Məhkəmə qərarları › İş №2-1(112)-5355/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5355/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5355/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “18 mart 1999-cu il tarixli qərar əsasında ayrılmış torpaq sahəsinin 49 illik müvəqqəti istifadəyə verilməsi haqqında sərəncam verilməsi və bununla bağlı müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “18 mart 1999-cu il tarixli qərar əsasında ayrılmış torpaq sahəsinin 49 illik müvəqqəti istifadəyə verilməsi haqqında sərəncam verilməsi və bununla bağlı müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, 18 mart 1999-cu il tarixində Azərbaycan X6 İdarəsinin Bakı X1 və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının qərarı ilə vəfat etmiş iddiaçının atası X2 Zabrat qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan boş yerdən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Lakin ayrılmış torpaq sahəsinin indiyə qədər tam sənədləşdirilməsi müxtəlif səbələrdən mümkün olmamışdır. 25 iyun 1999-cu il tarixindən qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 64-cü maddəsinin tələblərinə uyğun olaraq ayrılmış torpaq sahəsinin sənədləşdirilməsi üçün sözügedən torpaq sahəsinin 49 illik müvəqqəti istifadəyə verilməsi haqqında sərəncam verilməsi, bununla bağlı müqavilənin bağlanması və torpaq sahəsinə dair ayrıc aktının verilməsi ilə bağlı iddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə müraciət olmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin A-487-091 nömrəli, 15.12.2021-ci il tarixli cavab məktubunda torpaq sahəsinin və üzərindəki tikilinin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətinə baxıldığını və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində çıxarışla rəsmiləşdirildiyini bildirmişdir. İddiaçı bununla əlaqədar olaraq bildirmişdir ki, iddiaçının Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciət torpaq sahəsi və üzərində inşa olunmuş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair köməklik göstərilməsi ilə bağlı olmamışdır. Cavab məktubundan da göründüyü kimi, cavabdeh müraciətində qeyd olunan məsələ ilə bağlı deyil, aidiyyəti olmayan bir məsələyə münasibət bildirmiş və müraciətdə qeyd olunan məsələni tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Həmçinin, qərar əsasında torpaq sahəsi ayrılan tarixdə fərdi yaşayış evi inşa edilmiş, ailə üzvləri və iddiaçı həmin tarixdən etibarən fərdi yaşayış evində qeydiyyatdadırlar. İddiaçının mərhum atasının vəfatı ilə bağlı açılmış vərəsəlik işi zamanı digər vərəsələr miras əmlakdan iddiaçının xeyrinə imtina etmiş və yeganə vərəsə kimi o tanınmışdır. Ehtiyac yarandığı təqdirdə fərdi yaşayış evində qeydiyyatda olan və miras əmlakdan imtina etmiş şəxslərin torpaq sahəsinin müvəqqəti istifadəyə verilməsinə dair iddiaçının adına sərəncam verilməsinə etiraz etməmələri ilə bağlı notarial qaydada təsdiq edilmiş ərizələrin təqdim olunması iddiaçı tərəfindən təmin olunacaqdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 35.1.-ci maddəsinə əsasən. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir: ”1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” Həmin Qanunun 20-ci maddəsinə əsasən,hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 28.1.-ci maddəsinə görə inzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. Həmin Qanunun 52-ci maddəsində göstərilmişdir: “1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. İddia ərizəsinə görə Azərbaycan X6 İdarəsinin Bakı X1 rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin birgə iclasının 18 mart 1999-cu il tarixli qərarından görünür ki, Zabrat 2də yerləşən dartıcı yarımstansiyasının ətrafında olan böş yerdən yaşayış binası tikmək üçün torpaq sahəsinin ayrılmasına X2 razılıq verilmişdir. AR Torpaq Məcəlləsinin 22-ci maddəsinin İ hissəsinə əsasən, sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. İddia ərizəsində qeyd edilmiş mübahisəli torpaq sahəsi nəqliyyat torpaqlara aid olan torpaq olduğundan onun barəsində sərəncam vermək və müqavilə bağlamaq Bakı şəhəri İcra hakmiyyətinin səlahiyyətinə aid deyil. “İnzibati icraat haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.4..2. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. Belə olan təqdirdə, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan X6 İdarəsinin Bakı X1 rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin birgə iclasının 18 mart 1999-cu il tarixli qərarı ilə ayrılmiş torpaq sahəsi üzrə sərəncam vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiaçının iddia tələbinə cavab verən orqan deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı 18 mart 1999-cu il tarixli qərar əsasında ayrılmış torpaq sahəsinin 49 illik müvəqqəti istifadəyə verilməsi haqqında sərəncam verilməsi və bununla bağlı müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi mümkünlük şərtlərinə əməl edilmədən verilmişdir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “18 mart 1999-cu il tarixli qərar əsasında ayrılmış torpaq sahəsinin 49 illik müvəqqəti istifadəyə verilməsi haqqında sərəncam verilməsi və bununla bağlı müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar