Məhkəmə qərarları › İş №2-1(112)-5358/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5358/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5358/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işsizlik müavinətinin ödənilməsi” tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işsizlik müavinətinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbləri baxımından iddiaçıya 16 aprel 2021-ci il tarixli məktub ünvanlanaraq işsizlik müavinətinin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri Nizami rayon Məşğulluq Mərkəzinə müraciət edə biləcəyi və inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edildikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilməsi hüququnun olduğu izah edilmiş, lakin iddiaçı tərəfindən müvafiq addım atmamışdır. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 23 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı məhkəməyə vəsatət təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavbdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində X3 ilə əvəz edilməsini xahiş etmişdir. Vəsatət təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə münasibət bildirərək qeyd etdi ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və onun müvafiq qurumlarına çoxsaylı müraciətlər etsə də, lakin onun müraciəti işsizlik müavinətinin verilməsi illə bağlı olmamışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən hazırki iddia tələbi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri, Nizami rayon Məşğulluq mərkəzinə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanan 22 fevral 2019-cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçının müraciəti araşdırılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli fərman: ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi- Sosial Ekspertiza və X5 (TSERAS) yaradılmışdır. Əlilliyə görə sosial müavinət və ya əmək pensiyası əlillik müddətinə görə təyin edilərək ödənilir. Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlilliyi və ya sağlamlıq imkanlarının məhdudluğu barədə Tibbi-Sosial Ekspert Komissiyasının müayinələrinə dair məlumatlar elektron formada "Elektron hökümət" portalı vasitəsilə TSERAS-dan mərkəzləşdirilmiş qaydada əldə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi- Sosial Ekspert Komissiyaları haqqında” Əsasnaməyə uyğun olaraq əlillik vəziyyətinin qiymətləndirilməsi vətəndaşların iştirakı olmadan dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Tibbi-Sosial Ekspert Komissiyaları aparılır. Bildirilir ki, “Sosial müavinətlər haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarında əlillik müəyyən edilməyən şəxslərə əlilliyə görə sosial müavinət və ya əmək pensiyası təyin olunması nəzərdə tutulmamışdır. Bununla yanaşı bildirilir ki, işsizlik müavinəti ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri, Nizami rayon Məşğulluq mərkəzinə müraciət edilməsi tövsiyə edilmişdir. Həmçinin cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 22 may 2020-ci il tarixli məktubla iddiaçının Nizami rayon Məşğulluq Mərkəzinə ünvanlanan müraciətinə baxılaraq Mərkəz tərəfindən iddiaçının qeyd etdiyi ünvana dəvət məktubunun göndərildiyi, lakin Mərkəzlə əlaqə saxlamadığı, Nizami rayon Məşğulluq Mərkəzi tərəfində müraciətdə göstərilən ***-***-**-** telefon nömrəsi vasitəsi ilə əlaqə saxlanılaraq müraciət barədə söhbət aparıldığı, iddiaçıya COVİD-19 pandemiyası ilə yaranan karantin rejimi tədbirləri ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixindən sonra Mərkəzə yaxınlaşmağı tövsiyə olunmuşdur. Gələcəkdə Mərkəzə müraciət edəcəyi təqdirdə iddiaçıya Nizami rayon Məşğulluq Mərkəzi tərəfindən qanunamüvafiq köməklik göstəriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarında olan sənədlər əsasında iddiaçı tərəfindən müvafiq ərizə ilə əvvəlcə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində X1 müraciət edilməsi və cavabdeh inzibati orqan tərəfindən ərizəsinin təmin edilməsindən imtina edilməsi iş materialları ilə müəyyən edilmir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilmədiyindən, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilməyindən hazırkı iddianın mümkünlük şərtləri mövcud deyil. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində X3 tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini, MPM-in 74.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar