Məhkəmə qərarları › İş №2-1(112)-538/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-538/2023

18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-538/2023 18.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı pensiyanın yenidən hesablanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən cavabdehin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsinin məzmunundan göründüyü kimi əmək pensiyasının yenidən hesablanmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, cavabdeh inzibati orqan tərəfindən onun topladığı ümumi iş stajı və pensiya kapitalı düzgün müəyyən edilməmişdir. Bu səbəbdən onun əmək pensiyası məbləği ödənilməli olan məbləğdən az müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizə ilə inzibati orqana müraciət etmiş və müraciətə uyğun olaraq iddiaçıya təyin edilmiş əmək pensiyası məbləği yenidən hesablanmışdır. Bu səbəbdən də iddiaçı arzuolunan nəticəyə çatmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflər izahatları: İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. Əmək kitabçasının surətindən (dublikatından) görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. Pensiya işindən görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, müxtəlif illərdə pensiya məbləği əlavələr nəzərə alınmaqla artırılmış və nəticədə son hesablamadan sonra pensiya məbləği 310,39 manata çatdırılmışdır. Ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 saylı əmək pensiyasının hesablanması haqqında mütəxəssis rəyini rəyin təqdiqat hissəsində göstərilənlərə nəzərə alınmaqla, İddiaçı əmək pensiyası qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.2022-ci il tarixindən indeksləşdirilərək 320,94 manata çatdırıldığı müəyyən edilir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyanın məbləği müəyyən edilmişdir. Daha sonra Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək 310,39 manata çatdırılmışdır. İddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu onun müraciəti üzrə yenidən hesablama apararaq, əmək pensiyasını 320,94 manata çatdırmışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən aparılan hesablamalar düzgün olmamış, bununla da onun pensiya məbləği ödənilməli olan məbləğdən az təşkil etmişdir. Əvvəla, məhkəmə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 8.1-ci maddəsinə görə üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; 5 uşağı olanlar - 49 yaşına çatdıqda; 6 uşağı olanlar - 48 yaşına çatdıqda; 7 uşağı olanlar - 47 yaşına çatdıqda; 8 uşağı olanlar - 46 yaşına çatdıqda; 9 uşağı olanlar - 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar - 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2006-cı il 17 mart tarixli 3 Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Əmək pensiyalarının təyin edilməsinin, yenidən hesablanmasının və ödənilməsinin müvəqqəti Qaydalarının: İİ bəndinin 1-ci yarımbəndinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İİ bəndinin 2-ci yarımbəndinə əsasən Qanunun 8.1-ci maddəsinə görə üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; 5 uşağı olanlar - 49 yaşına çatdıqda; 6 uşağı olanlar - 48 yaşına çatdıqda; 7 uşağı olanlar - 47 yaşına çatdıqda; 8 uşağı olanlar - 46 yaşına çatdıqda; 9 uşağı olanlar - 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar - 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq. Misal 1. 10 uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş 42 yaşlı qadın 15 avqust 2005-ci il tarixinədək 10 il sığorta stajı qazanmışdır.”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyası, müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixindən tez olmamaqla ömürlük təyin edilir. Vİ bəndinin 1-ci yarımbəndinə əsasən yaşa görə əmək pensiyasının təyin olunması zamanı Qanunun 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər hesablamanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüquqları (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) nəzərə alınır. Yəni xx.xx.2006-cı il tarixə onların yaşa görə əmək pensiyaları bu Qanunun 7-ci və 9-cu maddəsinin şərtləri daxilində bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericilikdə müəyyən edilmiş qaydadavə məbləğdə hesablanır. Sonra bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılaraq hesablanmış əmək pensiyasının ümumi məbləği yaşa görə əmək pensiyasının baza hissəsindən az olduqda baza hissəsinə artılır, çox olduqda isə bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanmış əmək pensiyasının ümumi məbləğindən pensiyanın baza hissəsi çıxılır və yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanmış əmək pensiyası sığorta hissəsi kimi müəyyənləşdirilir. Daha sonra Qanun qüvvəyə mindikdən sonra şəxsin fərdi hesabının sığorta və yığım hissəsində toplanan pensiya kapitalı da nəzərə alınmaqla vətəndaşın yaşa görə əmək pensiyasının ümumi məbləği müəyyələşdirilir. Bu Qanun qüvvəyə mindikdən sonra vətəndaşların fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə, yəni məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının faizi həcmində onların fərdi hesabının sığorta hissəsində qeydə alınır. Qanunun 45-ci maddəsinə əsasən həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (T) Azərbaycan Respublikası Prezidentinin 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən 144 ay (12 il) müəyyən edilmişdir.

1. Qeyd olunanlar nəzərə alınmaqla Qanunun 10-cu maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdaki qaydada müəyyən olunur: 1.1. Qanunun 10.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.10-cu bəndinə əsasən xx.xx.2006-cı il tarixindən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 25 manat müəyyən olunmuşdur. 1.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdaki düsturla müəyyən edilir: SH = PS + (PSK/T) burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanununun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığorta olunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır, yəni 144. 1.3. Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığorta olunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır, yəni 144 1.4 Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçının xx.xx.1993xx.xx.2003-cü illər üzrə, xx.xx.2003-xx.xx.2006-cı illər üzrə əmək fəaliyyəti dövrləri 12 il, uşağa qulluq dövrü 6 il olmaqla xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü 18 il təşkil edir. Nəzərə alınmalıdır ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ onun 51 yaşı tamam olduğu vaxtdan yaranmışdır ki, bunun əsasında onun üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş olması və 5 il sığorta stajına malik olmasıdır. Tərəflər arasında mübahisə açan məsələ iddiaçıya hesablanmış pensiya məbləği ilə bağlı olmuşdur ki, məhkəmənin qənaətinə görə cavabdeh hesablamaları düzgün aparmış, qanunvericilik ilə müəyyən olunan düstür əsasında pensiya məbləğini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının əmək pensiyasının məbləği "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun pensiya təyin olunduğu dövrdə qüvvədə olmuş 27.1-ci maddəsinə və Azerbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixil qərarı ilə təsdiq edilmiş və 3363 nömrə ilə 10 oktyabr 2007-ci il tarixində dövlət qeydiyyatına alınmış ve tətbiq edilən dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” Qaydalarına əsasən hesablanmışdır. "Əmək pensiyaları haqqında" Azerbaycan Respublikası Qanununun pensiya təyin olunduğu dövrdə qüvvədə olmuş 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmek pensiyası hüququnun (əmek stajı, əməkhaqqı və social sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi klml müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilmir. Beləliklə iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının ilkin məbləği aşağıdaki qaydada müəyyən olunmuşdur: İddiaçının xx.xx.2006-cı il tarixədək pensiyanın sığorta hissəsi: - 2004 və 2005-ci illər üzrə orta aylıq əmək haqqı məbləği (030,04 manat+1376,46 manat)/24 ay=96,44 manat; - Orta aylıq əmək haqqının 16 İİ üçün 60 faizi və tələb olunan iş stajından artıq 2 ili üçün 4 faizi, beləliklə cəmi 64 %- i nəzərə alınarsa, 06,44x64%*61,72 manat təşkil edir. xx.xx.2006-cı il tarixdə orta aylıq əməkhaqqının ümumi məbləği dəyişdirilmədən Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılaraq 25 manat baza hissəsi və 36,72 manat sığorta hissəsi (61,72 manat – 25 manat = 36,72 manat) indeksləşdirilmişdir. Sığorta hissəsinin 2008-ci il tarixə indeksləşdirilmiş məbləği 36.72+8,3%+16,7%= 46,41 manat təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı təqdim edilmiş 2006 və 2007-ci illər üzrə əmək haqqı cədvəllərinə əsasən aşağıdakı qaydada hesablanmışdır: 2006-cı il üzrə əmək haqqı - 1775,41 +8.3%=1922,77 manat 2007-ci il üzrə əmək haqqı - 1922,77+3078,84= 5001,61 + 16.7% =5836,87 manat Pensiya sığorta kapitalı - 5836.87x25%x50%=729,61 manat SH=729,61:144=5,07 manat Qeyd olunanlara əsasən, sözügedən şəxsin əmək pensiyasının sığorta hissəsi xx.xx.2008-ci il tarixindən 46,41+5,07=51,48 manat olmaqla, əmək pensiyasının məbləği BH+SH=60,00+51,48=111,48 manat təşkil etmişdir. "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" Azerbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3006 nömrəli Sərəncamına əsasən xx.xx.2008-ci il tarixdən baza hissəsinn 75 manat müəyyən edilməsi ilə əlaqədar pensiyanın məbləği 75+51,48=126,48 manata çatdırılmışdır. xx.xx.2009-cu il tarixdə əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək (51,48+20,8% = 63,12) əmək pensiyasının məbləği 137,19 manata , xx.xx.2010-cu il tarixdən isə əmək pensiyasının məbləği 138,12 manata (62,19+1,5% = 63,12) çatdırılmışdır. Qeyd olunmalıdır ki, “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 31 avqust tarixli 1077 nömrəli Sərəncamına əsasən xx.xx.2010-cu il tarixdən baza hissəsinin 85 manat müəyyən edilməsi ilə əlaqədar pensiyanın məbləği 85+63,12=148,12 manata çatdırılmışdır. Növbəti ildə, yəni xx.xx.2011-ci il tarixdə əmək pensiyasının sığorta hissəsi yenidən indeksləşdirilərək (63,12+5,7% = 60,71 ) əmək pensiyasının məbləği 151,71 manata çatdırılmışdır. Pensiya məbləğinin dəyişdirilməsi haqqında xx.xx.2011-ci il tarixli sərəncama əsasən, iddiaçının xx.xx.2010-cu il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq əmək pensiyasının məbləği "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası* Qanunununun 37.3.1-ci maddəsi tətbiq edilməklə təqdim etdiyi əməkhaqqı cədvəllərinə əsasən aşağıdakı qaydada yenidən hesablanmışdır: 2009 -cu il üzrə əmək haqqı - 4017,89+1.5%=4078,15 manat; 2010-cu il üzrə əmək haqqı-4078,15+4248.94=8327,09 + 5,7% =8801,74 manat; Pensiya sığorta kapitalı - 8801,74x25%x50%=1100,21 manat, SH=1100:96=11,46 manat Yenidən hesablanmış əmək pensiyasının məbləği - 85+68,71 + 11/46=103,17 manat. İş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçının əmək pensiyasının məbləği, xx.xx.2012-ci il tarixindən sonra hər il indeksləşdirilərək artırılmış və xx.xx.2018-ci il tarixində 226,07 manata, xx.xx.2021 -ci il tarixində 301,92 manata çatdırılmışdır. Son olaraq cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında* Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2008-d il tarixindən xx.xx.2010-cu il tarixədək qeydə alınmış pensiya kapitalı və indeksləşdirmə faizləri nəzərə alınmaqla əvvəlki 3 il üçün aşağıdakı qaydada yenidən hesablanmışdır: -xx.xx.2008-ci il tarixindən xx.xx.2010-cu il tarixədək qeydə alınmış pensiya kapitalına əsasən SH=2438,33:109 ay=22,37 manat; - Əmək pensiyasının məbləği 116,27 (BH)+93,36(SH) + 22,37(SH)=232,00 manat. Hal-hazırda iddiaçının əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən indeksləşdirilərək 320,94 manata çatdırılmışdır. Beləlikllə Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə əmək pensiyasının məbləğini düzgün müəyyən etmiş, hesablamaları həm həmin dövrdə qüvvədə olan Qanunun redaksiyasına, həm də hazırda pensiya təminatı ilə bağlı məsələləri tənzimləyən Qanunun və normativ hüququ aktların tələblərinə uyğun aparmış, iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra isə toplanmış pensiya kapitalını nəzərə almışdır ki, göstərilən bu halların hər biri pensiya işində olan sənədlər ilə yanaşı, həmçinin də müvafiq mühasibatlıq ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir İddiaçı əmək pensiyasının düzgün hesablanmaması ilə bağlı mülahizələr irəli sürsə də, hesablama zamanı cavabdeh tərəfindən hansı səhvə yol verildiyini, ümumiyyətlə onun ümumi iş stajı və ya fərdi hesabının sığorta hissəsində toplnana pensiya kapitalının səhv olduğu sübut edə bilməmişdir. Göründüyü kimi iddiaçının irəli sürdüyü mülahizələr formal xarakter daşıyır. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 110.2. Sosial təminat mübahisələri ilə bağlı işlər üzrə (əmək pensiyasının, sosial müavinətin təyin olunması və s.) dövlət orqanının xeyrinə qərar qəbul edildiyi hallarda, bu Məcəllənin 110.1-ci maddəsi tətbiq olunmur. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar