Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5377/2025 11.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı X10, X29, X13, X24, X30, X31, X55, X32, X14, X15, X25, X33, X8, X48, X16, X49, X26, X27, X50 və X42 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxslər X29 və X18 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı X10, X29, X13, X24, X30, X31, X55, X32, X14, X15, X25, X33, X8, X48, X16, X49, X26, X27, X50 və X42 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə (bundan Xətai RPİ) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X10, X29, X13, X24, X30, X31, X55, X32, X14, X15, X25, X33, X8, X48, X16, X49, X26, X27, X50 və X18 Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsi, ev 8 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə aid pasporta əsasən Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Belə ki, X10, X29, X13, X24, X30, X31, X55, X32, X14, X15, X25, X33, X8, X48, X16, X49, X26, X27, X50 və X42 müxtəlif vaxtlarda qeyd olunan ünvana qeydiyyata düşmüşlər. Onların ona məxsus fərdi yaşayış evinə hansı şəraitdə və vəziyyətdə qeydiyyata düşmələrini bilmir. Hazırda o, adıçəkilən şəxslərin mülkiyyətində olan mənzildə qeydiyyatda qalmalarını istəmir. Onların mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olmaları mülkiyyətçi hüquqlarını tam həyata keçirməyə imkan vermir. Adı çəkilən şəxslərin hər birinin mülkiyyətində olan mənzilə qeydiyyatları formal olmuş, həmin mənzildə ümumiyyətlə yaşamamışlar. Onların necə və hansı əsasla mülkiyyətində olan mənzilə qeydiyyata düşmələrindən məlumatı olmamışdır. Qeydiyyatda olduqlarına görə o, onların əvəzinə bir sıra kommunal xərcləri ödəmək məcburiyyətində qalır. Hesab edir ki, onlar mülkiyyətində olan mənzildə qeydiyyatları formal olduğundan qeydiyyatdan çıxarılmalıdırlar. Buna görə də, o, 03 dekabr 2024-cü il tarixdə Xətai RPİ-yə müraciət edərək adıçəkilən şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etsə də müraciəti icrasız və nəticəsiz qalmışdır. Buna görə o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, xx.xx.1959-cu il təvəllüdlü X10, xx.xx.1958-ci il təvəllüdlü X29, xx.xx.1976-cı il təvəllüdlü X13, xx.xx.1978-ci il təvəllüdlü X24, xx.xx.2000ci il təvəllüdlü X30, xx.xx.1967-ci il təvəllüdlü X31, xx.xx.2001-ci il təvəllüdlü X55, xx.xx.1982-ci il təvəllüdlü X32, xx.xx.1963-cü il təvəllüdlü X14, xx.xx.1963-cü il təvəllüdlü X15, xx.xx.1985-ci il təvəllüdlü X25, xx.xx.1972-ci il təvəllüdlü X33, xx.xx.1984-cü il təvəllüdlü X8, xx.xx.2004-cü il təvəllüdlü X48, xx.xx.1982-ci il təvəllüdlü X16, xx.xx.2002-ci il təvəllüdlü X49, xx.xx.1987-ci il təvəllüdlü X26, xx.xx.1986-cı il təvəllüdlü X27, xx.xx.2003-cü il təvəllüdlü X56 və xx.xx.1984-cü il təvəllüdlü X42 zəruri cəlb etmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan və digər üçüncü şəxslər tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Üçüncü şəxslər X29, X15, X16, X48, X43 və X42 tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmuşdur. Üçüncü şəxslərin iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Üçüncü şəxslər X29 və X18 məhkəməyə təqdim etdiyi iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyət hüququnu təsdiq edən (çıxarış) əsaslı sənədi yoxdur. İddiaçı həmçinin göstərib ki, mənzilin bütün kommunal xərclərini o, ödəyir, onların mübahisəli mənzildə qeydiyyatda olması ona maddi cəhətdən ziyan vurduğundan o, əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır. İddiaçının bu iddiası da əsassızdır. Hal-hazırda bütün kommunal (su, qaz, elektirik) xidmətləri sayğac vasitəsi ilə aparıldığından vətəndaşlardan sayğacın göstəricisindən əlavə ödəniş alınmır. Onların mübahisəli mənzildə pasport qeydiyyatında qalması iddiaçıya hər hansı çətinlik yaratmır. Çünki hazırda bütün kommunal ödənişlər işlədilən sərfiyyata uyğun olaraq ödənilir. Buna görə də bu, iddiaçıya maddi ziyan vurmur. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub - olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Çıxarış şəxsin mülkiyyət hüququnu təsdiq edən yeganə sənəddir. İddia ərzəsindən görünür ki, iddiaçı mülkiyyət hüququnu təsdiq edən sənəd kimi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasporta” istinad edib. Bu sənəd mülkiyyət hüququnu təsdiq edən Çıxarış deyil və çıxarışı da əvəz edə bilməz. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, cavabdeh inzibati orqan isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X29 və X42 məhkəmə iclasına təqdim etdikləri yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxslər X14, X33, X32 və X55 iddianı qəbul etməyərək, Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsi, ev 8 ünvanında yerləşən özlərinə məxsus fərdi yaşayış evində yaşamaqla, həmin evdə qeydiyyatda olduqlarını, fərdi yaşayış evinə dair gözlənilən mülkiyyət hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərə (texniki pasport) malik olduqlarını və yaşadıqları fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan yaşayış evi ilə ilə eyni ünvanda olmasına baxmayaraq, həmin evlərin bir-birinə heç bir aidiyyətinin olmadığını bildirərək, iddianın təmin olunmamasını xahiş etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan; AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsi, ev 8 ünvanına dair texniki pasport tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixdə “Asan 1” tərəfindən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X10, xx.xx.1958ci il təvəllüdlü X29, xx.xx.1976-cı il təvəllüdlü X13, xx.xx.1978-ci il təvəllüdlü X24, xx.xx.2000-ci il təvəllüdlü X30, xx.xx.1967-ci il təvəllüdlü X31, xx.xx.2001-ci il təvəllüdlü X55, xx.xx.1982-ci il təvəllüdlü X32, xx.xx.1963-cü il təvəllüdlü X14, xx.xx.1963-cü il təvəllüdlü X15, xx.xx.1985-ci il təvəllüdlü X25, xx.xx.1972-ci il təvəllüdlü X33, xx.xx.1984cü il təvəllüdlü X8, xx.xx.2004-cü il təvəllüdlü X48, xx.xx.1982-ci il təvəllüdlü X16, xx.xx.2002-ci il təvəllüdlü X49, xx.xx.1987-ci il təvəllüdlü X26, xx.xx.1986-cı il təvəllüdlü X27, xx.xx.2003-cü il təvəllüdlü X50 və xx.xx.1984-cü il təvəllüdlü X42 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 5 ünvanlanmış 11 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki; - Bakı şəhəri, ünvan 6 ünvanında bir neçə fərdi yaşayış evi mövcuddur. X2 və aşağıdakı ailə üzvləri sözügedən ünvanda ayrı təsərrüfat kimi yaşayırlar. arvadı X15, oğlu X42, qızı X16, nəvəsi X43, nəvəsi X48. - Digər ayrı təsərrüfatda X14 və aşağıdakı ailə üzvləri yaşayırlar: X6, qızı X8, nəvəsi X19, nəvəsi X20. - Digər ayrı təsərrüfatda X33 və aşağıdakı ailə üzvləri yaşayır : X4, X50, oğlu X55. - 7-ci Əhmədli (yeni adı Həmid Cəfərli) küçəsi ev 8 ünvanında yaşayan vətəndaşların dediyinə görə X10 və aşağıdakı ailə üzvləri həmin ünvanda yaşamır: X11, oğlu X35, qızı X13, nəvəsi X44, nəvəsi X51, nəvəsi X21. - X3 və ailə üzvləri uzun müddətdir həmin ünvanda yaşamırlar: X12, oğlu X49. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən X22 verilmiş 118 saylı, xx.xx.2025-ci il tarixli arayışda Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsi, ev 8 ünvanında 2002-ci ildən X32, X50, oğlu X36 qeydiyyatda olduğu göstərilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərfindən X5 verilmiş 117 saylı, xx.xx.2025-ci il tarixli arayışda Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsi, ev 8 ünvanında 1982-ci ildən X26, X8, X19, X9 qeydiyyatda olduğu göstərilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərfindən X23 verilmiş 106 saylı, xx.xx.2025-ci il tarixli arayışda Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsi, ev 8 ünvanında xx.xx.2006-cı ildən qeydiyyatda olduğu göstərilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən X1 adına Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsi, ev 8 ünvanına dair texniki pasport tərtib olunmuşdur. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhəri Xətai RPİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-55/2-Q-39641 №li cavab məktubunda qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır.
1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən
2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən
3. öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında
4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim edildiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər.
Məhkəmənin müvafiq sorğusuna cavab olaraq;
Xətai RPİ tərəfindən xx.xx.2024-cü il tarixli, 3-13-55/2-3129 saylı məktubu ilə X66, X67, X58, X68, X28,X60, X57,X40, X41, X17 adına sənədləşən fərdi uçot kartoçkasının surətləri göndərilmişdir. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18/2-1502/2025 saylı məktubda göstərilmişdir ki, X10 xx.xx.2003-cü il tarixdən, X29 xx.xx.2006-cı il tarixdən, xx.xx.2003-cü il tarixdən, X24 xx.xx.2005-ci il tarixdən, X30 xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, X31 xx.xx.2005-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, X55 xx.xx.2014-cü il tarixdən, X32 xx.xx.2005-ci il tarixdən, X14 xx.xx.2005-ci il tarixdən, X15 xx.xx.2008-ci il tarixdən, X25 xx.xx.2002-ci il tarixdən, X33 xx.xx.2002-ci il tarixdən, X8 xx.xx.2002- ci il tarixdən, X48 xx.xx.2014-cü il tarixdən, X16 xx.xx.2008-ci il tarixdən, X49 xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək, X26 xx.xx.2005-ci il tarixdən, X27 xx.xx.2011-ci il tarixdən, X50 xx.xx.2014-cü il tarixdən, X42 xx.xx.2008-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsi, ev 8 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-5571/2025 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsi, 8 saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
Tətbiq edilən hüquq.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir; 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
Məhkəmənin mövqeyi.
Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin və üçüncü şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxsin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxslərdən xx.xx.1959-cu il təvəllüdlü X10, xx.xx.1958-ci il təvəllüdlü X29, xx.xx.1976-cı il təvəllüdlü X13, xx.xx.1978-ci il təvəllüdlü X24, xx.xx.2000-ci il təvəllüdlü X30, xx.xx.1963-cü il təvəllüdlü X15, xx.xx.1985ci il təvəllüdlü X25, X48, xx.xx.1982-ci il təvəllüdlü X16, xx.xx.2002-ci il təvəllüdlü X49, xx.xx.1986-cı il təvəllüdlü X27 və xx.xx.1984-cü il təvəllüdlü X42 müvafiq olaraq həmin ünvanda qeydiyyatda olmalarına baxmayaraq orada yaşamırlar, digərləri isə yaşamış olsalar da belə mübahisəli ünvana dair gözlənilən mülkiyyət hüququnu təsdiq edən sənədləri mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, adları çəkilən şəxslərin iddiaçıya məxsus fərdi yaşayış evinə aid olan ünvanda qeydiyyatda qalmaları onun qanunla qorunan (gözlənilən mülkiyyət hüququ) hüquqlarının pozulmasına səbəb olur və qeyd olunan şəxslərə münasibətdə iddia əsaslı hesab olunmaqla, təmin olunmalıdır. Digər üçüncü şəxslər xx.xx.2001-ci il təvəllüdlü X55, xx.xx.1982-ci il təvəllüdlü X32, xx.xx.1963-cü il təvəllüdlü X14, xx.xx.1972-ci il təvəllüdlü X33, xx.xx.1984-cü il təvəllüdlü X8, xx.xx.1987-ci il təvəllüdlü X26 və xx.xx.2003-cü il təvəllüdlü X37 münasibətdə isə, iddia tələbi təqdim olunmuş Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X1 adına Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsi, ev 8 ünvanına dair tərtib olunmuş texniki pasporta əsasən gözlənilən mülkiyyət hüquqlarının olduğu nəzərə alınmaqla təmin olunamamalıdır . İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia xx.xx.1959-cu il təvəllüdlü X10, xx.xx.1958-ci il təvəllüdlü X29, xx.xx.1976-cı il təvəllüdlü X13, xx.xx.1978-ci il təvəllüdlü X24, xx.xx.2000-ci il təvəllüdlü X30, xx.xx.1963-cü il təvəllüdlü X15, xx.xx.1985-ci il təvəllüdlü X25, X48, xx.xx.1982-ci il təvəllüdlü X16, xx.xx.2002-ci il təvəllüdlü X49, xx.xx.1986-cı il təvəllüdlü X27 və xx.xx.1984-cü il təvəllüdlü X18 mübahisəli ünvandan qeydiyyatdan çıxarılmaları hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia qismən təmin edilsin. Üçüncü şəxslər – xx.xx.1959-cu il təvəllüdlü X10, xx.xx.1958-ci il təvəllüdlü X29, xx.xx.1976-cı il təvəllüdlü X13, xx.xx.1978-ci il təvəllüdlü X24, xx.xx.2000-ci il təvəllüdlü X30, xx.xx.1963-cü il təvəllüdlü X15, xx.xx.1985-ci il təvəllüdlü X25, X48, xx.xx.1982-ci il təvəllüdlü X16, xx.xx.2002-ci il təvəllüdlü X49, xx.xx.1986-cı il təvəllüdlü X27 və xx.xx.1984-cü il təvəllüdlü X18 Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsi, ev 8 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev