Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5349/2022 16.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1978-ci il tarixdən xx.xx.1986-cı il tarixinədək Ermənistan SSR Amasiya rayonu Qoncalı kənd sovxozunda fəhlə kimi, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixinədək quyuların yeraltı təmiri üzrə operator, xx.xx.1988-ci il tarixdən xx.xx.1995-ci il tarixinədək qazmaçı köməkçisi, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixiədək quyuların yeraltı təmiri üzrə operator, xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixinədək və bugünədək neft və qaz hasilatı üzrə operator peşəsində işlədiyi vaxtdan bu günə qədər toplanmış zərərli iş şəraitində güzəştli iş stajının, xx.xx.1981-xx.xx.1983-cü illər ərzində hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla xx.xx.2019-cu il tarixindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilərək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1986-cı il tarixinədək Ermənistan SSR Amasiya rayonu Qoncalı kənd sovxozunda fəhlə işləmiş, xx.xx.1981-xx.xx.1983-cü illər ərzində hərbi xidmətdə olmuş, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixinədək quyuların yeraltı təmiri üzrə operator, xx.xx.1988-ci il tarixdən xx.xx.1995-ci il tarixinədək qazmaçı köməkçisi, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixiədək quyuların yeraltı təmiri üzrə operator, xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixinədək neft və qaz hasilatı üzrə operator peşəsində işləmiş və bugünədək də həmin peşədə işləyir. Ümumi iş stajı 45 il 11 ay 17 gün, güzəştli iş stajı isə 29 il 8 ay 8 gün təşkil edir. xx.xx.2021-ci il tarixində ona 57 yaşdan güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabehə müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Onun güzəştli şərtlə iş stajı olduğundan ona 57 yaşdan pensiya təyin edilməsi ilə bağlı güzəştli iş stajını təsdiq edən arayışı, əmək kitabçasının təsdiq edilmiş surətini, şəxsiyyət vəsiqəsini, hərbi biletin notarial qaydada təsdiqlənmiş surətini ərizəsinə əlavə edərək cavabdehə müraciət etmişdir. "xxxx" şirkəti ilə bağlı məlumatların SOCAR “Azneft” İB-nin “Ə.C.Əmirov adına neft və qazçıxarma” İdarəsinin müvafiq arayışında qeyd olunan dövrlərə dair məlumatların əksini tapmaması onun iradəsindən asılı deyil. İnzibati icraat çərçivəsində cavabdeh qurum müvafiq sorğu verərək qeyd olunan şirkətin mövcud olması, məcburi sosial sığorta haqlarını ödəməsi barədə məlumat ala bilərdi. Lakin cavabdeh əsassız imtina vermişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçı iddia ərizəsində xx.xx.1978-ci il tarxdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək müxtəlif müəssisələrdə işlədiyini iddia etməklə, həmin dövrlərin sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı 57 yaşdan, 01 oktyabr 2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha əvvəl ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün ərizəylə cavabdeh orqana müraciət etmişdir. Cavabeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az (23 il 06 ay 14 gün) olduğu qeyd edilmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. Hazırkı iş üzrə iddiaçının cavabehə təqdim etdiyi 20 avqust 1978-ci il tarixli əmək kitabçasında xx.xx.1996-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" şirkətində işlədiyi qeyd olunmuşdur. SOCAR-ın “Azneft” İstehsalat Birliyinin ‘‘Ə.C.Əmirov adına neft və qazçıxarma idarəsi”nin iddiaçıya dair xx.xx.2020-ci il tarixli RA- 06/02 nömrəli arayışında yuxarıda qeyd olunan dövrə aid məlumatlar öz əksini tapmamışdır. İddiaçının "xxxx" şirkətində işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün həmin dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Qeyd edilən səbəbdən 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 25 ildən az (23 il 6 ay 14 gün) təşkil edir. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsinə xx.xx.2020-ci il tarixli arayış əlavə etmişdir ki, bu arayış iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) müəyyən etməyə imkan vermir. Çünki iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx.xx.1993-cü il tarixdə təsdiq olunan 2 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etsə də, təqdim etdiyi güzəştli arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli qərarı ilə təsdig edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hügugu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına”na istinad edilmişdir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün ganunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər ümumi iş stajı olmadığından və təqdim etdiyi güzəştli arayışında Nazirlər Kabinetinin doğru qərarına istinad olunmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 16 fevral 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq içra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyiniz 20 avqust 1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1996-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" şirkətində işlədiyiniz qeyd olunmuşdur. SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Ə.C.Əmirov adına neft və qazçıxarma idarəsi”nin Sizə dair xx.xx.2020-ci il tarixli, RA-06/02 nömrəli arayışında yuxarıda qeyd olunan dövrə aid məlumatlar öz əksini tapmamışdır. "xxxx" şirkətində işlədiyiniz dövrün dəqiqləşdirilməsi məqsədilə "Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) həmin dövrü Sizin iş stajınıza daxil etmək mümkün deyil. Qeyd edilən səbəbdən 1 yanvar 2006-cı il tarixinədək Sizin ümumi iş stajınız 25 ildən az (23 il 6 ay 14 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə İdarəyə təqdim etdiyiniz 20 avqust 1978-ci il tarixli, İT-1 ******* nömrəli əmək kitabçanızda xx.xx.1996-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" şirkətində işləməyinizə dair aparılmış qeydlər arxiv arayışı əsasında təsdiq olunduğundan sonra baxıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin “Ə.C.Əmirov adına neft və qazçıxarma” İdarəsinin RA-06/02 saylı, xx.xx.2020-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən aşağıda göstərilən işçinin faktiki işlədiyi peşə haqqında” arayışından görünür ki, İddiaçı həqiqətən Ə.C.Əmirov adına NQÇİ-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarınin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2. bölmənin “a" bəndində aşağıda göstərilən güzəştli əmək fəaliyyəti ilə məşğul olmuşdur: xx.xx.1986-cı il tarixdən (əmr № 208/k, xx.xx.1986) xx.xx.1988-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator -1 il 8 ay 29 gün; xx.xx.1988-ci il tarixdən (əmr №17/k, xx.xx.1988) xx.xx.1995-ci il tarixədək qazmaçı köməkçisi - 6 il 11 ay 3 gün; xx.xx.1995-cı il tarixdən (əmr № 56/k, xx.xx.1995) xx.xx.1996-cı il tarixədək (əmr № 63/k, xx.xx.1996) quyuların əsaslı və yeraltı təmiri üzrə operator -1 il 1 gün; xx.xx.2000-ci il tarixdən (əmr № 03/k, xx.xx.2000) xx.xx.2000-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator -1 ay; xx.xx.2000-ci il tarixdən (əmr № 45/k.xx.xx.2000) xx.xx.2000-ci il tarixədək quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator - 2 ay; xx.xx.2000-ci il tarixdən (əmr №106/k, xx.xx.2000) xx.xx.2011-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator -10 il 9 ay 5 gün; xx.xx.2011-ci il tarixdən (əmr № 03/k, xx.xx.2011) hal-hazıra kimi neft və qaz hasilatı üzrə operator peşəsində işləyir - 9 il. Ə.C.Əmirov adına NQÇİ-də güzəştli iş stajı - 29 il 8 ay 8 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" Müştərək Müəssisəsinin arxiv sənədləri SOCAR-ın aidiyyəti strukturunda aşkar edilmədiyindən, eləcə də “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinə təhvil verilmədiyindən sorğu ilə bağlı tərəfimizdən məlumatların təqdim edilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, idarədə olan reyestr məlumatlarına əsasən X1 “X7” Şirkətinin Nümayəndəliyi xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (VÖEN **********). İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Ermənistan SSR Amasiya rayonu Kandjalik südçülük və maldarlıq sovxozuna maldar qəbul edilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmiş, xx.xx.1986-cı ildə Qaradağneft neftqazçıxarma idarəsində quyuların yeraltı və əsaslı təmiri sexinə quyuların yeraltı və əsaslı təmiri üzrə 4-cü dərəcəli əməliyyatçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci ildə NSN xx.xx.1986-cı il tarixli, 636 nömrəli əmrinə əsasən strukturun təkmilləşdirilməsi məqsədilə neft qaz çıxarma sexinə yeraltı və əsaslı təmiri üzrə 4-cü dərəcəli əməliyyatçı vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə 26 Bakı komissarları NQÇİ və Qaradağneftin bir - 26 Bakı komissarları NQÇİ adı altında birləşməsi və Azneft birliyinin xx.xx.1987-ci il tarixli, 68 nömrəli əmrinə əsasən təşkilati strukturunun təkmilləşdirilməsi ilə əlaqədar 1 nömrəli neft sənayesinin adı 26 Bakı komissarları NQÇİ adına dəyişmiş, xx.xx.1987-ci ildə 8 nömrəli neft-qaz çıxarma sexinə quyuların yeraltı və əsaslı təmiri üzrə 4-cü dərəcəli əməliyyatçı vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə SKRSİ 4-cü dərəcəli qazmaçı keçirilmiş, xx.xx.1988-ci ildə yeni tarif dərəcələrinin tətbiqi ilə əlaqədar quyuların yeraltı və əsaslı təmiri üzrə qazmaçının 4-cü dərəcəli köməkçisi təyin edilmiş, xx.xx.1992-ci ildə 26 Bakı komissarları NQÇİ-nin adı Ə.C.Əmirov adına neft qaz çıxarma idarəsinə dəyişdirilmiş, xx.xx.1992-ci ildə quyuların əsaslı təmiri sexinin adı quyuların yeraltı və əsaslı təmiri sexinə dəyişdirilmiş, xx.xx.1995-ci ildə həmin sexə 4-cü dərəcəli quyuların əsaslı və yeraltı təmiri üzrə operator vəzifəsinə keçirilmiş, xx.xx.1996-cı ildə ABŞ “X7” Şirkətinə köçürmə yolu ilə işdən azad edilmiş, xx.xx.1996-cı ildə ABŞ-ın “X7” Şirkətinə 4-cü dərəcəli operator vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci ildə Azərbaycan Respublikası DNŞ-nin xx.xx.1999cu il tarixli 98 saylı protokolunun qərarının 6-cı maddəsinə əsasən X4 X6 üzrə müqavilə sahələrinin Ə.C.Əmirov adına NQÇİ-yə qaytarıldığı üçün işdən azad edilmiş, xx.xx.2000-ci ildə Ə.C.Əmirov adına neft qaz çıxarma idarəsi quyuların yeraltı və əsaslı təmiri sexinə 4cü dərəcəli əməliyyatçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə neft qaz çıxarma idarəsinə quyuların təmirə hazırlanması sexinə 4-cü dərəcəli əməliyyatçı vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci ildə həmin sexə quyuların yeraltı təmiri sexinə 4-cü dərəcəli əməliyyatçı vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci ildə quyuların yeraltı təmiri sexinin yaradılması ilə əlaqədar həmin sexdə quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmiş, xx.xx.2010-cu ildə ştat cədvəlinə edilmiş dəyişikliklə quyuların əsaslı təmiri sexi və quyuların yeraltı təmiri sexi birləşdirilməklə onların texniki bazasında quyuların əsaslı və yeraltı təmiri sexi yaradılması ilə əlaqədar həmin sexdə quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə təsdiq edilmiş, xx.xx.2011-ci ildə 1 saylı Neft və qaz çıxarma sexinə neft və qaz hasilatı üzrə 5-ci dərəcəli operator peşəsinə keçirilmiş, xx.xx.2013-cü ildə 5 saylı Neft və qaz çıxarma sexinə neft və qaz hasilatı üzrə 5-ci dərəcəli operator peşəsinə keçirilmiş, xx.xx.2014-cü ildə NQÇİ-nin fəhlələrinin 2014-cü il üçün təsdiq edilmiş ştat cədvəlinə edilən 7 nömrəli dəyişikliyə əsasən 5 saylı Neft və qaz çıxarma sexinin adının 5 saylı Neft və qaz çıxarma sahəsi adlandırılması ilə əlaqədar həmin sahənin 5-ci dərəcəli operator peşəsinə təsdiq edilmiş, xx.xx.2015-ci ildə NQÇİ-nin fəhlələrinin 2015-ci il üçün təsdiq edilmiş ştat cədvəlinə edilən 06 nömrəli dəyişikliyə əsasən 5 saylı NQÇS 4 saylı NQÇS adlandırılmış, xx.xx.2021-ci ildə işdən azad edilmiş, xx.xx.2021-ci ildə SOCAR “Azneft” İstehsalat Birliyi “Ə.C.Əmirov adına neft və qazçıxarma” İdarəsi 2 saylı neft və qaz çıxarma sahəsinə 5-ci dərəcəli neft və qaz hasilatı üzrə operator peşəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli qeydə əsasən halhazırda işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək həqiqi hərbi xidmət keçmiş, xx.xx.1978-ci ildə Ermənistan SSR Amasiya rayonu Kandjalik südçülük və maldarlıq sovxozuna maldar qəbul edilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmiş, xx.xx.1986-cı ildə Qaradağneft neftqazçıxarma idarəsində quyuların yeraltı və əsaslı təmiri sexinə quyuların yeraltı və əsaslı təmiri üzrə 4-cü dərəcəli əməliyyatçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci ildə NSN xx.xx.1986-cı il tarixli, 636 nömrəli əmrinə əsasən strukturun təkmilləşdirilməsi məqsədilə neft qaz çıxarma sexinə yeraltı və əsaslı təmiri üzrə 4-cü dərəcəli əməliyyatçı vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə 26 Bakı komissarları NQÇİ və Qaradağneftin bir - 26 Bakı komissarları NQÇİ adı altında birləşməsi və Azneft birliyinin xx.xx.1987-ci il tarixli, 68 nömrəli əmrinə əsasən təşkilati strukturunun təkmilləşdirilməsi ilə əlaqədar 1 nömrəli neft sənayesinin adı 26 Bakı komissarları NQÇİ adına dəyişmiş, xx.xx.1987-ci ildə 8 nömrəli neft-qaz çıxarma sexinə quyuların yeraltı və əsaslı təmiri üzrə 4-cü dərəcəli əməliyyatçı vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə SKRSİ 4-cü dərəcəli qazmaçı keçirilmiş, xx.xx.1988-ci ildə yeni tarif dərəcələrinin tətbiqi ilə əlaqədar quyuların yeraltı və əsaslı təmiri üzrə qazmaçının 4-cü dərəcəli köməkçisi təyin edilmiş, xx.xx.1992-ci ildə 26 Bakı komissarları NQÇİ-nin adı Ə.C.Əmirov adına neft qaz çıxarma idarəsinə dəyişdirilmiş, xx.xx.1992-ci ildə quyuların əsaslı təmiri sexinin adı quyuların yeraltı və əsaslı təmiri sexinə dəyişdirilmiş, xx.xx.1995-ci ildə həmin sexə 4-cü dərəcəli quyuların əsaslı və yeraltı təmiri üzrə operator vəzifəsinə keçirilmiş, xx.xx.1996-cı ildə ABŞ “X7” Şirkətinə köçürmə yolu ilə işdən azad edilmiş, xx.xx.1996-cı ildə ABŞ-ın “X7” Şirkətinə 4-cü dərəcəli operator vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci ildə Azərbaycan Respublikası DNŞ-nin xx.xx.1999cu il tarixli 98 saylı protokolunun qərarının 6-cı maddəsinə əsasən X4 X6 üzrə müqavilə sahələrinin Ə.C.Əmirov adına NQÇİ-yə qaytarıldığı üçün işdən azad edilmiş, xx.xx.2000-ci ildə Ə.C.Əmirov adına neft qaz çıxarma idarəsi quyuların yeraltı və əsaslı təmiri sexinə 4cü dərəcəli əməliyyatçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə neft qaz çıxarma idarəsinə quyuların təmirə hazırlanması sexinə 4-cü dərəcəli əməliyyatçı vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci ildə həmin sexə quyuların yeraltı təmiri sexinə 4-cü dərəcəli əməliyyatçı vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci ildə quyuların yeraltı təmiri sexinin yaradılması ilə əlaqədar həmin sexdə quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmiş, xx.xx.2010-cu ildə ştat cədvəlinə edilmiş dəyişikliklə quyuların əsaslı təmiri sexi və quyuların yeraltı təmiri sexi birləşdirilməklə onların texniki bazasında quyuların əsaslı və yeraltı təmiri sexi yaradılması ilə əlaqədar həmin sexdə quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə təsdiq edilmiş, xx.xx.2011-ci ildə 1 saylı Neft və qaz çıxarma sexinə neft və qaz hasilatı üzrə 5-ci dərəcəli operator peşəsinə keçirilmiş, xx.xx.2013-cü ildə 5 saylı Neft və qaz çıxarma sexinə neft və qaz hasilatı üzrə 5-ci dərəcəli operator peşəsinə keçirilmiş, xx.xx.2014-cü ildə NQÇİ-nin fəhlələrinin 2014-cü il üçün təsdiq edilmiş ştat cədvəlinə edilən 7 nömrəli dəyişikliyə əsasən 5 saylı Neft və qaz çıxarma sexinin adının 5 saylı Neft və qaz çıxarma sahəsi adlandırılması ilə əlaqədar həmin sahənin 5-ci dərəcəli operator peşəsinə təsdiq edilmiş, xx.xx.2015-ci ildə NQÇİ-nin fəhlələrinin 2015-ci il üçün təsdiq edilmiş ştat cədvəlinə edilən 06 nömrəli dəyişikliyə əsasən 5 saylı NQÇS 4 saylı NQÇS adlandırılmış, xx.xx.2021-ci ildə işdən azad edilmiş, xx.xx.2021-ci ildə SOCAR “Azneft” İstehsalat Birliyi “Ə.C.Əmirov adına neft və qazçıxarma” İdarəsi 2 saylı neft və qaz çıxarma sahəsinə 5-ci dərəcəli neft və qaz hasilatı üzrə operator peşəsinə işə qəbul olunmuş, hal-hazırda işləyir. Cavabdeh iddiaçının əmək kitabçasında xx.xx.1996-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" şirkətində işlədiyi dövrü həmin müəssisə Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi üçün iddiaçının stajına hesablamamışdır. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X1 “X7” Şirkətinin Nümayəndəliyi xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınması barədə məlumat mövcuddur. İddiaçının qeyd olunan dövrdəki iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir, eyni zamanda cavabdeh tərəfindən də bununla əlaqədar sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin dövr də iddiaçının sığorta stajına hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hərbi xidmət müddəti də daxil olmaqla xx.xx.2006-cı il tarixədək iddiaçı 27 il 4 ay 18 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək Qaradağneft neft qaz çıxarma idarəsində quyuların yeraltı təmiri üzrə operator, xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək quyuların yeraltı təmiri üzrə qazmaçı köməkçisi, xx.xx.1995-cı ildən xx.xx.1996-cı ilədək quyuların əsaslı və yeraltı təmiri üzrə operator, xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilədək Ə.C.Əmirov adına neft qaz çıxarma idarəsinə quyuların yeraltı təmiri üzrə operator, xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilədək quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator, xx.xx.2000-ci ildən xx.xx.2011-ci ilədək quyuların yeraltı təmiri üzrə operator vəzifələrində işləmiş, xx.xx.2011-ci ildən hal-hazıra kimi neft və qaz hasilatı üzrə operator vəzifəsində işləyir (xx.xx.2006-cı ilədək cəmi 15 il 8 ay 5 gün). Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: Xİİ Bölmə Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, Bənd 2. Neft-qaz və qaz kondensatının hasilatı, Yarımbənd a) fəhlələr, kod 2130200a—11292 quyuların əsaslı təmirinin qazmaçıları, kod 2130200a—15866 quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar, kod 2130200a—15870 quyuların yeraltı təmiri üzrə operatorlar. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 15 il 8 ay 5 gün). İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5349/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5349/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver