Məhkəmə qərarları › İş №2-1(112)-5348/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5348/2022

29.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5348/2022 29.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı “işsizlik statusunun bərpa edilməsi və işsizlikdən sığorta ödənişinin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı “işsizlik statusunun bərpa edilməsi və işsizlikdən sığorta ödənişinin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 1 saylı Ərazi X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1 Saylı Ərazi Məşğulluq Filialının xx.xx.2021-cil tarixli **********6 nömrəli məktubu ilə bildirilən sığorta ödənişindən imtina qərarının ləğv edilməsini, işsiz statusunun bərpa edilməsini; işsizlikdən sığorta haqqında Azərbaycan Respublikası Qanununun 13.2.3 maddəsinin tələbinə uyğun olaraq daha əvvəl təyin olunmuş 2021-ci il oktyabr, noyabr, dekabr ayları üzrə işsizlikdən sığorta ödənişinin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 1 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının “2021-ci il oktyabr, noyabr, dekabr ayları üzrə işsizlikdən sığorta ödənişinin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı DOST Mərkəzinə işsiz kimi qeydiyyata alınmaq üçün ərizə təqdim etmişdir. 1 saylı Ərazi Məşğulluq Filialı tərəfindən xx.xx.2021 tarixində işsizlik statusu verilmiş, İşsizlikdən sığorta haqqında qanuna müvafiq olaraq 2021-ci il oktyabr ayı üçün işsizlikdən sığorta ödənişinin təyin olunması ilə bağlı xx.xx.2021 tarixli **********5 nömrəli məktubu ilə məlumatlandırılmışdır. xx.xx.2021 tarixində DOST Mərkəzində qəbulda olmuş və xx.xx.2021 tarixində ödənişin həyata keçiriləcəyi bildirilmişdir. Bu arada ona məxsus əvvəlki illərdə istifadə etdiyi və mərhələli şəkildə 2011, 2016-ci illərdə dondurduğu VÖENin xx.xx.2021 tarixindən dondurulma müddətinin bitməsi barədə Dövlət Vergi Xidmətindən məktub almışdır. X7 Xidmətinə yaxınlaşaraq xx.xx.2021 tarixdə ona məxsus VÖEN-in ləğv olunması barədə ərizə təqdim etmişdir. xx.xx.2021-ci il tarixdə 1 saylı Ərazi Məşğulluq Filialının Aysel Hümbətova adlı əməkdaşı 055 ***-**-** saylı telefon nömrəsi ilə ona zəng vuraraq onun VÖEN-in aktiv olduğu və sığorta ödənişinin olunmayacağı barədə bildirmiş, iddiaçı isə VÖEN-in ləğvi barədə ərizənin olduğunu diqqətinə çatdırmışdır. Növbəti gün xx.xx.2021 tarixdə VÖEN ləğvi prosesinin uzun müddət alacağını düşünərək VÖEN-in dondurulması barədə əlavə bir ərizəni də Dövlət Vergi Xidmətinə təqdim etmişdir. Bütün bunlara baxmayaraq 1 saylı Ərazi Məşğulluq Xidməti işsizlikdən sığorta ödənişinin edilməsindən imtina etmiş və bu barədə imtina məktubu göndərmişdir. Məşğulluq haqqında qanunun 4-cü maddəsini əsas gətirərək onun məşğul şəxs olduğunu, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu əsassız olaraq iddia etmişdir. VÖEN-in aktiv olduğu xx.xx.2021-xx.xx.2021 tarixlərində heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış və dövriyyə barədə də Dövlət Vergi Xidmətindən arayışı mövcuddur. Əlavə olaraq Dövlət Vergi Xidməti xx.xx.2021-ci il tarixli ərizəni də icra edərək xx.xx.2021 tarixindən etibarən onu vergi uçotundan çıxarmışdır. Beləcə, 1 saylı Ərazi Məşğulluq Xidməti bir neçə günlük aktiv olan VÖEN-i bəhanə edərək sığorta ödənişinin yerinə yetirilməsindən qanunsuz olaraq imtina etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli məktublarının surəti. - 1 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli məktublarının surəti. - Bakı şəhəri X6 üzrə Baş İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubu. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mşğulluq Alt sistemindən çıxarış. - Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında Arayış.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. İş materiallarından görünür ki, İddiaçı 2021-ci il oktyabr, noyabr, dekabr ayları üzrə işsizlikdən sığorta ödənişinin edilməsini tələb edir. İş materiallarında olan 1 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il № 620 qərarı ilə təsdiq olunmuş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 4.6-cı bəndinə əsasən (Sığorta ödənişi sığortaolunanların “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır) iddiaçıya xx.xx.2021-ci il tarixindən (3 ay) işsizlikdən sığorta ödənişi təyin edilmiş, lakin onun xx.xx.2021-ci il tarixindən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən (məşğul şəxs hesab edildiyi üçün) işsizlikdən sığorta ödənişi dayandırılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri X6 üzrə Baş İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2022ci il tarixə olan uçot-baza məlumatlarına əsasən, İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2006-cı il tarixdə uçota alınması, fəaliyyətinin xx.xx.2007-ci il tarixdən xx.xx.2011ci il tarixədək dayandırılması, xx.xx.2011-ci il tarixdən vaxtı çatdığı üçün bərpa olması, xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək dayandırılması, xx.xx.2016-cı il tarixdən vaxtı çatdığı üçün bərpa olması, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılması, xx.xx.2021-ci il tarixdən vaxtı çatdığı üçün bərpa olması, xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Eyni zamanda, xx.xx.2021-ci il tarixdə İddiaçı (VÖEN: **********) xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən vergi uçotu xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdən 3 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilsə də, sonradan onun məşğul şəxs hesab edildiyi üçün (dayandırılmış VÖEN-i aktiv olduğu üçün) işsizlikdən sığorta ödənişi dayandırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının vergi ödəyicisi kimi fəaliyyətinin xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılması, xx.xx.2021-ci il tarixdən vaxtı çatdığı üçün bərpa olması, xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılması, daha sonra isə vergi uçotunun xx.xx.2021-ci il tarixdən ləğv edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, nəticədə iddiaçı iddia tələbində göstərdiyi müddətə yalnız xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək işsiz statusuna malik olduğundan, iddia tələbi həmin hissədə təmin, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, həmçinin 2021-ci ilin noyabr və dekabr aylarında iddiaçının işsiz statusu olmadığından, həmçinin iddiaçının yenidən işsiz statusu əldə etməsi üçün müvafiq dövlət orqanına müraciət etməsi, həmin statusu qeyd edilən müddətdə əldə etməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə əsasən işaxtaran – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxsdir. Həmin Qanunun 1.1.10-cu maddəsinə əsasən məşğulluq – Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir. Həmin Qanunun 4.1.3-cü maddəsinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslərə aiddirlər. Həmin Qanunun 5.5-ci maddəsinə əsasən şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işsiz statusuna malik olması işin məhkəmə araşdırılması ilə öz təsdiqi tapdığından, iddia tələbi həmin hissədə təmin edilməlidir. İddiaçının vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2021-ci il tarixdən bərpa olunması və nəticədə iddiaçının işsiz statusundan çıxması (məşğul şəxs olması) işin məhkəmə araşdırılması ilə öz təsdiqi tapdığından, həmçinin yenidən müvafiq qaydada müraciət edərək işsiz statusu əldə etmədiyindən iddia tələbi qalan hissədə (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, həmçinin 2021-ci ilin noyabr və dekabr ayları üzrə) təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üzrə işsizlikdən sığorta ödənişinin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 üzərinə qoyulması hissəsində təmin, qalan hissədə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üzrə işsizlikdən sığorta ödənişinin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar