Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5375/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiaçının ailə üzvlərinin sayı nəzərə alınmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağı barədə inzibati aktı qəbul etmək vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə ediməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Qarabağ döyüşlarinda iştirak edərək əlil olmuşdur. İddiaçı İİ qrup müddətsiz əlildir. Qarabağ döyüşlərində iştirakla əlaqədar 350 manat prezident təqaüdü alır. Pensiyaçı kimi isə ömürlük 260 manat pensiya alır. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var. Hal-hazırda yaşadığı mənzilin sahəsi 39.69 kv.m-dir. Bu isə 5 nəfərlik ailə üçun həddən artıq kiçikdir. Mənzil növbəsinə götürülmə ilə əlaqadar iddiaçı Cavabdehnə müraciət etsə də ona bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qisminda uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Nazirləri Kabineti tərəfindən müəyyən edilmədiyindən xahişinizin təmin edilməsi imkan xaricindədir. İddiaçı hesab edir ki, Cavabdeh imtinası qanunsuz və əsassızdır. Cavabdeh qurumun imtina cavabında qanunvericiliyin qeyd olunan normalarında nəzərdə tutulmuş imtina üçün əsasların heç biri mövcud deyidir. Qeyd edilen normalardan görünür ki, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədləri müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün esas meyar onun yaşayış sahəsi ilə təmin edən yaşayış sahəsin normasıdır. Bu zaman uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Mənzil Məcəlləsinin 49.5-cı maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün yaşayış sahəsinin uçot normasının və 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Lakin, hazırkı tarixədək bu qaydalar qəbul edilməmişdir. Hazırda Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Azerbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələlərinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar"ı qüvvədədir ki, həmin Qaydaların 26-cı hissəsinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. İddiaçı hesab edir ki, şəxsi yaşayış sahəsinə ehtiyacı olan qimsində onun yaşayış sahəsi ilə təmin olunması üçün uçot səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas qismində çıxış edən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması 8 kvadratmetrden az ola bilməz. İddiaçı qeyd edir ki, onun ailə üzvləri xx.xx.1971-ci il təvəllüdlü arvadı X3 və üç övladıdır. Hazırda mülkiyyətində bir mənzil mövcuddur. Həmin ünvan 5, 29 saylı mənzilin ümumi sahəsi 75 kv.m olsa da gərəkli olan yaşayış sahəsi 39 kv.m-dir. Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan 50.2-ci maddəsinin tələbi baxımından 5 nəfər ailə üzvü üçün nəzərdə tutulmuş uçot normasından azdır. İddiaçı hesab edir ki, mülkiyyətində olan mənzilin yaşayış sahəsinin ölçüsü onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağı üçün əsas verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim etməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu. - Daşınmaz Dövlət Reyesteri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış; - Daşınmaz Dövlət Reyesteri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış; - Daşınmaz Dövlət Reyesteri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış; - Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmənin sorğusuna cavab məktubu; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmənin sorğusuna cavab məktubu.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq xx.xx.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmədiyindən xahişinizin təmin edilməsi imkan xaricindədir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il-ci il tarixli müraciətə cavab məktubunda qeyd etmişdir ki, müracətinizdə siz yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmağınızı xahiş edirsiniz. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilməlidir. Lakin həmin qaydalar müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qaldırdığınız məsələyə baxılacaq. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçı cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, ailə üzvlərinin sayı nəzərə alınmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağı öhdəliyinin Bakı şəhəri Cavabdehnə həvalə ediməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının 2002-ci ildə mənzillə təmin olunması və həmin mənzilin ümumi sahəsinin 75 kv.m olması işin mübahisəsiz halıdır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarında olan, Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda X2 adına Respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilmədiyi qeyd edilmişdir. İş materiallarında olan, Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda X4 adına Respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilmədiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda İddiaçı adına ünvan 4 ünvanda yerləşən (2 otaq, ü/s 75 kv.m, y/s 39 kv.m) 29 saylı mənzil aşkar edilmişdir. Məhkəmə işin araşdırılması məqsədi ilə İddiaçı adına Azərbaycan Respublikası ərazisində (əvvəl və hazırki dövrdə) hər hansı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi ilə bağlı olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə sorğu ünvanlamış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubda qeyd etmişdir ki, İddiaçı adına ünvan 5 ünvanında yerləşən 29 nömrəli mənzil qeydiyyata alınmışdır. Həmçinin İddiaçı adına ünvan 6 ünvanında yerləşən 7 nömrəli mənzilin 1/3 hissəsi qeydiyyata alınmış, lakin xx.xx.2022-ci il tarixli, 4Ə-96 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Məhkəmə eyni zamanda Bakı şəhəri Cavabdehnə sorğu məktubu ilə müraciət edərək, İddiaçı mənzil növbəsinə götürülüb-götürülməməsi barədə, mənzil növbəsinə götürüldüyü təqdirdə onun mənzil növbəsinə götürülməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətini həmçinin İddiaçı mənzillə təmin edilib-edilməməsi barədə məlumat, mənzillə təmin edildiyi təqdirdə onun mənzillə təmin edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətini və nəzərə alınan ailə üzvləri barədə məlumatın məhkəməyə təqdim edilməsini tələb etmişdir. Bakı şəhəri Cavabdeh tərəfidən məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X1 RİH müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş etmiş, lakin onun xahişi təmin edilməmişdir. Bildirilmişdir ki, İddiaçı daha öncə mənzil növbəsində olduğundan o, 2002-ci il də ümumi sahəsi 56,69 kv.m olan mənzillə təmin edilmişdir. Sorğuya əlavə olaraq 44 saylı MKİS-nin arayışı əlavə edilmişdir. Arayışda qeyd edilmişdir ki, Oskar Əfəndiyev küçəsi ev 1 A mənzil 29 da qeydiyyatda olan və yaşayan X5 həmin mənzil (ümumi sahəsi 56,69 kv.m) xx.xx.2002-ci il tarixdə 034058 nömrəli Order əsasında verilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmasa da qanunidir. Belə ki, iddia tələbi bir neçə əsasa görə təmin edilə bilməz. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə yol vermişdir. Belə ki, İddiaçı adına ünvan 6 ünvanında yerləşən 7 nömrəli mənzilin 1/3 hissəsi qeydiyyata alınmış, lakin xx.xx.2022-ci il tarixli, 4Ə-96 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Qeyd edilən niyyətlə hərəkət etdiyi, yəni yaşayış sahəsi ilə təmin olunması məqsədilə özünün pay haqqının bağışladığını xx.xx.20023-cü il tarixli iclasda iddiaçı özü də etiraf etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun 31.1-ci bəndinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Mənzil Məcəlləsinin 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: Mənzil Məcəlləsinin 50.1.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; Mənzil Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; Mənzil Məcəlləsinin 50.1.3-cü maddəsinə əsasən yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; Mənzil Məcəlləsinin 50.1.4-cu maddəsinə əsasən bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. İddianın təmin olunmamasının digər əsası iddiaçıya 2002-ci ildə mənzil verilərkən qüvvədə olan qanunvericiliyə əsasən ailə üzvlərinin sayı (özü ilə birlikdə ümumlikdə 4 nəfər olmaqla) nəzərə alındıqda adambaşına düşən normadan artıq sahə verildiyi müəyyən olunur. Belə ki, həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən adambaşına düşən norma 9 kv.m təşkil etdiyi halda o, 2002-ci il də ümumi sahəsi 56,69 kv.m olan (çıxarışa əsasən ümumi sahəsi 75 kv.m) mənzillə təmin edilmiş (4 nəfər x 9 = 36 kv.m) və ünvan 5 ünvanında yerləşən 29 nömrəli mənzil iddiaçının adına qeydiyyata alınmışdır. Beləliklə də, iddiaçı mənzil təmin olunarkən onun ailə üzvlərinin sayı nəzərə alındıqda qüvvədən olan qanunvericiliyə əsasən adambaşına düşən normalara uyğun sahə ilə təmin olunduğu müəyyən olunur. “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin “Nümunəvi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların İİİ. Vətəndaşlara yaşayış sahəsi verilməsi qaydası müəyyən edilmişdir. Həmin Qaydaların 24-cü bəndinə əsasən yaşayış sahəsi mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan aşağıdakı şəxslərə birinci növbədə verilir: ... d) İİ qrup əmək əlillərinə, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə və hərbi qulluqçular arasından İİ qrup əlillərə; Həmin Qaydaların 26-cı bəndində yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasinin 25 avqust 1992-ci il tarixli 284 nömrəli Qanununa əsasən Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Məhkəmə iddiaçının ona verilmiş mənzilin ölçülərinin 56 kv.m olmasına (çıxarışda 75 kv.m) baxmayaraq, yaşayış sahəsinin 39 kv.m olması dəlili ilə bağlı aşağıdakıları bildirir. Mənzil Məcəlləsinin 50.2-ci maddəsin əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə həmçinin qeyd edir ki, Mənzil Məcəlləsinin 50-ci maddəsnin tələbindən göründüyü kimi, uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar və uçot norması hesablanarkən vətəndaşa və onun ailə üvlərinə mülkiyyət hüququ ilə məxsus olan bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmalıdır. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən qanunvericilikdə adambaşına düşən normanın mənzilin yaşayış sahəsindən deyil, ümumi sahəsindən hesablandığı müəyyən olunur. İddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsi isə 75 kv.m olduğu müəyyən olunmuşdur. Həmçinin məhkəmə iddiaçının ailə üzvlərinin sayı sonradan artdığından, ona uyğun olaraq mənzillə təmin olunma dəlili ilə bağlı aşağıdakıları bildirir. Məhkəmə qeyd edir ki, iddiaçının ailə üzvlərinin sayında və ya onun sosial statusunda hər hansı dəyişikliyin baş verməsi yeni məhkəmə mübahisələrinin yaranmasına əsas verə bilməz. Belə ki, qeyd edilən hallar baş verdikdə və ya hər dəfə qanunvericiliyə dəyişiklik edildikdə yeni mübahisə yaranacaqdır və bu hal da sonsuz məhkəmə proseslərinə rəvac verəcəkdir. Belə olan halda hüquqda müəyyənlik prinsipi öz əhəmiyyətini itirmiş olacaqdır. Hüquqi müəyyənlik, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Əlavə olaraq, məhkəmə qeyd edir ki, dövlət mənzil fonduna aid olan yuxarıda göstərilən mənzili əvəzsiz olaraq özəlləşdirərək bu hüququndan bir dəfə istifadə etdiyindən bu hüquqdan bir daha istifadə edə bilməz. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Beləliklə də, hazırki halda iddiaçıya münasibətdə qeyd olunmalıdır ki, o, həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmir. Belə ki, hazırda istifadəsində və mülkiyyətində yaşayış evinin olması, eyni zamanda mülkiyyətində olmuş evin qəsdən mənzil şəraitinin pisləşdirilməsi məqsədi ilə bağışlanma müqaviləsi əsasında özgəninkiləşdirilməsi iddiaçını yaşayış sahəsinə ehtiyacı olan vətəndaş olmaq hüququndan məhrum edir. Belə olduqda isə iddiaçının müvafiq əsasla mənzil uçotuna alınması üçün də hər hansı əsas müəyyən olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ailə üzvlərinin sayı nəzərə alınmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağı barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsinə dair iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev