Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-535/2023 17.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı “Bakı şəhər X1 Rayonlarası Bölməsi” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Bakı şəhər X1 Rayonlarası Bölməsi” məhdud məsiliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********15704 nömrəli qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı “Bakı şəhər X1 Rayonlarası Bölməsi” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********15704 nömrəli qərarın ləğv edilməsi ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı təsərrüfat hesablı müəssisədir və o dövrdə olan ağır pandemiya şəraitində və maliyyə böhranı olması ilə əlaqədar bu qərar öhdəliklərin yerinə yetirilməsinə manədir. Cavabdeh qurum tərəfindən xərclərə yönəlmiş qeyri-ciddi hesab olunan alış sənədləri və mütəmadi sərəncamlarla bağlı dövlət qurumu olaraq vəsaitin nağdlaşdırılmasına yönəlmiş əməliyyatlar mübahisə mövzusudur.
3. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək Verci Məcəlləsinin 24.0.1-ci maddəsi ilə vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Bu Məcəllənin 32.4-cü maddəsinə uyğun olaraq, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin uçot və hesabat melumatlarını yoxlamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 10.0.3-cü maddəsinə görə Azərbaycan Respublikasının dövlət vergi crqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. Bildirilir ki, Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”nin 3.0.7-ci bəndinə əsasən vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin edən orqanıdır, Bundan başqa, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin müddəalarına əsasən cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145283 saylı qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericildə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticələrinə dair xx.xx.2021-ci il tarixli **********145316 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmiş və cəmiyyətin direktoru aktın bir nüsxəsini imzalamaqla qəbul etmişdir. Səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2021-ci il tarixli **********150704 nömrəli “Vergi ödəyicisinin və ya sıgortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılmış və xx.xx.2021-ci il tarixli **********606500 nömrəli “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntularım aradan qaldırılması barədə” Tələbnamə Cəmiyyətin elektron poçt ünvanına xx.xx.2021-ci il tarixli **********460500 nömrəli məktubla göndərilmişdir. Yoxlama ilə əhatə edilən dövr üzrə iddiaçı dezinfeksiya fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlamanın redişatında iddiaçı xx.xx.2021-ci il tarixli **********145317 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi üçün sənədlərin təqdim olunması haqqında” Tələbnamə və xx.xx.2021-ci il tarixli **********146182 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" qərar çıxarılmışdır. İddiaçı tərəfindən sənədlər qismən təqdim edilmişdir. Sənədlərin təqdim olunmasından imtina barədə xx.xx.2021-ci il tarixli Akt və sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli protokollar təqdim edilmişdir. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən hrllarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birhaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədləri, o cümlədən xərc sənədləri qismən təqdim edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq edilərək mənfəət vergisi hesablanmışdır. 2018-ci il üzrə, 2019-cu il üzrə və 2020-ci il üzrə (18884,25+21152,83-4435,08)= 35602,00 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. 2018-ci il üzrə əmlak vergisinin 1,27 manat azaldılması aşkar edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) təqdim edilmiş ilkin mühasibat sənədlərinə əsasən müqayisəli şəkildə yoxlanarkən müəssisə tərəfindən işçilərə ödənilməli əmək haqqları bank hesabından işçilərin plastik kart hesablarına ödənilərkən hesabatda göstərilən əmək haqqından cox əmək haqqı ödənildiyi müəyyən edilmişdir. Həmin əmək haqqı hesabata daxil edilərək əlavə olaraq muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları hesablanmışdır. Nəticədə Vergi Məcəlləsinin 98.1-ci maddəsinin tələbləri pozularaq, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığortanın 61934,18 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən Mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 40037,08 manat azaldılma<ınä görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 20018,55 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergii məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icabari tibbi sığorta bəyannaməsi (hesabatı) yoxlanarkən göstərilən vergi məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, azaldılmış və ya yayındırılmış 61934,18 m'nat vergi məbləğinin 50 faizi miqdarında, yəni 30967,09 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən işsizlik sığortası (hesabatı) yoxlanarkən göstərilən Vergi məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, azaldılmış və ya yayındırılmış 295,89 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 147,94 manat, məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən Əmlak vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 1,37 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 0,64 manat maliyyə sanksiyası tətbiq edilmişdir, Vergi Məcəlləsinin 58.7-1.4.-cü maddəsinə əsasən qanun pozulmaqla aparılan əməliyyatın Pmumi məbləğinin, yəni 10320,00 manat məbləğin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faiz, 1032,00 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. İddiaçı vergi orqanı tərəfindən hesablanmış vergi məbləğinin əsassız olduğunu qeyd etsə də, tələbini əsaslandıra bilməmiş, qanunvericiliyin hansı normasının pozulduğunu qeyd etməmiş, beLə nəticəyə gəlməsi üçün əsas olmuş halları izah edə bilməmiş, başqa sözlə iddiaçı vergi Orqanının haqlı mövqeyini təsdiq edən sübutları təkzib edə bilməmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrindi göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edəmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və ya vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz.
4. İddiaçı iddia tələbinin əsasları ilə bağlı bildirmişdir ki, “Bakı şəhər X1 Rayonlararası Bölməsi” MMC barəsində cavabdehin tərtib etdiyi xx.xx.2021-ci il tarixli aktda 2 istiqamət üzrə hesablama aparılması təklif olunmuş və onun əsasında mübahisələndirilən inzibati akt qəbul edilmişdir. Mənfəət vergisi üzrə: Aktın 1.1-ci bəndində qeyd olunduğu kimi, Cəmiyyət 2018 və 2019-cu illərdə mənfəət vergisi bəyannaməsini kassa metodu ilə, 2020ci ildə isə hesablama metodu ilə təqdim etmişdir. Aktın 2.1-ci bəndinə əsasən müəyyən olunur ki, 2018-ci ilin mənfəət vergisi üzrə 18884,25 manat, 2019-cu ilin mənfəət vergisi üzrə 21152,83 manat əlavə hesablama aparılmış, 2020-ci ilin mənfəət vergisi üzrə isə 4435,0 manat Cəmiyyət tərəfindən artıq hesablama aparılmışdır. Aktın 9-10-cu səhifələrindən göründüyü kimi, cavabdeh tərəfindən birbaşa Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə istinad olunaraq şərti rentabellik norması tətbiq olunmuş və real vergi öhdəliyini müəyyən etmək imkanı olduğu halda, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri gözlənilməmişdir. Belə ki, xərc sənədlərinin qismən təqdim edildiyi bildirilmiş, hansı sənədlərin təqdim edilmədiyi və ümumiyyətlə təqdim edilməli olan sənədlərin hansılardan ibarət olması göstərilməmiş, sənədlərin əldə olunması ilə bağlı hansı addımların atıldığı, Vergi Məcəlləsinin 43-cü maddəsinin tələblərinə əməl olunması ilə bağlı sənədləşmələrin aparıldığı qeyd olunmamışdır. Həmçinin, sənədlərin qismən olması halında niyə birbaşa şərti rentabellik norması tətbiq olunduğu, Vergi Məcəlləsinin 67.1.1- 67.1.9-cu maddələrində əks olunan əlaqəli məlumatlardan istifadə olunub-olunmaması, bu mümkün olmadıqda həmin Məcəllənin 67.3 və 67.4-cü maddələrinə əsasən analoji vergi ödəyicisinin məlumatlarından istifadə edilib-edilmədiyi barədə heç bir qeyd aktda əks olunmamışdır. Bütün bunlardan isə aydın olur ki, cavabdeh qeyd olunan normaların tələblərinə əməl etmədən birbaşa Məcəllənin 67.14-cü maddəsini tətbiq etmişdir. İddiaçının 2018-ci və 2019-cu illər üzrə xərc sənədləri tamlıqla qaydasında olmuşdur, lakin cavabdeh tərəfindən həmin sənədlərin bir qismi qəbul olunmadığı üçün qanunvericiliyin imperativ tələbləri pozulmaqla şərti rentabellik norması tətbiq olunaraq əlavə vergi yükü yaradılmışdır. Cəmiyyətin həmin dövrlər üzrə xərclərini təsdiq edən sənədləri yenidən təqdim edirik. Məhkəmə tərəfindən həmin sənədlər araşdırıldığı təqdirdə xərclərin tam olaraq sənədlə təsdiq olunduğu müəyyən ediləcəkdir. Həmçinin bildirilmişdir ki, formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddəsində əks olunan əlaqəli məlumatlar, həmçinin Vergi Məcəlləsinin 67.3 və 67.4-cü maddəsinə əsasən analoji vergi ödəyicisinin məlumatları əsasında vergilərin hesablanması mümkün olmadığı halda şərti rentabellik norması tətbiq oluna bilər. Cavabdeh tərəfindən isə birbaşa Vergi Məcəlləsinin 67.14-cü maddəsi tətbiq olunmuşdur ki, bunun da qanunazidd olmasına dair bir neçə yekun məhkəmə aktı təqdim olunacaqdır. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (vahid bəyannamə) üzrə: Cavabdeh tərəfindən aparılan digər hesablama vahid bəyannamə üzrə 61934,18 manat məbləğində olmuşdur. Bununla bağlı yoxlama aktında olan qeyd (səh.14) yalnız ondan ibarətdir ki, müəssisə tərəfindən işçilərə ödənilməli əmək haqları bank hesabından işçilərin plastik kart hesablarına ödənilərkən hesabatda göstərilən əmək haqqından çox əmək haqqı ödənildiyi müəyyən edildi. Lakin hansı işçilərin kart hesabına hansı məbləğdə ödəniş olunduğu və hesablanan vergi məbləğinin hansı qaydada müəyyən olunduğuna dair aktda heç bir qeyd aparılmamışdır. Bu səbəbdən ilk növbədə cavabdeh inzibati orqan apardığı hesablamanı təsdiq edən sənədləri və hesablama qaydasına məhkəməyə təqdim etməlidir.
5. Cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, mənfəət vergisinin hesablanmasının hüquqi əsasları Vergi Məcəlləsinin 104.1, 105.1, 108, 129, 130.1 və 130.2-ci maddələrində, habelə iddiaçının müvafiq mühasibatlıq sənədlərinin uçotunun aparılması vəzifəsi 16.1.3, 16.1.7 və 16.1.9-cu maddələrində müəyyən edilmişdir. Həmin müddəaların ümumiləşdirilmiş mənasına görə, vergi ödəyicisinin mənfəət vergisinin hesablanması üçün ilk olaraq onun mənfəəti müəyyən edilməlidir. Mənfəət isə gəlirdən çıxılan xərc arasındakı fərqdir. Beləliklə, mənfəət vergisinin hesablanması üçün zəruri olan şərtlər kimi gəlirlər və xərclər dəqiq müəyyən edilməsidir Bunun üçün isə vergi ödəyicisi müəyyən edilmiş qaydada mühasibatlıq sənədlərinin uçotunu düzgün aparmalıdır çünki onlara əsasən əldə etdiyi gəlirlər və onların əldə edilməsi ilə bağlı çəkdiyi xərclət hesablanmalıdır. Gəlirlərlə xərclər arasında fərq müsbət olduqda, ondan 20 faiz dərəcə ilə mənfəət vergıisi hesablanmalıdır. Maddələrin tələbləri baxımından iddiaçının təqdim etdiyi bəyannamədə gəlirin məbləği mübahisə olunmamışdır. Mübahisəli hal xərc məbləğlərinin iddiaçının bəyannamədə göstərildiyi məbləğlərlə bağlıdır. İddiaçı hesab etmişdir ki, onun tərəfindən sənədlərin təqdim ediməsindən imtina edildiyi təqdirdə cavabdeh Vergi Məcəlləsinin 43.11-ci maddəsinin tələblərinə riayət etməli olduğu halda, bunu etməmişdir. Bu isə cavabdehə Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad edilməklə əlaqəli məlumatlardan istifadə edilməklə vergilərin hesablanması üçün qanuni əsas olmamışdır. Bildirilir ki, Vergi Məcolləsinin 42-ci maddəsi “Sənədlərin tələb edilməsi” adlandırılmaqla, aşağıdakı qaydaları müəyyən etmişdir: 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyıcisınə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir; 42.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1- ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədıkdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bıldirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-cı maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır: 42.3-cü maddəsinə əsasən, (...) bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Bu maddələrin tələblərinin ümumiləşdirilmiş qaydasına görə ilk olaraq vergi ödəyicisindən sənədlərin təqdim edilməsi tələb olunur, sənədlər təqdim edilmədiqdə bu barədə müvaviq akt tərtib edilməlidir. Akt tərtib ediidiqdə sonra müvafiq sənədlərin digər mənbələrdən əidə edilməsi imkanları təftiş oiunmalıdır. Bu mənbəbrdən də sənədiərin əldə edilməsi mümkün olmadıqda vergi orqanına aşağıdakılardan birinin və va hər ikisinin yerinə yetirilməsi hüququ verilmişdir: Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydada vergiləri hesablamaq; Həmin sənədlərin Vergi Məcəlləsinin 43-cü maddəsində müəyyən ediimiş qaydada götürülməsini həyata keçirmək Bununla bağlı bildirilmişdir ki, cavabdeh tərəfindən səyyar vergi yoxlamasının aparılması ilə bağlı xx.xx.2021-ci il tarixli **********145317 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi üçün sənədlərin təqdim olunması haqqında” Tələbnamə və xx.xx.2021-ci il tarixli **********146182 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" qərar çıxarılmışdır. Lakin, iddiaçı tərəfindən sənədlər qismən təqdim edilmiş ki, həmin sənədlər iş üzrə etiraza əlavə edilmişdir (məhkəmə materiallarında mövcuddur). Həmçinin sənədlərin təqdim olunmasından imtina barədə xx.xx.2021 -ci il tarixli akt və sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli protokollar təqdim edilmişdir. Onuda qeyd etmək lazımdı ki, həmin sənədlər iddiaçı tərəfindən imzalanmışdır. Göründüyü kimi, cabvabdeh tərəfindən tələbnamələrlə iddiaçıya ilkin mühasibatlıq sənədlərinin təqdim olunması təklif edilmiş, lakin həmin sənədlər tam təqdim edilməmiş odur kı. cavabdeh orqan Vergi Məcəlləsinin 42.1 -ci maddəsində nəzərdə tutulan hərəkətləri yerinə yetirmişdir. Məlum olduğu kimi Vergi Məcəlləsinin 16.1.3 maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Habelə bu Məcəllənin 130.1 maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Hazırkı halda vergi ödəyicisi mühasibat uçotunu lazımı qaydada aparmadığı üçün onun gəlirinə dair məlumatlar əlaqəli məlumatlar əsasında müəyyən edilmişdir Bununla yanaşı, iddiaçının xərclərini qanunauyğun qaydada tərtib edilmiş sənədlərlə eıəcə də həmin sənədlərin digər mənbələrdən əldə edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçının nümayədəsi məhkəmə iclasında nağdlaşdırmaq məqsədi ilə işçilərə əlavə əmək haqqı məbləğin hesablanması ilə bağlı mühasibat uçotunun lazımı qaydada aparılmadığını etiraf etmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən həmin Məcəllənin 67 1 -ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsassən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Səyyar vergi yoxlamasının aparılması üçün zəriruri olan sənədləri o cümlədən xərc sənədləri qismən təqdim edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq edilərək mənfəət vergisi hesablanmışdır. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) təqdim edilmiş ilkin mahasibat sənədlərinə əsasən müqayisəli şəkildə yoxlanarkən müəssisə tərəfindən işçilərə ödənilməli əmək haqqları bank hesabından işçilərin plastik kart hesablarına ödənilərkən hesabatda göstərilən əmək haqqından cox əmək haqqı ödənildiyi müəyyən edilmişdir. Həmin əmək haqqı hesabata daxil edilərək əlavə olaraq muzdlu işə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları hesablanmışdır. Məlumat üçün bildiririk ki, iş üzrə yoxlama zamanı iddiaçının rəhbəri izahat verərək bildirmişdir ki, nağdlaşdırmaq məqsədi ilə işçilərə əlavə əmək haqqı məbləği hesablanmış və həmin məbləğlər onların kart hesablarına köçürülmüşdür. Nəticədə Vergi Məcəlləsinin 98.1-ci maddəsinin tələbləri pozularaq, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta işsizlikdən sığortanın 61934,18 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icabari tibbi sığorta bəyannaməsi (hesabatı) yoxlanarkən göstərilən vergi məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, azaldılmış və ya yayındırılmış 61934,18 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 30967,09 manat, məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən İşsizlik sığortası (hesabatı) yoxlanarkən göstərilən vergi məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, azaldılmış və ya yayındırılmış 295,89 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 147,94 manat, məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən Əmlak vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 1,37 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 0,64 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.7-1.4.-cü maddəsinə əsasən qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin, yəni 10320,00 manat məbləğin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faiz, 1032,00 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Bundan başqa, Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi ilə vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Bu Məcəllənin 32.4-cü maddəsinə uyğun olaraq, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin uçot və hesabat məlumatlarını yoxlamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 10.0.3-cü maddəsinə görə Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçı land ı rlar. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”nin 3.0.7-ci bəndinə əsasən vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin edən orqanıdır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-cı maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Göründüyü kimi vergi orqanı tərəfindən iddiaçı “Bakı şəhər X1 Rayonlararası Bölməsi” MMC-də keçirilən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin tələblərinə tam riayət olunmuş, heç bir qanun pozuntusuna yol verilməmişdir.
6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraza təkrar əlavə təqdim edilərək bildirilmişdir ki, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) təqdim edilmiş ilkin mühasibat sənədlərinə əsasən müqayisəli şəkildə yoxlanarkən müəssisə tərəfindən işçilərə ödənilməli əmək haqqları bank hesabından işçilərin plastik kart hesablarına ödənilərkən hesabatda göstərilən əmək haqqından cox əmək haqqı ödənildiyi müəyyən edilmiş və həmin əmək haqqı hesabata daxil edilərək əlavə olaraq muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları hesablanmışdır. Məlumat üçün bildiririk ki, iş üzrə yoxlama zamanı iddiaçının rəhbəri izahat verərək bildirmişdir ki, nağdlaşdırmaq məqsədi ilə işçilərə əlavə əmək haqqı məbləği hesablanmış və həmin məbləğlər onların kart hesablarına köçürülmüşdür. Nəticədə Vergi Məcəlləsinin 98.1-ci maddəsinin tələbləri pozularaq, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığortanın 61934,18 manat azaldılması müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, 61934,18 manat azaldılmış məbləğin yalnız 27775,00 manatı əlavə 55000,00 min manat əmək haqqının hesabata daxil edilməsi nəticəsində yaranmışdır. (61934,18- 27775,00)=34159,18 manat azaldılmış məbləğin müəssisənin özü tərəfindən 2020-ci il üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) vergi orqanına təqdim edərkən özünün hesablamalarını səhv hesablaması nəticəsində yaranmışdır (bu barədə 2020-ci il üzrə əmək haqqı cədvəllərinin təsdiq edilmiş surətləri əlavə olunur). Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi döylət sosial sığorta, işsizlikdən sığorta və icabari tibbi sığorta bəyannaməsi (hesabatı) yoxlanarkən göstərilən vergi məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, azaldılmış və ya yayındırılmış 61934,18 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 30967,09 manat, məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən İşsizlik sığortası (hesabatı) yoxlanarkən göstərilən vergi məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, azaldılmış və ya yayındırılmış 295,89 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 147,94 manat, məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.7-1.4.-cü maddəsinə əsasən qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin, yəni 10320,00 manat məbləğin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faiz, 1032,00 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür.
7. İddiaçı təqdim edilən etiraza əlavə üzrə yazılı mülahizə təqdim edərək bildirmişdir ki, yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilsə də, həmin maddəyə uyğun olaraq Cəmiyyətin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərini cavabdeh hansı mənbəyi bəlli məlumat əsasında əldə etdiyini nə yoxlamanın təyin edilməsi barədə qərarda, nə də səyyar vergi yoxlaması aktında əsaslandırmamışdır. Qeyd olunan hal dəfələrlə kassasiya instansiyasının qərarlarında pozuntu kimi qiymətləndirilərək qərarın ləğv olunmasının əsası kimi göstərilmişdir. Əlavə olunan AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)- 1969/2022 saylı (sədrlik edən X.Məmmədov), xx.xx.2022-ci il tarixli 2-1(102)-669/2022 saylı (sədrlik edən S.Kərimov), xx.xx.2022-ci il tarixli 2-1 (102)-1480/2022 saylı (sədrlik edən R.Nəbizadə), xx.xx.2022-ci il tarixli 2-1 (102)-1255/2022 saylı (sədrlik edən N.Rəsulbəyova), xx.xx.2022-ci il tarixli 2- 1(102)-23/2022 saylı (sədrlik edən K.Bədəlov) qərarlarından göründüyü kimi, formalaşmış vahid məhkəmə təcrübəsi yoxlamanın təyin edilməsinin əsaslandırılmadığı hallarda bu formada həyata keçirilən inzibati icraatın qanunsuz olduğunu təsbit etmişdir. Cavabdeh isə hazırki yoxlamanı 2019-cu il üzrə kameral qaydada hesablamadan verilən şikayət təmin olunduqdan sonra qərəzli olaraq başlamışdır. Belə ki, əlavə olunan sənədlərdən göründüyü kimi, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası müraciəti təmin edərək kameral qaydada hesablamanı ləğv etmiş, xx.xx.2021-ci il tarixdə həmin qərarı təqdim etmiş, üzərindən qısa müddət sonra, xx.xx.2021-ci il tarixdə **********145283 nömrəli qərarla cavabdeh heç bir əsas olmadan səyyar vergi yoxlaması başlamışdır. Əlavə olaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına görə səyyar vergi yoxlaması 90 təqvim gününədək həyata keçirilə bilərdi. Lakin cavabdeh xx.xx.2021-ci il tarixdə başlanılan yoxlamanı (31 gün dayandırma müddəti və 31 gün aktın tərtibi müddəti istisna olmaqla) xx.xx.2021-ci il tarixdə başa çatdırmışdır ki, bu da 108 təqvim günü edir. Göründüyü kimi cavabdeh Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərini pozmuşdur. Qeyd olunan pozuntu kassasiya instansiyası tərəfindən dəfələrlə yekun məhkəmə aktlarında əks olunmuşdur (xx.xx.2022-ci il tarixli 2-1(102)-2486/2022 saylı iş-sədrlik edən R.Nəbizadə). Məlumat üçün bildirilmişdir ki, kassasiya instansiyasının vahid mövqeyinə görə əgər inzibati akt formal-hüquqi baxımdan qüsurludursa (yəni inzibati orqan həmin inzibati aktı qəbul edənədək inzibati icraatın prinsip və qaydalarına əməl etməmişdirsə) həmin inzibati aktın mahiyyəti üzrə araşdırılmasına zərurət yoxdur və qüsurlu olduğundan inzibati akt hər bir halda ləğv olunmalıdır.
8. Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********150704 nömrəli qərarına əsasən: Mənfəət vergisi üzrə: 2018-ci il üzrə 18.884,25 manat və həmin məbləğə 9442,13 manat maliyyə sanksiyası, 2019-cu il üzrə 21152,83 manat və həmin məbləğə 10576,42 manat maliyyə sanksiyası, o cümlədən 2020-ci il üzrə 4435,08 manat artıq hesablama; Əmlak vergisi üzrə 1,27 manat və ona 0,64 manat maliyyə sanksiyası; Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə: 2020-ci il üzrə 61934,18 manat azalma və həmin məbləğə 30967,09 manat maliyyə sanksiyası; İşsizlik sığortası üzrə rüblük hesabat üzrə 295,86 manat və həmin məbləğə 147,93 manat maliyyə sanksiyası hesablanmışdır.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş yoxlayıcı X5 bildirdi ki, iddiaçı tərəfindən yoxlanılan dövrün xərc sənədləri təqdim edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilətəsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” tətbiq edilmişdir. Yoxlama zamanı muzdlu ilə bağlı vergilərlər əlaqədar müəyyən olunmuşdur ki, müəssisə tərəfindən işçilərin əmək haqqı kartına vəsait ödənmişdir. Həmin vəsait üzrə vergilər və məcburi dövlət sosial sığorta haqları ödənməmişdir. Digər işçilərin əmək haqqı kartına ödənilmiş məbləğlərlə bağlı izahat alınmadığı üçün ancaq rəhbərə ödənmiş əmək haqqı məbləği ilə əlaqədar ödəmə mənbəyində gəlir vergisi hesablanmışdır. Belə ki, daha çox hesablama məhz 2020-ci ilin 4-cü rübünə aid olmuşdur. İddiaçı tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi bəyannamə üzrə 2020-ci ilin 1-ci rübündə 10899,60 manat (azaldılmış hesab edilən 2333,87 manat), 2-ci rübündə 16890,08 manat (azaldılmış hesab edilən 5345,61 manat), 3-cü rübündə 19490,90 manat bəyan edilməsinə baxmayaraq (azaldılmış hesab edilən 6481,45 manat), işçilərin sayında və əmək haqqında dəyişlik olmadan 4-cü rübdə cəmi 607,28 manat bəyan edilmiş, bununla əlaqədar həmin rüb üzrə də 47773,25 manat vergi məbləği azaldılmış hesab edilmişdir. Qeyd edilənlər xx.xx.2021-ci il tarixli Səyyar vergi yoxlaması aktının 14-cü səhifəsində öz əksini tapmışdır. Tək rəhbərin plasktik kartına köçürülmüş 55000 manat vəsait üzrə məcburi dövlət sosial sığorta haqqı məbləği 14300 manat (55000x26%(22+3+0,5+0,5)) və həmin məbləğ üzrə ödənilməli vergi (Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən Vergi tutulan aylıq gəlirin məbləğinin müəyyən edilməsi düsturuna uyğun olaraq 13475 manatdır. Belə ki, qeyd edilən dövr üzrə 565.739 manat əvəzinə 773.904 manat bəyan edilmiş, 208.165 manat üzrə məcburi dövlət sosial sığorta haqqı və muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi hesablanmışdır.
10. İddiaçı qurumun direktoru X3 cavabdehə ünvanladığı zəmanət məktubunda cəmiyyətdə aparılan səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş xx.xx.2021-ci il tarixli **********145316nömrəli səyyar vergi yoxlaması ilə hesablanmış 97833,33 manat vergilər və 52166,23 manat maliyyə sanksiyası olmaqla, cəmi 149999,56 manat əlavə vəsaitlə razı olduğunu, hesablanmış əlavə vəsaitin 149999,56 manat məbləğin 80000 manatını akt təhvil verilən kimi, qalan vəsaiti 3 ay müddətində bərabər hissələrlə ödəyəcəyinə zəmanət vermişdir.
11. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdi.
İİ. İddianın növü və mümkünlüyü
13. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. Mübahisələndirilən qərar inzibati aktdır. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
15. İddiaçı tərəfindən təqdim edilən dəlillər aşağıdakılardır: -Növbədənkənar səyyar vergi yoxlamasının təyin olunması zamanı pozuntuya yol verilməsi, yəni yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilsə də, həmin maddəyə uyğun olaraq Cəmiyyətin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərini cavabdeh hansı mənbəyi bəlli məlumat əsasında əldə etdiyini nə yoxlamanın təyin edilməsi barədə qərarda, nə də səyyar vergi yoxlaması aktında əsaslandırmaması; -Mənfəət vergisinin hesablanması zamanı Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə istinadın qanunsuz olması, belə ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr sıra ardıcıllığı ilə tətbiq edilməli idi; - Muzdlu işlə əlaqədar ödəmə mənbəyində verginin hesablanmasının qanunsuzluğu isə ondan ibarətdir ki, işçilərə ödənilmiş həmin məbləğ əmək haqqı deyil, faktiki olaraq müəssisə tərəfindən aparılmış nağdlaşdırma əməliyyatı olmuşdur.
16. İddiaçının birinci dəilinə münasibətdə məhkəmə qeyd edir ki, növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına münasibətdə məhkəmə qeyd edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanına qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyət vermişdir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı, yuxarıda qeyd edildiyi kimi, iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qərarına gəlmiş və cəmiyyətin xx.xx.2018xx.xx.2021-ci il tarixlərarası fəaliyyətinin yoxlanması barədə qərar qəbul etmiş və yoxlama barədə məluma sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır (№KY2********). Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, bu da onu deməyə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması kimi qəbul edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qəbul etdiyi qərarı inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir. Qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etsə də, məhkəmə araşdırması zamanı həmin məlumatın məhz digər inzibati araşdırmanın nəticəsində əldə edildiyi müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli şikayətlərə baxılaraq inzibati şikayətin baxılmasının nəticəsi üzrə “İnzibati şikayətin təmin edilməməsi haqqında” 23 noyabr 2020-ci il tarixli **********898500 nömrəli qərar qəbul olunmuşdur. Həmin qərardan verilmiş inzibati şikayət yuxarı inzibati orqan (Azərbaycan İqitsadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2021-ci il tarixli 18№-li qərarı) tərəfindən təmin edilmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 24 noyabr 2020-ci il tarixli **********898500 nömrəli və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********83300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarları ləğv edilmişdir. Lakin inzibati şikayət üzrə icraatın aparılması zamanı iddiaçı tərəfindən xərc sənədlərinin təqdim edilməsi işin mübahisəsiz halıdır. Apellyasiya şurası tərəfindən Dövlət Vergi Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətdə (AVİS№**********091500) bildirilmişdir ki, şura üzvləri tərəfindən vergi ödəyicisinin fəaliyyətində bir sıra ziddiyyətli məqamların olması, o cümlədən vergi öhdəliyinin düzgün müəyyən edilməsi və sahibkarlıq fəaliyyətinin ətraflı araşdırılması məqsədilə vergi ödəyicisinin fəaliyyəti üzrə səyyar vergi yoxlamasının keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Odur ki, həmin məlumatlar vergi orqanı tərəfindən mənbəyi bəlli olan məlumatlar kimi qiymətləndirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, işin konkret hallarına uyğun olaraq növbədənkənar səyyar vergi yoxlaması təyin edilərkən vergi orqanının hərəkətləri qanunsuz olmamışdır.
17. Mənfəət vergisinin və ona maliyyə sanksiyasının hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh hazırkı mübahisəyə münasibətdə şərti rentabellik norması tətbiq edərək özünün yuxarıda qeyd edilən şəkildə təyin etdiyi xərc məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad etməklə hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, Məcəllənin yoxlama aparılan dövrdə qüvvədə olan redaksiyasında qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. İstinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Hazırkı mübahisəyə münasibətdə VM-in 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin təblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, yoxlama zamanı ümumiyyətlə həmin istiqamətdə hər hansı araşdırma aparılmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Vergi Məcəlləsinin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilməsinə dair Vergi Məcəlləsinə edilmiş yeni məzmunda dəyişiklik (VM-in 67.17-ci maddəsi) mübahisələndirilən qərardan sonra, yəni 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmişdir. Odur ki, məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır.
18. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində verginin hesablanmasının qanunsuzluğuna münasibətdə məhkəmə qeyd edir ki, yoxlama zamanı iddiaçının qurumun rəhbəri olmuş X3 tərəfindən izahat verilərək bildirilmişdir ki, əmək haqqı ilə bank hesabı arasında fərqin izahı ondan ibarətdir ki, yoxlama dövrünü əhatə edən 3 il ərzində bank hesablarına ümidsiz borclarla əlaqədar sərəncamlar qoyulur. İşlərinin ağır və məsuliyyətli olması ilə əlaqədar təcili lazım olan kimyəvi məhsulların alınması üçün nağdlaşdırma əməliyyatı həyata keçirilibdir. Əlavə olaraq əmək haqqı kartlarına pandemiya ilə əlaqədar üç qat maaş 78560 manat əlavə olunub. Məhkəmə müəyyən edir ki, iddiaçı qurum işçilərin plastik kart hesablarına ödənilən həmin vəsaiti əmək haqqı kimi qiymətləndirilmədiyindən həmin məbləğlər üzrə məcburi dövlət sosial sığorta haqları və muzdlu işlə əlaqədar gəlir vergisi hesablanmamış və ödəməmişdir. Odur ki, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) təqdim edilmiş ilkin mühasibat sənədlərinə əsasən müqayisəli şəkildə yoxlanarkən müəssisə tərəfindən işçilərə ödənilməli əmək haqqları bank hesabından işçilərin plastik kart hesablarına ödənilərkən hesabatda göstərilən əmək haqqından cox əmək haqqı ödənildiyi müəyyən edilmiş və həmin əmək haqqı hesabata daxil edilərək əlavə olaraq muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları hesablanmışdır. Məhkəmə qeyd edir ki, əmək haqqı kartına ödənilən vəsat vergi orqanı tərəfindən əsaslı olaraq əmək haqqı hesab edilərək həmin məbləğ üzrə məcburi dövlət sosial sığorta haqqı və muzdlu işlə bağlı gəlir vergisi hesablanmışdır. 2020-ci ilin 1-ci rübündə 10899,60 manat (azaldılmış hesab edilən 2333,87 manat), 2ci rübündə 16890,08 manat (azaldılmış hesab edilən 5345,61 manat), 3-cü rübündə 19490,90 manat bəyan edilməsinə baxmayaraq (azaldılmış hesab edilən 6481,45 manat), işçilərin sayında və əmək haqqında dəyişlik olmadan 4-cü rübdə cəmi 607,28 manat bəyan edilmiş, bununla əlaqədar həmin rüb üzrə də 47773,25 manat vergi məbləği azaldılmış hesab edilmişdir. 2020-ci ilin ilk 3 rübü üzrə əlavə hesablama iddiaçı tərəfindən təqdim edilmiş bəyannamə üzrə hesablamanın səhv aparılması nəticəsində yaranmışdır. Nəticədə Vergi Məcəlləsinin 98.1-ci maddəsinin tələbləri pozularaq, 2020-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığortanın 61934,18 manat azaldılması müəyyən edilmişdir. 61934,18 manat azaldılmış məbləğin yalnız 27775,00 manatı 2020-ci ilin 4-cü rübündə rəhbərə ödənilmiş əlavə 55000,00 min manat əmək haqqının hesabata daxil edilməsi nəticəsində yaranmışdır. Qalan (61934,18-27775,00)=34159,18 manat azaldılmış məbləğ müəssisənin özü tərəfindən 2020-ci il üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə vergi orqanına təqdim edərkən özünün hesablamalarını səhv aparması nəticəsində yaranmışdır.
19. Mübahisələndirilən qərarın qalan hissələri üzrə, yəni əmlak vergisi üzrə 1,27 manat və ona 0,64 manat maliyyə sanksiyası, işsizlik sığortası üzrə rüblük hesabat üzrə 295,89 manat və həmin məbləğə 147,93 manat maliyyə sanksiyası hesablanması hissəsinə iddiaçı hər hansı münasibət bildirməmişdir. Belə ki, 2019-cu ilin 1-ci rübü üzrə təqdim etdiyi bəyannamə məlumatları əsasında işsizlikdən sığorta haqqının 295,86 manat azaldılması (əvvəlki rüblərdə də cəmi 0,03 manat) müəyyən edilmişdir.
20. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
21. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********150704 nömrəli qərarı 2018-ci il üçün mənfəət vergisi üzrə 18.884,25 manat və həmin məbləğə 9442,13 manat maliyyə sanksiyası, 2019-cu il üçün mənfəət vergisi üzrə 21152,83 manat və həmin məbləğə 10576,42 manat maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva