Məhkəmə qərarları › İş №2-1(112)-537/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-537/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-537/2024 16.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 və X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və vergi borclarının silinməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı barəsində "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 04 oktyabr 2022ci il tarixli, **********163040 nömrəli qərarın ləğv edilməsi və vergi borclarının silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" МММ xx.xx.1998-ci il tarixdə Vergi Milli Gəlirlər Departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsində 548 saylı qeyd əsasında qeydiyyatdan keçmişdir və fəaliyyət göstərir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı üzrə səyyar vergi yoxlaması aparılmışdır. Həmin səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli **********149566 nömrəli akt və xx.xx.2022-ci il tarixli, **********659100 nömrəli sənəd tərtib olunmuşdur. Həmin aktlar əsasında İddiaçı barəsində "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli, **********163040 nömrəli qərar qəbul edilmişdir. Həmin Qərarla müəssisə tərəfindən mənfəət vergisinin 2018-ci il üzrə 162273.89 manat (yüz altmış iki min iki yüz yetmiş üç manat səksən doqquz qəpik), 2019-cu il üzrə 225.124,88 manat (iki yüz iyirmi beş min vüz iyirmi dörd manat səksən səkkiz qəpik), 2020-ci il üzrə 128391.65 manat (yüz iyirmi səkkiz min üç yüz doxsan bir manat altmış beş qəpik) olmaqla, cəmi 515790.42 (beş yüz on beş inin yeddi yüz doxsan manat qırx iki qəpik) azaldılması müəyyən edilmişdir. Belə ki, yoxlama zamanı müəssisənin mənfəəti Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülərək hesablanmışdır. Beləliklə də, müəssisəyə Azərbaycan Respublikası vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətdə azaldılmış 515790.42 manatın (beş yüz on beş min yeddi yüz doxsan manat qırx iki qəpik) 50%-i miqdarında, yəni 257895.22 manat (iki yüz əlli yeddi min səkkiz yüz doxsan beş manat iyirmi iki qəpik) maliyyə sanksiyası tətbiq edilmişdir. 67.1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.2. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.3. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşmar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri- maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarmdakı vəsaitlərin hərəkəti barədə alman rəsmi məlumatlar; 67.1.9. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.10. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.1.11. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cıı maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyvən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Hesab edilmişdir ki, səyyar vergi yoxlayıcıları müəssisənin mənfəət vergisini Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsaslanmaqla hesablamaqda haqlı olmamışlar. Belə ki, müəssisə tərəfindən gəlir və xərc sənədləri tam şəkildə səyyar vergi yoxlayıcılarma təqdim olunmuşdur. Lakin səyyar vergi yoxlayıcıları tərəfindən tərəfimizdən təqdim olunmuş gəlir və xərc sənədləri nəzərə alınmamışdır. Belə ki, qərarda göstərilmişdir ki, müəssisə tərəfindən "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunun tələbləri cavabdehin həmçin xidməti müqavilələrini guya əmək münasibətlərini pərdələmək məqsədi ilə yalan əqd hesab etməsi bununla da iddiaçıya əlavə vergi, faiz və cərimələri tətbiq etməsi qanunaziddir. Bundan əlavə, yoxlama aktından görünür ki, vergi aktı ilə təsisçinin müəssisəyə borc verməsi və həmin borc məbləğinin təsisçiyə qaytarılması, bununla əlaqədar ƏDV-nin azaldılması müəyyən edilmişdir. Bu hissədə də yoxlamanı qanunsuz hesab etmişdir. Hesab edilmişdir ki, bu hissədə də müəssisə tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.1-ci və 54.0.2-ci maddələrinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmadıqda və ya vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsiri olmadıqda şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 4.2.1-ci və 4.2.2-ci maddələrinə əsasən yoxlamalar qanunçuluq, ədalətlilik, obvektivlik, aşkarlıq və hesabatlılıq və sahibkarın təqsirsizlik prezumpsiyası prinsipləri əsasında aparılmalıdır. İnzibati Prosessual Məcəllənin 2.2.1 -ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Pozulmuş, yoxlanılan dövrdə əmtəə-material ehtiyatlarının uçotu aparılmamış və yoxlama üçün digər zəruri sənədlər təqdim edilməmişdir. Lakin məhkəmənin nəzərinə çatdırırıq ki, göstərilən bu xüsusatlar həqiqətə uyğun deyildir. Həmçinin, qərarda göstərilir ki, analoji vergi ödəyicisinin müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli **********833600 nömrəli xidməti məruzə ilə müvafiq struktura müraciət olunmuş və analoji fəaliyyətlə məşğul olan oxşar vergi ödəyicisinin müəyyən edilməməsi barədə barədə xx.xx.2022-ci il tarixli **********096000 nömrəli xidməti məruzə ilə cavablandırılmışdır. Beləliklə, yoxlayıcı bu qərara gəlmişdir ki, səyyar vergi yoxlaması üçün naməlum olan xərclərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlar əsasında müəyyən edilməsi mümkün olmamışdır. Bu səbəbdən səyyar vergi yoxlayıcısı Vergi Məcəlləsinin 67.17-ci maddəsini rəhbər tutaraq həmin Məcəllənin 67-ci maddəsində əsasən vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən normaları tətbiq etmişdir və Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən müəssisənin gəlirləri banklardan alınmış məlumatlar, Elektron qaimə-faktura məlumatları və ƏDV-nin depozit hesabı məlumatları əsasında vergiləri müəyyən etmişdir. Müəssisə tərəfindən gəlir və xərc sənədləri tam şəkildə vergi yoxlayıcısına təqdim edilmişdir və hal-hazırda həmin sənədləri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim edilmişdir. Lakin buna baxmayaraq vergi yoxlayıcısı: 1) Gəlir və xərc sənədlərinin təqdim edilməsinə baxmayaraq bu sənədlərdən istifadə etməmişdir; 2) Gəlir və xərc sənədləri təqdim olunmadığı halda Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən əlaqəli məlumatlara əsasən vergitutma obyektini müəyyən edə bildiyi halda bunu etməmişdir və tam qanunsuz olaraq hesab etmişdir ki, nə gəlir və xərc sənədləri əsasında, nə də əlaqəli məlumatlar əsasında vergitutma obyektini müəyyən etmək mümkün deyildir və buna görə də vergini qanunsuz olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülərək hesablamışdır. Eyni zamanda səyyar vergi yoxlaması haqqında qərarla X12 (ƏDV) yoxlanılmışdır. X12 üzrə yoxlama xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə etmişdir. Vergi yoxlayıcısı tərəfindən müəssisə tərəfindən təqdim edilmiş hesabatlara əsasən yoxlanılan vergi dövrü üzrə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən aylar üzrə dövriyyənin düzgün göstərilməməsi səbəbindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 190474.75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda yoxlama aktı ilə ödəmə mənbəyindən tutulan vergi üzrə hesabatda göstərilən məbləğin hesabatda göstərilməli olan məbləğə nisbətən 12154.78 manat azaldıldığı müəyyən edilmiş, eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50%-i, yəni 6077.39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən vergi üzrə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə səyyar vergi yoxlaması aktında Qaimə-fakturalara əsasən müəssisə tərəfindən fiziki şəxslərdən xidmətlər (ştamplayıcı, sürücü, xadimə və s.) alındığı, həmin fiziki şəxslərin müəssisənin fəaliyyətinə uyğun olaraq işləri həyata keçirdikləri, müəssisənin vergi üstünlüyü əldə etmək məqsədilə ayrı-ayrı fiziki şəxslərlə xidmət müqaviləsi bağlayaraq vergidənyayınma sxemi yaratdığı qeyd edilmiş və həmin qaimələr üzrə köçürülmüş məbləğlər əməkhaqqı kimi qiymətləndiriləcək 2018-2021-ci illər üzrə əlavə hesablamalar aparılmışdır. Beləliklə, vergi yoxlayıcıları tərəfindən mənfəət vergisinin 2018-ci il üzrə 162273.89 manat azaldılması müəyyən edilərək 81136.95 manat maliyyə sanksiyası olmaqla, 2019cu il üzrə 225124.88 manat azaldılma müəyyən edilərək 112562.44 manat maliyyə sanksiyası olmaqla, 2020-ci il üçün 128391.65 manat azaldılma müəyyən edilməklə 64195.83 manat maliyyə sanksiyası olmaqla, cəmi 257895,22 manat maliyyə sanksiyası tətbiq edilmişdir. X12nin 2018-ci il üzrə 37076.63 manat azaldılma müəyyən edilərək 18538.32 manat maliyyə sanksiyası olmaqla, 2019-cu il üzrə 318829.86 manat azaldılma müəyyən edilərək 159414.93 manat maliyyə sanksiyası olmaqla, 2020-ci il üçün 2'16.00 manat azaldılma müəyyən edilərək 108.000 manat maliyyə sanksiyası tətbiq edilməklə, 2021-ci il üçün 24826.99 manat azaldılma müəyyən edilərək 12413.50 manat maliyyə sanksiyası olmaqla, cəmi 190474.25 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə 2018-ci il üzrə 2.90 manat azaldılma müəyyən edilərək 1.45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə 2018-ci il üçün 4140.96 manat azaldılma müəyyən edilərək 2070.48 manat maliyyə sanksiyası olmaqla, 2019-cu il üçün 2557.29 manat azaldılma müəyyən edilərək 1278.65 manat maliyyə sanksiyası olmaqla, 2020-ci il üçün 3205.14 manat azaldılma müəyyən edilərək 1602.57 manat maliyyə sanksiyası olmaqla, 2021-ci il üçün 2252.39 manat azaldılma müəyyən edilərək 1125.70 manat maliyyə sanksiyası olmaqla, cəmi 6077.40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, yuxarıdakılar nəzərə alınmaqla "xxxx" MMM-nə, ümumilikdə, 454448.82 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilmişdir ki, X12 üzrə, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə və ödəmə mənbəyində tutulan vergi üzrə maliyyə sanksiyaları müəssisəyə ona görə tətbiq edilmişdir ki, müəssisə həmin dövrlərdə xidmət müqaviləsi əsasında xidmətlər satın almışdır və vergi yoxlayıcısı belə hesab etmişdir ki, həmin xidmətlərin müəssisə tərəfindən satın alınması müəssisənin vergidən yayınmaq məqsədilə həvata keçirilmişdir. Lakin Mülki qanunvericiliyin tələblərinə əsasən hüquq şəxs olaraq iddiamınm xidmət satın almaq, tapşırıq müqaviləsi bağlamaq hüquq var. Bu əqdlər etibarlı aqdlərdir, bu və va digər qaydada etibarsız hesab edilməmişdir. Qanunverciliyn tələbinə əsasən göstərilən xidmət müqavilkələri yalnız məhkəmə qərarı ilə etinarsız hesab edilə bilər. Cavabdehin iddiaçının bağladığı əqdləri etibarsız, yalan əqd hesab etmək səlahiyyəti yoxdur. Ona görə də, hesab edilmişdir ki, Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

3. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçı “Fayton LTD" МММ (VÖEN: **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı həmin idarə tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericliyinin və ya icbari tibbi siğorta, sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163040 nömrəli qərarının ləğv edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubunda qoşma şəklində olan iddiaçının ərizəsində qeyd etdiyi gəlir və xərc sənədlərinin tam təqdim olunması və buna baxmayaraq, vergi orqanı tərəfindən haqsız olaraq nəzərə alınmaması və NK-nin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsinin 20% götürülərək qanunsuz hesablanma iddiaları ilə razılaşmır, belə ki, yoxlama zamanı Baş İdarənin xx.xx.2021-ci il tarixli **********149184 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnaməsi çıxarılaraq xx.xx.2021-ci il tarixində əlbəəl qaydada təqdim olunmuşdur. Tələbnamədə qeyd olunan sənədlərin xx.xx.2021-ci il tarixinə kimi təqdim olunmalı olduğu bildirilmiş, lakin müəssisə tərəfindən sənədlər təqdim olunmadığı üçün xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli sənədlərin qismən təqdim olunması barədə Aktlarla rəsmiləşdirilərək vergi ödəyicisinə təqdim edilmişdir. Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********975600 nömrəli və xx.xx.2021-ci il tarixli **********056200 nömrəli “Səyyar vergi yoxlaması haqqında” məktubla müəssisəyə müraciət olunmuş və Tələbnamədə nəzərdə tutulan məlumatların dərhal təqdim edilməsi xahiş olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək vergi ödəyicisinə və Xətai rayon Məhkəməsinə təqdim edilmişdir. Xətai rayon Məhkəməsi tərəfindən 1000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarılmışdır. NK-nin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsinin 20% götürülərək hesablanmasının izahı isə isə səyyar vergi yoxlamasının mənfəət vergisi üzrə açıqlamasında verilmişdir. İddiaçının ərizəsində göstərdiyi xidmət müqaviləsi üzrə xidmətlər satın almasının vergi orqanı tərəfindən vergidən yayınma məqsədi kimi qəbul edilməsinin haqsız olması və bunun Mülki Məcəlləyə əsasən sərbəst əqd bağlamaq azadlığı ilə göstərməsi tamamilə əsassızdır. Belə ki, yoxlanılan dövrdə müəssisə daimi olaraq alış qaimələri əsasında fiziki şəxslərdən ştamplayıcı, sürücü, xadimə və s. kimi xidmətlər aldığı müəyyən olunmuşdur. Həmin fiziki şəxslərin müəssisənin fəaliyyətinə uyğun olaraq işləri həyata keçirdiyi və hər hansı digər vergi ödəyicilərinə xidmət göstərmədiyi, həm də müəyyən dövrlərdə müəssisə ilə əmək müqavilələrinin bağlandığı müəyyən olunmuşdur. Vergi ödəyicisi vergi üstünlüyü əldə etmək üçün ayrı-ayrı fiziki şəxslərlə xidmət müqavilələri bağlayaraq, vergidən yayınma sxemi yaratmışdır. Halbuki, qeyd edilən ayrı-ayrı fiziki şəxslər vergi ödəyicisinin əsas faəlıyyət sahəsinə aid işləri(xidmətləri) yerinə yetirmişdir. AR Əmək Məcəlləsinin 7.2- 3.4-cü bəndinə əsasən, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan belə münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Vergi Məcəlləsinin 23.1.6-1 maddəsində səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək və aşkar edilmiş vergidən yayınma sxemlərini dərc etmək vergi orqanının hüquqlarına aid edilmişdir. İddiaçının təsisçidən borc alması və bu borcun qaytarılmasının vergi orqanı tərəfindən ƏDV-nin azaldılması kimi arqumenti anlaşılan deyildir və bu barədə iddiaçı tərəfindən dəqiqləşmə verilə bilər. Bu hissədə bildirilmişdir ki, yoxlama zamanı təsisçi tərəfindən borc müqavilələrinə əsasən, müəssisəyə verilən borc məbləğlərinə ödəmə mənbəyində vergilərin hesablanmadığı müəyyən olunmuşdur. Yoxlanılan dövr ərzində təsisçiyə qaytarılan məbləğlər nəzərə alınmaqla dövrün əvvəlinə yəni xx.xx.2018-ci il tarixə təsisçinin borc məbləği 231 679,00 manat olmuşdur. VM-nin 110 və 123-cü maddələrinə müvafiq olaraq, təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissəsinə eyni dövrdə, eyni valyuta ilə, oxşar müddətdə verilmiş banklar arası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Yoxlamanın nəticəsi olaraq, təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına ümumilikdə 9480,03 manat ödəmə mənbəyində vergi hesablanmışdır. Bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********149174 nömrəli Qərarına əsasən "xxxx" МММ-də (VÖEN: **********) növbəti səyyar vergi yoxlaması təyin edilmişdir (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021). Yoxlama xx.xx.2022-ci il tarixli **********149566 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Yoxlama aktında yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin 629 578.67 manat (mənfəət vergisi 515 790.42 manat, ƏDV 125 834.23 manat, ödəmə mənbəyində tutulan vergi 12 157.68 manat) az hesablanması, 24 201.01 manat (ƏDV üzrə) və 2.65 manat (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə) artıq hesablandığı qeyd edilmişdir (cəmi hesablama 629 578.67 manat vergi məbləği, 454 448.82 manat maliyyə sanksiyası). Səyyar vergi yoxlaması zamanı hesablamanın açıqlaması: Mənfəət vergisi üzrə: Müəssisənin təqdim etdiyi mənfəət vergisi bəyannamələrində göstərilmiş gəlir və xərclərin tərkibi araşdırılarkən gəlir və xərclərin tərkibində kənarlaşmalar müəyyən olunmuşdur. Belə ki, 2018-ci ildə müəssisənin ümumi gəlirləri 4 615 756.37 manat, gəlirdən çıxılan xərcləri 5 955 915.74 (o cümlədən: əmək haqqı 336 206.9 manat, sosial siğorta haqları 75 646.55 manat, malın dəyəri 3 177 739.32 manat, enerji xərci 60 165.78 manat, yanacaq xərci 45 207.22 manat, rabitə xərci 26 027.89 manat, bank xidmətləri üzrə xərclər 12 605.74 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) 147 846.42 manat, borca görə faizlər 139 100.06 amortizasiya xərci 1 829 852.73 manat, nəqliyyat xərci 4 001.89 manat, siğorta üzrə xərclər 5 838.25 manat, gəlirdən çıxılan vergilər və yığımlar 95 676.99 manat) manat olmaqla hesabat dövünü 1340159.37 manat zərələ başa vurmuşdur. 2019-cu ildə ildə müəssisənin ümumi gəlirləri 6 103 420.54 manat, gəlirdən çıxılan xərcləri 7 131 896.14 (o cümlədən: əmək haqqı 721 842.47 manat, sosial siğorta haqları 98 343.01 manat, malın dəyəri 4 150 325.97 manat, icarə haqqı 3400.0 manat, enerji xərci 70 735.1 manat, qaz xərci 3500.86 manat, yanacaq xərci 51 478.87 manat, su və kanalizasiya xərcləri 3 896.61, rabitə xərci 25 720.16 manat, bank xidmətləri üzrə xərclər 28 429.73 manat, reklam xərcləri 42 658.16 manat, bilavasitə malların təqdim edilməsi(işlərin görülməsi, xidmətlərin göstərilməsi) 483 406.77 manat, borcə görə ödənilən faiz üzrə xərclər 206 507.79 manat, ümidsiz borclar 44 199.1 manat, amortizasiya xərci 1 257 240.96 manat, təmir xərci 8442.02 nəqliyyat xərci 2842.09 manat, siğorta üzrə xərclər 6 040.54 manat, digər xərclər 74 601.19 manat, gəlirdən çıxılan vergilər və yığımlar 17 198 manat) manat olmaqla hesabat dövrünü 1 028 475.6 manat zərərlə başa vurmuşdur. 2020-ci ildə ildə müəssisənin ümumi gəlirləri 3 964 533.9 manat, gəlirdən çıxılan xərcləri 4 242 079.99 (o cümlədən: əmək haqqı 721 842.47 manat, sosial siğorta haqları 125 734 15 manat, malın dəyəri 2 602 261.06 manat, icarə haqqı 3400,enerji xərci 64 823.44 manat, qaz xərci 4217.14 manat, yanacaq xərci 51945.83 manat, su və kanalizasiya xərcləri 3101.67, rabitə xərci 23745.74 manat, bank xidmətləri üzrə xərclər 38489.01 manat,reklam xərci 13 511.86, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 455 262.93 manat, borcə görə ödənilən faiz üzrə xərclər 78553.38 manat, nəqliyyat xərci 374.02 manat, siğorta üzrə xərclər 6340.24 manat, digər xərclər 47296.15 gəlirdən çıxılan vergilər və yığımlar 1180.9 manat) manat olmaqla hesabat dövrünü 277 546.09 manat zərərlə başa vurmuşdur. Hazırki yoxlama ilə mənfəət vergisi aşağıdakı qaydada hesablanmışdır: Yoxlama ilə Lokal Gəlirlər Baş idarəsi tərəfindən mənfəət vergisi bəyannamələri üzrə yoxlamaya sənədlər tam təqdim edilmədiyindən gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmamışdır.Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Müəssisəyə xx.xx.2021-ci il tarixli **********149184 nömrəli Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə təqdim edilmişdir. Sənədlər qismən təqdim edildiyi üçün "Sənədlərin qismən təqdim edilməsi barədə" aktlar tərtib edilərək vergi ödəyicisinə təqdim edilmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı- vaxtında dəqiq uçotunu aparmağa borcludur. Vergi Məcəlləsinin 130.1.1-ci maddəsinə əsasən İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydalarına əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Müəssisə tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbri pozulmuşdur. Yoxlanılan dövrdə əmtəə-material ehtiyatlarının uçotu aparılmamış və yoxlama üçün digər zəruri sənədlər təqdim edilməmişdir. Anoloji vergi ödəyicisinin müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli **********833600 nömrəli xidməti məruzə ilə müvafiq struktura müraciət olnumuş və anoloji fəaliyyətlə məşğul olan oxşar vergi ödəyicisi müəyyən edilməməsi barədə xx.xx.2022-ci il tarixli **********096000 nömrəli xidməti məruzə ilə cavablandırılmışdır. Səyyar vergi yoxlaması üçün naməlum olan xərclərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlardan tapılması mümkün olmadı. Vergi Məcəlləsinin 67.17- ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Müəssisənin dövriyyəsi Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən müəyyən edildi. Göstərilənləri nəzərə alaraq, müəssisənin 2018-ci il üzrə mənfəəti Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: G1 M1 =-------------xR; 100+ R

Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: 4 868 216.69 M1 =------------------- x 20 = 811 369.45 100 + 20 Göründüyü kimi, yoxlama ilə müəssisənin 2018-ci il üzrə vergiyə cəlb edilən mənfəət 811 369.45 manat məbləğində hesablanmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 4 868 216.69 manat (Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən), vergiyə cəlb olunan mənfəəti 811 369.45 manat olmaqla 162 273.89 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin 2019-cu il üzrə mənfəəti Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: G1 M1 =-------------- xR; 100 + R Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır:

6 753 746.29 M1 =------------------ x20 = 1 125 624.38 100 + 20 Göründüyü kimi, yoxlama ilə müəssisənin 2019-cu il üzrə vergiyə cəlb edilən mənfəəti 1 125 624.38 manat məbləğində hesablanmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 6 753 746.29 manat (Nazirlər Kabinetinin 2001- ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən), vergiyə cəlb olunan mənfəəti 1 125 624.38 manat olmaqla 225 124.88 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin 2020-ci il üzrə mənfəəti Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: G1 M1 =------------- x R; 100 + R Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır:

3 851 749.61 M1 =------------------- x 20 = 641 958.27 100 + 20 Göründüyü kimi, yoxlama ilə müəssisənin 2020-ci il üzrə vergiyə cəlb edilən mənfəəti 641 958.27 manat məbləğində hesablanmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 3 851 749.61 manat və pandemiya ilə bağlı vergi ödəyicisinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı gəlir 113808.97 manat * olmuşdur. Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən, vergiyə cəlb olunan mənfəəti 641 958.27 manat olmaqla 128 391.65 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlama ilə müəssisə tərəfindən mənfəət vergisinin 2018-ci il üzrə 162 273.89 manat, 2019-cu il üzrə 225 124.88 manat, 2020-ci il üzrə 128 391.65 manat, cəmi 515 790.42 manat azaldılması müəyyən edilmişdir. ƏDV üzrə: “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" Qərarla yoxlanılan dövr xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrü əhatə etmişdir. Müəssisə xx.xx.2014-cü ildə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni aidiyyəti vergi orqanına təqdim etmiş və ƏDV ödəyicisinin qeydiyyat bildirişi almışdır. Bildiriş xx.xx.2001-ci ildən qüvvəyə minmişdir. Yoxlanılan dövr ərzində aşağıdakı hallar ödəyicinin fəaliyyətində aşkar olunmadı: - Malların haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə əməkhaqqı və digər ödənişlər əvəzinə verilməsi; - Barter əməliyyatları; - ƏDV ödəməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə aparılmış malların iş və xidmətlərin qeyri-kommersiya məqsədləri üçün, Vergi Məcəlləsinin 10-cu fəslində nəzərdə tutulmuş qaydada gəlirdən çıxılmayan xərclər və gəlirdən çıxılması məhdudlaşdırılan xərclərin normadan artıq hissəsi üçün habelə ƏDV-dən azad olan əməliyyatların həyata keçirilməsi üçün istifadə edilməsi; - Girov qoyulmuş əmlakın sahiblik hüququnun girovgötürənə keçməsi; - Borc öhdəliyi müqabilində əmlakın müsadirə edilməsi; - Hər hansı borc öhdəliyi əvəzinə malların təqdim edilməsi; - Vergi Məcəlləsinin 164.1.7-ci və 165.1. 2-ci maddələrinə əsasən ƏDV-nə cəlb edilməyən və ya sıfır (0) dərəcə ilə vergi tutulan əməlliyatlar çərçivəsində əldə edilən malların müəyyən olunmuş şərtləri pozmaqla digər məqsədlər üçün istifadə edilməsi; - Dəqiqləşdirilmiş vergi hesab-fakturalarının alınması və təqdim edilməsi; - Qeyri-rezidentlərə ƏDV tutulmalı vəsaitin ödənilməsi; - Ödəyiciyə büdcədən ƏDV məbləğinin qaytarılması; - Digər şəxsin (vəkalət verən) agenti (vəkalət alan) olan şəxs tərəfindən malların göndərilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi; - Qanunvericiliyə müvafiq olaraq vergitutma obyekti hesab edilməyən əməliyyatların aparılması; Bəyannamələr vergi orqanına vaxtında təqdim edilmişdir. Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində ƏDV ödəyicisi olmuş, təqdim edilmiş bəyannamələrə görə ƏDV hesablanmasında Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, X12nə cəlb edilən dövriyyə düzgün göstəriməməsı nəticəsində yoxlama dövrü üzrə ƏDV bəyannamələri üzrə 101.633.3 manat kənarlaşma müəyyən edilmişdir. ÖVM üzrə: Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuş, təqdim edilmiş bəyannamələrə görə 2018-ci ilin 3-cü rübü üzrə bank hesabından beynəlxalq daşımalara görə əlavə 44579 manat ödəniş etmiş, lakin Ödəmə mənbəyində tutulan vergini hesablamamışdır. Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrindən 6 faiz ÖMV tutulur. Beləliklə əlavə olaraq 44579*6%=2674.74 manat ödəmə mənbəyində tutulan vergi hesablandı. Yoxlama zamanı təsisçi tərəfindən borc müqavilələrinə əsasən müəssisəyə verilən borc məbləğlərinə ödəmə mənbəyində tutulan vergilərin hesablanmadığı müəyən edilmişdir. Eyni zamanda yoxlanılan dövr ərzində təsisçiyə qaytarılan məbləğlər nəzərə alınmaqla dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə təsisçinin borc məbləği 231 679,00 manat olmuşdur. Vergi Məcəlləsinin 110-cu və 123-cü maddələrinə əsasən təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə oxşar müddətə verilmiş banklar arası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına ümumilikdə 9480.03 manat ÖMV hesablanmışdır. Əlavə olaraq, bildirilmişdir ki, iddiaçı barəsində xx.xx.2022-ci il tarixli **********870800 nömrəli “Səyyar vergi yoxlamasının nəticələrinin göndərilməsi barədə” sənədlə Cinayət Məcəlləsinin 213-cü maddəsilə (Vergi ödəməkdən yayınma) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsində material icraata qəbul olunmuş və araşdırılma aparılır. Vergi Məcəlləsinin 23-cü maddəsinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı МММ (VÖEN: **********) iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hüquqi şəxs İddiaçı MMM-nin direktoru X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edilərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(011)-520/2022 nömrəli qərarına əsasən hüquqi şəxs İddiaçı direktoru X8 Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1000 (min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.

6. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2022-ci il tarixli **********58075 nömrəli qərarına əsasən İddiaçındən (VÖEN: **********) yoxlama predmetinə aid olan və xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək vergilərin hesablanması üçün bütün ilkin mühasibat sənədləri (qaimə-faktura, kassa çekləri və digər sənədləri), xammal-material hərəkəti, digər elektron informasiya daşıyıcılarının götürülmsəi həyata keçirilməsi qərara alınmışdır.

7. xx.xx.2022-ci il tarixində sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol tərtib edilmişdir.

8. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişiklilər) edilməsi barədə xx.xx.2022-ci il tarixli **********158074 nömrəli qərara əsasən səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********149174 saylı qərara əlavələr (dəyişikliklər) edilmişdir.

9. Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********163040 nömrəli qərara əsasən İddiaçı X5 (ünvan: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov, ev 1A, VÖEN: **********) aşağıda göstərilən səbəblərə görə: (Azərbaycan manatı) Fərq Dövr Vergi qısa Artıq VM Ma (il Azaldılmışdır Əlavə Artıq adı hesablanmışdır maddəsi sank üzrə) hesablama hesablama

Mənfəət 2018 162273,89 0,00 162273,89 0,00 58.1 811 vergisi

Mənfəət 2019 225124,88 0,00 225124,88 0,00 58.1 1125 vergisi Mənfəət 2020 128391,65 0,00 128391,65 0,00 58.1 641 vergisi

X12 2018 37076,63 0,00 37076,63 0,00 58.1 185

X12 2019 318829,86 254899,25 63930,61 0,00 58.1 1594

X12 2020 216,00 24417,01 0,00 24201,01 58.1 10

X12 2021 24826,99 0,00 24826,99 0,00 58.1 124 Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi məcburi dövlət sosial sığorta, 2020 0,00 1,55 0,00 1,55 58.1 0 işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi məcburi dövlət sosial sığorta, 2021 0,00 1,10 0,00 1,10 58.1 0 işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) Ödəmə mənbəyində 2018 4140,96 0,00 4140,96 0,00 58.1 207 tutulan vergi Ödəmə mənbəyində 2019 2557,29 0,00 2557,29 0,00 58.1 127 tutulan vergi Ödəmə mənbəyində 2020 3205,14 0,00 3205,14 0,00 58.1 160 tutulan vergi

Ödəmə mənbəyində 2021 2251,39 0,00 2251,39 0,00 58.1 112 tutulan vergi Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən 2018 2,90 0,00 2,90 0,00 58.1 1 tutulan vergi (X12 bəyannaməsi tərkibində)

653 4 Cəmi 908 897,58 279 318,91 24 203,66 782,33 44 Vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir.

10. İş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Yoxlama dövrü üçün İddiaçı tərəfindən onun fəaliyyəti ilə bağlı ödəməli olduğu mənfəət vergisi nə qədər təşkil etmişdir (iddiaçının təqdim etdiyi gəlir və xərc sənədləri nəzərə alınmaqla, bu mümkün olmadığı təqdirdə isə qanunvericiliyin tələbinə müvafiq olaraq)? 2) Yoxlama dövrü üçün İddiaçı tərəfindən ödənilməli olan X12 (ƏDV) nə qədər təşkil etmişdir? 3) Yoxlama dövrü üçün İddiaçı tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə vergilər nə qədər təşkil etmişdir? 4) Gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırmı? 5) Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) nədən ibarətdir? 6) Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birində əks olunmuş məbləğ ayrılıqda nə qədərdir və bu sənədləri hansı vergi ödəyiciləri təqdim (tərtib) etmişdir? 7) Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu ayrılıqda nədən ibarətdir? 8) Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi kassa və ya hesablama metodunun tələblərinə uyğundurmu? 9) Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğundurmu? 10) Gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlər ciddi hesabat sənədləridirmi? 11) “Fayton ltd" MMM tərəfindən tərtib və təqdim edilmiş müvafiq bəyannamələrdə yuxarıda qeyd edilən sənədlərin uyğunluğu nəzərə alınarsa, iddiaçının göstərdiyi dövriyyələr (gəlir və xərc nəzərə alınmaqla) vergi tutma baxımından SVY dövründə mənfəət və əlavə dəyər vergiləri üzrə Vergi Məcəlləsinin tələblərinə uyğundurmu? 12) Yoxlama dövründə təsisçiyə qaytarılan məbləğlər nəzərə alındıqda dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixinə olan borc məbləğinə münasibətdə Vergi Məcəlləsinin 110-cu və 123-cü maddələrinə əsasən İddiaçı MMM tərəfindən ödəmə mənbəyində vergi düzgün tutulmuşdurmu? Əgər tutulmuşdursa, bu barədə ÖMV bəyannaməsində öz əksini tapmışdırmı? 13) Barəsində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması ekspertin səlahiyyətinə (sərəncamına) buraxılsın.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 9/5587 nömrəli ekspert rəyinə əsasən: Birinci, ikinci və üçüncü suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə İddiaçı МММ tərəfindən aparılmış əməliyyatlara görə 25.284,51 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilir, o cümlədən: - ƏDV üzrə------------------------------------------— 13.130,51 manat; - ÖMV üzrə-------------------------------------------- 12.154,00 manat. Dördüncü, on birinci suallar üzrə: Hazırkı tədqiqatla təqdim olunmuş iş materiallarında İddiaçı MMM-nin (VÖEN-**********) xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrünə aid elektron vergi hesab-fakturaları, elektron-qaimə, yük gömrük bəyannamələri, invoys sənədləri, uçot məlumatları və s. öz əksini tapmışdır. Həmin sənədlər qanunvericiliklə qoyulan tələblərə, o cümlədən, ciddi hesabat sənədlərinin forması və rekvizitləri baxımından tam cavab verir. Bu səbəbdən iddiaçının gəlirin əldə edilməsi ilə bağlı hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır və həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi hesablama metodunun tələblərinə uyğundur. On ikinci sual üzrə: İş materiallarından göründüyü kimi, müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində Ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuş, təqdim edilmiş bəyannamələrə görə 2018-ci ilin 3-cü rübü üzrə bank hesabından beynəlxalq daşımalara görə əlavə 44.579,00 manat ödəniş etmiş, lakin ödəmə mənbəyində tutulan vergini hesablamamışdır. Vergi Məcəlləsinin 125.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrindən 6 faiz ÖMV tutulur. Eyni zamanda iş materiallarından göründüyü kimi, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə təsisçiyə qaytarılan məbləğlər nəzərə alınmaqla dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə təsisçinin borc məbləği 231.679,00 manat olmuşdur. Vergi Məcəlləsinin 110-cu və 123-cü maddələrinə əsasən təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə oxşar müddətə verilmiş banklar arası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirlərindən ödəmə mənbəyində 10 % dərəcə ilə vergi tutulmalıdır. Göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə 12.154,00 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5587 saylı ekspert rəyinə mülahizədə qeyd edilmişdir ki, səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 104-cü, 108-ci, 134-cü, 135-ci və 136 cı maddələrinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdh banklardan alınmış rəsmi məlumatlar və vergilərin hesablanmasına əsas verən digər sənəd v məlumatlar istifadə edilmişdir. Belə ki, 2018-ci ildə müəssisənin ümumi gəlirləri 4 615 756.3 manat, gəlirdən çıxılan xərcləri 5 955 915.74 (o cümlədən: əmək haqqı 336 206.9 manat, sosi; siğorta haqları 75 646.55 manat, malın dəyəri 3 177 739.32 manat, enerji xərci 60 165.7 manat, yanacaq xərci 45 207.22 manat, rabitə xərci 26 027.89 manat, bank xidmətləri üzr xərclər 12 605.74 manat, bilavasitə malların təqdim edilməsi(işlərin görülməsi , xidmətləri göstərilməsi) 147 846.42 manat, borca görə faizlər 139 100.06 amortizasiya xərci 1 829 852.7 manat, nəqliyyat xərci 4 001.89 manat, siğorta üzrə xərclər 5 838.25 manat, gəlirdən çıxıla vergilər və yığımlar 95 676.99 manat) manat olmaqla hesabat dövünü 1340159.37 man; zərələ başa vurmuşdur. 2019-cu ildə müəssisənin ümumi gəlirləri 6 103 420.54 manat, gəlirdən çıxılan xərcləri 131 896.14 (o cümlədən: əmək haqqı 721 842.47 manat, sosial siğorta haqları 98 343.0 manat, malın dəyəri 4 150 325.97 manat, icarə haqqı 3400.0 manat, enerji xərci 70 735. manat, qaz xərci 3500.86 manat, yanacaq xərci 51 478.87 manat, su və kanalizasiya xərclə 3 896.61, rabitə xərci 25 720.16 manat, bank xidmətləri üzrə xərclər 28 429.73 manat, reklar xərcləri 42 658.16 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətləri göstərilməsi) 483 406.77 manat, borcə görə ödənilən faiz üzrə xərclər 206 507.79 mana ümidsiz borclar 44 199.1 manat, amortizasiya xərci 1 257 240.96 manat, təmir xərci 8442.0 manat, nəqliyyat xərci 2842.09 manat, siğorta üzrə xərclər 6 040.54 manat, digər xərclər 7 601.19 manat, gəlirdən çıxılan vergilər və yığımlar 17 198.0 manat) manat olmaqla hesab; dövrünü 1 028 475.6 manat zərərlə başa vurmuşdur. 2020-ci ildə müəssisənin ümumi gəlirləri 3 964 533.9 manat, gəlirdən çıxılan xərcləri 242 079.99 (o cümlədən: əmək haqqı 721 842.47 manat, sosial siğorta haqları 125 734.1 manat, malın dəyəri 2 602 261.06 manat, icarə haqqı 3400.0 manat, enerji xərci 64 823.4 manat, qaz xərci 4217.14 manat, yanacaq xərci 51945.83 manat, su və kanalizasiya xərclə 3101.67 manat, rabitə xərci 23745.74 manat, bank xidmətləri üzrə xərclər 38489.01 mana reklam xərci 13 511.86 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 45 262.93 manat, borcə görə ödənilən faiz üzrə xərclər 78553.38 manat, nəqliyyat xərci 374.0 manat, siğorta üzrə xərclər 6340.24 manat, digər xərclər 47296.15, gəlirdən çıxılan vergilər və yığımlar 1180.9 manat) manat olmaqla hesabat dövrünü 277 546.09 manat zərərlə baş vurmuşdur. Hazırkı yoxlama ilə mənfəət vergisi aşağıdakı qaydada hesablanmışdır: Yoxlama ilə Lokal Gəlirlər Baş İdarəsi tərəfindən mənfəət vergisi bəyannamələri üzrə yoxlamaya sənədlər tam təqdim edilmədiyindən gəlirin əldə edilməsi ilə bağlı xərcləri müəyyən edilməsi mümkün olmamışdır. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirlər o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəliklə vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslind göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqe arasındakı fərq mənfəətdir. Müəssisəyə xx.xx.2021-ci il tarixli **********149184 nömrə Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqınd Tələbnamə təqdim edilmişdir. Sənədlər qismən təqdim edildiyi üçün "Sənədlərin qismən təqdim edilməsi barədə" aktlar tərtib edilərək vergi ödəyicisinə təqdim edilmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmu qaydada gəlirlərinin (xərclərinin), uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə ai edilmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəliri (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur. Vergi Məcəlləsinin 130.1.1ci maddəsinə əsasən İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli Fərmanı ilə təsdi edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərcləri uçotunun aparılması” Qaydalarına əsasən istehsal sahəsində fəaliyyət göstərən verc ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədə əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlar uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurla Müəssisə tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu tələbri pozulmuşdur. Yoxlanılan dördə əmtəə-material ehtiyatlarının uçotu aparılmamış v yoxlama üçün digər zəruri sənədlər təqdim edilməmişdir. Analoji vergi ödəyicisinin müəyyə edilməsi barədə xx.xx.2022-ci il tarixli **********833600 nömrəli xidməti məruzə ilə müvafi struktura müraciət olunmuş və analoji fəaliyyətlə məşğul olan oxşar vergi ödəyicisi müəyyə edilməməsi barədə xx.xx.2022-ci il tarixli **********096000 nömrəli xidməti məruzə ilə cavablandırılmışdır. Səyyar vergi yoxlaması üçün naməlum olan xərclərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlardan tapılması mümkün olmadı. Vergi Məcəlləsini 67.17- ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektini müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzr ardıcıllıq gözlənilmədən tətbiq edilir. Müəssisənin dövriyyəsi Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən müəyyən edildi. Göstərilənləri nəzərə alaraq müəssisənin 2018-ci il üzrə mənfəət vergisi Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20 faiz götürülərək aşağıdakı kimi hesablandı: 2018-ci il üzrə: M= 4 868 216.69/(100+20) x 20 = 811 369.45 (manat) Yoxlama ilə müəssisənin ümumi gəlirləri 4 868 216.69 manat (Nazirlər Kabinetinin 2001 ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən), vergiyə cəlb olunan mənfəəti 811 369.45 manat olmaqla 162 273.89 manat mənfəət vergisi hesablanmışdır. 2019-cu il üzrə: M= 6 753 746.29/(100+20) x 20 = 1 125 624.38 (manat) Yoxlama ilə müəssisənin ümumi gəlirləri 6 753 746.29 manat (Nazirlər Kabinetinin 2001 ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən), vergiyə cəlb olunan mənfəəti 1 125 624.3 manat olmaqla 225 124.88 manat mənfəət vergisi hesablanmışdır. 2020-ci il üzrə: M= 3 851 749.61/(100+20) x 20 = 641 958.27 (manat) Yoxlama ilə müəssisənin ümumi gəlirləri 3 851 749.61 manat və pandemiya ilə bağlı vergi ödəyicisinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı gəlir 113808.97 manat olmuşdu Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən, vergiyə cəlb olunan mənfəəti 641958.27 manat olmaqla 128 391.65 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlama ilə müəssisə tərəfindən mənfəət vergisinin 2018-ci il üzrə 162 273.8 manat, 2019-cu il üzrə 225 124.88 manat, 2020-ci il üzrə 128 391.65 manat, cəmi 515 790.4 manat azaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1 ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatd göstərilməli olan məbləğinə nisbətən azaldılmış 515 790.42 manat vergi məbləğinin 50 faiz miqdarında, yəni 257895.22 manat maliyyə sanksiyası tətbiq edilmişdir. X12 üzrə: Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində ƏDV ödəyicisi olmuş, təqdim edilmi bəyannamələr görə ƏDV hesablanmasında Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblə pozulmuşdur. Belə ki, X12nə cəlb edilən dövriyyə düzgün göstərilməmə: nəticəsində yoxlama dövrünün ƏDV bəyannamələri üzrə 101633.3 manat kənarlaşma müəyyən edilmişdir. Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən aylar üzrə dövriyyələri düzgün göstərilməməsi səbəbindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 190474.75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində Ödəmə mənbəyində tutulan vergini ödəyicisi olmuş, təqdim edilmiş bəyannamələr görə 2018-ci ilin 3-cü rübü üzrə bank hsabında beynəlxalq daşımalara görə əlavə 44579 manat ödəniş etmiş, lakin Ödəmə mənbəyind tutulan vergini hesablamamışdır. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləesinin 125.1.4-ci maddəsinə əsasən 44579*6%=2674.74 manat ödəmə mənbəyində tutlan vergi hesablanmışdır. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarır müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində bor verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqavilə adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikd vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Yoxlama zamanı təsisçi tərəfindən borc müqavilələrinə əsasən müəssisəyə verilən bor məbləğlərinə ödəmə mənbəyində vergilərin hesablanmadığı müəyən edilmişdir. Yoxlanıla dövr ərzində təsisçiyə qaytarılan məbləğlər nəzərə alınmaqla dövrün əvvəlinə, yəı xx.xx.2018-ci il tarixə təsisçinin borc məbləği 231 679,00 manat olmuşdur. Vergi Məcəlləsinin 110-cu və 123-cü maddələrinə əsasən təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalı hissələrinə eyni dövrdə, eyni valyuta ilə oxşar müddətə verilmiş banklar arası orta kredit faizlə tətbiq etməklə yaranacaq gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə təsisçini müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına ümumilikdə 9480.03 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan vergini hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətə 12154.78 manat azaldıldığına görə, azaldılmış məbləğin 50%-i həcmində, yəni 6077.39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfində verilmiş xx.xx.2023-cü il tarixli 9/5587 nömrəli rəy əsassız olduğundan ekspert rəyini mötəbər sübut kimi qəbul edilməməsini xahiş edilmişdir.

13. İş materiallarına səyyar vergi yoxlaması aktı (№ **********149566), vergi borcunun, icbari tibbi slğorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiylarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə (№ **********077700), mənfəət vergisinin bəyannamələri və digər sənədlər əlavə edilmişdir.

14. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

15. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndələri iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə edərək iddianın təmin edilməməsini xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

16. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. Mübahisələndirilən qərar inzibati aktdır. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

18. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarıaş əsasən yoxlanılan dövr xx.xx.2018-xx.xx.2021-ci illəri əhatə etməklə İddiaçı MMM-də növbəti səyyar vergi yoxlaması keçirilmişdir.

19. Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçı MMM 2018-2021-ci illər üzrə mənfəət vergisi, X12, ödəmə mənbəyində vergini ödəməkdən yayınmağa görə məsuliyyətə cəlb edilmişdir. -Mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən şərti rentabellik tətbiq edilməklə 2018-ci il üzrə 162.273,89 manat əlavə hesablama aparılmaqla 81.136,95 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2019-cu il üzrə 225.124,88 manat əlavə hesablama aparılmaqla 112.562,44 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2020-ci il üzrə 128.391,65 manat əlavə hesablama aparılmaqla 64.195,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -X12 üzrə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən aylar üzrə dövriyyənin düzgün göstərilməməsi səbəbindən 2018-ci il üzrə 37.076,63 manat əlavə hesablama aparılmaqla 18.538,32 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2019-cu il üzrə 63.930,61 manat əlavə hesablama aparılmaqla azaldılmış məbləğə uyğun (318.829,86 manat) 159.414,93 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2020-ci il üzrə azaldılmış məbləğə uyğun (216 manat) 108 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2021-ci il üzrə 24826,99 manat əlavə hesablama aparılmaqla 12.413,50 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə 2018-ci il üzrə 2.90 manat azaldılma müəyyən edilərək 1.45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -Ödəmə mənbəyində tutulan vergi üzrə 2018-ci il üçün 4140.96 manat azaldılma müəyyən edilərək 2070.48 manat maliyyə sanksiyası olmaqla, 2019-cu il üçün 2557.29 manat azaldılma müəyyən edilərək 1278.65 manat maliyyə sanksiyası olmaqla, 2020-ci il üçün 3205.14 manat azaldılma müəyyən edilərək 1602.57 manat maliyyə sanksiyası olmaqla, 2021-ci il üçün 2252.39 manat azaldılma müəyyən edilərək 1125.70 manat maliyyə sanksiyası olmaqla, cəmi 6077.40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ÖMV üzrə təqdim edilmiş bəyannamələrə görə 2018-ci ilin 3-cü rübü üzrə bank hesabından beynəlxalq daşımalara görə əlavə 44579 manat ödəniş etmiş, lakin Ödəmə mənbəyində tutulan vergini hesablamamışdır. Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrindən 6 faiz ÖMV tutulur. Beləliklə əlavə olaraq 44579*6%=2674.74 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Yoxlama zamanı təsisçi tərəfindən borc müqavilələrinə əsasən müəssisəyə verilən borc məbləğlərinə ödəmə mənbəyində tutulan vergilərin hesablanmadığı müəyən edilmişdir. Eyni zamanda yoxlanılan dövr ərzində təsisçiyə qaytarılan məbləğlər nəzərə alınmaqla dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə təsisçinin borc məbləği 231 679,00 manat olmuşdur. Vergi Məcəlləsinin 110-cu və 123-cü maddələrinə əsasən təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə oxşar müddətə verilmiş banklar arası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına ÖMV hesablanmışdır.

20. Vergi Məcəlləsindən: 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir.

21. 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 85.4-cü maddəyə yeni məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmişdir. Həmin Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.

22. Beləliklə məhkəmə qeyd edir ki, həmin 3 illik müddətin səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə etməsinə dair müddəa xx.xx.2020-ci ildən qüvvəyə mindiyindən vergi orqanı həmin normanı vergi ödəyicisinin vəziyyətini ağırlaşdıran şəkildə tətbiq edə bilməz.

23. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

24. İddiaçı MMm üzrə (növbəti) səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən yoxlama ilə əhatə olunan vergi dövrü xx.xx.2018-xx.xx.2021-ci illərdir.

25. Vergi məsuliyyətinə cəlb edilmə haqqında qərar 2022-ci il tarixlidir, odur ki, əlavə araşdırma aparmadan məhkəmə qeyd edir ki, vergi orqanı 2018-ci il üçün (3 ildən əvvəlki dövr) əlavə hesablama apara və həmin məbləğə maliyyə sanksiyası tətbiq edə bilməz.

26. Bununla belə hər bir vergi tədiyyəsi üzrə məhkəmə aşağıdakıları qeyd edir:

27. Mənfəət vergisi üzrə: -Məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. -Mənfəət vergisinin və ona maliyyə sanksiyasının hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh hazırkı mübahisəyə münasibətdə şərti rentabellik norması tətbiq edərək özünün yuxarıda qeyd edilən şəkildə təyin etdiyi xərc məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad etməklə hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. İnzibati orqan Vergi Məcəlləsinin 67.17-ci maddəsinə istinad edərək həmin Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq etmək hüququna əsaslanmışdır. Belə ki, 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 67.17-ci maddə əlavə edilmişdir. Lakin məhkəmə qeyd edir ki, qeyd edilən normanın əlavə edilməsi inzibati orqanı 67.1-ci maddəsində göstərilən halları, yəni vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmamasını əsaslandırmaq vəzifəsinin olmadığı demək deyildir, yəni vergi orqanı hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. - Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin yoxlama aparılan dövrdə qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Lakin cavabdeh iddiaçının sənədlərlə təsdiqini tapmayan xərclərin müəyyən olunmasına səy göstərməmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, təqdim edilmiş ekspert rəyinə əsasən qeyd edilmişdir ki, hazırkı tədqiqatla təqdim olunmuş iş materiallarında İddiaçı MMM-nin (VÖEN-**********) xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrünə aid elektron vergi hesab-fakturaları, elektron-qaimə, yük gömrük bəyannamələri, invoys sənədləri, uçot məlumatları və s. öz əksini tapmışdır. Həmin sənədlər qanunvericiliklə qoyulan tələblərə, o cümlədən, ciddi hesabat sənədlərinin forması və rekvizitləri baxımından tam cavab verir. Bu səbəbdən iddiaçının gəlirin əldə edilməsi ilə bağlı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır və həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi hesablama metodunun tələblərinə uyğundur. - Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin yoxlama dövründə qüvvədə olan redaksiyasına görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; fəaliyyət göstərilən ərazi. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Vergi Məcəlləsinin istinad edilən həmin normalarından (67.2-ci, 67.3-cü və 67.4- cü maddələrinin 2020-ci ildə qüvvədə olan redaksiyasından) göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini şərti rentabellik norması əsasında deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Qanunverici yuxarıda qeyd edilən qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, son zəruri tədbir qismində şərti rentabellik normasının tətbiqini, yəni şərti vergi məbləğinin (20 faiz ticarət əlavəsi) hesablanması qaydasını nəzərdə tutmuşdur. -VM-nin 67-ci maddəsi bu məqsədlər baxımından təfsir olunmalıdır. İstinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Hazırkı mübahisəyə münasibətdə VM-in 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin təblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, yoxlama zamanı ümumiyyətlə həmin istiqamətdə hər hansı araşdırma aparılmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. Odur ki, qeyd edilən hissədə məhkəmə təkrarən inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmənin inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımadığını qeyd edir. -Beləliklə, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, istinad olunan normaların tətbiqinə dair Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi vardır. -Qeyd edilənlər mənfəət vergisi vergisinin hesablanmasının (eləcə də ona tətbiq edilmiş maliyyə sanksiyası) əsassız olmasını hesab etmək üçün yetərlidir.

28. ƏDV üzrə vergi hesablanmasının əsası vergi tutulan əməliyyatın vaxtının ödəyici tərəfindən (aylar üzrə) düzgün müəyyən edilməməsi ilə bağlı olmuşdur: -Məhkəmə ƏDV dövriyyəsi ilə bağlı ekspert rəyi ilə müəyyən edilmiş qənaətə tənqidi yanaşaraq qeyd edir ki, ƏDV tutulan dövriyyəsi 3 illik dövr üzrə cəm olaraq nəzərə alınmış, bu isə Vergi Məcəlləsinin 166-cı, 170 və 175-ci maddərərinin məqsədlərinə uyğun deyildir (dövriyyə (vergi tutulan əməliyyatın vaxtı) aylar üzrə düzgün göstərilməli və ƏDV-nin əvəzləşdirmə ona müvafiq qaydada aparılmalıdır). -Vergi Məcəlləsinin 166-cı maddəsinin hazırda qüvvədə olan redaksiyası: 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; -29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 166-cı maddənin mətni aşağıdakı redaksiyada verilmişdir (Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir): 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; əvvəlki redaksiyada deyilirdi: 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: 166.1.1. Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda; və yaxud; 166.1.2. malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda. -Yoxlama dövründə ƏDV üzrə əlavə hesablama və tətbiq edilən maliyyə sanksiyası ödəyici tərəfindən təqdim edilən hesabatlarda həmin dövrlərdə Vergi Məcəlləsinin 166.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən vergi tutulan əməliyyatın vaxtı ilə bağlı yanlışlığa yol verilməsi olmuşdur. İddiaçı hesabatlarında əməliyyatın vaxtı ilə bağlı yol verilmiş yanlışlığı təkzib etməyərək bildirir ki, vergi orqanı ödəyici tərəfindən təqdim edilmiş aylıq ƏDV hesabatları üzrə kameral vergi yoxlaması aparmaq imkanı olduğu halda müvafiq yoxlamanı aparmadığı səyyar vergi yoxlaması ilə əlavə vergi hesablaması apara bilməz. -Məhkəmə hesab edir ki, vergi orqanı yoxlama aparılan dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən vergi tutulan əməliyyatın vaxtı ilə bağlı ödəyici tərəfindən yol verilmiş pozuntu nəticəsində (dövriyyənin aylar üzrə düzgün göstərilməməsi) əlavə vergi hesablamaqda və azaldılmış məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

29. Odur ki, 166.1-ci maddənin xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Cavabdeh tərəfindən 2018-2019-cu illər üzrə (xx.xx.2018-xx.xx.2019) detallı şəkildə malın, işin və xidmətin alınmasını (satılmasını) təsdiq edən sənədin tarixi, malın dəyəri, ƏDV-si, elektron vergi hesab fakturasının tarixi, malın dəyəri, ƏDV-si, ödəniş sənədinin tarixi, məbləği, ƏDV-nin depozit hesabı üzrə əməliyyatların (mədaxil və məxaric) tarixi, məbləği və səyyar vergi yoxlaması nəticəsində vergi tutulan əməliyyatın müəyyən edilən tarixi barədə izahlı cədvəl təqdim edilmişdir.

30. Cavabdeh 2018-ci il üzrə hesablamanı aparmağa səlahiyyətli olmamışdır (yuxarıda qeyd edildiyi kimi 3 ildən əvvəlki dövrü əhatə etdiyi üçün) Qeyd edilən normanın cavabdeh tərəfindən tətbiqi nəticəsində iddiaçının hüquq məsuliyyətinin yaranması şübhəsizdir (dövriyyənin (vergi tutulan əməliyyatın vaxtını) aylar üzrə düzgün göstərilməməsi). Lakin 2019-cu il üzrə aparılmış hesablama əsaslı olmaqla Vergi Məcəlləsinin 166.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına uyğun tətbiq edilmişdir.

31. 2020-2021-ci illərə münasibətdə də hesablamanın əsası ödəyici tərəfindən idxal olunan mallar üzrə ƏDV dövriyyəsinin (vergi tutulan əməliyyatın vaxtının) Vergi Məcəlləsinin 170 və 175-ci maddələrinə uyğun olaraq düzgün göstərilməməsi ilə bağlı olmuşdur. Belə ki, malların idxal edilməsi vaxtı gömrük rüsumları tutulduğu vaxt kimi nəzərə alınmalı və əvəzləşdirilən ƏDV-nin vaxtı gömrük rüsumunun ödənildiyi tarixdən hesablanmalıdır.

32. Vergi Məcəlləsinin 170-ci maddəsinə əsasən, gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Əgər idxal olunan mallar gömrük rüsumlarından azad edilirsə, malların idxal edilməsi vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt sayılır.

33. Vergi Məcəlləsinin 175.1-ci maddənin xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyasıya əsasən: 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: ...175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq.

34. Məhkəmə bununla bağlı iddiaçının dəlillərini əsaslı hesab etməyərək bildirir ki (belə ki, ödəyici bildirir ki, kameral vergi yoxlaması zamanı həmin uyğunsuzluq müəyyən edilmədiyindən səyyar vergi yoxlaması zamanı əlavə hesablama aparıla və azaldılmış məbləğə maliyyə sanksiyasıt tətbiq edilə bilməz), vergi yoxlaması növünü və vergi nəzarət tədbirini seçmək vergi orqanının hüququdur. Ödəyici tərəfindən təqdim edilmiş ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması zamanı ödəyicinin məsuliyyətə cəlb edilməməsi səyyar vergi yoxlaması zamanı vergi orqanının həmin tədiyyə üzrə yoxlama aparmasını və pozuntu müəyyən etdiyi zaman (konkret halda dövriyyənin (vergi tutulan əməliyyatın vaxrının) aylar üzrə düzgün göstərilməməsi) ödəyicinin məsuliyyətə cəlb etməsini istisna etmir. Bu hüququ istisna edən maddi hüquq norması yoxdur.

35. Odur ki, 2019, 2020, 2021-ci illərin ƏDV hesablaması və azaldılmış məbləğə uyğun olaraq 50% maliyyə sanksiyası hissəsində qərar əsaslıdır, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

36. Ödəmə mənbəyində tutulan vergiyə və ona hesablanan maliyyə sanksiyasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh 2018-ci il üzrə hesablamanı aparmağa səlahiyyətli olmamışdır (yuxarıda qeyd edildiyi kimi 3 ildən əvvəlki dövrü əhatə etdiyi üçün). Digər illərə (2019, 2020 və 2021-ci illər) münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh nəzərə almamışdır ki, şəxsin təsisçisi oluğu hüquqi şəxsə investisiya qoyuluşu etdikdə (o cümlədən faizssiz borc verdikdə) bu əməliyyatdan birbaşa gəlir əldə etmir, yalnız biznesin nəticəsindən asılı olaraq əldə edəcəyi dividenddən ödəmə mənbəyində vergi ödəyir.

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsindən: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

38. Vergi Məcəlləsindən: 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir.

39. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının mənfəətini müəyyən etməmişdir.

40. Cavabdeh qeyd etmişdir ki, yoxlanılan dövr ərzində təsisçiyə qaytarılan məbləğlər nəzərə alınmaqla dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə təsisçinin borc məbləği 231 679,00 manat olmuşdur. Vergi Məcəlləsinin 110-cu və 123-cü maddələrinə əsasən təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə oxşar müddətə verilmiş banklar arası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına ÖMV hesablanmışdır.

41. Belə ki, vergi orqanı iddiaçının və ya onun təsisçisinin müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs olmasını müəyyən etmədən təsisçisi olduğu hüquqi şəxslə arasında olan borc (kredit) münasibətlərində ehtimallara əsaslanmaqla Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsinə əsasən mənfəətinin olduğu qənaətinə gəlmişdir. Lakin nəzərə almamışdır ki, faizsiz borc özlüyündə vergitutma məqsədləri üçün mal (iş, xidmət) hesab edilə bilməz.

42. İş materiallarından da görünür ki, borc müqaviləsinin tərəfləri qarşılıqlı surətdə asılı olan şəxslər olduğu üçün cavabdeh vergi orqanı bazar qiyməti tətbiq edilərək faiz gəlirlərindən ödəmə mənbəyində vergi hesablanan zaman Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə istinad etmişdir.

43. İş materialları araşdırılaraq məhkəmə hesab edir ki, bazar qiyməti tətbiq edilərək vergi məbləği hesablanan zaman Vergi Məcəlləsinin 14.5-ci maddəsinə uyğun olaraq şəxslərin qarşılıqlı surətdə asılılığı əməliyyatın nəticəsinə təsir göstərməmişdir və ya borc faizlə verilmiş olsaydı, bu zaman hesablanmalı olan faiz xərcləri ödəyicinin gəlirindən çıxılmalı idi. Başqa sözlə ifadə etsək, borc faizlə verilmiş olsaydı, ödənilməli faiz xərcləri mənfəətin azalmasına xidmət edəcəkdi ki, bu da ağlabatan görünmür. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə sasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Məhz bu səbəbdən “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarının əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür.”

44. İş materialları araşdırılaraq məhkəmə hesab edir ki, şəxslərin qarşılıqlı surətdə asılılığı əməliyyatın nəticəsinə təsir göstərmir. Eyni zamanda vergi məbləği hesablanan zaman Vergi Məcəlləsinin 134, 135 və 136-cı maddələrinə əsasən hesablama metodundan istifadə olunarkən gəlirin və xərclərin uçotu qaydaları, həmçinin gəlirin əldə edilməsi (xərcin çəkilməsi) vaxtı ilə bağlı tələblər nəzərə alınmalı idi. Məhkəmə hesab edir ki, faiz gəlirinə bazar qiyməti tətbiq edilərək vergi məbləği hesablanırsa, həmin faiz gəliri (müəssisəyə münasibətdə faiz xərcləri) müəssisənin mənfəətini azaltmalı idi ki, cavabdeh vergi orqanı bu məqamları da nəzərə almamışdır.

45. Həmçinin cavabdeh vergi orqanı iddiaçı vergi ödəyicisinə bazar qiyməti tətbiq edilməklə vergi məbləği hesablanan zaman həm səyyar vergi yoxlaması aktında həm də mübahisələndiriən Qərarda hansı faiz dərəcəsinin tətbiq edilməsi qeyd edilməməklə yanaşı, Vergi Məcəlləsinin 14.6.1-cı maddəsinin müddəaları nəzərə almadığı üçün aparılmış hesablama əsassızdır və mübahisələndirilən qərar bu hissədə də ləğv olunmalıdır.

46. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə ödəmə mənbəyində vergi ilə bağlı ekspert rəyi ilə müəyyən edilmiş qənaətə tənqidi yanaşır.

47. Səyyar vergi yoxlaması aktında göstərilən digər məsələlər üzrə ödəyici vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilməmiş, odur ki, iddia tələbində qeyd edilən həmin hallara (işçilərlə bağlanmış xidməti müqavilələrlə bağlı) münasibət bildirilməsi zərurəti yoxdur.

48. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

49. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

50. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 04 oktyabr 2022-ci il tarixli **********163040 nömrəli qərarı mənfəət vergisi və ona hesablanmış maliyyə sanksiyası; 2018-ci il üzrə ƏDV və ona hesablanmış maliyyə sanksiyası; ödəmə mənbəyində vergi və ona hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar