sexinə hərəkət edən sostavın 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. 21.01.1986-cı ildə RSFSR ƏM 29.3 b. maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. 21.01.1986-04.08.1988-ci illərdə qulluğu nəqliyyat milisində keçmişdir. 03.10.1988-ci ildə Az.d.y yol emalatxanaları motobaza sahəsinə hərəkət edən sostavın 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. 16.11.1988-ci ildə teplovoz maşinistinin köməkçisi vəzifəsinə keçirilmişdir. 23.03.1994-cü ildə hərəkət edən sostavın 5-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. 01.09.1997-ci ildə teplovoz maşinisti vəzifəsinə keçirilmişdir. 17.04.2000-ci ildə istismar sexinə 4-cü dərəcəli hərəkət hissəsinin təmiri çilingər keçirilmişdir. 14.12.2001-ci ildə Kran-drezin maşinisti keçirilmişdir. 16.01.2002-ci ildə maşinist köməkçisi keçirilmişdir. 01.03.2002-ci ildə Kran və teplovoz təmiri üzrə 5-ci dərəcəli çilingər keçirilmişdir. 01.05.2002-ci ildə Yol maşınların təmiri üzrə 5-ci dərəcəli çilingər keçirilmişdir. 18.11.2002-ci ildə teplovoz maşinisti keçirilmişdir. 01.07.2004-cü ildə İstismar sahəsinə yol maşınların təmiri üzrə 5 dərəcəli çilingər keçirilmişdir. 18.08.2004-cü ildə teplovoz maşinisti keçirilmişdir. 07.01.2008-ci ildə AR ƏMnin 69-cu maddəsinə əsasən işdən azad edilmişdir. 07.01.2008-ci ildə "xxxx" ASC betonçu peşəsinə işə qəbul edilmişdir. 01.07.2011-ci ildə 6-cı dərəcəli betonçu peşəsinə keçirilmişdir. 16.08.2018-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 17.08.2018-ci ildə "xxxx" MMC-yə müddətli əmək müqaviləsi ilə 6-cı dərəcəli betonçu peşəsinə qəbul edilmişdir. 02.11.2018-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş 03 noyabr 2020-ci il tarixli, **********4 saylı imtina məktubundan görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Nəqliyyat bölməsində (21) Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər bəndində (21.4) hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 4 sentyabr 1980-ci il tarixli ******* mömrəli əmək kitabçasında 03.10.1988-16.11.1988-ci il, 23.03.1994-01.09.1997-ci il, 17.04.2000-14.12.2001-ci il və 01.03.2002-17.11.2002-ci il tarixiləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin Motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri Yol Emalatxanasında çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’ nında nəzərdə tutulmayıb. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (9 il 7 ay 4 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 57 yaşı 06.02.2019-ci il tarixdə tamam olmuşdur və həmin tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb edir. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırması dövründə xx.xx.1962-ci il təvəllüdlü İddiaçı "xxxx" QSC-də işlədiyi vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı və 2 saylı Siyahılarda hansı peşəyə uyğun olması (kod göstərilməklə) barədə arayışı sorğu əsasında "xxxx" QSC-dən tələb edilmişdir. "xxxx" QSC tərəfindən 12 avqust 2021-ci il tarixdə sorğuya cavab olaraq məhkəməyə bildirilmişdir ki, İddiaçı "xxxx" QSC-nin İnfrastruktur departamentinin Motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanası idarəsində 03.10.1988 - 16.11.1988-ci il tarixində, 23.03.1994 - 01.09.1997-ci il tarixində və 17.04.2000-ci il tarixindən 14.12.2001-ci il tarixinədək hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, 16.11.1988 - 23.03.1994-cü il tarixinədək teplovoz maşinist köməkçisi, 01.09.1997 - 17.04.2000-ci il tarixində, 18.11.2002 - 01.07.2004-cü il tarixində və 18.08.2004-cü ildən 07.01.2008-ci il tarixinədək teplovoz maşinisti peşələrində çalışmışdır. Bu peşələr üzrə İddiaçı iş stajı 18 il 2 ay 14 gün təşkil edir. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur. Hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsi 2 saylı Siyahının XXVİİİ. Nəqliyyat bölməsinin 23001000 - 18540 nömrəli kodu üzrə, teplovoz maşinist köməkçisi peşəsi 2 saylı Siyahının XXVİİİ. Nəqliyyat bölməsinin 23001000 - 16878 nömrəli kodu üzrə, teplovoz maşinisti peşəsi isə 2 saylı Siyahının XXVİİİ. Nəqliyyat -14241 nömrəli kodu üzrə əks olunmuşdur. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı 01.01.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 27 il 18 gün ümumi və 17 il 2 ay 28 gün güzəştli iş stajı mövcuddur. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədinin mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Beləliklə, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçının 01.01.2006-cı il tarixədək "xxxx" QSC-də işlədiyi hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, teplovoz maşinist köməkçisi və teplovoz maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahının XXVİİİ. “Nəqliyyat” bölməsinin müvafiq olaraq 23001000-18450 kod nömrəli güzəştli iş stajı verən “hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsi, 23001000-16878 nömrəli kod üzrə teplovoz maşinist köməkçisi peşəsi, 23001000-14241 nömrəli kod üzrə teplovoz maşinisti peşəsinə uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 17 il 2 ay 28 gündən ibarətdir. Bu əsasdan məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya hüququ pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Belə olan halda iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 05 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 06.02.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5348/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5348/2021
29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver