Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-537/2023 13.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilatın üzərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci və 9-cu maddələrinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat 1 (bir) il ərzində 3 dəfə mahiyyəti üzrə cavab verməmişdir. Verilmiş cavablar isə əsaslandırılmamışdır. Təkrar cavabdeh təşkilata müraciət edərkən xüsusilə qeyd olunmuşdur ki, iddiaçının əmək kitabçasında qeyd olunur ki, xx.xx.1986-xx.xx.1988-cı il tarixləri arasındakı dövr ərzində təmirçi qruppasında təmirçi-çilingər işləmişdir. Müraciətin bu hissəsinə diqqət olunsaydı onda iddiaçının güzəştli iş stajının 12 il 6 aydan cox olduğu qənaətinə gəlinərdi. Əmək fəaliyyəti ilə bağlı zəruri sənədlər-əmək kitabçası və arxiv arayışlar cavabdeh təşkilata təqdim olunmuşdur. Bundan başqa əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olması pensiya qanunvericiliyinin aidiyyəti hüquq normalarından aydın olur ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. İddiaçının son 26 (iyirmi altı) ildən artıq müddətində işlədiyi istehsalatlar, peşələr, vəzifələr ağır və zərərli iş şəraitinə malik sahələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3954/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulmasına dair məcburetmə haqqında iddia ərizəsində cavabdehin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı kimi qəbul edilməsi şəklində icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli məhkəmə iclasında iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazma, neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (10) 10.5.1. bölməsində neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırslmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyamn, istehsalat kanalizasiyasının, texnoloji vadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər nəzərdə tutulmuşdur. İddiaçı cavabdeh orqana təqdim etdiyi 24 avqust 1979-cu il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında Yeni Bakı Neftayırma Zavodunun 13 saylı sexinin istilik qruppasında xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində çilingər, xx.xx.1986xx.xx.1988-cı il tarixləri arasındakı dövr ərzində isə təmirçi-çilingər işlədiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi sahələr yuxarıda qeyd olunan güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 3 ay 19 gün) təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtiərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda sadalananlar və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı güzəştli şərtlərlə pensiya xx.xx.2015ci ildən təyin edilməsi və xx.xx.2019-cu ildən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ВЧ 057188 nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1976-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş MB 043776 nömrəli, xx.xx.1984-cü il tarixli diplomun surətinə əsasən İddiaçı 1979-cu ildə M.Əzizbəyov adına X9 orderli Azərbaycan neft və kimya institutuna daxil olmuş və xx.xx.1984-cü ildə sənayə istilik energetikası ixtisasını bitirmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1979-cü il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1979-cu ildə Azneftstroy SMU-2 tresti 2-ci dərəcəli fəhlə vəzifəsinə təyin edilmiş, xx.xx.1979-cu ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1984-cü ildə Gənc mütəxəssis Əzizbəyov adına AzNKİ bitirdikdən sonra 13 saylı sexə istilik qrupuna 5-ci dərəcəli çilingər vəzifəsinə təyin edilmiş, xx.xx.1986-cı ildə 13 saylı sexə təmir qrupuna 5-ci dərəcəli çilingər-təmiri vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmişdir. xx.xx.1988-ci ildə 2 saylı OTPM İstehsalat təlimi ustası vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə Xüsusi texnologiya müəllimi vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmiş, xx.xx.1991-ci ildə “Ulduz” Kooperativinə təchizat işəri üzrə sədr müavini təyin edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmişdir. xx.xx.1993-cü ildə "xxxx" X5-texniki təchizatı mərkəzində iki həftə sınaq müddəti ilə müddətli olaraq texnik vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü ildə tutduğu vəzifə təsdiq edilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmiş, xx.xx.1993-cü ildə Bakı Nəqliyyat aviaşirkəti “Azalavia”da "xxxx" DMTTM köçürmə ilə LD ATB k/s mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə TU-154 B, TU- 134, YAK-40, AN-26, AN-34 təyyarələrində NK AT üzrə işləri sərbəst icra etməyə icazə verilmiş, xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 205- 93 nömrəli əmrinə əsasən əməyin ödənilməsinin yeni şərtlərinə keçidlə əlaqədar olaraq VTC üzrə 7-ci dərəcə verilmişdir. xx.xx.1997-ci ildə “Azalavia” BNA yenidən təşkil olunması ilə əlaqədar "xxxx" AŞ k/s mühəndis vəzifəsi hesab edilmiş, xx.xx.1998-ci ildə Ştat cədvəlində dəyişikliklə əlaqədar texnoloji-diaqnostik şöbəyə VTC üzrə aviasiya texnikasının diaqnostikası üzrə kateqoriyasız mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu ildə əmək müqaviləsi ləğv edilmiş, xx.xx.1999-cu ildə "xxxx" Aviasiya texniki mərkəzi BM Diaqnostika laboratoriyasında aviasiya texnikasının diaqnostikası üzrə kateqoriyasız mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə Diaqnostika üzrə ikinci kateqoriyalı mühəndis verilmiş, xx.xx.2004-cü ildə əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2004-cü ildə “F” EİM direktor vəzifəsinə qəbul edilmiş, xx.xx.2010-cu ildə işdən azad edilmişdir. xx.xx.2005-ci ildə "xxxx" MMC-də direktor vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 12/1470 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü vətəndaş İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən "xxxx" Dövlət Konserninin X1 (MTTM) müvəqqəti olaraq texnik vəzəfəsinə qəbul olunmuşdur (xx.xx.1993cü il tarixli əmr № 06), xx.xx.1993-cü il tarixdən həmin vəzifəyə dami olaraq keçirilmişdir (xx.xx.1993-cü il tarixli əmr № 09), xx.xx.1993-cü il tarixdən "xxxx" Dövlət Konserninin “AZALAVİA” Bakı Nəqliyyat Aviaşirkətinə keçirilməsi ilə bağlı işdən azad edilmişdir (xx.xx.1993-cü il tarixli əmr № 27), xx.xx.1993-cü il tarixdən Aviasiya-texniki bazanın (ATB) diaqnostika laboratoriyasına (DL) mühəndis vəzifəsinə kateqoriyasız qəbul edilmişdir (xx.xx.1993-cü il tarixli əmr № 62/n), xx.xx.1997-ci il tarixdən müəssisənin yenidən təşkili ilə əlaqədar "xxxx" Dövlət Konserninin "xxxx" Milli Aviaşirkətinə (MAŞ) həmin vəzifəyə keçirilmişdir (xx.xx.1997-ci il tarixli əmr № 13/n), xx.xx.1998-ci il tarixdən Texnoloji diaqnostika şöbəsinə kateqoriyasız aviasiya texnikasının diaqnostikası üzrə mühəndis vəzifəsinə keçirilmişdir (xx.xx.1998-cı il tarixli əmr № 35/n), xx.xx.1999-cu il tarixdən başqa işəgötürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir (xx.xx.1999-cu il tarixli əmr № 164/ш), xx.xx.1999-cu il tarixdən "xxxx" Aviasiya-Texniki Mərkəzi BM-in diaqnostika laboratoriyasına kateqoriyasız aviasiya texnikasının diaqnostikası üzrə mühəndis vəzifəsinə qəbul olunmuşdur (xx.xx.1999-cu il tarixli əmr № 39/л), xx.xx.2000ci il tarixdən diaqnostika üzrə mühəndis vəzifəsində 2-ci kateqoriya təyin edilmişdir (xx.xx.2000-ci il tarixli əmr № 203/л), xx.xx.2004-cü il tarixdən öz xahişi ilə işdən azad edilmişdir (xx.xx.2004-cü il tarixli əmr № 103/ш), Mühəndis vəzifəsində çalışdığı müddət ərzində Tu-154 B, Tu-134, Yak-40, AN-26, AN-34 tipli təyyarələrə müstəqil texniki xidmət üzrə işləri yerinə yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» nın təsdiq edilməsi barədə 12 №-li qərarın 21.3-cü bəndinə əsasən yuxarıda sadalanan (bütün adlarda mühəndislər) vəzifələr zərərli əmək şəraitinə daxil olunur. Zərərli əmək şəraitində iş stajı təşkil etdi: 10 il, 11 ay, 22 gün. Zərərli əmək şəraitinə görə pensiyanın rəsmiləşdirilməsi üçün iş stajı 12 il 6 ay təşkil etməlidir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətində baş verən struktur dəyişiklikləri barədə məlumatı təqdim edirik: - Mülki Aviasiya Nazirliyinin 116 ДСП nömrəli xx.xx.1980-ci il tarixli əmrinə əsasən xx.xx.1981 -ci il tarixdən Azərbaycan Respublikası İstehsalat Birliyinin adı dəyişdirilərək Azərbaycan Mülki Aviasiya İdarəsi adlandırılmışdır; - 198 nömrəli 26 dekabr 1990-cı il tarixli əmrə əsasən xx.xx.1991 -ci il tarixdən Azərbaycan Mülki Aviasiya İdarəsinin strukturu dəyişdirilərək "Азербайджанские авиалинии” Konserni adlandırılmışdır; - Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli fərmanı ilə "xxxx" Konserninin adı dəyişdirilərək "xxxx" Dövlət Konserni adlandırılmışdır; - ‘AZAL” Dövlət Konserninin xx.xx.1992-ci il tarixli 51 nömrəli əmrinə əsasən xx.xx.1992-ci il tarixdən “Bakı” hava limanının və “Azaltrans” Bakı nəqliyyat aviaşirkətinin birləşdirilərək yenidən təşkili yolu ilə "xxxx" Dövlət Konserninin “Azalavia“ Bakı Nəqliyyat Aviaşirkəti yaradılmışdır; - "xxxx" Dövlət Konserninin xx.xx.1996-cı il tarixli 235 nömrəli Sərəncamına əsasən xx.xx.1997-ci il tarixdən struktur dəyişikliyi ilə əlaqədar "AZALAVİA" Bakı Nəqliyyat Aviaşirkətinin bazasında "xxxx" Dövlət Konserninin "xxxx" milli aviaşirkəti yaradılmışdır; - “AZAL" Dövlət Konserninin xx.xx.1999-cu il tarixli 95 nömrəli əmrinə əsasən xx.xx.1999-cu il tarixdən Dövlət Konserninin strukturunun yenidən qurulması ilə əlaqədar "xxxx" Aviasiya -X8 Müəssisəsi yaradılmışdır; - Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2008-ci il tarixli fərmanı ilə "xxxx" Dövlət Konserninin yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Yuxarıda qeyd olunan müəssisələrin ləğv olunması ilə olaraq, qulluq funksiyalarının nədən ibarət olması barədə məlumat verməyimiz mümkün deyil. Arayış şəxsi heyət üzrə əmrlərə və T-2 formalı karta əsasən tərtib edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-48745/2023 nömrəli məktubu il göndərilmiş İddiaçı xx.xx.2006-cı il tarixdən xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlardan görünür ki, “F” Elmi-istehsalat müəssisəsi tərəfindən 2006-2008-ci illərin yanvar-dekabr ayları və 2019-cu ilin yanvar-mart ayları üçün sığorta ödənişləri edilmişdir, "xxxx"MMC tərəfindən 2006-2010-cu illərin yanvar-dekabr ayları və 2019-cu ilin yanvar-mart ayları üçün sığorta ödənişləri edilmişdir, X7 tərəfindən 2017-ci ilin yanvar-dekabr, 2018-ci ilin yanvar mart ayları üçün sığorta ödənişləri edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2023-cü il tarixli 14-2-27/2- 883/2023 nömrəli məktubu ilə göndərilmiş arxiv arayışında qeyd olunmuşdur ki, Arayış verilir xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Bavanduroviçə ona görə ki, o aşağıda göstərilən dövrlərdə, qeyd olunan peşələrdə çalışmışdır. Yeni Bakı Neftayırma zavodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1964-cü il tarixli 351 №-li əmrinə əsasən Vladimir İliç adına X6 Yeni Bakı Neftayırma zavodu adlandırılmışdır. Vladimir iliç adına X6 Yeni Bakı Neftayırma zavodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991 -ci il tarixli 369 №- li qərarına əsasən Yeni Bakı neftayırma zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1994-cü il tarixli 50 №-li Sərəncamına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 yanvar 1994-cü il tarixli 13 №-li əmrinə əsasən Yeni Bakı Neftayırma zavodu "xxxx" İstehsalat Birliyi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli fərmanına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 31 mart 2003cü il tarixli 25 №-li əmrinə əsasən "xxxx" İstehsalat Birliyi “Azərneftyanacaq" X12 adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22 aprel 2004-cü il tarixli 42 №-li əmrinə əsasən "xxxx" X12 “Heydər Əliyev adına Bakı X12” adlandırılmışdır. İşlədiyi dövr: -daxil olma tarixi xx.xx.1984 əmr 427/k, xx.xx.1984-cü il, azad olma xx.xx.1986-cı il, işlədiyi yer peşə və vəzifə: V.İliç adına Yeni Bakı Neftayırma zavodunun 13 nömrəli sexin istilik qrupunda çilingər peşəsi. -daxil olma tarixi xx.xx.1986-cı il, əmr 8-3/415, xx.xx.1986-cı il, azad olma xx.xx.1988ci il, V.İliç adına Yeni Bakı neftayırma zavodunun 13 nömrəli sexin təmir qrupunda təmirçiçilingər peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərar. Siyahı № 2, kod 2130301a-18559. Qeyd: ARDNŞ-nin xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000135 saylı əmrinə əsasən “Azərneftyağ”X12 xx.xx.2015-ci tarixdən qüvvədə olan qanunvericiliyə uyğun olaraq Heydər Əliyev adına Bakı X12na qoşulmaqla fəaliyyətinə xitam verilmişdir. Qeydiyyatdan keçərək yeni redaksiyada verilmiş Nizamnaməyə əsasən Heydər Əliyev adına Bakı X12, Heydər Əliyev adına X12 adlandırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 13-2/2-12/3459/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı mülki aviasiya müəssisələrində çalışdığı mühəndis vəzifəsi hal-hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısına “Bütün adlarda mühəndislər” kimi daxil edilmiş və bu vəzifə Siyahıda rəqəmsal kodla xüsusiləşdirilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə xx.xx.2019-cu il tarixli ərizə ünvanlayaraq ona yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********6 nömrəli Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda bildirilmişdir ki, ərizənizə və ona əlavə edilmiş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikasa Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazma, neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (10) 10.5.1. bölməsində neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyiniz 24 avqust 1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçanızda Yeni Bakı Neftayırma Zavodunun 13 saylı sexinin istilik qruppasında xx.xx.1984-xx.xx.1986cı il tarixləri arasındakı dövr ərzində çilingər, xx.xx.1986- xx.xx.1988-cı il tarixləri arasındakı dövr ərzində isə təmirçi-çilingər işlədiyiniz qeyd edilmişdir. Göründüyü kimi işlədiyiniz sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən güzəştli iş stajınız da 12 il 6 aydan azdır. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Hüquq münasibətlərinin yarandığı dövr (iddiaçının ilkin olaraq güzəştli pensiya təyini üçün müraciət etdiyi zaman) qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı 57 yaş həddinə çatmalı, xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməlidir ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2015-ci ildə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Qeyd edilməlidir ki, iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1979- xx.xx.1979cu ilədək əmək fəaliyyəti dövrü onun xx.xx.1979-xx.xx.1984-cü ilədək olan təhsil dövrü ilə üst-üstə düşür. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Nəzərə alınmalıdır ki, yuxarıda da qeyd edildiyi kimi hazırkı hüquq münasibətlərini tənzimləyən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla həm əmək fəaliyyəti, həm də təhsil dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin hesaba alınmasını mümkün sayır Beləliklə, məhkəmə əmək fəaliyyətinin təhsil dövrü ilə üst-üstə düşən hissəsindən yalnız birini –təhsil dövrü dövrü ayrıca ümumi iş stajına hesablanmasını əsaslı sayır, həmin dövrlə üst-üstə düşən əmək fəaliyyəti dövrünü əlavə olaraq (təkrarən) ümumi iş stajına daxil etmir. Beləliklə, iddiaçının yuxarıda qeyd olunan diplom, hərbi bilet və əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək iş stajı ümumi olaraq aşağıdakı dövrlərdən ibarətdir: xx.xx.1979- xx.xx.1984-cü ilədək təhsil dövrü 04 il 09 ay 06 gün xx.xx.1976-xx.xx.1978-ci ilədək hərbi xidmət dövrü 02 il 01 ay 14 gün, əmək fəaliyyəti dövrü xx.xx.1984- xx.xx.1988-ci ilədək 03 il 05 ay 29 gün, xx.xx.1988- xx.xx.1991-ci ilədək 03 il 05 ay 16 gün, xx.xx.1991-xx.xx.1992-ci ilədək 01 il 01 ay 14 gün, xx.xx.1993-xx.xx.1993-cü ilədək 05 ay 21 gün, xx.xx.1993- xx.xx.1999-cu ilədək 06 il 04 ay 21 gün, xx.xx.1999xx.xx.2004-cü ilədək 04 il 07 ay 03 gün, xx.xx.2004-cü ildən (xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək “F”EİM-də işlədiyi dövr xx.xx.1999-xx.xx.2004-cü il tarixədək olan dövrlə üst-üstə düşdüyündən iş dövrü üst-üstə düşməyən xx.xx.2004-cü ildən hesablanır) tələb olunan xx.xx.2006-cı il tarixədək 01 il 05 ay 27 gün olmaqla, cəmi 27 il 11 ay 01 gün təşkil edir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Hüququn yarandığı dövr münasibətləri tənzimləyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Məhkəmə sorğusu ilə əldə edilmiş Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC-nin güzəştli arayışlrında iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək mühəndis vəzifəsində Tu-154 B, Tu-134, Yak-40, AN-26, AN-34 tipli təyyarələrə müstəqil texniki xidmət üzrə işləri yerinə yetirdiyini, zərərli əmək şəraitində iş stajının 10 il 11 ay 22 gün təşkil etdiyi, həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» nın təsdiq edilməsi barədə 12 №-li qərarın 21.3-cü bəndinə əsasən (bütün adlarda mühəndislər) və hal-hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısına “Bütün adlarda mühəndislər” kimi daxil daxil edildiyi və bu vəzifənin Siyahıda rəqəmsal kodla xüsusiləşdirilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında “Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin Siyahısı”nda “bütün adlarda mühəndislər” vəzifəsi güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas verən vəzifə kimi nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçının "xxxx"-da olan güzəştli iş stajını qəbul etsə də onun Yeni Bakı Neftayırma Zavodunun 13 saylı sexinin istilik qruppasında xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində çilingər, xx.xx.1986-xx.xx.1988-cı il tarixləri arasında təmirçi-çilingər işlədiyi dövrün güzəştli pensiya təyinatına əsas vermədiyini qeyd edərək pensiya təyinatından imtina etmişdir. Belə ki, cavabdehin mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazma, neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (10) 10.5.1. bölməsində neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər nəzərdə tutulduğu halda iddiaçının işləmiş olduğu təmirçi-çilingər vəzifəsi istilik qruppasında icra olunmuşdur. Odur ki, həmin sahə təmir sahəsinə aid olmadığından sözügedən vəzifələrdə işlədiyi dövr güzəştli iş stajına daxil edilə bilməz. Məhkəmə sorğusuna əsasən Dövlət Neft Şirkətindən əldə edilmiş güzəştli arayışa əsasən iddiaçının xx.xx.1984-xx.xx.1986-cı il tarixədək istilik qrupunda işlədiyi çilingər peşəsi sahə aidiyyəti ilə bağlı güzəştli pensiya təyinatına əsas verən vəzifə hesab edilməsə də lakin həmin V.İliç adına Yeni Bakı neftayırma zavodunun 13 nömrıli sexinin təmir qrupunda xx.xx.1986-xx.xx.1988-ci il tarixədək işlədiyi təmirçi-çilingər peşəsi zərərli peşə hesab edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda 2130301a-18559 nömrəli koda uyğunlaşdırılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında: 21303000 Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı bölməsində: 21303010 yarımbölməsində: 1) İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyasının, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: 2130301a—18559 təmirçi çilingərlər kodu altında zərərli peşə nəzərdə tutulmuşdur. İddiaçının xx.xx.1986-xx.xx.1988-ci il tarixədək təmir qrupunda təmirçi-çilingər peşəsi adıçəkilən Siyahıda 2130301a—18559 koduna uyğun gəlir və həmin dövr onun güzəştli iş stajına hesablanmalıdır. İddiaçının xx.xx.1986-xx.xx.1988-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi vəzifələr üzrə güzəştli iş stajı 13 il 01 ay 02 gün təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2019-cu ildən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2019-cu ildən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova