Məhkəmə qərarları › İş №2-1(112)-538/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-538/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-538/2020 04.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xəstəliklərinə görə əlillik dərəsinin müəyyən edilməsi, cavabdehin ona əlillik dərəcəsinin etirazına dair rəyinin ləğv olunması və onun əlil hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ilə əvəz edilmişdir. Eyni zamanda iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, uzun müddətdir müxtəlif xəstəliklərdən əzab çəkir. Belə ki, şəkər xəstəliyi, böyrək sallanması, qısa müddətə şüurun itməsi ilə nəticələnən xəstəliklərin, o cümlədən onurğa-bel nahiyəsində kəskin deşik ağrıları, bundan başqa şiş xarakterli qalxanabənzər xərçəng xəstəliklərinə düçar olmuşdur. Səhhəti ilə bağlı Bakı şəhər Baş Səhiyyə idarəsi klinik xəstəxanasında müalicə almış və ona TQS N027 saylı çıxarış verilmişdir. Həmin çıxarışa əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şəkərli diabetdən müalicə olunması və sağalmaması göstərilmişdir. Bundan başqa 3 saylı Bakı şəhər Baş Səhiyyə idarəsinin göndərişi əsasında şəhər klinik xəstəxanasında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müalicə almışdır. O, Bakı Respublika Endokrinoloji Mərkəzində müalicə almış və ağır vəziyyətdə xəstə olması qeyd olunmuşdur. Bundan sonra təkrarən Bakı şəhər Baş Səhiyyə idarəsinin 3 saylı klinikasında müalicə olunmuş, lakin ağır xəstə olaraq qalmışdır. “Uni” klinika xəstəxanasının verdiyi epikriza əsasən anal nahiyədə ağrı, qəbizlik, düz bağırsaqda qanaxma, halsızlıq diaqnozları ilə 523 saylı epikriz verilmişdir. xx xxxxx 2019-cu il tarixdə məhkəmə tibbi ekspertiza və pataloji anatomiya ETT birliyinin Binəqədi rayon şöbəsinin histoptoloji müayinə aktı verilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 5 saylı Xidmət və Əməliyyat Mərkəzinin 599 saylı arayışına əsasən uzun müddət xəstə olması öz əksini tapmışdır. Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin xx xxxx 2019-cu il tarixli patositmorfologiya rəyi, “Uni” klinkanın 337 saylı epikrizi, Vita Med hospitalın xx xxxx 2019-cu il tarixli nəticə arayışı, Milli Onkalogiya Mərkəzinin əməliyyat edilmə barədə xx.xx.2019-cu il tarixli və yenə Milli Onkalogiya Mərkəzinin xx.xx.2019-cu il tarixli epikrizlərinə əsasən onun iş qabiliyyətinin xəstəliyinə görə itirilməsi və əlillik dərəcəsinin müəyyən edilmə faktına görə Tibbi Sosial Ekspertiza Komissiyasına sənədləri göndərilmişdir. Lakin qeyri şəffaf olan Tibbi Sosial Ekspertiza Komissiyası müxtəlif süründürməçiliyə yol verməklə ona xəstəliyə görə əlillik dərəcəsinin verilməsindən imtina etmişdir. İmtinanın səbəbləri kimi əlavə müalicəyə ehtiyac olmasını, ağırlaşmaların əlillik dərəcəsi müəyyən edilməsi üçün faktın olmamasını, əmək qabiliyyətini itirmə vərəqəsinin günlərinin tam olunması və 180 gün müalicədə olmaması bəhanə gətirilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz daxil olmuşdur. Etirazda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2736003AADDW saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 2736003AADDW saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2009-cu ıl tarixdə başlamışdır. Əsas xəstəlik kimi “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip 1, insulindən asılı, ağır gedişli labil forma” diaqnozu, ağırlaşma kimi isə “Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı, diabetik nefropatiya, Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), OU- diabetik retinopatiya. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə), diabetik polineyrpatiya” diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “Essensial (birincili) hipertenziya, essensial hipertenziya mərhələ İİ, risk 3. Enmiş xayanın bədxassəli yenitörəməsi, sağ xayanın Cr-i. İ mərhələ” xəstəliyi qeyd edilmişdir. Qeyd edilmiş diaqnoz və ağırlaşmalar əsasında Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq əlillik təyinatı aparmaq mümkün deyil. Belə ki, Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.7. bəndinə uyğun olaraq “2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər” ikinci dərəcə, 2.3.7. bəndinə uyğun olaraq isə “İİ mərhələ bədxassəli şişlər” üçüncü dərəcə əlilliyin təyininə əsas verir. Səhiyyə müəssisəsinin 2736003AADDW saylı göndərişində İddiaçı şəkərli diabet xəstəliyinin hədəf orqanlarda törətdiyi dəyişiklərin ağırlıq dərəcəsi qeyd edilmədiyindən hansı funksiya pozuntularının olması məlum olmur. Həmçinin yanaşı xəstəlik kimi qeyd edilmiş “Sağ xayanın Cr-i. İ mərhələ” xəstəliyi də əlilliyin təyininə əsas vermir. Həmçinin xəstəliyi gözlərin görmə itiliyi, böyrək funksiyasının vəziyyətini əks etdirən biokimyəvi müayinələrin nəticəsi qeyd edilməyib. Buna görə də əlillik dərəcəsi təyin etmək mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə Əlillik altsistemi üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar əsaslandırılmamışdır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçıya əlilliyinin təyinindən imtina edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə doğulmuşdur. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, müayinə olunan şəxs İddiaçı, əsas diaqnoz və ağırlaşmaları əlillik əlamətləri təyin etmir, əmək qabiliyyəti itirmə vərəqəsi günləri tam deyil, 180 gün olmalıdır səbəbi ilə əlilliyin müəyyən edilməsi barədə müraciətin təmin edilməsindən imtina edilmişdir. Qiymətləndirmə tarixi xx.xx.2019-cu il, Forma 088 № 2736003AADDW, daqnoz şəkərli diabet. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli **********8 saylı məktubunda qeyd edilir: İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2736003AADDW saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 2736003AADDW saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2009-cu il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip 1, insulindən asılı, ağır gedişli labil forma” diaqnozu, ağırlaşma kimi isə "Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı, diabetik nefropatiya, Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), OU-diabetik retinopatiya. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), diabetik polineyrpatiya" diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “Essensial [birincili] hipertenziya,essensial hipertenziya mərhələ İİ, risk 3. Enmiş xayanın bədxassəli yenitörəməsi, sağ xayanın Cr-i. İ mərhələ.” xəstəliyi qeyd edilmişdir. Bildiririk ki, qeyd edilmiş diaqnoz və ağırlaşmalar əsasında Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq əlillik təyinatı aparmaq mümkün deyil. Belə ki, Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.7. bəndinə uyğun olaraq "2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər” ikinci dərəcə, 2.3.7. bəndinə uyğun olaraq isə "// mərhələ bədxassəli şişlər” üçüncü dərəcə əlilliyin təyininə əsas verir. Səhiyyə müəssisəsinin 2736003AADDW saylı göndərişində İddiaçı şəkərli diabet xəstəliyinin hədəf orqanlarda törətdiyi dəyişiklərin ağırlıq dərəcəsi qeyd edilmədiyindən hansı funksiya pozuntularının olması məlum olmur. Həmçinin yanaşı xəstəlik kimi qeyd edilmiş “Sağ xayanın Cr-i. İ mərhələ” xəstəliyi də əlilliyin təyininə əsas vermir. Həmçinin xəstəliyi gözlərin görmə itiliyi, böyrək funksiyasının vəziyyətini əks etdirən biokimyəvi müayinələrin nəticəsi qeyd edilməyib. Buna görə də əlillik dərəcəsi təyin etmək mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 446 nömrəli qərarı ilə, Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişiklər edilmişdir. Həmin dəyişiklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2.bəndinə görə "Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” 4.22. bəndinə əsasən “Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 T 205/2020 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı tibbi sənədlərinə əsasən o, 2019-cu və 2020-ci illərdə şəhərin müxtəlif klinikalarında “şəkərli diabet İİ tip, insulin tələbli, diabetik retinopatiya, diabetik polinevropatiya, diabetik nefropatiya, hipertoniya xəstəliyi İİ dərəcə, İİ faza, səthi qastrit, bilbar eroziyalar, erotiv ezofaqit, xayaların dəqiqləşdirilməmiş xərçəngi” diaqnozu ilə mütəmadi ambulator və stasionar müalicələrdə olmuş, “sağ xayanın bədxassəli şişi İ mərhələ” diaqnozu ilə isə xx.xx.2019-cu il tarixdə “Uniklinika”da üzərində “sağ tərəfli orxifunikulektomiya” əməliyyatı icra olunmuşdur, yəni o, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. Lakin, İddiaçı sağlamlıq vəziyyəti və səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş əsas xəstəliyin “şəkərli diabet İİ tip, insulin tələbli”, ağırlaşmalarının tam təsdiqi üçün aparılmış laborator, instrumental metodlar yetərincə olmadığından həmin diaqnoz və onun ağırlaşmaları ona əlillik dərəcəsi verilməsi üçün əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin: 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir; 1.5-ci bəndinə əsasən əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir; 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; 4.7-ci bəndinə əsasən səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar; 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X3 ötürülür; 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir; 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir; 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir; 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.5, 1.5.2.1-ci bəndlərinə əsasən şəxsin əlilliyinin müəyyən edilməsinin səbəblərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmasıdır; 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ona əlilliyin təyin edilməsi üçün cavabdehə müraciət etmişdir, lakin əsas diaqnoz və ağırlaşmaları əlillik əlamətləri təyin etmədiyi, əmək qabiliyyəti itirmə vərəqəsi günləri tam olmadığı üçün əlilliyin müəyyən edilməsi barədə müraciətin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona ikinci dərəcə əlilliyin təyin edilməsini tələb edir. Məhkəmə araşdırması zamanı keçirilmiş ekspert rəyi ilə müəyyən edildi ki, iddiaçının sağlamlıq vəziyyəti və səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş əsas xəstəliyin “şəkərli diabet İİ tip, insulin tələbli”, ağırlaşmalarının tam təsdiqi üçün aparılmış laborator, instrumental metodlar yetərincə olmadığından həmin diaqnoz və onun ağırlaşmaları ona əlillik dərəcəsi verilməsi üçün əsaslı hesab edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar