Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-538/2021 22.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, Cаvаbdеh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsin nümayəndəsi Abdullayev Mahmud Zeynalabdin oğlunun (Naxçıvan MR-da qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquqşünas vəzifəsində işləyir) iştirаkı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsə qarşı “cavabdehin X3 Komissiyası (Təhsil Keyfiyyatinin İnkişafı Milli Mərkəzi) tərəfindən bunu təsdiq edən AUG № 000026 saylı xx xxxxxx 2005-ci il tarixli diplomun (əlavələri ilə birlikdə) tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina etməsi qanunsuz hesab edilərək bu hərəkətlərini (yəni tanınmanın və ekvivalentliyin müəyyən edilməsinin aparılması) edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı “cavabdehin X3 Komissiyası (Təhsil Keyfiyyatinin İnkişafı Milli Mərkəzi) tərəfindən bunu təsdiq edən AUG № 000026 saylı xx xxxxxx 2005-ci il tarixli diplomun (əlavələri ilə birlikdə) tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina etməsi qanunsuz hesab edilərək bu hərəkətlərini (yəni tanınmanın və ekvivalentliyin müəyyən edilməsinin aparılması) edilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona, X3 Komissiyası Təhsil Keyfiyyətinin İnkişafı Milli Mərkəzi tərəfindən xx xxxxxx 2005-ci il tarixli, AUG 000026 saylı diplom verilmişdir. Həmin diplom və onun əlavəsi xx xxxx 2014-cü il tarixdə Gürcüstan Respublikasının Təhsil Keyfiyyətinin İnkişafı Milli Mərkəzi tərəfindən dəyişdirilərək x xxxxxxx 1961-ci il tarixli Haaqa Konvensiyasının tələblərinə əsasən Apostillə təsdiq edilmişdir. Diplomun Azərbaycan Respublikasında qəbul edilməsi üçün cavabdehə 2014cü il tarixdə rəsmi olaraq müvafiq sənədlər təqdim etmişdir. Uzun müddət iddiaçıya cavab verilməmişdir. xx.xx.2014-cü il tarixdə rəsmi olaraq sənədlərin təsdiq olunub-olunmaması barədə cavabdeh orqana müraciət etmişdir. xx.xx.2015-ci il tarixdə cavabdeh onun ərizəsinə cavab verərək diplomun dəyişdirilməsi üçün Təhsil Keyfiyyətinin İnkişafı Milli Mərkəzinə müraciət etməsini bildirmişlər. Daha sonra iddiaçı, diplomu və onun içliyini Təhsil Keyfiyyətinin İnkişafı Milli Mərkəzində dəyişərək 2015-ci il tarixdə cavabdehə təqdim etmişdir. Lakin bundan sonra da ona cavab verməmişlər. Bununla əlaqədar olaraq, dəfələrlə yazılı müraciətlər etmiş, qəbula yazılmışdır. Hər dəfə iddiaçıya ekspertler tərəfindən yoxlanıldığını bildirmişlər. 2014-cü il tarixdə iddiaçıya Azərbaycan Respublikası Təhsil Nazirliyindən cavab gələrək sənədlərinin yoxlanılması üçün qəbul olunmuş qərarla bağlı iddiaçıya 1 ay müddətində cavab verəcəklərini bildirmişlər. 2018-ci ildə ona bildirdilər ki, korrupsiyanın qarşısın almaq üçün sənədləri elektron qaydada yükləməlisiniz. İddiaçı bununla razılaşaraq, sənədləri elektron qaydada yükləmişdir. 2018-ci il ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etdi və xx xxxxxx 2019-cu il tarixli məktub, ona poçt vasitəsi ilə xx xxxxxx 2019-cu il tarixdə təqdim edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, idarənin ekspert qrupunun rəyinə əsasən Gürcüstan Aqrar Universiteti tərəfindən ona verilmiş xx xxxx 2005-ci il tarixli, AUG 000026 nömrəli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınmaması barədə qərar qəbul edilmişdir. İddiaçı göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxs iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki, agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar, ekspert rəyində qeyd edilir ki, Gürcüstan Aqrar Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə, ümumiyyətlə, olmadığından diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündür. Cavabdeh göstəriənlərə əsasən, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəməyə gəlməmiş, bunun səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi M.Abdullayev iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. AUG 000026 nömrəli diploma əsasən İddiaçı 2000-ci ildə X4 Təsərrüfatı Universitetinin İdarəetmə institutunun beynəlxalq biznes fakultəsinə qəbul olmuş və 2005ci ildə həmin İnstitutun hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. Attestasiya Heyətinin xx.xx.2005-ci il qərarına əsasən İddiaçı Hüquqşünas ixtisası verilmişdir. İddiaçı Azərbyacan Respublikası Təhsil Nazirinə ünvanladığı xx.xx.2014-cü il tarixli ərizəsinə əsasən, iddiaçı X4 Təsərrüfatı Universitetinin İdarəetmə İnstitutunun beynəlxalq biznes fakultəsində hüquqşünaslıq təhsili aldığından onun diplomunun Azərbaycan Respublikası ərazisində tanınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2014-cü il tarixli məktubu ilə, iddiaçının xx.xx.2014-cü il tarixli ərizəsinə əsasən müvafiq təşkilatlara ünvanlanmış sorğuların cavabları Təhsil nazirliyinə daxil olduqdan sonra 1 ay müddətində qəbul olunmuş qərar barədə məlumat veriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş xx.xx.2019-cu il tarixli, Y-17975 nömrəli ərizəsi ilə əlaqədar, xx.xx.2014-cü il tarixli elektron müraciətinin nəticəsi barədə iddiaçıya xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş elektron xidmət növlərinin siyahısına daxil olan xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin onlayn yoxlanılması elektron vasitəsilə müvafiq məlumat verilmiş və xx.xx.2018-ci il tarixli, 23-04- 609/ANİ saylı məktub elektron ərizəsində qeyd etdiyi ünvana göndərilmişdir. xx.xx.2018-ci il tarixli, Gürcüstan Aqrar Universitetinin 2005-ci il tarixli məzunu İddiaçı təqdim etdiyi AUG 000026 nömrəli, xx.xx.2005-ci il tarixli diplom üzrə aldığı ixtisasın tanınmasına dair Ekspert rəyinə əsasən, araşdırma zamanı müəyyən edilmişdir ki, Gürcüstanın Aqrar Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə ümumiyyətlə olmadığından diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olmuşdur. Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxs tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, 23-04-609/ANİ nömrəli məktubda qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Gürcüstanın Aqrar Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə ümumiyyətlə olmadığından diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olmuşdur. Qeyd edilən ali təhsil müəssisəsinin diplom əlavəsində göstərilən normativ müddətin tələbinə ümumiyyətlə riayət edilməmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 33/4249 nömrəli məktubuna əsasən, iddiaçı 2000-2005-ci illər ərzində yalnız 2004-cü ildə 4 gün müddətində Qazaxıstan istiqamətində Azərbaycan Respublikasının sərhədini keçmişdir. Gürcüstan Marneuli şəhərinin İdarəsi Mənzil Birliyinin xx.xx.2006-cı il tarixli, 221 nömrəli arayışına əsasən, Azərbaycan Vətəndaşı İddiaçı, təhsillə əlaqədar 2000-ci ildən 2005-ci ilədək İrakli İİ küçəsi ev nömrə 7 ünvanında yaşamışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, iddiaçı Gürcüstan Aqrar Universiteti tərəfindən ona ali təhsil haqqında (bakalavr) diplomu verilmişdir, iddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаnın üzərinə inzibаti аktın qəbul еdilməsi ilə bаğlı müvаfiq öhdəliyin qоyulmаsınа dаir iddiаlаrа və yа inzibаti оrqаnın hərəkətsizldiyindən müdаfiəyə dаir iddiаlаrа (məcburеtmə hаqqındа iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 33.1-ci mаddəsinə əsаsən, məcburеtmə hаqqındа iddiа vаsitəsi ilə iddiаçı оnun аrzulаdığı inzibаti аktı qəbul еtmək vəzifəsini cаvаbdеhin üzərinə qоymаğı məhkəmədən tələb еdə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”nın 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir, 2.11-ci bəndinə əsasən bakalavriat səviyyəsində bütün təlim müddətində təcrübəyə 8-18 həftə ayrılır. İxtisaslardan asılı olaraq, təcrübənin müddəti ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və tədris planında öz əksini tapır. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır, 2.14-cü bəndinə əsasən tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr yekun dövlət attestasiyasına buraxılırlar, 2.15-ci bəndinə əsasən yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir, 2.16-cı bəndinə əsasən yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir, 2.17-ci bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (tibb təhsilində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. İşin faktiki hallarına əsasən iddiaçı 2000-2005-ci illərdə Gürcüstan ərazisində olmamışdır, yəni cavabdehin etirazında göstərildiyi kimi təhsilin normativ müddətinin tələbinə əməl etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1-1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən cavabdeh xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının İPM-nin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” ilə müəyyən edilmiş normativdən az olmayaraq müddətdə Gürcüstan Aqrar Universitetində təhsil aldığı iş materialları ilə sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı “cavabdehin X3 Komissiyası (Təhsil Keyfiyyatinin İnkişafı Milli Mərkəzi) tərəfindən bunu təsdiq edən AUG № 000026 saylı xx xxxxxx 2005-ci il tarixli diplomun (əlavələri ilə birlikdə) tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina etməsi qanunsuz hesab edilərək bu hərəkətlərini (yəni tanınmanın və ekvivalentliyin müəyyən edilməsinin aparılması) edilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,33, 68,69,85,110-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı “cavabdehin X3 Komissiyası (Təhsil Keyfiyyatinin İnkişafı Milli Mərkəzi) tərəfindən bunu təsdiq edən AUG № 000026 saylı xx xxxxxx 2005-ci il tarixli diplomun (əlavələri ilə birlikdə) tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina etməsi qanunsuz hesab edilərək bu hərəkətlərini (yəni tanınmanın və ekvivalentliyin müəyyən edilməsinin aparılması) edilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-538/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-538/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver