Məhkəmə qərarları › İş №2-1(112)-538/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-538/2025

04.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-538/2025 04.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində olan 50914.34 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC barəsində xx.xx.2018-ci il tarixli qərarla səyyar vergi yoxlaması nəticəsində 2015-ci il dövrü üzrə 108900,0 manat maliyyə sanksiyası və 40,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaya əlavə olunan şəxsi hesab vərəqəsindən göründüyü kimi, artıq ödənilmiş 57985,66 manat məbləğ və xx.xx.2018-ci il tarixdə sərəncamla ödənilmiş 9,5 manat məbləğ hesablanmış həmin maliyyə sanksiyalarından çıxıldıqdan sonra müəssisənin 50944,84 manat məbləğində maliyyə sanksiyası (108900,0+40,0-57985,66 -9,5) üzrə vergi borcu qalmışdır və Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən 5 illik tələbetmə müddəti ərzində ödənilməmişdir. Bununla həmin borc ümidsiz vergi borcu kimi silinməli məbləğ statusuna keçmişdir. Qeyd olunan borcun silinməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə cavabdehə müraciətlər edilmiş, lakin cavabdeh tərəfindən təqdim olunan cavablarda göstərilərən məbləğin silinməsi ilə əlaqədar güya araşdırma aparıldığı qeyd olunaraq vəsaitin silinməsindən imtina olunmuşdur. Halbuki, qeyd olunan müraciətlər arasında 3 aydan artıq vaxt keçmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü maddəsinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmçinin Vergi Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda və müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə vergilər, faizlər və maliyyə sanksiyaları vergi orqanları tərəfindən ümidsiz borclar kimi silinir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. AR İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi İddiaçı iddia tələbi “İddiaçı MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsində olan 2015-ci il üzrə tətbiq edilmiş maliyyə sanksiyasından ödənilməmiş qalan 50904,84 manat və hesabatın vaxtında təqdim olunmamasına görə tətbiq olunan 40,0 manat maliyyə sanksiyası məbləğinin, 2018-ci ilin mənfəət vergisinə tətbiq edilmiş 19364,14 manat maliyyə sanksiyası və 2018-ci ilin dekabr ayı üzrə ƏDV məbləğinə tətbiq edilmiş 17542,38 manat maliyyə sanksiyasının, ümumilikdə 87851,36 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi “163188,29 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(12)-2647/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(103)-1065/2020 saylı qərardadı ilə İddiaçının vəkili və nümayəndəsi E.Rzayev tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2-1(112)- 2647/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli **********922000 saylı etirazından görünür ki, İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, şəxsi hesab vərəqəsində olan 50.914,34 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. İlk növbədə qeyd etməyi zəruri hesab edilir ki, iddiaçının dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi barədə müraciətinə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsində baxılmış və müraciəti xx.xx.2023-cü il tarixli **********975300 nömrəli məktubla cavablandırmışdır. Həmin məktub ilə vergi ödəyicisinə məlumat verilmişdir ki, dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi ilə əlaqədar araşdırma aparılır, ümidsiz borcun silinməsi məsələsinə baxılacaq. Göründüyü kimi iddiaçının araşdırmanın nəticəsini gözləmədən məhkəməyə müraciət etməsi və həmin məktubu imtina kimi iddia ərizəsinə əlavə etməsi əsassızdır. Bununla əlaqədar cavabdeh tərəfindən iddianın mümkün sayılmaması barədə vəsatət (sübutlar əlavə edilməklə) məhkəməyə təqdim edilib və işin materiallarında var. Əlavə olaraq bildirilir ki, Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən iddiaçının ümidsiz borc kimi silinməsini tələb etdiyi 50.914,34 manat məbləğin yaranma əsası barədə məlumatın və olduğu halda qərarın təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi cavabdehdən tələb olunmuşdur. Məhkəmə tapşırığının icrası ilə əlaqədar ümidsiz borc kimi silinməsi tələb olunan borcun yaranmasına əsas olmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********100695 nömrəli qərarın təsdiq olunmuş surəti və iddiaçının həmin qərarın ləğv edilməsi barədə iddia tələbi üzrə qəbul edilmiş məhkəmə aktları işin materiallarına əlavə edilməsi üçün xx.xx.2024-cü il tarixli **********342600 nömrəli məktubla məhkəməyə təqdim olunmuşdur. Göstərilən səbəbdən də həmin qərarın və sənədlərin təkrar etiraza əlavə olunmasına zərurət yaranmır.Məhkəməyə təqdim olunmuş sənədlərdən də göründüyü kimi İddiaçı MMC-nin ümidsiz borc kimi silinməsini tələb etdiyi 50.914,34 manat borc məbləği səyyar vergi yoxlaması nəticəsində yaranmışdır.Bundan əvvəl mövcud olmuş məhkəmə mübahisəsi ilə bağlı bildirilir ki, İddiaçı MMC cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (hazırkı Bakı İnzibati Məhkəməsi) müraciət edərək, xx.xx.2018-ci il tarixli xəbərdarlığın ləğv edilməsi, vergilər üzrə vərəqə bölməsinə keçirilmiş 50.944,84 manat məbləğin çıxarılması və 2 həmin məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********100695 nömrəli 10.01,2018-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizənin surəti xx.xx.2019-cu il tarixdə cavabdehə təqdim olunmuşdur, (daxil olub: № **********096500; xx.xx.2019-cu il). “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli sərəncamı ilə 1 və 2 saylı Bakı İnzibati İqtisadi Məhkəmələri ləğv edilmiş, yeni Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmişdir. Bununla əlaqədar İddiaçı MMC-nin iddiası üzrə inzibati iş də aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinin icraatına verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 1(112)-2647/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)- 1065/2020 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-2647/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sorğusuna əsasən Bakı Apellyasiya Məhkəməsi tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli 6ÜŞ-20853/20 nömrəli məktubda göstərilmişdir ki, qərardaddan kassasiya şikayəti verilmədiyindən İnzibati Prosessual Məcəllənin 89-cu maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. Vergi Məcəlləsinin: 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir:93.1.1-ci bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2-ci bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; 93.1.3-cü qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.1.4-cü digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada şilinə bilər. Müvafiq ümidsiz borc məbləğinin silinməsi Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə mümkündür. Qeyd etməyi zəruri hesab edilir ki, İddiaçı MMC-nin ümidsiz borc kimi silinməsini tələb etdiyi 50.914,34 manat borc məbləği səyyar vergi yoxlaması nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.01,2018-ci il tarixli **********100695 nömrəli qərar əsasında yaranmış borcdur. Vergi Məcəlləsinin 16.1.1-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Bildirilir ki, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablaşma hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir. Bu hüquqların həyata keçirilməsi qaydaları isə, Vergi Məcəlləsinin 65-ci, 89-cu və 90-cı 4maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur.Qeyd edilənlərə əsasən bildiririk ki, vergi ödəyici tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı vergi orqanı tərəfindən müvafiq tədbirlər görülmüşdür. Belə ki, hesablanmış vergi borclarının ödənilməsi üçün “Vergi borcunun ödənilməsinə dair” bildirişlər göndərilmiş və Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən göndərilmiş bildirişlərdə göstərilən borcların 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Əlavə olaraq bildirişdə borcların dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə əlavə (əmlak siyahıya alınması, banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam verilməsi, operativ vergi nəzarəti, məhkəməyə müraciət, aktivlər barədə məlumatın təqdim edilməsi və. s) tədbirlərin görüləcəyi qeyd olunmuşdur. Lakin yaranmış borc məbləğləri ödənilməmişdir. Eləcə də, cavabdeh tərəfindən borc məbləğləri ilə bağlı banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncamın göndərilməsi təmin edilmişdir.Vergi ödəyicisi tərəfindən vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün Vergi Məcəlləsinin 89-cü maddəsinə əsasən “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” xx.xx.2019-cu il tarixli **********0 nömrəli qərar qəbul edilmişdir.Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsində təsbit olunur ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Beləliklə, qanuni şəkildə vergiləri ödəmək (o cümlədən müvafiq vaxtda və miqdarda) hər bir şəxsin əsas konstitusiya vəzifələrindən biridir. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdeh "Kömürçü Residence” MMC-yə qarşı cavabdehin xx.xx.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 51.635,84 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 52.500,00 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair xx.xx.2021-ci il tarixli **********721800 nömrəli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli e-2-2(113)-4478/2021 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən isə 26.01,2022-ci il tarixli 2-2(103)-131/2022 nömrəli qətnamələr qəbul edilmişdir.Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdeh "Kömürçü Residence” MMC-yə qarşı cavabdehin 11,04.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 51.635,84 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə həmin məbləğ müddət ötürülmədən mübahisələndirilmişdir. Bundan əlavə qeyd etməyi zəruri hesab edirik ki, vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə işində, yəni iddiaçı "xxxx" MMC-nin (VÖEN **********) cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Ümidsiz vergi borcunun silinməsi” tələbinə dair iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1 (102)-1718/2020 nömrəli qərarında məhkəmə kollegiyasının ümidsiz borcun silinməsi ilə bağlı məsələyə dair hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edirik.Ali Məhkəmənin İnzibati Kollegiyasının 'xx.xx.2020-ci il tarixli 2- 1 (102)-1718/2020 nömrəli qərarında qeyd olunur: “Azərbaycan Respublikası Ali Məhkəməsinin 9 iyul 2015-ci il tarixli 2(102)-185/2015 saylı qərarında ifadə olunmuş mövqeyinə görə, Vergi Məcəlləsinin 89.1-ci və 90.1-ci maddələrinin məzmunu nəzərə alınmaqla vergi orqanı vergi borcunun ödənilməsini təmin etmək üçün daha real icra tədbirlərini həyata keçirə bilər, müəssisənin əmlakını siyahıya ala və həmin əmlakın açıq hərracda satılması üçün məhkəməyə müraciət edə bilərdi. Qeyd olunan icra tədbirləri vergi borcunun ödənilməsini tam təmin edə bilərdi. Vergi orqanı kimi iddiaçı isə məhkəməyə vergi öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması deyil, bilavasitə vergi borcunun tutulması tələbi ilə müraciət etmişdir.Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, hazırkı icraatda, söhbət vergi orqanı tərəfindən vergilərin tutulması üçün hansı real (yaxud daha real) addımların atılmalı olduğundan deyil, vergi orqanının bununla bağlı, ümumiyyətlə hər hansı tədbir görüb-görmədiyinin və bunun Vergi Məcəlləsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti daxilində baş verib-vermədiyinin müəyyən edilməsindən gedir. Görülən tədbirin hətta qüsurlu, nəticəsinin uğursuz olması isə (o cümlədən, məhkəmə icraatı çərçivəsində) hesablanmış verginin tutulması müddəti ilə bağlı vəziyyəti vergi orqanının zərərinə dəyişmir, vergi öhdəliklərinin qüvvəsinə təsir etmir.” (Qərar əlavə olunur).Vergi Məcəlləsinin 24-cü maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur; 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən isə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur.Həmin Məcəllənin 77-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Mülki Məcəllənin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Əlavə olaraq bildirilir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir.Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı).İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı "Kömürçü Residence” MMC-nin iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə 20 fevral 2025-ci il müraciət edərək, şəxsi hesab vərəqəsində olan 50914,34 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş məhkəmənin icraatında olduğu dövrdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, şəxsi hesab vərəqəsində olan 2015-ci il üzrə tətbiq edilmiş maliyyə sanksiyasından ödənilməmiş qalan 50904,84 manat, hesabatın vaxtında təqdim olunmamasına görə tətbiq edilən 40,00 manat, 2018-ci ilin mənfəət vergisi üzrə təbiq edilmiş 19364,14 manat və 2018-ci ilin dekabr ayı üçün ƏDV məbləğinə tətbiq edilmiş 17542,38 manat maliyyə sanksiyasının, ümumilikdə 87851,36 manat maliyyə sanksiyasının ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş iddia tələbi məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-3789/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş və iş üzrə xx.xx.2024-cü il tarixli 9/9348 nömrəli ekspert rəyi verilmişdir. İlk növbədə qeyd etməyi zəruri hesab edilir ki, mübahisənin predmetini 87851,36 manat maliyyə sanksiyasının ümidsiz borc kimi silinməsi təşkil etməsinə baxmayaraq, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 3789/2024 nömrəli qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı mübahisənin predmetinə aid olmayan suallar da ekspert qarşısında qoyulmuşdur. İş üzrə verilmiş xx.xx.2024-cü il tarixli 9/9348 nömrəli ekspert rəyinin nəticə hissəsindən göründüyü kimi mübahisənin predmetini 87851,36 manat maliyyə sanksiyasının ümidsiz borc kimi silinməsi təşkil etməsinə baxmayaraq, ekspert həmin məbləğin mövcud olması barədə dəqiq məlumat qeyd etməmiş, mübahisənin predmetinə aid olmayan əlavə məbləğləri və məlumatları rəyə qeyd etmiş, bu da işin faktiki hallarına uyğun deyil. Bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 9/9348 nömrəli ekspert rəyinin mötəbər sübut kimi nəzərə alınmaması barədə xx.xx.2025-ci il tarixli **********887500 nömrəli mülahizə elektron məhkəmə sisteminə yüklənmişdir. Bildiririk ki, işin faktiki hallarına uyğun olmayan xx.xx.2024-cü il tarixli 9/9348 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilən məlumatlara istinad edən iddiaçının vəkili iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 163.188,29 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin: 54.1-ci maddəsinə əsasən cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. 54.2-ci maddəsinə əsasən cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. 54.3-cü maddəyə əsasən iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə iddianın dəyişdirilməsinə etiraz edir. İlk növbədə qeyd etməyi zəruri hesab edirik ki, iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə iddia tələbinin həcmini artırmasına baxmayaraq, artırılmış məbləğin ümidsiz borc kimi silinməsi ilə bağlı inzibati orqana (vergi orqanına) müraciət etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını yoxlamalıdır. (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır (8.6-cı bənd). İnzibati Prosessual Məcəllənin: 47.2-ci maddəsinə əsasən iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Bildirilir ki, elektron məhkəmə sistemində İddiaçı MMC-yə (iş № 2-1 (112)-538/2025) aid sənədlər və məlumatlardan göründüyü kimi iddiaçının “163.188,29 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” dəyişdirilmiş iddiasının icraata qəbul edilməsi barədə məhkəmə tərəfindən qərardad qəbul edilməmiş, cavabdehə dəyişdirilmiş iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə təqdim olunması üçün İPM-nin 47.2-ci maddəsinə əsasən ağlabatan müddət müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin: 11.2-ci maddəsinə əsasən məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənləri və İnzibati Prosessual Məcəllənin 54.1-ci maddəsini əsas tutaraq, cavabdehin iddianın dəyişdirilməsinə etirazını nəzərə almağını və İddiaçı MMC-nin iddianın dəyişdirilməsi barədə ərizəsinin icraata qəbul edilməməsini xahiş etmişdir. Cavabdehin dəyişdirilmiş iddia tələbinə dair yazılı etirazla müraciət edərək bildirmişdir ki, İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, şəxsi hesab vərəqəsində olan 50.914,34 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bildirilir ki, iddia tələbi üzrə cavabdeh tərəfindən iddianın mümkün sayılmaması barədə vəsatət və etiraz (sübutlar əlavə edilməklə) məhkəməyə təqdim edilmişdir. İş məhkəmənin icraatında olduğu dövrdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, şəxsi hesab vərəqəsində olan 2015-ci il üzrə tətbiq edilmiş maliyyə sanksiyasından ödənilməmiş qalan 50.904,84 manat, hesabatın vaxtında təqdim olunmamasına görə tətbiq edilən 40,00 manat, 2018-ci ilin mənfəət vergisi üzrə təbiq edilmiş 19.364,14 manat və 2018-ci ilin dekabr ayı üçün ƏDV məbləğinə tətbiq edilmiş 17.542,38 manat maliyyə sanksiyasının, ümumilikdə 87.851,36 manat maliyyə sanksiyasının ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş iddia tələbi məhkəmə tərəfindən icraata qəbul edilmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə rəsmi münasibət bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Dəqiqləşdirilmiş iddia tələbinə dair etiraz cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-3789/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş və iş üzrə xx.xx.2024-cü il tarixli 9/9348 nömrəli ekspert rəyi verilmişdir. İş üzrə verilmiş xx.xx.2024-cü il tarixli 9/9348 nömrəli ekspert rəyinin nəticə hissəsindən göründüyü kimi mübahisənin predmetini 87.851,36 manat maliyyə sanksiyasının ümidsiz borc kimi silinməsi təşkil etməsinə baxmayaraq, ekspert həmin məbləğin mövcud olması barədə dəqiq məlumat qeyd etməmiş, mübahisənin predmetinə aid olmayan əlavə məbləğləri və məlumatları rəyə qeyd etmiş, bu da işin faktiki hallarına uyğun olmamışdır. Bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 9/9348 nömrəli ekspert rəyinin mötəbər sübut kimi nəzərə alınmaması barədə xx.xx.2025-ci il tarixli **********887500 nömrəli mülahizə məhkəməyə təqdim edilmiş və işin materiallarında var. Bildiririk ki, işin faktiki hallarına uyğun olmayan xx.xx.2024-cü il tarixli 9/9348 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilən məlumatlara istinad edən iddiaçının vəkili iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 163.188,29 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə iddia tələbinin həcmini artırmasına baxmayaraq, artırılmış 75.336,93 manat məbləğin ümidsiz borc kimi silinməsi ilə bağlı inzibati orqana (vergi orqanına) müraciət olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddia tələbinin dəyişdirilməsinə etiraz məhkəməyə təqdim edilməsinə baxmayaraq, cavabdehin etirazı nəzərə alınmamış və xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Dəyişdirilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirik. Bildiririk ki, İddiaçı MMC-nin dövlət büdcəsinə yaranmış 50.904,84 manat vergi borcunun silinməsi barədə müraciətinə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsində baxılmış və müraciəti xx.xx.2023-cü il tarixli **********975300 nömrəli məktubla cavablandırmışdır. Həmin məktub ilə vergi ödəyicisinə məlumat verilmişdir ki, dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi ilə əlaqədar araşdırma aparılır, ümidsiz borcun silinməsi məsələsinə baxılacaq. Göründüyü kimi iddiaçının araşdırmanın nəticəsini gözləmədən məhkəməyə müraciət etməsi və həmin məktubu imtina kimi iddia ərizəsinə əlavə etməsi əsassız olmuşdur. Bundan əlavə, İddiaçı MMC-nin dəqiqləşdirilmiş iddia tələbi ilə silinməsi tələb olunan 2018-ci ilin mənfəət vergisi üzrə təbiq edilmiş 19.364,14 manat və 2018-ci ilin dekabr ayı üçün ƏDV məbləğinə tətbiq edilmiş 17.542,38 manat maliyyə sanksiyaları məbləğlərinin silinməsi barədə müraciətinə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsində baxılmış və müraciəti xx.xx.2024-cü il tarixli **********5500 nömrəli məktubla cavablandırmışdır. Həmin məktub ilə vergi ödəyicisinə borc məbləğinin yaranma və ödənilməmə səbəbləri barədə müvafiq təsdiqedici sənədlər əlavə edilməklə əsaslandırılmış məlumat verməsi təklif olunmuşdur. Eyni zamanda vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün Çağrı Mərkəzinə (195), internet səhifəsinə (www.taxes.gov.az) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək hüququnun olduğu ona izah olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən əsaslandırılmış məlumat vergi orqanına təqdim edilməmişdir. Vergi Məcəlləsinin 85.4-ci maddəsinə əsasən vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Qanunvericiliyin qeyd olunan normasına istinad edərək bildirilir ki, 2018-ci ilin mənfəət vergisi üzrə tətbiq edilmiş 19.364,14 manat və 2018-ci ilin dekabr ayı üçün ƏDV məbləğinə tətbiq edilmiş 17.542,38 manat maliyyə sanksiyaları “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021- ci il tarixli **********152526 nömrəli qərar ilə İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170935 nömrəli qərara əsasən tətbiq edildiyinə görə, həmin tarixdən 5 il ərzində bu məbləğlər büdcəyə tutulmalıdır və bu borclar vaxtı ötmüş borc hesab edilə bilməz. Məhkəmə tapşırığının icrası ilə əlaqədar ümidsiz borc kimi silinməsi tələb olunan borcun yaranmasına əsas olmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********100695 nömrəli qərarın təsdiq olunmuş surəti və iddiaçının həmin qərarın ləğv edilməsi barədə iddia tələbi üzrə qəbul edilmiş məhkəmə aktları işin materiallarına əlavə edilməsi üçün xx.xx.2024-cü il tarixli **********342600 nömrəli məktubla məhkəməyə təqdim olunmuşdur. Göstərilən səbəbdən də həmin qərarın və sənədlərin təkrar dəqiqləşdirilmiş iddia tələbinə dair etiraza əlavə olunmasına zərurət yaranmır. Məhkəməyə təqdim olunmuş sənədlərdən də göründüyü kimi İddiaçı MMC-nin ümidsiz borc kimi silinməsini tələb etdiyi 50.914,34 manat borc məbləği səyyar vergi yoxlaması nəticəsində yaranmışdır. Bundan əvvəl mövcud olmuş məhkəmə mübahisəsi ilə bağlı bildiririk ki, İddiaçı MMC cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (hazırkı Bakı İnzibati Məhkəməsi) müraciət edərək, xx.xx.2018-ci il tarixli xəbərdarlığın ləğv edilməsi, vergilər üzrə vərəqə bölməsinə keçirilmiş 50.944,84 manat məbləğin çıxarılması və həmin məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********100695 nömrəli xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizənin surəti xx.xx.2019-cu il tarixdə cavabdehə təqdim olunmuşdur.(daxil olub:№**********096500; xx.xx.2019-cu il). “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli sərancamı ilə 1 və 2 saylı Bakı İnzibati İqtisadi Məhkəmələri ləğv edilmiş, yeni Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmişdir. Bununla əlaqədar İddiaçı MMC-nin iddiası üzrə inzibati iş də aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinin icraatına verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-2647/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(103)-1065 /2020 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-2647/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sorğusuna əsasən Bakı Apellyasiya Məhkəməsi tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli 6ÜŞ- 20853/20 nömrəli məktubda göstərilmişdir ki, qərardaddan kassasiya şikayəti verilmədiyindən İnzibati Prosessual Məcəllənin 89-cu maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Müvafiq ümidsiz borc məbləğinin silinməsi Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə mümkündür. Qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı MMC-nin ümidsiz borc kimi silinməsini tələb etdiyi 50.914,34 manat borc məbləği səyyar vergi yoxlaması nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********100695 nömrəli qərar əsasında yaranmış borcdur. Vergi Məcəlləsinin 16.1.1-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Bildiririk ki, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablaşma hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir. Bu hüquqların həyata keçirilməsi qaydaları isə, Vergi Məcəlləsinin 65-ci, 89- cu və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən bildiririk ki, vergi ödəyici tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı vergi orqanı tərəfindən müvafiq tədbirlər görülmüşdür. Belə ki, hesablanmış vergi borclarının ödənilməsi üçün “Vergi borcunun ödənilməsinə dair” bildirişlər göndərilmiş və Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən göndərilmiş bildirişlərdə göstərilən borcların 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Əlavə olaraq bildirişdə borcların dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə əlavə (əmlak siyahıya alınması, banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam verilməsi, operativ vergi nəzarəti, məhkəməyə müraciət, aktivlər barədə məlumatın təqdim edilməsi və. s) tədbirlərin görüləcəyi qeyd olunmuşdur. Lakin yaranmış borc məbləğləri ödənilməmişdir. Eləcə də, cavabdeh tərəfindən borc məbləğləri ilə bağlı banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncamın göndərilməsi təmin edilmişdir. Vergi ödəyicisi tərəfindən vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün Vergi Məcəlləsinin 89-cü maddəsinə əsasən “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” xx.xx.2019-cu il tarixli **********0 nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsində təsbit olunur ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Beləliklə, qanuni şəkildə vergiləri ödəmək (o cümlədən müvafiq vaxtda və miqdarda) hər bir şəxsin əsas konstitusiya vəzifələrindən biridir. Bildiririk ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdeh "Kömürçü Residence” MMC-yə qarşı cavabdehin xx.xx.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 51.635,84 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 52.500,00 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair xx.xx.2021-ci il tarixli **********721800 nömrəli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli e-2-2(113)-4478 /2021 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən isə xx.xx.2022- ci il tarixli 2-2(103)-131/2022 nömrəli qətnamələr qəbul edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdeh "Kömürçü Residence” MMCyə qarşı cavabdehin xx.xx.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 51.635,84 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə həmin məbləğ müddət ötürülmədən mübahisələndirilmişdir. Bundan əlavə qeyd etməyi zəruri hesab edirik ki, vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə işində, yəni iddiaçı "xxxx" MMC-nin (VÖEN **********) cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Ümidsiz vergi borcunun silinməsi” tələbinə dair iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-1718/2020 nömrəli qərarında məhkəmə kollegiyasının ümidsiz borcun silinməsi ilə bağlı məsələyə dair hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edirik. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(102)-1718/2020 nömrəli qərarında qeyd olunur: “Azərbaycan Respublikası Ali Məhkəməsinin 9 iyul 2015-ci il tarixli 2(102) -185/2015 saylı qərarında ifadə olunmuş mövqeyinə görə, Vergi Məcəlləsinin 89.1-ci və 90.1-ci maddələrinin məzmunu nəzərə alınmaqla vergi orqanı vergi borcunun ödənilməsini təmin etmək üçün daha real icra tədbirlərini həyata keçirə bilər, müəssisənin əmlakını siyahıya ala və həmin əmlakın açıq hərracda satılması üçün məhkəməyə müraciət edə bilərdi. Qeyd olunan icra tədbirləri vergi borcunun ödənilməsini tam təmin edə bilərdi. Vergi orqanı kimi iddiaçı isə məhkəməyə vergi öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması deyil, bilavasitə vergi borcunun tutulması tələbi ilə müraciət etmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, hazırkı icraatda, söhbət vergi orqanı tərəfindən vergilərin tutulması üçün hansı real (yaxud daha real) addımların atılmalı olduğundan deyil, vergi orqanının bununla bağlı, ümumiyyətlə hər hansı tədbir görüb-görmədiyinin və bunun Vergi Məcəlləsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti daxilində baş verib-vermədiyinin müəyyən edilməsindən gedir. Görülən tədbirin hətta qüsurlu, nəticəsinin uğursuz olması isə (o cümlədən, məhkəmə icraatı çərçivəsində) hesablanmış verginin tutulması müddəti ilə bağlı vəziyyəti vergi orqanının zərərinə dəyişmir, vergi öhdəliklərinin qüvvəsinə təsir etmir.” (Qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və işin materiallarında var əlavə olunur). Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin: 24-cü maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur; 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən isə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə gostərilən hallarda və qaydada muəyyən edilən vergini (o cumlədən cari vergi odəmələrini), hesablanmıs faizləri və tətbiq edilmis maliyyə sanksiyalarını odəmək vəzifəsi onun vergi ohdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən vergi ohdəliklərinin yerinə yetirilməsi odənilməli olan vergi məbləginin vergilərin (o cumlədən cari vergi odəmələrinin), hesablanmıs faizlərin və tətbiq edilmis maliyyə sanksiyalarının muəyyən edilmis muddətlərdə və qaydada odənilməsidir. Vergi odəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi ohdəliklərinin yerinə yetirilməsi məcburidir. Göründüyü kimi vergi ohdəliklərinin yerinə yetirilməsi Vergi Məcəlləsində qeyd-şərtsiz təsbit edilsə də, yaranmış borclar dövlət büdcəsinə vaxtında ödənilməmişdir. Mülki Məcəllənin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Əlavə olaraq bildiririk ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını yoxlamalıdır.(2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır (8.6-cı bənd). Bundan əlavə, həmin qərarda göstərilir: “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Bildiririk ki, İddiaçı MMC-nin 163.188,29 manat məbləğin (sonuncu artırılmış 75.336,93 manat nəzərə alınmaqla) ümidsiz borc kimi silinməsi barədə xx.xx.2025-ci il tarixli müraciətinə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsində baxılır, müraciətin araşdırılması və cavablandırılması başa çatmamışdır. Göstərilənlərə əsasən hesab edilir ki, 163.188,29 manat məbləğində dəyişdirilmiş iddia tələbi 87.851,36 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməli, 75.336,93 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində isə mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddiaçı "Kömürçü Residence” MMC-nin 163.188,29 manat məbləğində dəyişdirilmiş iddia tələbinin 87.851,36 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməsi barədə qərar, 75.336,93 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində isə mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli **********402400 nömrəli məktubundan görünür ki, dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi barədə xx.xx.2023-cü il tarixli müraciətə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsində baxılmışdır. Məlum olduğu kimi qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəiləsi iiə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi hesab olunur. Bildirilir ki, hazırda vergi orqanı tərəfindən cəmiyyətin dövlət büdcəsi qarşısında yaranmış vergi borclarının qanunvercilikdə nəzərdə tutulmuş qaydada alınması ilə əiaqədar araşdırma aparılır. Odur ki, qeyd olunanlar üzrə qanunamüvafiq araşdırmalar yekunlaşdıqdan sonra cəmiyyətin ümidsiz borclarının silinməsi məsələsinə baxıla bilər.Qeyd olunanlar Vergi Məcəlləsinin 16.1.1-ci, 23-cü, 59.1-ci, 65-ci, 85.4-cü, 89-cu və 93-cü maddələri ilə tənzimlənir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsinin iddiaçıya ünvanladığı məktubundan görünür ki, dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi barədə xx.xx.2023-cü il tarixli müraciətə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsində baxılmışdır. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən Vergi Məcəlləsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda ümidsiz borclar vergi orqanları tərəfindən şilinə bilər. Eyni məzmunlu xx.xx.2023-cü il tarixli müraciəti (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********151500 nömrəli) xx.xx.2023-cü il tarixli **********402400 nömrəli məktubla cavablandırılmışdır. Bir daha bildiririk ki. dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi ilə əlaqəli araşdırma aparılır, araşdırma yekunlaşdıqdan sonra ümidsiz borcların silinməsi məsələsinə baxılacaqdır. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün Çağrı Mərkəzinə (195), internet səhifəsinə (www.taxes.gov.az) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək mümkündür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********342600 nömrəli məktubundan görünür ki, İddiaçı MMC (VÖEN **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, şəxsi hesab vərəqəsində olan 50.914,34 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-16060/2023 nömrəli sərəncamı ilə 50.914,34 manat borcun yaranma əsası barədə məlumatın və olduğu halda qərarın təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur, (daxil olub: № **********051800; xx.xx.2023-cü il).Bununla əlaqədar, borcun yaranmasına əsas olmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********100695 nömrəli qərarın təsdiq olunmuş surəti və iddiaçının həmin qərarın ləğv edilməsi barədə iddia tələbi üzrə qəbul edilmiş məhkəmə aktları işin materiallarına əlavə edilməsi üçün təqdim olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********100695 saylı xx.xx.2018-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarına əsasən İddiaçı (VÖEN **********) aşağıda göstərilən səbəblərə görə: Azərbaycan Manatı) Fərq Vergi qısa adı Dövr (il üzrə) Azaldılmışdır Artıq VM maddəsi Maliyyə Faiz hesablanmışdı Əlavə Artıq sanksiyası r hesablama hesablama Vergi 40.00 0.00 2013 0.00 0.00 0.00 0.00 hesabatının və arayışın vaxtında verilməməsi Cəmi 0 0 0 0 40 0 Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən ƏDV üzrə qeydiyyatın Vergi Məcəlləsinə əsasən məcburi olduğu halda, bu cür qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilərək, Büdcəyə Büdcədən Fərq Vergi qısa adı Dövr (il üzrə) VM Maliyyə ödənilməli ƏDV qaytarılmalı sanksiyası məbləği Əlavə ƏDV məbləği hesablama Artıq hesablama maddəsi Əlavə dəyər vergisi 312700.00 0.00 Düzəliş 0.00 2013 312700.00 0.00 (Qeydiyyatsiz) Muzdlu işlə əlaqədar 0.00 0.00 0.00 0.00 58.4 0.00 2013 ödəmə mənbəyindən tutulan vergi (Əlavə dəyər vergisi bəyannaməsi tərkibində) (Qeydiyyatsiz) Cəmi 312 700 0 312 700 0 0 Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Vergi məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksilarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına sərəncamın verildiyi tatixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada mexaric əməliyyatları aparıldıqda- aparılmış məxaric əməliyyatlarının 50 faizi (20 faizi) miqdarında maliyyə sanksiyası tətbiq edilərək aşağıdakı qaydada Növbəlik pozulmaqla xərçlənən Dövr (il üzrə) VM maddəsi Maliyyə sanksiyası məbləğ 2015 217800.00 VM 58.3 108900.00 Cəmi 217 800 108 900 vergi məsuliyyətinə cəlb edilmişdir.Vergi məcəlləsinin 57.1 maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilərək aşağıdakı qaydada Bəyannamə növü Dövr Maliyyə sanksiyası Əlavə dəyər vergisi Dekabr 2013 40AZN 40AZN vergi məsuliyyətinə cəlb edilmişdir. Qərardan təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya Qərarı çıxarmış vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət verilə bilər. Digər qeydlər: Yoxlama ilə əlavə hesablanmış 312700.0 manat əlavə vergi və 108940.0 manat maliyyə sanksiyası məbləğlərinin büdcəyə ödənilməsi təmin edilsin və mühasibat uçotunda müvafiq dəyişikliklər aparılması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********0 nömrəli xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı əmlakların siyahıya alınmasının həyata keçirilməsi Şöbənin rəhbərinin müavini X7, Böyük dövlət vergi müfəttişi X4, Dövlət vergi müfəttişi X3 tapşırılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı müraciətə baxılması haqqında məktubundan görünür ki, dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi barədə xx.xx.2024-cü il tarixli müraciətlərə (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********550100 nömrəli və xx.xx.2024-cü il tarixli **********783600 nömrəli) aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsində baxılmışdır. Bildirilir ki, cəmiyyətin dövlət büdcəsinə (və ya müvafiq fondlara) xx.xx.2024-cü il tarixə borcu aşağıdakı kimidir:Vergilər üzrə 3911,85 manat əsas, 201901,65 manat maliyyə sanksiyası, 11523 manat faiz borcu;Məcburi dövlət sosial sığorta haqları üzrə 300 manat əsas, 119,47 manat faiz borcu;İşsizlikdən sığorta haqları üzrə 12 manat əsas, 4,44 manat faiz borcu;İcbari tibbi sığorta haqları üzrə 258,80 manat əsas, 64,62 manat faiz borcu; Dövlət torpaq sahələrinin icarəsi üzrə 98895,81 manat borc. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Göründüyü kimi vergi öhdəliklərinin yerinə yetirilməsi Vergi Məcəlləsində qeyd-şərtsiz təsbit edilsə də, yaranmış borclar tərəfinizdən vaxtında ödənilməmişdir. Bundan əlavə Vergi Məcəlləsinin 89.3-cü maddəsinə əsasən aktivlər barədə məlumat istənilməsinə baxmayaraq, tərəfinizdən məlumat təqdim edilməmiş və bu səbəbdən Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən barənizdə məsuliyyət tədbiri görülərək 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin bildirilir ki, Vergi Məcəlləsinin 23.1.6-cı maddəsinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Göstərilənlərə əsasən yuxarıda qeyd olunan borc məbləğinin yaranma və ödənilməmə səbəbləri barədə müvafiq təsdiqedici sənədlər əlavə edilməklə əsaslandırılmış məlumat verməyiniz xahiş olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********804600 nömrəli məktubundan görünür ki, İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 87.851,36 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla əlaqədar, mübahisələndirilən borc məbləğinin yaranmasına əsas olmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********100695 nömrəli qərar və iddiaçının həmin qərarın ləğv edilməsi barədə iddia tələbi üzrə qəbul edilmiş məhkəmə aktları, eyni zamanda “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152526 nömrəli qərar və həmin qərarla keçirilmiş yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170935 nömrəli qərar icraatda olan işin materiallarına əlavə edilməsi və sübutların qiymətləndirilməsi zamanı nəzərə alınması üçün təqdim olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********170935 nömrəli vergi ödəyicisinin və ya sığortacdənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarından görünür ki, KÖMÜRÇÜ RESİDENCE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ünvanı: AZ 1009, BAKİ ŞƏHƏRİ YASAMAL RAYONU, ZİVƏRBƏY ƏHMƏDBƏYOV, ev.8, 377-Cİ MƏHƏLLƏ, VÖEN: **********) aşağıda göstərilən səbəblərə görə; Fərq Vergi qısa adı Dövr (il Azaldılmışdır Artıq VM maddəsi Maliyyə Faiz üzrə) hesablanmışdır Əlavə hesablama Artıq hesablama sanksiyası Mənfəət vergisi 58.1 19364.14 2018 38728.28 0.00 38728.28 0.00 0.00 23542.S0 0.00 o.oo 58.1 11771.40 Mənfəət vergisi 2019 23542.80 0.00 0.00 58.1 5933.34 Mənfəət vergisi 2020 11866.67 0.00 11866.67 0.00 0.00 58.1 17542.38 Əlavə dəyər vergisi 2018 35084.75 0.00 35084.75 0.00 0.00 58.1 63565.55 Əlavə dəyər vergisi 2019 127131.10 0.00 127131.10 0.00 0.00 58.1 32040.00 Əlavə dəyər vergisi 2020 64080.00 0.00 64080.00 0.00 Vergi hesabatının və arayışının 0.00 160.00 2018 0.00 0.00 vaxtında verilməməsi 0.00 0.00 Vergi hesabatının və arayışının 0.00 440.00 2019 0.00 0.00 vaxtında verilməməsi 0.00 0.00 300 433.6 0 0 150 816.81 Cəmi 300 433.6 0 vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. Vergi məcəlləsinin 57.1 maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilərək aşağıdakı qaydada Bəyannamə növü Dövr Maliyyə sanksiyası Mənfəət vergisi 2018-ci il 40 AZN Əlavə dəyər vergisi Oktyabr 2019 40 AZN Əlavə dəyər vergisi Noyabr 2019 40 AZN Əlavə dəyər vergisi May 2019 40 AZN Əlavə dəyər vergisi İyul 2019 40 AZN Əlavə dəyər vergisi Mart 2019 40 AZN Əlavə dəyər vergisi İyun 2019 40 AZN Əlavə dəyər vergisi Noyabr 2018 40 AZN Əlavə dəyər vergisi Dekabr 2018 40 AZN Əlavə dəyər vergisi Yanvar 2019 40 AZN Əlavə dəyər vergisi Sentyabr 2019 40 AZN Əlavə dəyər vergisi Aprel 2019 40 AZN Əlavə dəyər vergisi Fevral 2019 40 AZN Əlavə dəyər vergisi Avqust 2019 40 AZN Muzdlu işlə əlaqədar ödəmə mənbəyində 2018-ciil 40 AZN tutulan vergi 600 AZN Vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********152526 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarından görünür ki, KÖMÜRÇÜ RESİDENCE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama ilə əhatə olunan vergi dövrü: Noyabr 2018 - Oktyabr 2021. Yoxlamanın keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Təmir-tikinti sahəsinin auditi üzrə 1-ci şöbəsinin dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X9 tapşırılmışdır. Yoxlamanın müddəti 30 (otuz) iş günü müəyyən edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-63530/2024 saylı məktubu ilə təqdim olunmuş xx.xx.2018-ci il tarixli **********978300 saylı vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, xx/xx/2018-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 51,557.90 manat, o cümlədən: vergilər üzrə 586.10 manat, maliyyə sanksiyaları üzrə 50,944.84 manat, faizlər üzrə 26.96 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu vardır.Vergi Məcələsinin 65.1-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunur. Nəzərə çatdırılır ki, vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə qanunvericilikdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur: Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməyən vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablanır.Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən milli və ya xarici valyutada cari və ya digər hesablardan vergi borclarının alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam verilir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə bilər. Vergi Məcəlləsinin 23.1.1-ci və 50-ci maddələrinə əsasən gəlir götürmək üçün istifadə etdiyiniz, yaxud vergi tutulan obyektlərinizdə və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarda (ərazilərdə) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) operativ vergi nəzarəti həyata keçirilə bilər. Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən borclu vergi ödəyicisinə məxsus əmlaklar (daşınar və ya daşınmaz əmlaklar) siyahıya alına bilər. Vergi borcunun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə və ya icra qurumlarına müraciət edilə bilər. Məlumat üçün bildirilir ki, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən xeyli və ya külli miqdarda vergiləri ödəməkdən yayınma cinayət əməli hesab olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-ci il tarixli **********0 saylı vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, 16 noyabr 2023-cü il tarixinə dövlət büdcəsinə ümumilikdə 216,143.32 manat, o cümlədən: vergilər üzrə 293.05 manat, maliyyə sanksiyaları üzrə 201,901.65 manat, faizlər üzrə 13,948.62 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu vardır. Vergi Məcələsinin 65.1-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunur. Nəzərinizə çatdırılır ki, vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə qanunvericilikdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur: Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməyən vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablanır. Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən milli və ya xarici valyutada cari və ya digər hesablardan vergi borclarının alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam verilir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə bilər.Vergi Məcəlləsinin 23.1.1-ci və 50-ci maddələrinə əsasən gəlir götürmək üçün istifadə etdiyiniz, yaxud vergi tutulan obyektlərinizdə və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarda (ərazilərdə) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) operativ vergi nəzarəti həyata keçirilə bilər. Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən borclu vergi ödəyicisinə məxsus əmlaklar (daşınar və ya daşınmaz əmlaklar) siyahıya alına bilər.Vergi borcunun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə və ya icra qurumlarına müraciət edilə bilər. Məlumat üçün bildirilir ki, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən xeyli və ya külli miqdarda vergiləri ödəməkdən yayınma cinayət əməli hesab olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********1 saylı vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, 25 aprel 2023-cü il -ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 352,727.14 manat, o cümlədən: vergilər üzrə 301,019.70 manat, maliyyə sanksiyaları üzrə 51,084.84 manat, faizlər üzrə 622.60 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu vardır. Vergi Məcələsinin 65.1-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunur. Nəzərə çatdırılır ki, vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə qanunvericilikdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur: Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməyən vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablanır. Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən milli və ya xarici valyutada cari və ya digər hesablardan vergi borclarının alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam verilir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə bilər. Vergi Məcəlləsinin 23.1.1-ci və 50-ci maddələrinə əsasən gəlir götürmək üçün istifadə etdiyi, yaxud vergi tutulan obyektlərində və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarda (ərazilərdə) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) operativ vergi nəzarəti həyata keçirilə bilər. Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən borclu vergi ödəyicisinə məxsus əmlaklar (daşınar və ya daşınmaz əmlaklar) siyahıya alma bilər. Vergi borcunun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə və ya icra qurumlarına müraciət edilə bilər. Məlumat üçün bildirilir ki, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən xeyli və ya külli miqdarda vergiləri ödəməkdən yayınma cinayət əməli hesab olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********9 nömrəli vergi borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarından görünür ki, vergi borclarını ödəməyən İddiaçı (********** ) əmlakının siyahıya alınması barədə qəbul edilmiş xx.xx.2022 tarixli **********1 saylı qərar(qərarlar) bir icraatda birləşdirilmiş və İddiaçı ( ********** ) əmlakları siyahıya alınmışdır. Əmlakların siyahıya alınmasının həyata keçirilməsi Baş dövlət vergi müfəttişi X1 tapşırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********244300 saylı qərarından görünür ki, Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2019 tarixli **********0 saylı Qərara əlavələr (dəyişikliklər) edilmişdir. Əmlakın siyahıya alınmasının həyata keçirilməsi baş dövlət vergi müfəttişi X5 tapşırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli Əmlakın siyahıya alınması haqqında **********0 saylı protokolu və ona əlavədən görünür ki, "xxxx" MMC-nin 35 kv.m olan 525002 manat dəyərində qeyri yaşayış sahəsi olan yaşayış binasının ikinci mərtəbəsi siyahıya alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/9348/2024-cü il tarixli məktubu ilə göndərilmiş xx.xx.2024-cü il tarixli 9/9348 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, faizin hesablanması ilə bağlı qoyulmuş suala münasibətdə bildirilir ki, təqdim edilmiş iş materiallarında şəxsi hesab vərəqəsi öz əksini tapsa da faizin hesablanması ilə bağlı vərəqə iş materiallarında öz əksini tapmadığı üçün əsas borca hesablanmış faiz borcunun hansı məbləğdə olmasını, o cümlədən hansı tarixdən yaranmasını müəyyən etmək mümkün olmadı. İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli, **********100695 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarla səyyar vergi yoxlaması nəticəsində 2015-ci il dövrü üzrə ödənilməmiş 50944.84 manat məbləğində maliyyə sanksiyası da nəzərə alınmaqla ümumilikdə 198.757,24 manat (50944,84 manat + 147812,40 manat) məbləğində dövlət büdcəsinə ödənilməmiş maliyyə sanksiyası üzrə borc müəyyən edildi, o cümlədən həmin borc məbləğlərinin yaranma tarixləri ilə bağlı ekspert qarşısında qoyulmuş suallara cavab olaraq bildirilir ki, həmin borc məbləğləri 2015-ci il dövrü üzrə xx.xx.2018-ci il tarixli, **********100695 nömrəli qərarla hesablanmış 50944,84 manat məbləğində maliyyə sanksiyasından, 2018-ci il üzrə mənfəət vergisinə tətbiq olunan 19364,14 manat maliyyə sanksiyasından, 2019-cu il üzrə mənfəət vergisinə tətbiq olunan 11771,40 manat maliyyə sanksiyasından, 2020-ci il üzrə mənfəət vergisinə tətbiq olunan (5933,34 manat maliyyə sanksiyası - 3004,40 manat isə MMC tərəfindən ödənilən məbləğin vergilər üzrə borc məbləğinə aid edilən hissəsi çıxıldıqdan sonra qalan hissəsi) 2928,94 manat maliyyə sanksiyasından, 2018-ci ilin dekabr ayı üzrə ƏDV məbləğinə tətbiq olunan 17542,38 manat maliyyə sanksiyasından, 2019-cu ilin may ayı üzrə ƏDV məbləğinə tətbiq olunan 17874,91 manat maliyyə sanksiyasından, 2019-cu ilin iyul ayı üzrə ƏDV məbləğinə tətbiq olunan 14434,70 manat maliyyə sanksiyasından, 2019-cu ilin avqust ayı üzrə ƏDV məbləğinə tətbiq olunan 17874,91 manat maliyyə sanksiyasından, 2019-cu ilin dekabr ayı üzrə ƏDV məbləğinə tətbiq olunan 13381.01 sanksiyasından, 2020-ci ilin may ayı ƏDV məbləğinə tətbiq olunan 32040.00 manat maliyyə sanksiyasından və 2018-2019-cu illərdə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 600,00 manat maliyyə sanksiyasından ibarət olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazların məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrası haqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Qeyd edilməlidir ki, ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir . Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Başqa sözlə, vergi orqanları Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi, vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarı). Beləliklə, vergi öhdəliyi vergi ödəyicisi tərəfindən 5 il ərzində yerinə yetirilmədikdə, ödəyicinin həmin öhdəliyin ümidsiz borc kimi silinməsini tələb etmək hüququ vardır ki, həmin məbləği silmək eyni zamanda vergi orqanının da vəzifəsidir. Məhkəmə araşdırması zamanı təyin və tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9348 saylı ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli, **********100695 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarla səyyar vergi yoxlaması nəticəsində 2015-ci il dövrü üzrə ödənilməmiş 50944.84 manat məbləğində maliyyə sanksiyası da nəzərə alınmaqla ümumilikdə 198.757,24 manat (50944,84 manat + 147812,40 manat) məbləğində dövlət büdcəsinə ödənilməmiş maliyyə sanksiyası üzrə borc müəyyən edildi, o cümlədən həmin borc məbləğlərinin yaranma tarixləri ilə bağlı ekspert qarşısında qoyulmuş suallara cavab olaraq bildirilir ki, həmin borc məbləğləri 2015-ci il dövrü üzrə xx.xx.2018-ci il tarixli, **********100695 nömrəli qərarla hesablanmış 50944,84 manat məbləğində maliyyə sanksiyasından, 2018-ci il üzrə mənfəət vergisinə tətbiq olunan 19364,14 manat maliyyə sanksiyasından, 2019-cu il üzrə mənfəət vergisinə tətbiq olunan 11771,40 manat maliyyə sanksiyasından, 2020-ci il üzrə mənfəət vergisinə tətbiq olunan (5933,34 manat maliyyə sanksiyası - 3004,40 manat isə MMC tərəfindən ödənilən məbləğin vergilər üzrə borc məbləğinə aid edilən hissəsi çıxıldıqdan sonra qalan hissəsi) 2928,94 manat maliyyə sanksiyasından, 2018-ci ilin dekabr ayı üzrə ƏDV məbləğinə tətbiq olunan 17542,38 manat maliyyə sanksiyasından, 2019-cu ilin may ayı üzrə ƏDV məbləğinə tətbiq olunan 17874,91 manat maliyyə sanksiyasından, 2019-cu ilin iyul ayı üzrə ƏDV məbləğinə tətbiq olunan 14434,70 manat maliyyə sanksiyasından, 2019-cu ilin avqust ayı üzrə ƏDV məbləğinə tətbiq olunan 17874,91 manat maliyyə sanksiyasından, 2019-cu ilin dekabr ayı üzrə ƏDV məbləğinə tətbiq olunan 13381.01 sanksiyasından, 2020-ci ilin may ayı ƏDV məbləğinə tətbiq olunan 32040.00 manat maliyyə sanksiyasından və 2018-2019-cu illərdə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 600,00 manat maliyyə sanksiyasından ibarət olduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddia tələbində qeyd edilən, şəxsi hesab vərəqəsində olan 163188,29 manat borcun sonuncu hissəsinin də yaranma tarixi dekabr ayı 2019-cu il tarixə təsadüf edir ki, həmin müddətdən sonra iddiaçı tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyindən, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən həmin borcun tələbetmə müddəti keçmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçınə aid şəxsi hesab vərəqəsində olan tələbetmə müddəti keçmiş 163188,29 (bir yüz altmış üç min yüz səksən səkkiz manat iyirmi doqquz qəpik) manat məbləğində vergi borcunun ümidsiz borc kimi silinməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar