Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-538/2024 19.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə Tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X15, X7, X2 və X8 cəlb olunmaqla) «yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ RPİ-yə qarşı «yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Xəqani küçəsi 1 A saylı evin 35 saylı mənzili mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. X15 iddiaçının bacısı, X2 iddiaçının bacısının qızı, X8 isə Sucayətin qızıdır (bacısının nəvəsi). X15 ailə quraraq 25 ildən artıqdır ki, daimi olaraq mübahisəli mənzildən köçüb getmişdir, hal-hazıra kimi iddiaçıya məxsus evlə heç bir əlaqələri yoxdur, lakin formal olaraq qeydiyyatda qalırlar. X10 və onun uşaqlarının iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalması iddiaçıya bir sıra problemlər yaradır. Belə ki, iddiaçının mənzil üzərində sahiblik,sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin iddiaçı əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. İddiaçı bununla bağlı cavabdeh Bakı şəhəri Qaradağ RPİ-yə müraciət etmiş, lakin cavabdeh onun müraciətini təmin etməmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Göstərilənlərə əsaslanaraq və İPM-in 2, 33-cü maddələrinin rəhbər tutaraq X10, X1, azyaşlı 26 aprel 2019-cu il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Xəqani küçəsi, 1 a saylı evin 35 saylı mənzilindən qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Qaradağ RPİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim edərək iddia tələbinin «X10, X3, X1, X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsini cavabdehə həvalə edilməsi» kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qərardadı ilə iddianın dəqiqləşdirilməsi qəbul edilmiş, X15, X7, X2, X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Tərəflər və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan iclasın keçirilməsini mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Xəqani küçəsi, 1a saylı evin 35 mənzilinə dair **********13-05101-093008 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu mövcuddur. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 23 sentyabr 2009-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Xəqani küçəsində istifadədə olan 0.0626 ha torpaq sahəsində yerləşən 1a nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 4-cü mərtəbəsində, 43.59 kv.m ümumi, 28.08 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 35 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1021 nömrəli reyestr kitabının 91858 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi vasitəsilə DİN-dən alınmış “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli 17 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, X7, X12, X13, X8, X2, X10, X16 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Xəqani küçəsi, 1a saylı evin 35 mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin İddiaçı ünvanlanmış 06 oktaybr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, X15, X5 və X6 Qaradağ rayonu, Sahil qəsəbəsi, Xəqani küçəsi, ev 1a, mənzil 35 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına dair ərizəyə Qaradağ RPİ-nin Qeydiyyat məsələləri bölməsində baxılmışdır. Qəbul zamanı «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tələbləri ilə nəzərdə tutulmuş şəxsin qeydiyyatdan çıxarılmasına əsas olan hallar izah edilmişdir (ərizəçiyə). Qanunvericiiliyin tələblərinə əsasən müraciətdə göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət oluna bilər. İş materiallarında olan Bakı şəhəri Qaradağ RİH başçısının Sahil qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 noyabr 2022-ci il tarixli, 58 nömrəli məktub və ona əlavə edilmiş eyni tarixli aktda aşağıdakılar qeyd edilmişdir ki: Qaradağ RİH başçısının Sahil qəsəbə İƏD-i üzrə nümayəndəliyi məhkəmənin icraatında olan 10-VB saylı xx.xx.2022-ci tarixli məktuba cavab olaraq bildirir ki, aparılmış araşdırma zamanı X10, X3, X1 Sahil qəsəbəsi, Xəqani küçəsi, ev 1A mənzil 35 ünvanda qeydiyyatda olması, lakin yaşamadıqları məlum olmuşdur. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 19 aprel 2023-cü il tarixli qeyd olunan əmlakla bağlı məlumat təqdim edilməsi haqqında məktubunda Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Xaqani küçəsi, ev 1 a, 35 saylı mənzil Bakı ŞİH başçısı Aparatının 78/4 nömrəli 13 may 2009-cu il tarixli sərəncamına, 209 nömrəli 25 may 2009-cu il tarixli forma-2 arayışına, 6 yanvar 1975-ci il tarixli 115291 nömrəli orderə, X13, X17, X15 tərəfindən verilmiş razılıq ərizələrinə əsasən 23 sentyabr 2009-cu il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətində olduğu qeyd edilmişdir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 16 mart 2023-cü il tarixli qeyd olunan əmlakla bağlı məlumat təqdim edilməsi haqqında məktubunda qeyd olunur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Xaqani küçəsi,ev 1a, 35 saylı mənzildə sorğuda qeyd olunan şəxslərin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 12 aprel 2023-cü il tarixli məktubunda bildirilir ki, X10, X3, X1 və X4 ünvan 6-ə yaşayış yeri üzrə qeydiyyata alınmasına dair sənədlərin saxlanma müddəti 5 il müəyyən olunduğu üçün həmin sənədlər müvafiq komissiya tərəfindən yandırma yolu ilə məhv edildiyindən qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmasının əsaslarının məhkəməyə göndərilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı ŞİH MKTD Qaradağ Rayon MKTB-nin məhkəmənin müvafiq sorğusuna cavab olaraq ünvanladığı 12 aprel 2023-cü il tarixli məktubuna əlavə edilmiş 119 saylı MKİS-in 11 aprel 2023-cü il tarixli 378 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən ünvan 6 ünvanında qeydiyyatdadır və aşağıdakı ailə tərkibi var: X13 (arvadı), X16 (qızı) və X14 (qızı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer – onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh inzibati orqan Bakı şəhəri Qaradağ RPİ tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə qeyd olunanları, habelə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasını istisna edən halların mövcud olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasların dairəsini «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində konkret müəyyən etmişdir. Hazırkı məhkəmə icraatında məlum olur ki, ünvan 6 İddiaçı mülkiyyətində olsa da, hazırkı inzibati məhjkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X10, X3, X1, X4 həmin evdən qeydiyyatdan çıxarılması ilə bağlı «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birinin, o cümlədən adıçəkilən şəxslərin yaşayış sahəsindən çıxarılması və ya onun yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu müəyyən edilmir. Belə olan halda, məhkəmə cavabdeh Bakı şəhəri Qaradağ RPİ-nin imtinasını qanuna zidd qiymətləndirmir və hesab edir ki, bu imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddia əsaslı sayıla bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ RPİ-yə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X15, X7, X2, X8 cəlb olunmaqla) «yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X15, X7, X2, X8 cəlb olunmaqla) «yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-538/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-538/2024
19.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver