Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5367/2023 08.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən və 2005-ci il tarixdən etibarən istifadəsində olan 0.05 ha-dan ibarət 833 "Ç" saylı bağa münasibətdə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla torpaq sahəsinə dair çıxarışın və texniki posportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005il tarixli 289 saylı sərəncamı ilə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.05 hektar torpaq sahəsi olan 833"Ç" nömrəli bağ sahəsi onun istifadəsinə verilmişdir. Bundan sonra həmin bağ sahəsinin onun istifadəsinə verilməsi barədə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamenti X11 və istismarı Birliyi ilə onun arasında 14 noyabr 2005-ci il tarixdə, 36303 saylı müqavilə bağlanmışdır. Müqavilənin 2-ci bəndində göstərilir ki, bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətinə bağlanılır. İstifadəçi müqavilə öhdəliklərini lazımı qaydada yerinə yetirdikdə müqavilə yeni müddətə artırılır. 2005-ci ildən hal hazıradək həmin bağ sahəsindən fasiləsiz və istisnasız istifadə edir, müqavilədən irəli gələn bütün öhdəlikləri yerinə yetirir, bütün vergiləri də bu günədək tam şəkildə ödəmişdir. Daha sonra qeyd olunan müqavilənin 3.1-ci bəndində göstərilir ki, bağ üçün nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü 0.12 ha-dan artıq olmamalıdır (Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333 N9 İi qərarına əsasən). Müqavilədən də göründüyü kimi onun istifadəsinə verilmiş bağ sahəsinin ölçüsü isə 0.05 ha-dır. Həmçinin müqavilənin 5-5.3-cü bəndələrinə uyğun olaraq Birlik üzərinə bır çox öhdəliklər götürmüşdür ki, onlardan biri də layihəsi razılaşdırıldıqdan sonra istifadəçinin yaşayış evi və digər tikintiləri inşa etməyə rəsmi icazə verilməsidir. Beləliklə, göründüyü kimi sözü gedən bağ sahəsindən 18-ci ildir ki, fasiləsiz və istisnasız istifadə edir. 2005-ci ildən istifadəsində olan 833 "Ç" saylı bağ sahəsinə dair torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından ötrü xx.xx.2022-ci il tarixdə cavabdehə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tam əsassız olaraq **********71 saylı, xx.xx.2022-ci il tarixli bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə təkrar ərizə ilə cavabdehə müraciət edərək, 833 "Ç" saylı bağ sahəsinə dair torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə cavab verildiyini əsas gətirərək, müraciətin təmin olunmasından təkrarən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən tərəfinizdən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1562 və 1561 saylı bağ sahələrinin ərazilərinin bir hissəsidir. Həmçinin bağların bölgüsünə dair sxematik xəritədə “833Ç” saylı torpaq sahəsi öz əksini tapmamışdır. Bu səbəbdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********71 saylı, xx.xx.2022-ci il tarixli və **********06 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamenti ilə bağlanmış Şüvəlan ərazisindəki 833ç nömrəli bağın istifadəyə verilməsi haqqında 36303 saylı 14 noyabr 2005-ci il tarixli Müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 289 nömrəli sərəncamı ilə Əzizbəyov rayonu, Şüvəlan ərazisində 0,05 hektar torpaq sahəsi olan 833ç nömrəli bağ İddiaçı istifadəsinə verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 3-52/2-928/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2005-ci ilə dair sərəncamlar kitablarında aşağıdakı sərəncam vardır və həmin sərəncama əsas olmuş sənədlər əlavə edilməmişdir. Sərəncam № 289 (çıxarış) xx.xx.2005-ci il “X11 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında” «Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçmrilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə X11 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 105 №-li protokolu təsdiq edilmişdir. xx.xx.2005-ci il tarixli 105 №-li protokolunda «Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi,vətəndaşlara bağ sahələrinin ayrılması barədə» Bakı Şəhər İcra Hakimiyyətinin 17.03.97-ci il tarixli, 233 №-li sərəncamına əsasən: 1.Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilsin. 1.157.Şüvəlandakı 833e №-li bağ-X12. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********200 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 833 ç saylı torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0.05 ha, faktiki 0.0763 ha (263 kv.m artıqdır). Baş sahəsinin sərhədləri iki tərəfdən qonşu hasarlarla ayrılıb; bir tərəfdən mişar daşı ilə hasarlanıb; yol tərəfdən bir qismi mişar daşı ilə hasarlanıb, qalan hissəsi isə şərtidir. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Belə ki, sxematik xəritəyə əsasən göstərilən sahə 1562 və 1561 saylı bağ sahələrinin ərazilərinin bir hissəsidir. Həmçinin bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmayıb. Bağ sahəsində A - 2 mərtəbəli zirzəmili natamam. B - 2 mərtəbəli natamam və C - yarımçıq bağ evləri var. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********25 nömrəli məktubunda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, təqdim olunan icarə müqaviləsində torpaq sahəsinin ölçüsü 0.05 qeyd edilmişdir, faktiki isə 0.0763 kv.m təşkil edir. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1562 və 1561 saylı torpaq sahələrinin ərazisinə uyğun gəlir və həmin sxematik xəritədə 833ç saylı torpaq sahəsi öz əksini tapmamışdır. Həmin məktubla göndərilmiş sənədlərin surətindən görünür ki: -X13 tərəfindən xx.xx.2005-ci il tarixli Bağlar Birliyinə ünvanladığı ərizəsində bildirmişdir ki, Şüvəlan Bağlar sahəsində yerləşən 343/2 saylı müqavilə ilə 833 c saylı bağın icarədarının özünün və ailə üzvlərinin razılıqları ilə onun adına keçirilməsinə kömkəklik edilməsini xahiş etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********35 nömrəli məktubda bildirilmişdir ki, baxış zamanı məlum olmuşdur ki, təqdim olunan icarə müqaviləsində torpaq sahəsinin ölçüsü 0.05 qeyd edilmişdir, faktiki isə 0.0763 kv.m təşkil edir. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Belə ki, göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1562 və 1561 saylı torpaq sahələrinin ərazisinə uyğun gəlir və həmin sxematik xəritədə 833ç saylı torpaq sahəsi öz əksini tapmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********31 nömrəli məktubda bildirilmişdir ki, Şüvəlan qəsəbəsi, 0645 hektar torpaq sahəsi olan 833 saylı bağ sahəsi xx.xx.2001-ci il tarixli, 1658 saylı icarə müqaviləsi və 1200 kv.m torpaq sahəsinin 645 kv.m ölçüdə qeydiyyata alınmasına dair etirazın olmadığı barədə notarial qaydada təsdiq edilmiş ərizə əsasında xx.xx.2021-ci il tarixdə X18 adına ilkin qeydiyyata alınmışdır. Şüvəlan qəsəbəsi. 0.0645 hektar torpaq sahəsi olan 833a bağ sahəsi xx.xx.1988-ci il tarixli, 18769 saylı icarə müqaviləsi əsasında və 1200 kv.m torpaq sahəsinin 645 kv.m ölçüdə qeydiyyata alınmasına dair etirazın olmadığı barədə notarial qaydada təsdiq edilmiş ərizə əsasında xx.xx.2021-ci il tarixdə X19 adına ilkin qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0.06 hektar torpaq sahəsi 833c saylı bağ sahəsi xx.xx.2007-ci il tarixli, 34312 saylı icarə müqaviləsi əsasında xx.xx.2016-cı il tarixdə X15 adına dövlət reyestrində ilkin qeydiyyata alınmışdır və özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.05 hektar torpaq sahəsi olan 833ç (yuxarıda qeyd edilən 833c saylı bağ sahəsindən bölünüb) saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X11 və İstismarı Birliyi ilə X13 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, 36303 saylı müqavilə idarənin arxivində mövcuddur. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.10 hektar torpaq sahəsi olan 833B saylı bağ sahəsinə dair X4 adına verilmiş 102 saylı order əsasında 833B saylı bağ evi xx.xx.2005-ci il tarixdə X4 adına ilkin qeydiyyata alınmışdır. xx.xx.2012-ci il tarixdə isə ümumi sahəsi 200.97 kv.m olan 833B saylı bağ evinə dair verilmiş qeydiyyat vəsiqəsi çıxarışla rəsmiləşdirilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 833B saylı bağ evinin 85.8 kv.m hissəsi 833c saylı bağ evi kimi (yeni ünvan) Bakı şəhəri 7 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-542 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********34 nömrəli məktubu ilə təqdim olunmuş sənədlərin surətindən görünür ki: -Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamentinin Şüvəlan ərazisindəki 833c nömrəli bağın istifadəyə verilməsi haqqında 34312 saylı 14 fevral 2005-ci il tarixli Müqavilə ilə Əzizbəyov rayonu, Şüvəlan ərazisində 0,11 hektar torpaq sahəsi olan 833c nömrəli bağ X9 istifadəyə verilmişdir. -X16 notarial qaydada təsdiqlənmiş xx.xx.2005-ci il tarixli ərizəsində Şüvəlan bağlar sahəsində onun adına olan 833c nömrəli sahəsində 0,05 hektarın X1 etiraz etmir. -X10 notarial qaydada təsdiqlənmiş xx.xx.2005-ci il tarixli ərizəsində Şüvəlan bağlar sahəsində anası X6 adına olan 833c nömrəli sahəsində 0,05 hektarın X1 etiraz etmir. -X7 notarial qaydada təsdiqlənmiş xx.xx.2005-ci il tarixli ərizəsində Şüvəlan bağlar sahəsində həyat yoldaşı X6 adına olan 833c nömrəli sahəsində 0,05 hektarın X1 etiraz etmir. -X14 notarial qaydada təsdiqlənmiş xx.xx.2005-ci il tarixli ərizəsində Şüvəlan bağlar sahəsində anası X6 adına olan 833c nömrəli sahəsində 0,05 hektarın X1 etiraz etmir. -X17 notarial qaydada təsdiqlənmiş xx.xx.2005-ci il tarixli ərizəsində Şüvəlan bağlar sahəsində anası X6 adına olan 833c nömrəli sahəsində 0,05 hektarın X1 etiraz etmir. -Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamentinin Şüvəlan ərazisindəki 833c nömrəli bağın istifadəyə verilməsi haqqında 34312 saylı 14 noyabr 2005-ci il tarixli Müqavilə ilə Əzizbəyov rayonu, Şüvəlan ərazisində 0,06 hektar torpaq sahəsi olan 833c nömrəli bağ X9 istifadəyə verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********96 nömrəli məktubu ilə göndərilmiş Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 833c saylı torpaq sahəsinin yerləşmə koordinatlarından görünür ki: 833c saylı torpaq sahəsinin yerləşmə koordinatları: 0 - X=432699.983, Y=4482722.815 1 - X=432700.223, Y=4482715.619 2 - X=432708.095, Y=4482715.900 3 - X=432709.066, Y=4482701.920 4 - X=432688.560, Y=4482700.884 5 - X=432686.167, Y=4482712.948 6 - X=432691.368, Y=4482712.948 7 - X=432691.649, Y=4482723.068 Xəzər ray, Şüvəlan qəs, 833Ç saylı torpaq sahəsi kimi iddia olunan torpaq sahəsinin yerləşmə koordinatları: Х=433258.1008 Y=4482860.7951 Z= 0.0000 X=433297.6991 Y=4482856.7936 Z= 0.0000 Х=433296.8487 Y=4482842.8195 Z= 0.0000 X=433257.1118 Y=4482849.7933 Z= 0.0000 Xəzər ray, Şüvəlan qəs, 833Ç saylı torpaq sahəsi kimi iddia olunan torpaq sahəsinin artıq torpaq sahəsi ilə birlikdə faktiki koordinatlar X=433258.1008 Y=4482860.7951 Z=0.0000 X=433297.6991 Y=4482856.7936 Z=0.0000 X=433296.5163 Y=4482837.3576 Z=0.0000 X=433256.4356 Y=4482842.2698 Z=0.0000 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********71 nömrəli məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən tərəfinizdən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahələrinin ərazisinə uyğun gəlir. Həmçinin bağların bölgüsünə dair sxematik xəritədə “833Ç" saylı torpaq sahəsi öz əksini tapmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********06 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı xx.xx.2022-ci il tarixli **********71 nömrəli məktubla cavab verilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamenti X11 və istismarı Birliyi ilə onun arasında 14 noyabr 2005-ci il tarixdə, 36303 saylı müqavilə əsasında istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.05 hektar torpaq sahəsi olan 833"Ç" nömrəli bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh göstərilən 833 ç bağ sahəsinin sxematik xəritədə əks olunmaması və naturada göstərilən torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahələrinin ərazisinə uyğun gəldiyinə əsaslanaraq müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək istifadəsində olan bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Hazırkı iş üzrə Bakı şəhər İcra Hakimiyyətinin arxivi, cavabdeh DƏDRX 1 saylı Bakı ərazi İdarəsinin arxivinə təhvil verilmiş Şüvəlan qəsəbəsində bağ torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki, ilkin olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamenti ilə bağlanmış müqaviləyə əsasən 833c nömrəli bağ sahəsi 0,11 hektar ölçüdə X9 istifadəyə verilmiş, daha sonra X6 və ailə üzvlərinin, eləcə də xx.xx.2005-ci il tarixli notarial qaydada təsdiqlənmiş razılıq ərizələri, eləcə də X2 xx.xx.2005-ci il tarixli ərizələri ilə İddiaçı keçirilmiş, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 289 nömrəli sərəncamı ilə 833ç nömrəli bağ sahəsi İddiaçı adına sənədləşdirilmiş, Şüvəlan ərazisində 0,05 hektar ölçüdə 833ç nömrəli bağ Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamenti ilə bağlanmış Şüvəlan ərazisindəki bağın istifadəyə verilməsi haqqında 36303 saylı 14 noyabr 2005-ci il tarixli Müqaviləyə əsasən iddiaçının istifadəsinə verilmişdir. Beləliklə, iddiaçının iddia etdiyi Şüvəlan ərazisində 833ç saylı bağ torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri- Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 289 nömrəli sərəncamı və Bağlar Təsərrüfat İdarəsi ilə bağlanmış 36303 saylı 14 noyabr 2005-ci il tarixli bağın icarəyə verilməsi barədə müqaviləsi mövcuddur. 833ç saylı bağ torpaq sahəsinə dair adıçəkilən sərəncam, müqavilə, razılıq ərizələri cavabdehin arxivində saxlanılır. İddia edilən 833ç saylı bağ torpaq sahəsinin faktiki yerləşməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********53 nömrəli məktubu ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağların sxematik xəritəsində 833, 1561 və 1562 saylı bağ sahələrinin əks olunduğu görünür. İşin yuxarıda sadalanan arxiv sənədlərindən də müəyyən olunduğu kimi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 833c saylı bağ sahəsi sonradan bölünmüş və nəticədə xx.xx.2005-ci ildə 0.06 hektar ölçüdə 833c saylı bağ sahəsi kimi N.Zeynalovanın (hazırda Mirzəyev Ə.E adına), 0.05 hektar torpaq sahəsi olan 833ç saylı bağ sahəsi iddiaçının adına sənədləşdirilmişdir. Başqa sözlə, ilkin sxematik xəritədə 833 saylı bağ sahəsi olduğu halda sonradan 2005-ci ildə ayrılmış 833ç saylı bağ sahəsinin sxematik xəritədə əks ounmaması mümkündür. Lakin qeyd edilməlidir ki, 833ç saylı bağ sahəsi 833c saylı bağ sahəsindən ayrılmış bağ sahəsi olduğundan 833ç kimi iddia edilən bağ sahəsi naturada vaxtilə tərkib hissəsi olduğu 833c saylı bağ sahəsinin yanında yerləşməlidir. Bununla əlaqədar məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********80 nömrəli məktubu ilə təqdim olunmuş İddiaçı tərəfindən göstərilən torpaq sahəsi və ətrafında yerləşən qonşu bağ sahələrinin nömrələri göstərilməklə ortofoto görüntüsü məhkəməyə təqdim olunmuş və ortofoto görüntüdə İddiaçı 833ç saylı bağ torpaq sahəsi kimi iddia etdiyi bağ sahəsinin yanında 1555, 1554, 1548 və 1578 saylı bağ sahələri göstərilmişdir. Həmçinin, məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********96 nömrəli məktubu ilə Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 833c saylı torpaq sahəsinin yerləşmə koordinatları, eyni zamanda 833ç saylı torpaq sahəsi kimi iddia olunan bağ sahəsinin koordinatları və hər iki bağ sahəsinin müqayisəli ortofoto görüntüsü təqdim edilmişdir. Təqdim olunan koordinat barədə məlumat və ortofotogörüntüdən aydın olur ki, 833c və 833ç saylı bağ torpaq sahələri bir-birindən tamamilə fərqli ərazilərdə və fərqli koordinatlarda yerləşir. Beləliklə, müəyyən olunur ki, iddia olunan 833ç saylı bağ sahəsi sənəd üzrə yerləşməli olduğu 833c saylı bağ sahəsi yaxınlığında yerləşmir, iddia olunan bağ sahəsinin ətrafında sxematik xəritədəki bağ sahələrinin nömrə ardıcıllığına uyğun olaraq 1554, 1555, 1548, 1578 nömrəli bağ sahələri yerləşir. Başqa sözlə, naturada iddia olunan bağ sahəsinin sənəd üzrə iddia olunan 833ç saylı bağ sahəsinin olması sübut olunmur. Məhkəmə qeyd edir ki, 9 noyabr 1991-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş qüvvədə olan Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, hər iki dövr qanunvericiliyinə əsasən torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur. Və bunun yekunu olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Yəni şəxsin hər hansı bir hüquqmüəyyənedici sənədinin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini, ölçüsünü müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz hüquqmüəyyənedici sənədlərlə faktiki vəziyyətə uyğun əmlaka münasibətdə tanınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Beləliklə, istinad olunan normalardan görünür ki, torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ilk əvvəl onun planı və ölçüsü təqdim edilməli, plan ölçünün təqdim edilməsi üçün onun tərtib edilməsi məqsədilə mərzçəkmə və inventarlaşdırma işləri həyata keçirilməlidir. İşdən görünür ki, iddiaçının 833ç saylı bağ torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə sahib olsa da həmin sənədlərlə təhvil verilmiş və faktiki yerləşməsi hüquqi vəziyyətinə uyğun bağ sahəsinə sahib deyil. Başqa sözlə, iddiaçı tərəfindən naturada cavabdehə təqdim edilmiş, mərzləşdirilmiş bağ sahəsinin sənəd üzrə tələb olunan 833ç saylı bağ sahəsi olduğu öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın vəzifəsi torpağın naturada yerini taparaq şəxsə təhvil vermək deyil, torpaqayırma barədə hüquqmüəyyənedici sənədlər əsasında torpaqayıran qurum tərəfindən naturada təhvil verilmiş, qanuni istifadədə olan torpaq sahəsinə hüquqların qeydiyyatını aparmaqdır. Hazırkı iş üzrə iddiaçı nə qədər ki, ona ayrıldığını iddia etdiyi 833ç saylı bağ torpaq sahəsini naturada cavabdehə təqdim etməmiş, onun mərzləşdirilməsi və inventarlaşdırılmasını aparmamışdır, belə bir halda cavabdehin aid olmayan bağ sahəsinin 388ç saylı bağ sahəsi kimi qeydiyyatının aparılaraq çıxarışın verilməsindən imtinası iddiaçının hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (maddə 14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3). İstinad olunan normanın mənasından aydın olur ki, məhkəmədə iddia qaldıran iddiaçı ən azından ilkin olaraq onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin olmasını sübuta yetirməyə borcludur. Yalnz belə bir müdaxilənin mövcudluğunu təsdiq edən sübutlar təqdim edildikdən sonra məhkəmə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğuna qiymət verə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra həmin torpaq sahəsi ilə bağlı hüquqlarını təsdiq edən yeni sübutlara (833ç saylı bağ torpaq sahəsini naturada mərzləşdirdikdən sonra) əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5367/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5367/2023
08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver